Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:37

Von der Leyen ‘Rusiyanın enerji şantajından qurtaraq’ deyir


Ursula von der Leyen
Ursula von der Leyen

Avropa İttifaqı, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri Rusiyanın enerji asılılığından xilas olmaq qərarına gəlib

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Rusiyadan enerji asılılığının azaldılması üçün Fransa və İspaniya arasındakı yeni qaz kəmərində işlərin bərpa olunmasına çağırıb.

O mayın 6-da İspaniyanın baş naziri Pedro Sançeslə birgə mətbuat konfransı zamanı deyib:

"İndi bütün Avropa başa düşüb ki, Rusiyanın yanacağından asılılığımızı azaltmalıyıq. Bu həm bizim iqlim dəyişikliyi hədəflərimizə, həm də Kremlin enerji şantajına cavab verir”.

Avropa İttifaqı, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri Rusiyanın enerji asılılığından xilas olmaq qərarına gəlib.

REPowerEU paktı

Aİ mayın 4-də Rusiya neftinə tam embarqo qoyulması təklifilə çıxış etsə də, Macarıstan, Slovakiya və Çexiya buna qarşı çıxıblar.

Bu ölkələr enerji baxımından Rusiyadan çox asılıdırlar.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın “dost olmayan” hesab etdiyi ölkələrin Rusiya qazı üçün ödənişləri rublla etmələrini tələb edib.

Moskva bunun ardınca Polşa və Bolqarıstana qazın nəqlini dayandırıb.

İspaniyada etdiyi çıxışında von der Leyen Avropa İttifaqı üzvləri arasında enerji müstəqilliyinin artırılması və Rusiyadan enerji asılılığının azaldılması məqsədilə qəbul edilmiş REPowerEU adlı paktdan söz açıb.

Azərbaycanın qaz gəlirləri beynəlxalq şəffaflıq qruplarının diqqətinə düşür
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

İspaniya “pulu Avropa versin” deyir

İspaniyada əsasən Əlcəzairdən idxal olunan maye qazın qəbulu üçün 6 terminal var. Buna baxmayaraq bu terminallardan Fransaya tutumu çox az olan iki boru kəməri çıxır.

Ətraf mühitin mühafizəsi fəalları Portuqaliya, İspaniya və Fransanı birləşdirəcək bu kəmər layihəsinə qarşı çıxış edirlər. Məhz bu səbəbdən 2013-cü ildə başlanmış layihənin maliyyələşdirilməsi 2019-cu ildə dayandırılıb.

Xanım von der Leyen deyib ki, bu layihəyə yenidən başlanmasına ehtiyac var və “bu, bizi birlikdə Rusiyanın hədələrindən azad edəcək”.

İspaniya hökuməti layihənin bərpa olunmasını istəsə də, tələb olunan 465 milyon dolların ödənməsinə həvəsli deyil.

Buna səbəb odur ki, layihə İspaniyanı birbaşa mənfəətləndirmir.

Sançes bildirib ki, “bu layihə Avropaya lazımdır və onu İspaniya və Portuqaliya yox, Avropa İttifaqı maliyyələşdirməlidir”.

XS
SM
MD
LG