Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:08

‘Taleh Bagırovun həbsdəki müavininin qardaşı saxlanıb’


Nardaranda əməliyyat zamanı
Nardaranda əməliyyat zamanı

Oktyabrın 5-i axşam saatlarında “Nardaran işi” üzrə təqsirləndirilən “Müsəlman Birliyi” Hərəkatının sədr müavini, Abbas Hüseynovun qardaşı Hüseynağa Hüseynovun saxlandığı bildirilir.

Bu haqda vəkil Fariz Namazlı məlumat verib.

Onun sözlərinə görə, H. Hüseynovu saat 20:30 radələrində silahlı şəxslər saxlayıb. Onu qeyri-müəyyən istiqamətə aparıblar.

Buna da bax:​ Taleh Bağırovun müavininin həbs müddəti uzadıldı

Doğmaları onun yerini müəyyən etmək məqsədi ilə müxtəlif polis bölmələrinə müraciət ediblər. Nəhayət, H. Hüseynovun Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını eşidiblər.

Amma nardaranlının saxlanılmasının səbəbi doğmalarına rəsmən bildirilmir.

DİN-dən Hüseynağa Hüseynovun saxlanması ilə bağlı deyilənlərə, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.

Buna da bax:​ "Nardaran işi" üzrə məhkəmədə qalmaqalın səbəbləri

Abbas Hüseynov məhkəmədə kəskin mövqeyi ilə seçilir. Hətta, bir dəfə hakim onu məhkəmə salonundan çıxardıb. Bəzilər ehtimal edirlər ki, qardaşını məhz Abbas Hüseynovu susdurmaq məqsədi ilə saxlayıblar.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Həmin gün “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı, o cümlədən müavini A.Hüseynov həbs edilib.

Buna da bax:​ Nardaran işi: ‘Xəzər’ TV-nin rəhbəri məhkəməyə çağrıldı...

Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan, 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə əməkdaşları işgəncələrlə bağlı şikayətləri təkzib edirlər.

XS
SM
MD
LG