ABŞ Fətullah Gülənlə bağlı tənqidlərə cavab verdi
ABŞ Dövlət katibi John Kerry deyib ki, onun ölkəsi hələ ki, Türkiyədən Fətullah Gülənlə bağlı heç bir müraciət almayıb:
"Gözləyirik ki, cənab Gülən haqda bizə suallar veriləcək. Və əlbəttə ki, Türkiyə hökumətindən həmişə etdiyimiz kimi bizə ittihamların təsdiqi olaraq tutarlı sübut təqdim etməsini xahiş edəcəyik." (Ətraflı)
Politoloq Elxan Mehdiyev Türkiyədə baş verən hadisələri şərh edir
Kürdyönümlü partiyanın lideri çevriliş cəhdini pisləyir
Xalqların Demokratik Partiyasının rəhbəri Səlahəddin Dəmirtaş mətbuat konfransı keçirir.
3 min hakim işdən çıxarıldı
İyulun 16-da Türkiyədə 2 min 745 hakim işdən uzaqlaşdırılıb. Onların Fethullah Gülen tərəfdarı olduğu, iyulun 15-də dövlət çevrilişinə cəhdə dəstək verdiyi bildirilir.