Azərbaycanda qazandığı pulu burnundan gətirirlər

Toni Bler Bakıda, 1 dekabr 2009

Britaniya müxalifəti təklif edir ki, keçmiş baş nazir Toni Bler Azərbaycan səfərinə görə aldığı 130 min manatı bu ölkədə insan haqlarının müdafiəsinə xərcləsin.

Bu haqda Britaniyanın Daily Telegraph nəşrinin internet səhifəsində yerləşdirilən geniş yazıda deyilir. Məqalədə qeyd olunur ki, Toni Blerin Azərbaycanı ziyarət etməsindən yerli avtoritar hakimiyyət təbliğat məqsədilə geniş istifadə etdi. Onun prezidentlə görüşünü dəfələrlə TV-də göstərib sanki demək istəyirdilər, “Baxın, görürüz kimdi bizimlə bir yerdə”? – vebsayt yazır.

Məqalə müəllifləri Obamanın seşki kampaniyasının rəhbəri David Plafın Bakıya səfərini misal gətitrərək xatırladırlar ki, səs-küyə səbəb olan bu səfərdən sonra Plaf Bakıdakı mühazirəsinə görə aldığı pulları ianə kimi Azərbaycanda demokratiyanın inkişafı ilə məşğul olan qurumlardan birinə verdi və əlavə edirlər ki, D.Plafın da, T. Blerin də Bakı səfərlərini Vaşinqtonda yerləşən eyni agentlik təşkil edib.

Plaf-Balir paralellərini inkişaf etdirən müəlliflər 90-cı illərdə Toni Bler seçki kampaniyasında iştirak edən millət vəkili Peter Kilfoylenin mövqeyini öyrənirlər. Sonuncu bildirir ki, T.Blair ən azından aldığı pullarrı xeyriyyə formasında regionda insan haqlarının müdafiəsinə yönəltməlidir.

“Onun insan haqlarını kobud şəkildə pozan bir ölkədən qazanc görürməyi düzgün deyil” – deyə Kilfoyen bildirib.

Azərbaycanda insan haqlarını pozulmasını, jurnaslitlərin həbsini və siyasi dustaqları yada salan məqalə müəllifləri Britaniya müxalifətinin belə bir fikrini də qeyd edirlər ki, əlbəttə Toni Bler hara səfər edəcəyini özü bilər, amma Bakida o, insan haqlarının pozulmasına diqqət cəlb etmək üçün nadir bir imkandan istifadə etməyib. Ona görə də bu pulları xeyriyyəyə sərf etməsi daha məqsədəuyğun olardı.


Xatırladırıq ki, Toni Bler bu il dekabrın 1-də Azərbaycana metanol zavodunun açılışı münasibətilə gəlmişdi. Onun səfərinin əsas təşəbbüskarı Qaradağda əsası qoyulan metanol zavodunun sahibi məşhur iş adamı Piriyev idi.

MƏQALƏNİN TƏRCÜMƏSİ İLƏ BURADA TANIŞ OLA BİLƏRSİNİZ