Bakı şəhər İcra Hakimiyyəti Belorusun dövlət bayrağını 15 000 dollara alıb

Belarus - State flag, undated

-


Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-ci ildə keçirdiyi tender siyahısında göstərilib ki, Bakı şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya proqramları departamenti Belorus Respublikasının bayraqlarının alınmasına 11 min 800 manat xərcləyib.

Fövqəladə Hallar Nazirliyi 7 min 434 manata xarici ölkələrin bayraqları, Vergilər Nazirliyi 5 min 911 manata lövhə və bayraqlar, Gənclər və İdman Nazirliyi 3 min 900, Müdafiə Nazirliyi 45 min 600 manatlıq bayraq alıb.

Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna isə muzey və bayraq güşəsinin təşkili 4 min 500 manata başa gəlib.

Mədəniyyət və Turizm Nazirliyi ikitərəfli bayraqların hazırlanmasına 20 min manat, Azərbaycan Turizm İnstitutu isə həyətdə bayraqların qurulmasına 11 min 841 manat xərcləyib.

Gənclər və İdman Nazirliyi Bakıda 4 noyabr 2011-ci ildə "9 noyabr Dövlət bayrağı günü" münasibəti ilə "Bayraq festivalı"nın keçirilməsinə və təkşkilinə ümumilikdə 45 min 410 manat xərcləyib.

"Qərənfil" və Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisasdırılmış Körpələr Evi-Uşaq Bağçaları Bayraq bayramının təşkilinə ümumilikdə 4 min manat xərcləyib.

Bunlar Satınalmalar üzrə Dövlət Agentliyinin saytında göstərilən bayraq tenderləri haqqında məlumatlardır.