Qadının başından hicabı çıxarıb, yerə atan amerikalını ABŞ Federal Məhkəməsi günahkar bildi. Washington Post qəzeti yazır ki, məhkəmə qərarına görə, 37 yaşlı Gill Parker Payne müsəlman qadının öz dini inanclarına sərbəst riayət edə bilməsi hüquqlarını pozub və onu 100 min dollar cərimə gözləyir.
Hadisə isə dekabrda olub. Southwest Hava Yollarının Çikaqodan Albuquerque şəhərinə uçan təyyarəsində Payne birdən başı hicablı qadını görüb və hərəkət etmək qəraraına gəlib. O, qadına yaxınlaşıb və hicabı göstərərək deyib ki, “bunu çıxart. Bura Amerikadır”. Qadın hicabı çıxartmayanda Payne hicabı zorla çıxarıb, yerə atıb.
Bu hərəkətini Payne indi öz yazılı etirafında da boynuna alır.
Payne-in öz günahını etiraf etməsi onun cəzasını güngülləşdirir. Çünki ABŞ qanunları ilə onu 1 il həbs cəzası gözləyirdi. Ancaq məhkəmə bunun əvəzində ona 2 aylıq sınaq müddəti - 2 aylıq ev dustaqlığı verməyə razı olub.
Payne pul cəriməsindən isə yayına bilməyəcək və bu, hələ müəyyənləşməyib. Bundan başqa, ev dustaqlığında özünü yaxşı aparmasa, onu həbsxana da gözləyir.
ABŞ Ədliyə Nazirliyinin mülki haqlar bölməsinin rəhbəri Vanita Gupta bildirib ki, kimin hansı dindən olmasının fərqi yoxdur, bütün amerikalılar ayrı-seçkilik olmadan öz dinlərinə qulluq edə bilərlər.
MÜSƏLMANLARA QARŞI NİFRƏT CİNAYƏTLƏRİ ARTIR
Federal Təhqiqat Bürosu FBİ-ınstatistikasına görə, 2004-cü ildən bəri dini zəmində, necə deyərlər, nifrət cinayətləri bütün dini qruplar üzrə xeyli azalıb, müsəlmanlara qarşı cinayətlərdən başqa. 2004-cü ildə müsəlmanlar qarşı 156 belə cinayət olmuşdusa, 2014-cü ildə bunların sayı 154 idi.
Corctaun Universitetinin Bridge (Körpü) Təşəbbüsü adlı layihəsinə görə, müsəlmanlara qarşı cinayətlərin, vandalismin sayı keçən il 154-dən hətta 174-ə qalxıb. Bunlar arasında 12 qətl və 29 fiziki hücum, 9 odlu silah və bombadan istifadə etməklə atəş açılması və yapartlayış törədilməsi var.50 şəxsə və quruma qarşı hədələr olub.
Kaliforniya Universitetinin Nifrət və Ekstremizm Araşdırılması Mərkəzininməlumatına görə, müsəlman ekstremistlərin Paris və Kaliforniydakı San Bernardino hücumlarından sonra ABŞ-da müsəlmanlara və məscidlərə qarşı hücumlar çoxalıb.