Türk kinosunun əfsanəvi aktyoru Tarik (Tarık) Akan bu gecə saat 01:00 radələrində vəfat edib.
Türkiyə mediasının yazdığına görə, usta oyunçu qara ciyər xərçəngindən dünyasını dəyişib.
Buna da bax: O.Pamuk: Müasir kinoda ailə süfrəsinin yerinə ailə maşını keçib
Tarık Akan 1949-cu il dekabrın 13-də İstanbulda doğulub.
«Yıldız» Texniki Universitetini bitirib.
1970-ci ildə «Səs» dərgisinin keçirdiyi müsabiqəyə qatılıb və qalib olub.
İlk vaxtlar romantik-komediya filmlərində çəkilib və məşhurlaşıb.
Daha sonra tərzini dəyişərək daha ciddi filmlərdə oynayıb.
Hətta özü film çəkib.
Solçu görüşlərə sahib Tarık Akan 1980-ci ildə baş verən 12 sentyabr çevrilişindən sonra həbsə atılıb. Zindan həyatından kitab da yazıb. 2002-ci ildə oxuculara çatdırılan kitab dəfələrlə çap olunub.
Yılmaz Güneyin dünyaca məşhur «Yol» filmində baş rolu oynayıb və 1982-ci ildə film Kann Kino Festivalnda «Qızıl Palma» alıb və Tarık Akan «Ən yaxşı kişi aktyor» nominasiyasına namizəd olub.
1985-ci ildə «Pəhləvan» filminə görə Berlin Film Festivalının «Gümüş Ayı»sına sahiblənib.
Buna da bax: Aygün Aslanlı. Türk kinosu necə yarandı
Solçu görüşlərə sahib Tarık Akan 1980-ci ildə baş verən 12 sentyabr çevrilişindən sonra həbsə atılıb. Zindan həyatından kitab da yazıb. 2002-ci ildə oxuculara çatdırılan kitab dəfələrlə çap olunub.
Daha sonra Nazim Hikmət Vəqfinin idarə heyətinə üzv olduğu və İzmirdə şairin doğum ildönümünə qatıldığı üçün mühakimə olunub.
Tarık Akan 111 film və 4 teleserialda rol alıb.
Ruhu şad olsun!