Paşinyan: 'Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini gözləyir'

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan sərhədinin 5 metrliyindəki erməni kəndi: "Evimin damına Azərbaycan bayrağı taxıblar"

BMT Baş Assambleyasının 76-cı sessiyasında etdiyi çıxışda Ermənistanın baş naziri Nikol Paşinyan belə deyib

Ermənistan regionda davamlı və uzunmüddətli sülhün bərqərar olması ilə nəticələnəcək konstruktiv dialoqa hazırdır.

BMT Baş Assambleyasının 76-cı sessiyasında etdiyi çıxışda Ermənistanın baş naziri Nikol Paşinyan belə deyib.

Çıxışın tam mətni Ermənistanın Armenpress dövlət xəbər agentliyinin saytında dərc olunub.

Nikol Paşinyan çıxışının əvvəlində 44 günlük müharibədən danışıb:

“Bilirsiniz ki, Dağlıq Qarabağ 2020-ci ilin payızında təcavüzə məruz qalıb. 44 gün davam edən müharibə bir neçə min insanın həyatına son qoyub. Dağlıq Qarabağın 10 minlərlə sakini köçkünə çevrilib. Təcavüz, mülkilərin və həyati infrastrukturun bilərəkdən hədəflənməsi, müharibə əsirlərinin və mülki girovların qanunsuz öldürülməsi, işgəncə və sənədləşdirilmiş başqa cinayətlər də daxil beynəlxalq hüququn Azərbaycan silahlı qüvvələri tərəfindən çoxsaylı və böyük pozuntuları ilə müşayiət olunub”.

Ermənistan baş naziri deyib ki, “bu hərəkətlər nəticəsində Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçən hissələrində Erməni xalqı tam etnik təmzilənməyə məruz qalıb”.

Buna da bax: İlham Əliyev Baş Assambleyaya: 'Ötən il xəbərdarlıq etmişdim ki…'

Rusiyaya minnətdarlıq

Paşinyan təəssüf etdiyini bildirib ki, “beynəlxalq icma kütləvi qırğınların qarşısını bu dəfə də ala bilməyib”.

Ermənistan baş naziri çıxışında qan tökülməsinin qarşısını aldığına, 9 noyabr üçtərəfli bəyanatının imzalanmasına görə Rusiya Federasiyasına təşəkkürünü bildirib.

Nikol Paşinyan daha sonra deyib ki, iyunun 20-də keçirilmiş parlament seçkisinin nəticələri onun hökumətinə ölkədaxili problemlərin çözülməsi üçün mandat verib.

Baş nazir deyib ki, bu, 2018-ci ilin “dinc, məxməri və xalq inqilabından” sonra keçirilən ikinci seçki idi.

Paşinyanın sözlərinə görə, onun hökuməti regiondakı ağır bir vəziyyətdə özünün əsas məqsədinə - sülh erasının açılmasına çalışır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Erməni kəndli: "Evimin damına Azərbaycan bayrağı taxıblar

Qənimətlər parkı

Ermənistan hökumətinin başçısı daha sonra Azərbaycanı “9 noyabr razılaşmasını pozmaqda, Ermənistan Respublikasının onlarca vətəndaşını əsir saxlamaqda, onlardan bəzilərini qondarma ittihamlarla 6 ildən 20 ilədək azadlıqdan məhrum etməkdə” günahlandırıb.

Paşinyan iddia edib ki, 44 günlük müharibə ərzində Azərbaycanın internet istifadəçiləri həlak olmuş erməni əsgərlərin başlarının kəsilməsini və cəsədlərinin güllələməsini əks etdirən videolar yayıblar:

“Dərinləşən düşmənçilik atmosferinin hiddət doğuran nümunələrindən biri də Bakıda qənimət parkının açılması olub. Azərbaycan məktəblilərini ora ekskursiyaya aparır, onlara əsir alınmış, öldürülmüş və qan içində olan erməni əsgərlərinin fiqurlarını göstərirlər”.

Buna da bax: Erdoğan: ‘Paşinyandan müsbət siqnallar gəlir...’

“Ermənistan-Türkiyə dəmir yolu da açılsaydı…”

Paşinyan deyib ki, bucür addımlar “bizim regionumuzda sülhün mümkün olmamasını göstərmək məqsədi güdür”.

O əlavə edib ki, erməni tərəfi buna baxmayaraq “hər bir imkanda region üçün sülh erası gündəliyini yürütməyə” çalışır.

Ermənistan baş naziri daha sonra deyib ki, o regional kommunikasiyaların açılmasını son dərəcə mühüm məsələ hesab edir.

Paşinyan bu sahədə narazılıqlarını da diqqətə çatdırıb:

“Lakin nəqliyyat əlaqələrinin açılması məsələsinə baxarkən görürük ki, burada regional izolyasiyanı və düşmənçiliyi saxlamaq məqsədi olan variantlar, amma həm də regionarası birləşdirici variantlar da var və bu, düşmənçilik problemini addım-addım həll edə bilər. Biz ikinci varianta tərəfdarıq. Əgər Ermənistanı Türkiyə ilə birləşdirən dəmir yolu da açılsaydı, regional kommunikasiyaların açılması mövzusu daha geniş miqyası əhatə edərdi”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezident deyir ki, şuşalılar bir ilə öz ata-baba yurdlarına qayıdacaq

“Öz müqəddaratını təyinetmə hüququ güc vasitəsilə dayandırıla bilməz…”

Ermənistan baş naziri deyib ki, onun ölkəsi “regionda davamlı və uzunmüddətli sülhün bərqərar olması ilə nəticələnəcək konstruktiv dialoqa” hazırdır.

Paşinyan bildirib ki, bunun üçün Ermənistan girovların və başqa saxlanan bütün şəxslərin qaytarılması prosesinin yubadılmadan başa çatdırılmasını, habelə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun egidası altında dinc tənzimləmənin bərpasını təklif edir:

“Şübhə yoxdur ki, gücdən istifadə ilə yaradılmış situasiya beynəlxalq qanun nöqteyi nəzərindən legitimlik qazana bilməz. Artsax (Qarabağ - red) xalqının öz müqəddaratını təyinetmə hüququ güc vasitəsilə dayandırıla bilməz, münaqişə güc tətbiq edilməsi ilə həll olumuş hesab oluna bilməz. Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini gözləyir”.

Paşinyan əlavə edib ki, həmsədrlər vasitəsilə əlaqələr tərəflərə “təmas nöqtələri tapmaqda, mürəkkəb suallara cavab tapılması üçün meydan açmaqda” kömək edə bilər.

Buna da bax: Əliyev Putinlə məqsədlərinin üst-üstə düşdüyünü deyir

Delimitasiya və demarkasiya

Ermənistan baş naziri çıxışında Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası probleminə də toxunub.

O bildirib ki, bu prosesə Azərbaycan qüvvələrinin Zod-Xəznəvar sektorunda Ermənistanın suveren ərazisinə müdaxiləsi mane olur:

“Adını çəkdiyim bu sektorda biz həm Ermənistan, həm də Azərbaycan qüvvələrinin eyni vaxtda sovet vaxtlarının sərhədlərinə geri çəkilməsini, sərhəd boyunca beynəlxalq müşahidəçilərin yerləşdirilməsini və beynəlxalq müşahidə altında delimitasiya və demarkasiyaya başlamağı təklif edirik. Biz bu təklifi istənilən vaxt icra etməyə hazırıq”.