Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 11:46

Ukraynada müharibə ‘isteriyası yoxdur’


Ticarət mərkəzində təlim, Mariupol şəhəri, arxiv fotosu
Ticarət mərkəzində təlim, Mariupol şəhəri, arxiv fotosu

Müharibədən bezmiş bəzi ukraynalılarda isə uzunmüddətli və həllini tapmayan hərbi münaqişə olan ölkələrə xas fatalizm əhvalı formalaşıb

Artıq bir neçə həftədir onminlərlə Rusiya əsgəri Ukrayna sərhədlərinin şimal və şərq hissələrinə və Krıma cəmləşdirilib. Moskva Krımı 2014-cü ildə ilhaq edib.

Qərb və Ukraynanın kəşfiyyat agentlikləri Rusiyanın bir ay içində hərbi hücuma başlaya biləcəyini iddia edir. Bu arada Rusiya Prezidenti Vladimir Putin Kiyevə qarşı provokativ fikirlər səsləndirib, Kreml isə Ukraynanın NATO-dan həmişəlik kənar saxlanmasını tələb edir.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Mansur Mirovalev bayram mövsümündə Kiyevdə mümkün işğalla bağlı narahatlıq əlamətlərinin görünmədiyini yazır. Bir səbəb Ukraynanın artıq səkkiz ilə yaxındır şərqi Donetsk və Luqansk regionlarında Rusiyanın dəstəklədiyi separatçılarla münaqişədə olmasıdır.

“Sadəcə, elə də vecimə deyil, səkkiz ildir vulkanın yaxınlığında yaşayırıq”, – Kiyevdə 33 yaşlı fitnes təlimçisi, iki uşaq anası Valentina Tarpişçeva radioya deyib.

“Ödəməyə hesablarımız, baxmağa uşaqlarımız var”, – o, izdihamlı ticarət mərkəzində endirimdə olan paltarları nəzərdən keçirərək deyib.

SSRİ öldü, MDB doğuldu... Tarixi sənədi imzalayanlar danışır
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Kommunal xərclər

“Rating Group” agentliyinin dekabrın 9-da dərc etdiyi sorğuya görə, ukraynalıların çoxunu müharibənin mümkünlüyündən daha artıq kommunal xərclər, ağır iqtisadi durum maraqlandırır.

Respondentlərin dörddə üçü deyib ki, qazın və mərkəzi istilik sisteminin bahalanması, ölkədə iqtisadi çətinliklərin “dərinləşməsi” ən böyük problemdir.

Rəyi soruşulanların yarısından da azı hərbi eskalasiyanı mümkün sayır. 23 faiz belə bir ssenarinin “qeyri-mümkün” olduğunu deyib.

“Hər hansı isteriya yoxdur. Ümumilikdə işlər balanslı və sakit gedir”, – Donetskdən universitet professor İhor Kozlovski deyib. O, separatçıların həbsxanalarında 700 gün qalandan sonra paytaxta köçüb.

Bu münasibətə təsir göstərən faktorlardan biri də Ukrayna rəsmilərinin Rusiyanın yeni hərbi əməliyyatı ilə bağlı ABŞ-dakı həmkarlarından daha az narahat görünməsi ola bilər.

Ukraynada qadınlar hərbi komissarlığa çağrılır
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

Fatalizm

“Tammiqyaslı işğal üçün bu gün orada azı 3, 4, 5 dəfə çox Rusiya qüvvəsi olmalıdır”, – Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksi Danilov bu həftə “Current Time”a müsahibəsində deyib.

“Amma təhdid varmı? Əlbəttə, bizə görə daimi təhdid var – yeddi ildir bu təhdidlə yaşayırıq”, – Danilov vurğulayıb.

Müharibədən bezmiş bəzi ukraynalılarda isə uzunmüddətli və həllini tapmayan hərbi münaqişə olan ölkələrə xas fatalizm əhvalı formalaşıb. Müşahidəçilər belə deyirlər.

“Ukraynada müharibəyə münasibət Cənubi Koreya, yaxud Tayvana bənzəməyə başlayır – bu şər qüvvə gec-tez təsirini göstərəcək, ölüm kimi”, – Kiyevdə yaşayan təhlilçi Oleksi Kuşç deyir.

Amma heç də hamı bu fikirdə deyil. Rəy sorğuları da fərqli fikirlər üzə çıxarır.

