Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:40

Zelenski Kiyevdə Türkiyə-Azərbaycan-Ukrayna sammiti keçirmək istəyir


Volodimir Zelenski İlham Əliyevlə dekabrın 15-də Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən sammiti əsnasında görüşüb
Volodimir Zelenski İlham Əliyevlə dekabrın 15-də Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən sammiti əsnasında görüşüb

Ukrayna dövlətinin başçısı xatırladıb ki, 2022-ci ilin fevralında Ukraynanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlər qurmasının 30-cu ildönümü tamam olur

Ukrayna prezidenti Volodimir Zelenski fevral ayında Kiyevdə Ukrayna-Azərbaycan-Türkiyə sammiti keçirilməsini təklif edib.

Ukrayna prezidenti mətbuat xidmətinin saytında dərc edilmiş məlumatda deyilir ki, Zelenski bu barədə təklifini dekabrın 15-də Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən görüşündə Azərbaycan prezidenti İlham Əliyevə bildirib.

Prezidentin mətbuat xidməti bildirir ki, Volodimir Zelenski belə bir sammitin gələn ilin fevral ayında keçirilə biləcəyini deyib:

"Ukrayna dövlətinin başçısı xatırladıb ki, 2022-ci ilin fevral ayında Ukraynanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlər qurmasının 30-cu ildönümü tamam olur. Prezident bunu nəzərə alaraq fevral ayında Kiyevdə üç ölkə başçısının iştirakilə sammitin keçirilməsini təklif edib”.

Zelenski habelə bu ölkələr arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın böyük potensialından söz açıb.

Onun fikrincə, Ukrayna Azərbaycan və Türkiyə ilə birlikdə dəmir və dəniz yollarından istifadə ilə Avropa-Qafqaz-Asiya yük tranziti marşrutunu aktivləşdirə bilər.

Zelenski xatırladıb ki, Ukrayna özünün “Böyük tikinti” proqramı çərçivəsində avtomagistralların və nəqliyyat qovşaqlarının tikintisində Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq edir.

Ukrayna prezidenti bildirib ki, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi onun 2019-cu ildə Azərbaycana səfəri zamanı imzaladığı razılaşmalar sayəsində mümkün olub.

Çətin məqam

Zelenski habelə ümid etdiyini bildirib ki, Azərbaycan Rusiya Federasiyasında ilk növbədə Krım tatarları da daxil qanunsuz saxlanan Ukrayna vətəndaşlarının azad olunması prosesinə qoşulacaq.

Ukrayna prezidenti azərbaycanlı həmkarına Bakının Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Bundan əvvəl Zelenski Türkiyə prezidenti Recep Tayyip Erdoğanı Strateji Şuranın yüksək səviyyədə keçiriləcək iclasına dəvət etmişdi.

Bu tədbirin keçirilməsi də 2022-ci ilin fevralına planlaşdırılır.

Bu da qeyd olunmalıdır ki, Moskva ötən ay Ukraynanın separatçı Donbasda Türkiyə istehsalı zərbə dronundan istifadəsi ilə bağlı narazılığını bildirmişdi.

Hazırda Rusiya ilə Ukrayna arasındakı qarşıdurma Qərb və Moskva arasında gərginliyin son həddə çatması ilə nəticələnib.

XS
SM
MD
LG