Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

Rusiyayla Çin nələri razılaşdırdı


Vladimir Putin (sağda) və Si Tsinpin Moskvada rəsmi qəbulda
Vladimir Putin (sağda) və Si Tsinpin Moskvada rəsmi qəbulda

Çin Prezidenti Si Tsinpin martın 22-də Rusiyaya üçgünlük səfərini yekunlaşdırıb. O, rusiyalı həmkarı Vladimir Putinlə Pekinlə Moskva arasında “strateji əməkdaşlığa” dair bir sıra sənədlər imzalayıb.

Sinin son dörd ildə Rusiyaya ilk səfəri Ukraynanın işğalı səbəbindən Moskvanın getdikcə dərinləşən beynəlxalq təcridi fonunda gerçəkləşib.

Putin Kremldəki danışıqları “uğurlu və konstruktiv” adlandırıb. Si isə deyib ki, imzaladıqları razılaşmalardan biri əlaqələri əməkdaşlığın “yeni erası”na aparır.

“Yeni eraya daxil olan strateji tərəfdaşlıq və ikitərəfli əlaqələrin dərinləşdirilməsi üzrə bəyanat imzaladıq”, – Si martın 21-də Putinlə danışıqlardan sonra deyib.

“Limitsiz” tərəfdaşlıq

Bu iki avtoritar lider Rusiya ötən ilin fevralında Ukraynaya hücuma başlayandan bir neçə həftə öncə “limitsiz” tərəfdaşlıq niyyəti açıqlamışdılar.

Ukraynadakı müharibəyə gəlincə, Si Pekinin münaqişənin diplomatik tənzimlənməsinə dəstək verdiyini bildirib.

“BMT-nin prinsiplərini əsas götürür.. dinc nizamlamanı təşviq edirik. Biz daima sülh və dialoq tərəfdarıyıq”, – deyən Si Çinin Ukraynayla bağlı “neytral mövqe” tutduğunu bir daha dilə gətirib.

Qərb ölkələri Çinin sülh təklifini rədd ediblər. 12 bənddən ibarət bu sənəd deeskalasiyaya və Ukraynada atəşkəsə çağırır, ancaq Rusiyanın əsas tezislərini əks etdirir.

Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) Sinin vasitəçilik səylərini rədd edərək deyib ki, Çinin müharibəylə bağlı mövqeyi qərəzsiz deyil.

Putinin ümidi

Körbinin sözlərinə görə, Si-Putin görüşünün heç bir nəticəsi müharibənin tezliklə bitəcəyinə dəlalət etmir. O deyib ki, görüş zamanı bir məsələ aydın görünüb – Putin Çindən öldürücü silahlar əldə etməyə ümid bəsləyir.

Putin “resurs çətinlikləri ilə üzləşib”, onları həll etməyə çalışır, Körbi vurğulayıb.

Sözçü deyib ki, Birləşmiş Ştatların indiki məqamda atəşkəsə qarşı çıxmasının bir səbəbi də odur ki, atəşkəs Putinə resurs çatışmazlığını yoluna qoymaq üçün vaxt verər.

Çinin Rusiyaya öldürücü silahlar verməyə razılıq verdiyinə dəlil yoxdur. Bunu isə NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) martın 21-də Brüsseldə deyib. Qərb ölkələri Çinə xəbərdarlıq ediblər ki, Rusiyaya öldürücü silahlar göndərsə, iqtisadi sanksiyalarla cəzalandırıla bilər.

Bakı limanı. Çin Bakıdan narazıdır?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Səfər zamanı Si Putinlə iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən Çindən daha çox elektronika məhsullarının ixracı barədə danışıqlar apardığını deyib.

Putin isə qeyd edib ki, Çinə əlavə qaz ixracı razılaşdırılıb, iki ölkə yollar və körpülər çəkməklə nəqliyyat əlaqələrini genişləndirməyi planlaşdırırlar.

XS
SM
MD
LG