Rusiyanın "Pravilamag" saytı Hollivud aktyoru Riçard Qirin yaşam qaydalarını dərc edib. Bu qaydaların bir bölümünü oxucuların diqqətinə yetirməyə dəyər:
Mən artıq çoxdan mətbuatı oxumağı dayandırmışam. Deyəsən, bu, anusuma siçan yeritməyim, sonra da onu çıxarmaqdan ötrü cərrah və baytar briqadası çağırmağım haqda bir nəfərin yazmasından sonra baş verib.
Heç vaxt özümə “Ay allah, niyə məhz məni seçmisən?” sualını verməmişəm.
Mən Tanrıdan çox uzağam. Qadın pərəstişkarlarım da indən belə bunu anlamalıdır.
Mənim yaşımda seks-simvol olmaq çətindir. Təkcə adamların məni belə qəbul etməsinə görə ildən-ilə bu statusu saxlamağa çalışmaqsa, ondan da çətindir. O üzdən, gəlin, gerçəkçi olaq. Heç məndən də seks-simvol olar?
Hər dəfə 18 yaşlılar mənə eşq elan edərkən, bir şeyi düşünürəm: bizim dünyamızda nəsə düz getmir.
Mənə elə gəlir ki, çağdaş dünya barədə bir şeyi anlamaq vacibdir: informasiya bolluğu onun doğru-dürüstlüyünə təminat verməz.
Buna da bax: Mel Gibson superqəhrəmanlığı deyil, yurdsevərliyi seçib?Nikson mətbuat konfrasında yalançı olmadığını söyləyib. Klinton məhkəmədə deyib ki, o qadınla heç bir cinsi bağlantısı olmayıb. İraqa qoşun yeritməzdən öncə Buş deyib ki, kütləvi qırğın silahlarının harada yerləşdiyini bilir. Mən belə görürəm ki, ABŞ prezidentləri – bu yetərincə sayqılı insanlar beynəlxalq gopçular yarışmasında hər hansı adamı uda bilərdilər.
Amerika prezidentləri artıq anlamalıdır: Amerika bütün dünya demək deyil.
Yalan cürbəcür ola bilər. Rene Maqrittin məşhur rəsmi var. Orada qəlyan fotoqraf dəqiqliyiylə çəkilib, altında da yazılıb: «Bu, qəlyan deyil». O şəklə baxırsan və düşünürsən: necə yəni? Ancaq özünə bir neçə dəqiqə vaxt versən, anlayacaqsan ki, bu, gerçəkdən qəlyan deyil, yalnız onun görüntüsüdür. Maqrittin öz rəsmi ilə demək istədiyi də budur: - Yalan çox incə ola bilər. O qədər incə ki az qala, iyrənc görünməməyə başlayır.
Buşu ikinci dəfə seçəndə, avropalı dostlarımdan biri mənə zəng vurub dedi: «Nə oldu, o gədəni yenəmi seçdiniz? Bütün elədiklərindən sonra onu yenə seçdiniz?». Mən dodaqaltı mızıldadım: «Bağışla». Yadıma gəlir ki, yenə nəsə demək istədim, ancaq birdən anladım ki, daha başqa deyəcək sözüm yoxdur.
Təəssüf ki, bugünkü şeytanlar, demək olar, həmişə sabahın mələkləridir.
Dünyanı bizim yönəldilməmizə imkan verdiyimiz adamlar idarə edir.
Bu çox doğrudur ki, dünyada məndən xeyli yaxşı oynayan aktyorlar var, ancaq onlar karyera qura bilməyiblər. Niyə belə alınıb? Mənim cavabım məyus edəcək sizi: - Bilmirəm.
Mənim bəxtim çox gətirir. Çoxları artıq çoxdan dibə enib, mənsə hələ suyun üzündəyəm. Hərdən mənə elə gəlir ki, ruhumu satıb sonra da bunu unutmuşam.
Mən hər zaman müziklda çəkilməyə hazıram.
Yaxşı ki mən çörəkpulumu ot biçməklə qazanmıram.
Hər bir insan daim adiliyiaşan bir şey axtarır – hətta heç vaxt bunu heç kimə etiraf etməsə də.
Buna da bax: Klassik Hollivud kinosunun beş elementiBir yerə uğrayıb, orada hamıdan yaşlı olmaq necə də qorxuludur.
Nə vaxtsa mənə elə gəlirdi ki, maksumum bacaracağım iş 30 yaşımadək yaşamaqdır. Hətta indi də mənə elə gəlir ki, ondan çox yaşadığım bütün bu illər vəhşi bir təsadüfdür. Bir müddət əvvəl Sarayevoda «Hantın ovu» (Rejissor Riçar Şepardın 2007-ci ildə çəkdiyi triller) filmini çəkirdik. Qrupumuzun mətbuat konfransında utancaq bir gənc qız oturmuşdu. O, bir anda əlini qaldırıb dedi: «Ailəmin üç nəsli – mən, anam və nənəm adından hələ də kinoya çəkilməyə davam etdiyiniz üçün sizə təşəkkürümüzü bildirmək istərdim, Riçard». Yadımdadır, öncə “necə də xoş” deyə düşünmüşdüm, amma sonra düşündüm ki, «gör mən nə qədər qocayam».
İnsan sevgisi və ehtirası kapitalizm kimidir. Kapitalizm daim genişlənməni, yayılma və böyüməni nəzərdə tutur. Eyni qaydada insanın duyğuları da daim böyüməlidir.
Kamera həmişə insan gözündən daha çox şey görməyə qadirdir.