Məhkəmələrə şikayət zamanı tutulan rüsumlar və mümkün cərimələr

.

Məhkəmələrə müraciət zamanı qarşılaşa biləcəyin dövlət rüsumları, mümkün cərimələr, həmçinin ərizə və şikayət formalarını əlavə etmişik.

Dövlət rüsumlarının məbləğləri ilə sağda, mümkün cərimələr və sənədlərin nümunələri ilə solda tanış ol.

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.

Məhkəmələrə müraciət zamanı mümkün cərimələr - keçid

MƏHKƏMƏ MÜRACİƏTLƏRİNDƏ MÜMKÜN CƏRİMƏLƏR

Maddə 311. Məhkəməyə hörmətsizlik göstərilməsi
on beş manatdan otuz manatadək miqdarda cərimə edilir

Maddə 314. Bilə-bilə yalan izahat və ya rəy vermə
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir
Məhkəmələrdə qarşılaşa biləcəyin bütün mümkün cərimə növlərini BURADAN GÖTÜR.



DÖVLƏT RÜSUMLARI

DÖVLƏT RÜSUMU HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ
Maddə 8. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri

Məhkəmələrə müraciət zamanı lazım ola biləcək sənədlər - keçid

MÜMKÜN SƏNƏDLƏRİN NÜMUNƏLƏRİ

Məhkəmələrə müraciət edərkən lazım ola biləcək sənədlərin nümunələrini buradan götür.

Bir qrup hüquqşünasın yaratdığı bu saytın təqdim etdiyi bu sənədlərdən də nümunə kimi istifadə etmək olar. Amma vəkillə məsləhətləşmə şərti ilə.

Şikayətlər üçün ünvanlar-keçid

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.

ANTİ-KORRUPSİYA QANUNVERİCİLİYİ-keçid

ANTİ-KORRUPSİYA QANUNVERİCİLİYİ

Korrupsiya və rüşvətxorluq əleyhinə istifadə oluna biləcək qanunlar:

İnzibati xətalar Məcəlləsi
Yol Hərəkəti haqqında qanun
Torpaq Məcəlləsi
Mülki Məcəllə

Digər qanunları buradan götür.

Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
8.1. Məhkəməyə verilən iddia ərizələrindən:
8.1.1. iddia qiyməti 500 manatadək olduqda 20 manat
8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda 30 manat
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:
8.2.1. iddia qiyməti ilə bağlı olduqda bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu
8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat
8.3. Məhkəmə əmri haqqında ərizələrdən 20 manat
8.4. Apellyasiya və kassasiya şikayətlərindən:
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən; bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat
8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 40 manat
8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat

Məhkəmələrə müraciət zamanı qarşılaşa biləcəyin bütün dövlət rüsumları ilə burada tanış ol.

Rüsumları həm də çap edə bilərsən.