Hər üç ukraynalıdan biri deyir ki, Rusiya qüvvələri onların şəhərinə, yaxud kəndinə girsə, orduya üzv olacaqlar. Kiyev Sosiologiya İnstitutu keçirdiyi rəy sorğusunu dekabrın ortasında açıqlayıb.

Qərblə şərqin fərqi

Amma bu gələcək könüllülərin 40 faizə yaxın Ukraynanın qərbində, Donbasdakı münaqişə zonasından uzaqda yaşayır. Şərq vilayətlərində isə rəyi soruşulanların yalnız 25 faizi belə vəziyyətdə orduya qoşulacağını deyir. Bu, əsasən Ukrayna dilində danışan qərblə rusdilli şərq və cənub vilayətləri arasındakı fərqləri göstərir.

19 faizə yaxın respondent işğal halında “heç nə etməyəcəyini”, 25 faiz isə başqa regiona köçməklə, ölkədən çıxmaqla müharibədən yayınacağını dilə gətirib.

Donbasdan veteran Vladislav Sobolevski şərqdə üç il müharibədə savaşıb. O, istənilən vaxt orduya yenidən yazılmağa hazır olduğunu deyir. Veteranın fikrincə, Rusiya işğalı Ukrayna üçün müsbət nəticə verər.

“Niyə müsbət? Qəribə görünür, amma bu məsələ bu və ya başqa yolla həll olunmalıdır… indi isə Ukrayna ordusu bu hücumu dəf etməyə hazırdır”, – 32 yaşlı Sobolevski radioya söyləyib.

Hərbi təhlilçilər onun fikirlərini əsasən bölüşmürlər, bir çoxları isə 2014-cü ildən bəri ölkənin silahlı qüvvələrinin xeyli təkmilləşdiyini bildirir.

Sonun başlanğıcı

Sobolevski inanır ki, Rusiya hücum edərsə, Qərbin sanksiyaları onun bank sektorunu iflic edər, Rusiya qazını Avropa çatdıracaq Şimal axını 2 işə düşməz, Putin beynəlxalq aləmdə təcrid olunar.

“Bu, Rusiyanın sonunun başlanğıcı olar”, – o, sözlərini yekunlaşdırır.

2014-cü ildə Luqanskdan çıxmış, keçmiş polad zavodu meneceri Mixaylo da Sobolevskinin entuziazmını paylaşmır.

İki uşaq atası, münaqişəyə görə soyadını deməkdən çəkinən 48 yaşlı Mixaylo Donbasda münaqişənin yenidən qızışa biləcəyindən narahatdır. Hazırda regionda döyüşlər ara-sıra baş verir. Münaqişədə 13 mindən çox dinc şəxs və döyüşçü öldürülüb.

Yaxın qohumları Luqansk Vilayətində yaşayan Mixaylo oradakı de-fakto hakimiyyəti və Putini sərt tənqid edir. O, keçmiş prezident Petro Poroşenkonun qərbyönlü hökumətini də münaqişəyə görə suçlayır. Mixaylonun fikrincə, Prezident Volodimir Zelenski hökuməti Donbasda yaşayanların qəlblərini, beyinlərini qazanmağa qadir deyil.

Partizan müqaviməti olacaqmı

Təhlilçilər, Ukrayna rəsmiləri ordudan başqa mülki şəxslərin hücuma sərt partizan müqaviməti göstərə biləcəyini deyirlər. Amma Bremen Universitetinin tədqiqatçısı Nikolay Mitroxinin fikrincə, Moskva şərq və cənub regionlarında Kiyevə deyil, ona rəğbət bəsləyənlərə ümid edir. Söhbət işğal halında həm real dəstəkdən, həm də Rusiya dövlət televiziyasında yayılacaq “təsvirlərdən” gedir.

“Putin zəiflik hiss edir və belə şeylərdən yararlanır… bəzi adamların belə edəcəyini bilir və anlayırıq”, – istefada olan general leytenant, Ukrayna silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi müavini İhor Romanenko radioya bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə Ukraynanın şərqində bəzi mülki şəxslər yolları bağlamaqla, hətta sursat oğurlamaqla Ukrayna ordusuna mane olublar.

“Ancaq belə hərəkətlər bizi müdafiəmizdən çəkindirə bilməz”, – Romanenko söyləyib.

XS
SM
MD
LG