Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:37

NATO Əfqanıstana əlavə qüvvələr göndərəcək


Jens Stoltenberg noyabrın 7-də Brüsseldə mətbuat konfransı keçirib
Jens Stoltenberg noyabrın 7-də Brüsseldə mətbuat konfransı keçirib

NATO müttəfiqlərinin noyabrın 9-da alyansın Əfqanıstandakı təlim heyətinin missiyasını daha 3 min hərbçi ilə möhkəmləndirmək barədə razılığa gələcəkləri gözlənilir.

Bu barədə alyansın baş katibi Jens Stoltenberg məlumat verib.

Stoltenberg noyabrın 7-də Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, yeni göndəriləcək qoşunlar hərbi əməliyyatlarda iştirak etməyəcək, yalnız NATO-nun Resolute Support adlanan missiyası üzrə “təlim, məşvərət və yardım” funksiyalarını yerinə yetirəcək.

Əlavə qüvvələrin tam yarısı Birləşmiş Ştatlardan göndəriləcək, digər yarısı isə alyansın 29 üzv ölkəsi tərəfindən təşkil olunacaq.

Bütün bunlara dair qərarlar NATO müdafiə nazirlərinin noyabrın 8-də Brüsseldə başlanacaq iki günlük müşavirəsində qəbul olunmalıdır.

Əlavə NATO qüvvələri Resolute Support missiyasının əsgəri sayını hazırda mövcud olan 13 mindən 16 minə çatdıracaq.

Stoltenberg deyib ki, “biz qoşunların sayını əfqanlara durğunluğun aradan qaldırılmasında yardım məqsədilə artırırıq”.

Stoltenberg habelə qeyd edib ki, Əfqanıstan Hərbi Hava Qüvvələrinin inkişaf etdirlməsinə daha çox yardım göstəriləcək.

AzadlıqRadiosu xəbər verir ki, NATO nazirlərinin Brüssel müşavirəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iştirak edəcək.

XS
SM
MD
LG