İranın tanınmış sosioloq Məhəmməd Fazeli Tehrandakı Şahid Beheşti Universitetində yeddi il dərs deyib. O, sentyabrda işdən çıxarılıb. Bu haqda xəbər isə bu günlərdə, daha iki akademikin işdən çıxarılması haqda məlumatla birgə yayılıb.
AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Gülnaz İsfəndiyari yazır ki, baş verənlər İranda fərqli düşünən akademiklərə qarşı yeni təmizlənmə dalğası sarıdan narahatlıq yaradıb. Dini isteblişment indiyədək tanınmış universitet professorlarını siyasi əsaslarla işdən kənarlaşdırıb.
Buna da bax: İranda fransalı turistə 8 il 8 ay iş kəsilibÖzəlliklə humanitar və sosial elmlər sahələrində çalışanlar hədəfə alınır. Ali dini lider Ayətulla Əli Xameneyi bu sahələrdə çalışan professorları “şübhə və qeyri-müəyyənliyin” təbliğində ittiham edir.
1979-cu il islam inqilabından sonra hakimiyyət İran universitetlərində nəhəng təmizləmə gerçəkləşdirib, yüzlərlə professor işdən çıxarılıb, kurrikulumlar islam dəyərlərinə uyğunlaşdırılıb. 2005-2013-cü illərdə prezident olmuş sərt-xətt tərəfdarı Mahmud Əhmədinejatın dövründə onlarla professor istefaya vadar edilmişdi.
Buna da bax: İran ABŞ-la birbaşa danışıqları istisna etmədiyini bildirirQəzəb dalğası
Son illər fərqli fikirli, ölkədən kənar tədbirlərə qatılan akademiklər təzyiqlə üzləşib, həbs olunublar.
Üç tanınmış professorun işdən çıxarılması isə tənqid dalğasına yol açıb. İranlılar qəzəblərini sosial mediada açıq məktublar, onlayn bəyanatlarla ifadə edirlər.
Bəziləri baş verənləri “siyasi” hesab edir, mühafizəkar Prezident İbrahim Rəisini ittiham edirlər. Digərləri işdən çıxarılmaların ölkədən beyin axınını gücləndirəcəyini deyirlər.
İnqilabdan sonra ölkədən nəhəng beyin axını, 2009-cu il prezident seçkisindən sonra isə emiqrasiya dalğası baş verib. O zaman siyasi müxalifətə qarşı dövlət repressiyası da güclənmişdi.
“Humanitar və sosial elmlərə qarşı çıxanlar, ölkəni bu elmlərsiz idarə etməyin mümkünlüyünə inananlar yenidən baş qaldırır”, – İran Sosiologiya Assosiasiyasının prezidenti Seyid Hüseyn Siraczadə yanvarın 22-də “Şərq” qəzetinə deyib.
Siraczadə Fazelini çalışqan biri kimi təsvir edib, onun müstəsna işlər gördüyünü söyləyib.
Buna da bax: İran dronları – 'Toyota Corolla' misalıAkademiklərin “məhvi prosesi”
Fazeli keçmiş, nisbətən mötədil prezident Həsən Ruhani dövründə prezident idarəsinin tədqiqat qanadı olan Strateji Tədqiqatlar Mərkəzində işləyirdi.
Tehranda yaşayan sosioloq Səid Mədəninin ölkədən çıxması bu yaxınlarda yasaqlanıb. O, Radio Fərda-ya deyib ki, akademiklərin “məhvi prosesi” İslam respublikası ilə yaşıddır.
“Mədəni inqilab dövründə universitetlərin elmi şuralarının üzvləri olan professorların bəziləri güclü bilik və bacarıqlarına baxmayaraq, yalnız baxışlarına görə işdən çıxarılırdılar”, – deyən Mədəni ruhanilərin akademikləri özlərinə rəqib saydıqlarını söyləyir.
Fazelinin sosial mediada yazdığı mesajdan isə işdən çıxarıldığını tənqid etdiyini düşünmək olar.
“Bir millətin tarixində ən pis məqamlardan biri odur ki, heç nəyə təəccüblənmirsən. Təəccüb, yaxud yanlış addımla üzləşənlər soruşurlar. ‘Nəsə başqa şey gözləyirdin?’” – o, yanvarın 10-da Twitter-də yazıb.
İki professor
Digər iki professora gəlincə, Cons Hopkins Universitetindən doktorluq dərəcəsi almış filosof Araş Abazari Tehrandakı Şərif Universitetindən çıxarılıb. Sosial siyasət eksperti Rza Ümidi isə Tehran Universitetində işini itirib. Onların heç biri bununla bağlı şərh verməyiblər.
Şərif Universitetinin fəlsəfə departamentinin başçısı İbrahim Azadegan yanvarın 22-də Ensafnews-a deyib ki, Abazari 2010-cu ildə imzaladığı bildirilən açıq məktuba görə çıxarılıb. O, məktub barədə detallı danışmayıb, amma Abazarinin onu imzalamadığını deyib.
Azadegan Abazarinin işdən çıxarılmasının arxasında İran Mədəni İnqilab Ali Şurasının keçmiş üzvünün təzyiqinin dayandığına inanır. Bu dövlət qurumu akademik və mədəni məsələlər üzrə qərarlar verir.
Ümidinin işdən çıxarılma səbəbi bəlli deyil. Fazeli onu “öz sahəsində üç əsas ekspertdən biri” adlandırıb, hakimiyyəti işdən çıxarılma səbəbini “şəffaf” izah etməyə çağırıb.
Buna da bax: Xameneyinin bacısı qızı həbs olunubUniversitet qərarına yenidən baxıb
Bijan Əbdülkərimi sentyabrda Tehrandakı Azad Universitetindən çıxarılıb. Özü bunu 2019-cu ildəki çıxışıyla əlaqələndirib. Universitet heyəti həmin çıxışı 2009-cu ildə Əhmədinejatın təkrar seçilməsinə kütləvi küçə etirazlarına dəstək kimi yozub.
Əbdülkərimi ilə bağlı qərar böyük tənqidlə üzləşdiyindən universitet bu qərara yenidən baxmalı olub. Amma ona yenidən dərs deməyə icazə verilib-verilməyəcəyi bəlli deyil.
Buna da bax: İranda ədliyyə işçiləri maaş artımı tələb edirTanınmış jurnalist Abbas Abdi deyir ki, İran hakimiyyəti tibb ocaqlarını akademiklərdən azad etmək üçün onları işdən çıxarır. Amma o, belə addımların əks təsiri olacağını bildirir.
“Mütəfəkkirlər universitetlərdən çox ictimai sektorda nüfuz sahibidirlər”, – deyən Abdi akademiklərin işdən çıxarılmasının onların ideyalarının legitimliyini gücləndirdiyini söyləyir.