Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:40

Fransa Yeni Kaledoniyada dialoq üçün fövqəladə vəziyyəti ləğv edir


Numea şəhərində polis bölməsinin qarşısında silahlı polislər.
Numea şəhərində polis bölməsinin qarşısında silahlı polislər.

Fransa prezidenti Emmanuel Makron mayın 27-də Fransanın Sakit okeandakı ərazisi olan Yeni Kaledoniyada fövqəladə vəziyyəti qaldırmaq qərarı verib. Məlumatı yayan prezident ofisi bildirir ki, Makron bununla yeddi nəfərin ölümü və çox sayda dağıntı ilə nəticələnən iğtişaşlardan sonra siyasi dialoqa imkan yaratmağa çalışır.

Prezident ofisi öz açıqlamasında bildirir ki, fövqəladə vəziyyət, hələlik, uzadılmır və beləliklə Paris vaxtı ilə axşam saat 8-dən, Yeni Kaledoniya vaxtı ilə çərşənbə axşamı (mayın 28-də -red.) səhər saat 5-dən etibarən bitmiş sayılır.

Bəyanatda o da deyilir ki, qərarın məqsədi müstəqillik tərəfdarı olan FLNKS – Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi hərəkatının müxtəlif komponentlərinin görüşünə, eləcə də barrikadaların götürülməsinə çağırış edə biləcək seçilmiş rəsmilərin və digər yerli liderlərin əraziyə gedərək etirazçılarla görüşməsinə imkan yaratmaqdır.

Axşam və gecə komendant saatları yerində qalacaq

Yeni Kaledoniyanın baş fransız rəsmisi sayılan Ali komissar Lui Le Frank bildirib ki, axşam və gecə komendant saatları yerində qalacaq. Dövlət qulluqçularından, tibb işçilərindən, gecə növbələrində və təcili tibbi yardım kimi sahələrdə çalışan digər həyati önəmli peşə sahiblərindən başqa hər kəsə yerli vaxtla axşam saat 6 ilə səhər saat 6 arasında səyahət etmək yasaqlanacaq.

Le Frank Yeni Kaledoniyada ictimai yığıncaqlara, silah nəqlinə və daşınmasına, spirtli içkilərin satışına qoyulan qadağanın yerində qalacağını söyləyib.

Prezident Emmanuel Makron Yeni Kaledoniyanın paytaxtı Numeada mərkəzi polis bölməsinə baş çəkir.
Prezident Emmanuel Makron Yeni Kaledoniyanın paytaxtı Numeada mərkəzi polis bölməsinə baş çəkir.

Arxipelaqın Ticarət və Sənaye Palatasının bəyanatında deyilir ki, əsas beynəlxalq aeroport sayılan La Tontuta iyunun 2-dək kommersiya uçuşlarına bağlı qalacaq. Tontuta hava limanı etirazların zorakı hal almasından bir gün sonra bağlanıb.

Makron dəfələrlə həm müstəqillik tələb edən yerli kanakların, həm də müstəqillik istəməyən fransayönlü qrupların liderlərindən barrikadaları götürmələrini tələb edib. O öz bəyanatında bunun "konkret və ciddi" danışıqların başlanması üçün zəruri şərt olduğunu qeyd edib.

Makronun bəyanatında yaxın bir neçə saat ərzində arxipelaqa daha 480 jandarmın gələcəyi, beləliklə, ərazidəki güvənlik qüvvələri sayının 3 min 500-ü keçəcəyi bildirilir.

Makron cümə axşamı günü (mayın 23-də - red.)Yeni Kaledoniyaya səfər etməsindən sonra bu addımı atıb.

Atışmalarda ölən yeddi nəfərin, azı, üçü yerli kanaklar, ikisi isə jandarmlardır. Fransanın Daxili İşlər Nazirliyi bildirir ki, jandarmlardan biri silahın təsadüfən açılması nəticəsində ölüb.

Ali komissar Le Frank iğtişaşlar zamanı 122-dən çox polis zabiti və jandarmın yaralandığını və etirazların zorakı hal aldığı mayın 14-dən etibarən 460-dan çox adamın həbs edildiyini bildirib. O, yaralanan mülki şəxslərin sayını açıqlamayıb.

'Fransa, əksinə, Ermənistana dəstəyi artıracaq'. Makron Yeni Kaledoniyada
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Müstəqillik istəyənlərin lideri dirənişi qoruyub saxlamağa çağırıb

Paris mayın 15-də polisin gücünü artırmaq üçün, azı, 12 günlük fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət iğtişaşları yatırmaq, eləcə də ictimai asayişə təhlükə sayılan şəxsləri evlərində həbs etmək, axtarış aparmaq, silahları müsadirə etmək və hərəkəti məhdudlaşdırmaq üçün daha geniş yetkilər verir.

Yeni Kaledoniyada müstəqillik tələb edən partiyanın lideri şənbə günü (mayın 25-də - red.) arxipelaqın hər yerindəki dəstəkçilərini səfərbər qalmağa və Parisin seçki islahatı səylərinə qarşı dirənişi qoruyub saxlamağa çağırıb. Yerli kanak xalqı bu islahatların onları marginal hala salacağından narahatdır.

Yeni Kaledoniya 1853-cü ildə İmperator III Napoleon dövründə Fransanın müstəmləkəsinə çevrilib. Ərazi İkinci Dünya müharibəsindən sonra Fransanın xarici ərazisi statusunu alıb. 1957-ci ildə isə bütün kanaklara Fransa vətəndaşlığı verilib.

XS
SM
MD
LG