Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 05:22

'Tərtər işi'ndə hökm: 'Bu, toyuq oğurluğu deyil ki... Bu işdə əli olanlara azı 20 il verilməli idi...'


Prezident Adminstrasiyasının qarşısında "Tərtər işi"nə görə aksiyaya cəhd
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Prezident Adminstrasiyasının qarşısında "Tərtər işi"nə görə aksiyaya cəhd

"Tərtər işi"ndə istintaq yenilənəndən bəri yüzlərlə hərbçiyə qarşı işgəncəyə görə həbs olunanlardan dörd nəfərə noyabrın 29-da hökm oxunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev və müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçu Ramil Qarayevin hər birinə 5 il 6 ay həbs cəzası kəsilib. Onlar işgəncə vermə, vəzifə səlahiyyətlərini aşma, hərbçilərin qanunsuz azadlıqdan məhrum edilməsi kimi əməllərdə suçlu sayılıblar.

Daha bir MAXE - hərbi qulluqçu Rüstəm Ələsgərovun cəzası daha ağır olub – 9 il 6 ay. R.Ələsgərova digər üç nəfərdən fərqli olaraq, həm də işgəncə nəticəsində həyatını itirən şəxslərin ölümü ilə də bağlı ittiham verilib.

Adları çəkilən dörd nəfərin heç biri özünü təqsirli bilmir. R.Ələsgərov deyir ki, nəinki ölümlərdə, heç işgəncələrdə də iştirakı olmayıb. O iddia edir ki, Tərtərdə 2017-ci il mayın 1-də hərbçilərə qarşı kütləvi işgəncələr başlanandan sonra rəhbərlik bir sıra hərbi qulluqçunu, eləcə də onu hadisələrin cərəyan etdiyi köhnə qərargah binasının mühafizəsinə göndərib. O vurğulayıb ki, cinayəti törədənlər pulu, himayədarı olduğundan cinayət məsuliyyətindən kənarda saxlanılıblar. Əvəzində onun kimi kimsəsizləri cəzalandırıblar.

Təqsirləndirilən polkovnik V.Ələsgərov Tərtər olaylarına göstəriş verənlər məsuliyyətdən kənarda qaldığı halda, əmr icraçılarının cəzalandırılmasına etiraz edir.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

Hökm Tərtərdə işgəncəyə məruz qalmış, ailə üzvlərini itirmiş zərərçəkənləri də qane etməyib. Onlar hökmdən apellyasiya şikayəti verəcəklərini deyirlər.

Mərhum hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova AzadlıqRadiosuna bildirib ki, həm verilən cəzaların yüngül olmasından, həm də işgəncələrə rəhbərlik etmiş, göstəriş vermiş şəxslərin məsuliyyətdən kənarda saxlanmasından narazıdırlar: "Normal araşdırma aparılmadı. Əslində bu məhkəmədəki dindirmələrdə çox şey üzə çıxdı, amma heç bir tədbir görülmədi. Vəsatətlərimiz təmin olunmadı. Cəza da həddindən artıq aşağıdır. Tərtər işgəncələrində o cür oğulları öldürüblər. Bu cinayətdə əli olanlara azı 20 il verilməlidir. Bu, toyuq oğurluğu deyil ki...".

Xatırlatma

İndi 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı daha iki qrupun məhkəməsi gedir. Bunlardan birində dörd, digərində isə beş nəfər mühakimə olunur.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələri ilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. Beş nəfərlik daha bir qrup da Beyləqandakı işgəncə iddiaları ilə əlaqədar mühakimə olunur.

2017-ci ildə "Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Onlara 20 ilədək həbs cəzası kəsilib. Ancaq 2021-ci ilin dekabrında yenidən araşdırmalar başlanandan bəri dövlətə xəyanətdə suçlanan şəxslərdən 19 nəfərin işinə də yenidən baxılıb və onlar bəraət alıblar. Bəraət alanlar hazırda Tərtər işgəncələri ilə bağlı məhkəmələrə zərərçəkmiş qismində qatılırlar.

Hüquq müdafiəçiləri 14 nəfərin işgəncələrdən öldüyünü deyirlər. Ölənlərdən beş nəfərə sonradan bəraət verilib.

XS
SM
MD
LG