Sentyabrın 11-də 2010-cü ilin finalının keçiriləcəyi Telenor Arena binasına baxış keçirmək üçün Osloya toplaşan «Eurovision» Nəzarət Komitəsinin üzvləri bir sıra cari məsələlər arasında Azərbaycanda səsvermə ilə bağlı vəziyyəti də müzakirə edəcək.
Avropa Yayım Birliyi (AYB) «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius məsələ ilə bağlı AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
- Bu toplantının gündəliyində Azərbaycan haqqında məsələninn müzakirə olunduğu elan edilib. Bununla bağlı nə deyə bilərsiniz?
- Biz bir necə məsələni araşdırırıq. Onlardan biri Azərbaycanla bağlıdır. Bu məsələ Nəzarət Komitəsinin Oslo toplantısında müzakirə olundu. Məsələ hələ də araşdırılır. Ümumi qaydalar belədir ki, Nəzarət Komitəsi məsələyə aydınlıq gətirib pozuntu olub-olmadığını müəyyən edir. Qaydaları pozan tərəfə qarşı cərimə, lap kobud pozuntular halında isə 3 il müddətinə müsabiqədən xaric olunma sanksiyası tətbiq oluna bilər. Nəzarət Komitəsinin nəticəsi və tövsiyələri son qərar çıxarmaq üçün Avropa Yayım Birliyinin Televiziya Komitəsinin İdarə Heyətinə təqdim olunur. Bu məsələ bu gün və ya sabah müzakirə olunacaq.
- Nəzarət Komitəsinə kimlər daxildir?
- Komitənin 8 üzvü var. Onlardan 3-ü Rusiyadan, Serbiyadan və Norveçdən olan keçmiş produserlərdir.
Digər 3 nəfər İspaniyadan, İrlandiyadan və İsveçdəndir və iştirakçı ölkələr tərəfindən seçki yolu ilə müəyyən olunublar.
Komitəyə Hollandiya nümayəndəsi sədrlik edir və AYB-ni bu qurumda mən təmsil edirəm.
- Bəs hər hansı bir pozuntu müəyyən edilibmi?
- Araşdırma davam edir. Hələ başa çatmayıb. Hər şey bizə daxil olan lazımi məlumatlardan asılıdır. Lakin biz məsələyə çox diqqətlə baxırıq. Bundan sonra isə sədr qərar verir.
- Sizə elə gəlmirmi ki, hansısa ölkənin müsabiqədən xaric edilməsi istənilən səmərəni verməz. Axı zərbə ilk növbədə musiqi pərəstişkarlarında dəyər?
- «Eurovision» nun bütün iştirakçıları televiziya yayımını həyata keçirən ölkələrdi. Onlar çıxışların və səsvermənin təşkil olunmasına məsul bir tərəf kimi qaydalara riayət etməlidirlər. Əgər yayımı həyata keçirən tərəf qaydaları pozursa, ona qarşı cəza tətbiq olunur – maliyyə cəzası, ən pis halda isə 3 ilə qədər müsabiqədən kənarlaşdırma. Qayda belədir. Onu pozanlar bilməlidir ki, hansı riskə gedirlər. Təəssüf ki, belə olan halda tətbiq edilən cəzanın nəticələri ilk növbədə adi adamlara, bəstəkarlara, rəqqaslara, televiziya tamaşaçılarına və Avropaya dəyir. Çünki ölkələrdən biri iştirak etmək hüququndan məhrum olunur. Amma nə etmək olar, qayda var və onu pozan gərək cəzalandırılsın.