Saday Budaqlının gənc yazıçılara məsləhətləri

Saday Budaqlı

-

Saday Budaqlı OxuZalının Gənc yazıçılara məsləhətlər rubrikası üçün

1. Bir nəfəri yaxşı tanısan bir neçə yaxşı əsər yazarsan, özünü yaxşı tanısan mövzu qıtlığın olmaz. Çalış özünü tanı.

2. “Ağ vərəq” qarşısında səmimi ol. Öz duyğularından, hisslərindən qorxma, onları ifadə etməyi bacar.

3. Yaddaşına bel bağlama. Oxuduğun kitablardan qeydlər elə. Keçirdiyin hissləri, ağlına gələn fikirləri, eşitdiyin maraqlı əhvalatları unutmamaq üçün bir yerə yaz.

4. Hər gün eyni vaxtda yazmağa çalış. Buna vərdiş eləsən, həmin vaxt “sözlərin” qapını döydüyünü hiss eləyəcəksən.