Dövlət orqanlarının elektron xidmətlərindən yararlanmaq istəyənlər heç də həmişə niyyətlərinə çata bilmirlər. Bu barədə rəyini soruşduğumuz vətəndaşların bəziləri yalnız Vergilər Nazirliyinin elektron xidmətinin işə yaradığını bildirdilər. Elə Bakı sakini Ülviyyə Vəliyeva da deyir ki, Vergilər Nazirliyinin rəsmi səhifəsindən yaxşı istifadə edir, rəsmi müraciətinə ətraflı cavab ala bilir.
NAZİRLİK İDARƏSİNƏ GEDİB BLANK DOLDURMAQ LAZIMDIR
Bloqqer Əli Novruzov da deyir ki, həqiqətən də vergiləri elektron xidmətdən istifadə etməklə ödəməkdə problemi yoxdur. Amma digər dövlət qurumları ilə bağlı bunu demək olmur:
«Çox təəssüf ki, məsələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin belə xidməti yoxdur. Hesabat vermək üçün hökmən nazirliyin idarəsinə gedib blank doldurmaq lazımdır. Halbuki, Vergilər Nazirliyində bunu çox asan - onlayn etmək mümkündür».
Əli Novruzov deyir ki, özəl şirkətlər bu məsələdə dövlət orqanlarından xeyli irəlidədirlər. Məsələn, mobil rabitə xidmətləri ilə bağlı ödənişləri etmək üçün həmin qurumların ofislərinə getməyə heç bir ehtiyac yoxdur.
İKİ HƏFTƏYƏ ELEKTRON XİDMƏT
Aprelin 16-da prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına dair iclasında hər bir dövlət qurumunda elektron xidmət yaradılması üçün 2 həftə vaxt verib.
Rabitə Nazirliyi İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyev hesab edir ki, bu müddətə dövlət qurumları qarşıya qoyulan vəzifəni yerinə yetirə bilərlər. Çünki prezident bu məsələ ilə bağlı sərəncamı 2011-ci ilin may ayında imzalayıb. o vaxtdan bəri xeyli iş görülüb:
«Elektron imza istifadəyə verilib. 280-dən çox xidmətin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ayrı-ayrı dövlət orqanlarının siyahısı təsdiq olunub. Həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dövlət orqanlarının vahid informasiya sistemini yaradıb. Bu da dövlət orqanlarını bir mühitdə birləşdirməyə imkan verir ki, birlikdə fəaliyyət göstərə bilsinlər».
İCRA HAKİMİYYƏTİ VƏ BƏLƏDİYYƏLƏR DƏ QOŞULACAQ
İsfəndiyar Əliyevin dediyinə görə, yaxın vaxtlarda təqdim olunacaq elektron hökumət portalına 15 dövlət orqanı qoşulub, 60-a yaxın da xidmət ora inteqrasiya olunub. Nazirlik rəsmisi bildirir ki, xidmətləri ayrı-ayrı dövlət orqanları hazırlayır. Sonra onları hökumət portalına inteqrasiya edəcəklər, ordan daxili şəbəkəyə veriləcək.
İsfəndiyar Əliyev daxili şəbəkədə xeyli boş tutum olduğunu və lazım olsa, yenə də artırmağın mümkünlüyünü bildirir.
Deyir, hələlik bu sistemə mərkəzi icra hakimiyyəti orqanlarının - 44 qurumun qoşulması nəzərdə tutulur. Amma gələcəkdə bu xidmət həm yerli icra hakimiyyəti orqanları, həm də bələdiyyələrə yayılacaq.
ELEKTRON XİDMƏT ADINA...
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz isə inanmır ki, deyilən müddətə bu sistemi yaratmaq mümkün olsun. Çünki onun fikrincə, bu sahədə bir sıra ciddi problemlər var:
«Onlayn xidmətlərin elektron formada göstərilməsi üçün kompleks tədbirlər görülməlidir. Yəni, bu, yalnız informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən ibarət deyil. Burada xidmətlərin özləri elektron formaya keçirilmələri üçün hazırlanmalıdır. Yəni, xidmət hansı formada, necə olmalıdır? Necə əldə edilə bilər? Bu məsələlər həll ediləndən sonra proses informasiya kommunikasiya istiqamətinə gətirilməlidir».
Osman Gündüz deyir ki, indiki şəraitdə də dövlət orqanının saytında elektron xidmət adına nəsə tapmaq mümkün olsa da, bu, məsələnin həlli deyil. Əslində elektron xidmətdən danışarkən söhbət portaldan getməlidir.