Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

Zaporojyedə dinc sakinlər öldürülüb


Zaporojye
Zaporojye

Rusiya son 24 saat ərzində Ukraynanın Baxmut şəhəri üzərinə hücumu intensivləşdirib. Ötən gecə Zaporojye şəhərinin atəşə tutulması nəticəsində isə azı 3 dinc sakin öldürülüb.

Baş Qərargah Ukraynanın müdafiəçilərinin dəf etdiyi Rusiya hücumlarının sayının daha öncəki 24 saatla müqayisədə 2 dəfə artdığını bildirir. Ölkənin şərqinə və şimal-şərqinə 170-dən çox hücum qeydə alınıb.

Hücumların mərkəzində Baxmut şəhəri dayanır, amma Lıman, Avdiyevka, Şaxtarsk da hədəfə alınır.

“Düşmən Baxmut istiqamətində irəliləməkdədir, Baxmuta həmləyə cəhd göstərir”, – ordu bildirir.

Rusiya Baxmuta hücum dalğalarında böyük sayda piyada əsgərlərdən istifadə edir, onu mühasirəyə almağa, ukraynalıların təchizat xətlərini kəsməyə çalışır. Müharibədən öncə 70 minədək əhalisi olan şəhərdə hələ də minlərlə sakinin qaldığı bildirilir.

Digər vilayətlərə hücumlar

Zaporojyedə yaşayış binasının atəşə tutulması nəticəsində azı bir nəfər həlak olub. Bunu şəhər şurasının katibi Anatoli Kurtev martın 2-də deyib. Ancaq sonradan polis ölü sayının 3-ə çatdığını, dağıntılar altından 11 nəfərin xilas olunduğunu bildirib.

Ordu Dnepr çayının qərb sahilində yerləşən Xerson şəhərinin də artilleriya atəşinə tutulduğunu bildirib.

Şimal-şərqi Xarkov və mərkəzi Poltava vilayətlərində mülki və infrastruktur hədəflərinə hücumlar nəticəsində yaralananlar olub, mülkiyyət və infrastruktura ziyan dəyib.

“Məqsədli terror”

Prezident Volodimir Zelenski martın 1-də gecə müraciətində deyib ki, dinc sakinlər mülki infrastrukturunu hədəfə alan Moskvanın “məqsədli terror”undan əziyyət çəkirlər.

Ancaq Zelenskinin sözlərinə görə, Rusiyanın təzyiqinin kəsilməməsinə baxmayaraq, Ukrayna qüvvələri “cəbhənin hər bir hissəsini nəzarətdə saxlayır”, “qış bitmək üzrədir” və hökumət “Ukraynanı enerji və istiliklə təchiz edə bilib”.

Britaniya Müdafiə Nazirliyi isə gündəlik bülletenində qeyd edib ki, Ukrayna qüvvələrinin Baxmutu əlində saxladığı bir vaxtda temperatur yüksəlir, yerin buzu açılır, palçıqlı şərait ölkə boyunca hərəkəti məhdudlaşdırır.

Bu isə müdafiə qüvvələrinə müəyyən hərbi üstünlük verir, kəşfiyyat vurğulayır.

Baxmutda küçə döyüşləri
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Avropa İttifaqı (Aİ) diplomatları isə Kiyevə çox lazımlı artilleriya sursatının alınması üçün 1 milyard avro ayırmağa hazırlaşırlar. Bunu “AFP” xəbər agentliyi gördüyü təklif layihəsinə əsasən yazır. Aİ rəsmiləri Ukraynanın günə 7 minədək, Rusiya qüvvələri isə 50 minədək güllə atdığını hesablayıb.

Aİ-nin müdafiə nazirləri martın 7-8-də Stokholmda bir araya gələrək təklifləri müzakirə edəcəklər.

XS
SM
MD
LG