Fevralın 27-də Bakıda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı” rəsm sərgisi açılacaq.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) təşkilatının dəstəyi ilə reallaşacaq. Sərgidə eyniadlı müsabiqəyə bu mövzu ilə bağlı təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq.
Buna da bax: Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq
İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala, 105 ünvanında açıq səma altında gerçəkləşəcək.
Sərginin sonunda qaliblər mükafatlandırılacaq.