-
"ADO" teatr Gürcüstana səfərdən qayıdıb
Azərbaycanın underground teatrı olan "ADO" 14-16 iyun arası Gürcüstanın paytaxtı Tibilisi şəhərində yaradıcı səfərdə olub. Bu günlər ərzində onlar müstəqil gürcü teatrları olan "Tilda" və "Movement" teatrlarında "STOP" tamaşasını oynayıblar. "ADO" teatrının təsisçisi və bədii rəhbəri Elmin Bədəlov "Oxu Zalı"na açıqlamasında teatrın səfəri baradə bunları deyib:
"“ADO” teatr olaraq İstanbul və Gürcüstana səfərə çıxmışdıq. İstanbulda teatr və kino adamlarıyla görüşlərimiz oldu. Gürcüstanda isə iki teatr “Tilda” teatrı və “Movement” teatrı ilə şəxsi təmaslarımız oldu və bu teatrlarda tamaşa verməyi qərara aldıq. Gürcüstanda media bizim səfərimizə gözlədiyimizdən artıq diqqət verdi. Dörd Gürcüstan televiziyası, bir gürcüstan radiosu və ona qədər gürcü saytı bizim səfərimizi işıqlandırdı. Gürcüstanın birinci kanalı tamaşalarımız haqda reportaj yayımladı. Ümumiyyətlə Gürcüstandan çox yaxşı təəssüratlarla qayıtdıq. Gürcü tamaşaçısından razı qaldıq".