Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

İqtisadiyyatın "lokomotiv"i yavaşlayıb...


►Neft ucuzlaşandan bəri tikinti sektorunda da tənəzzül yaşanır

Bir zamanlar tikinti sektorunda yüksəliş yaşanır və inşaat işləri neftdənkənar sektorun da lokomotivi sayılırdı.

Durum dəyişdiyindən, indi tikinti sektoru ümumi daxili məhsulun (ÜDM) azalma səbəblərindən biridir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ilin yanvar-fevral aylarında ölkədə əvvəlki ilin eyni dövrüylə müqayisədə ÜDM 3,2 faiz azalıb. Bunun 2 başlıca səbəbindən biri tikinti sektorunda məhsul və xidmətlərin azalmasıdır.

Əlavə dəyərin, sadəcə, 8,7 faizi tikintidə formalaşıb. Sözügedən dövrdə tikinti materiallarının istehsalı da təxminən yarıbayarı - 48,5 faiz azalıb. Tikinti-quraşdırma işlərinə ötən ilin müvafiq dövrünə nisbətən 32.4 faiz az vəsait xərclənib.

Görünən odur ki, neft öz “qüdrətini” tikinti sektorunda da göstərib. Ekspertlərin də fikrincə, bu sektordakı düşüş neftlə bağlıdır.

“Neftdənkənar sektorun inkişafında neftin rolu böyük olub”

Əmlak məsələləri eksperti Rəşad Əliyevin fikrincə, ölkədə tikinti sektorunun inkişafını doğuran amillər çox idi:

“Ən əsası isə, neft sektorunun iqtisadiyyata təsiri ilə bağlı olub. Bura neft sektoruna investisiyalar, büdcə xərclərinin neft pulları hesabına artırılması, həmin vəsaitlər hesabına infrastruktur layihələrinin gerçəkləşdirilməsi daxildir. Bütün bunlar tikinti sektoruna müsbət təsir göstərib. Üstəlik, nəzərə almaq lazımdır ki, neftdənkənar sektorun inkişafında da neftin rolu böyük olub. Məsələn, neft pulu hesabına həyata keçirilən layihələr neftdənkənar sektor sayılan tikinti sahəsini də inkişaf etdirirdi. Neft pulları əhalinin alıcılıq qabiliyyətinə də müsbət təsir etdiyindən, bu amil də tikinti sektorunun inkişafına təsirsiz ötüşməyib”. (Ardı aşağıda)

Tikinti sektorunda durğunluq

Tikinti sektorunda durğunluq
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

“Ölkənin “kölgə iqtisadiyyatı da…”

Ekspert 2014 və 2015-ci illərdə tikinti sektoruna müsbət təsir edən amillərdən biri kimi Avropa Oyunlarına da diqqət çəkir:

“İnfrastruktura xərclənən vəsaitlər tikinti sektorunun ÜDM-dəki payına müsbət təsir göstərib. Bu, böyük idman yarışları keçirən bütün ölkələrə xas özəllikdir. Axı, ötücü xarakter daşısa da, həmin dövrdə tikinti sektoruna böyük sifarişlər olur”.

R.Əliyevin fikrincə, tikinti sektorundakı azalmaları təbii qarşılamaq lazımdır:

“Burda bir neçə amil üst-üstə düşür. Əsas amil - infrastruktur layihələrinə və tikintiyə vəsaitlərin az yönəldilməsidir. Səbəb - neft gəlirlərinin azalmasıdır. Əhalinin alıcılıq qabiliyyətinin azalması digər amildir və bu da neft pulları ilə əlaqəlidir. Üstəlik, nəzərə almaq gərəkdir ki, ölkənin “kölgə iqtisadiyyatı” da böhranla üzləşib. Rusiyada iqtisadi vəziyyətin pisləşməsi isə həmin ölkədən pul axınını azaldıb. Heç kimə sirr deyil ki, regionlarda yaşayan vətəndaşlar bu vəsaitlər hesabına ev tikir, ev alır, ev təmir etdirirdi. Bütövlükdə isə deyə bilərəm ki, tikinti sektorunun indiki vəziyyəti ürəkaçan olmasa da, ümumi vəziyyətlə müqayisədə yaxşıdır”.

Dövlətin “sol və sağ cibi”?

İqtisadçı ekspert Nazim Məmmədov da yetərincə şaxələnməyən Azərbaycan iqtisadiyyatını neftin qiymətindən asılı sayır:

“Neft gəlirlərinin azaldığı dövrdə iqtisadiyyatda azalmanı təbii qarşılamaq lazımdır. Bəllidir ki, tikinti sektorunun əsas təkanverici amili dövlət investisiya qoyuluşudur. Çünki büdcədə, orta hesabla, bütün özəl sektorun ƏDV-dən ödənişləri 300 milyon manat civarında idisə, yerdə qalan 1 milyard 800 milyon manatın qaynağı dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan hesablanan ƏDV olub. Belə demək mümkünsə, dövlət sol cibindən götürdüyü vəsaiti sağ cibinə qoyub”. (Ardı aşağıda)

Kəmaləddin Heydərov: "Tikinti şirkətlərinə heç bir maneə olmayacaq"

Kəmaləddin Heydərov: "Tikinti şirkətlərinə heç bir maneə olmayacaq"
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

“Dəmir və sement tam inhisara alındığından…”

N.Məmmədovun sözlərinə görə, tikinti sektorunu daim ayaqda saxlayacaq bir qurumun - İpoteka Fondunun yaradılması iqtisadi əsaslara söykənmədi:

“Ara-sıra, istiqrazlar hesabına fondu ayaqda saxlamağa cəhd göstərdilər. Dövlət büdcəsi hesabına - "süni nəfəslə" saxlanılan İpoteka Fondu, əvvəl axır, "boğulacaqdı". Ucuz maliyyə resursları olmadıqca, ipoteka institutu, qərb ölkələrindəki kimi, əhalinin mənzil problemini həll etməyə qadir olmayacaq”.

Ekspert Neft Fondunun bir çox ölkədə yüz milyonlar dəyərində şübhəli əmlaklar aldığını deyir və bu vəsaitin nədən Azərbaycandakı İpoteka Fonduna yatırılmadığının sual doğurduğunu vurğulayır.

N.Məmmədovun fikrincə, iqtisadiyyatın inhisarsızlaşdırılması, məmur sahibkarlığına son qoyulması, gerçək rəqabət mühitinin formalaşdırılması da vacibdir:

“Bunlar olmayınca, qərbdə sınaqdan keçmiş heç bir mütərəqqi alət Azərbaycanda işləməyəcək. Bu sektorda əsas 2 məhsul - dəmir və sement tam inhisara alındığından ölkədə mənzil qiymətlərini əlçatan etmək mümkün deyil. Bu problemdən ən çox əziyyət çəkən gənclər və orta nəsildir”.

Buna da bax: İntiqam Əliyevlə bağlı şad xəbərə məhkəmə önündə reaksiyalar

XS
SM
MD
LG