Dəfn işlərində rüşvəti kəsməyə yeni ideya

Arxiv foto


Rusiyada dövlətin nəzarətində olan qəbirstanlıqlarda rüşvətin kökünü kəsmək üçün qanun layihəsi hazırlanır. Rusiyanın Federal Anti-monopoliya Xidmətinin hazırladığı qanun layihəsində əsas yenilik ölkədə özəl qəbirstanlıqların yaradılmasıdır.

Xidmətin əməkdaşı Timofey Nijeqordsev oktyabrın 16-da keçirdiyi mətbuat konfransında deyib ki, bununla dəfn rüşvətin qarşısını almaq və eyni zamanda da pulu olanlar üçün daha yaxşı dəfn xidməti təşkil etməyə imkan yaratmaq istəyirlər.
Onun sözlərinə görə hazırda onsuz da pullu şəxslər vəfat etmiş yaxın adamları üçün dövlət qəbirstanlıqlarında üstü bağlı qəbirlər düzəltdirir, qanunsuz qəbirüstü tikililər yaradırlar.

Yeni qanun layihəsi ilə isə özəl qəbirstanlıqlar yaratmağa icazə verməklə bütün bu qeyri-leqal ödənişləri leqallaşdırmaq, dövlət qəbirstanlıqlarında rüşvəti yığışdırmaq istəyirlər.

Timofey Nijeqordsev bildirir ki, hazırda yeni qanun layihəsinin mətni üzərində iş gedir, maraqlı nazirliklərlə onun detalları razılaşdırılır. Layihəni ilin sonuna Rusiya parlamentinə təqdim edəcəklər.