Cənub bölgəsinin "əbədi" deputatları...

-

"Məntəqənin sədrini və onun üzvlərini cəzalandırmaq əvəzinə bizi polisə apardılar"



Milli Məclisə seçkilərə start verilsə də, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərindən qalan problemlər ölkənin Cənub bölgəsində hələ də həllini tapmayıb.

Cənub bölgəsinin 7 rayonunda 13 seçki dairəsi var. Bu dairələrin yalnız birində - 70 saylı Masallı şəhər seçki dairəsində komissiyanın tərkibi dəyişdirilib.

Bu dairənin 34,35 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsə də komissiyaların tərkibləri olduğu kimi qalır.

Bələdiyyə seçkilərində bu məntəqələrdə baş vermiş qanunsuzluqları aşkar edənlər isə məhkəmələrə çəkilirlər.

Seçki məntəqəsində müşahidəçi olmuş,Masallı Ziyalıları Birliyinin sədri Məmmədağa Eynullayev deyir ki, bütün bunlar növbəti seçkinin ədalətlə keçiriləcəyini şübhə altına alır:

“Seçki qutusunu aparıb, bülletenləri dairədə saymışdılar”

Məmmədağa Əliyev

“Bələdiyyə seçkisində 70 saylı Masallı şəhər seçki dairəsinin 34,35 saylı seçki məntəqələrində ciddi qanun pozuntusu olmuşdu.

Seçki qutusunu aparıb, bülletenləri dairədə saymışdılar. Bizim şikayətlərimiz əsasında bu məntəqələrdə səsvermənin nəticələri ləğv edildi. Amma qanunsuzluq edəni yox, pozuntudan şikayət edənləri cəzalndırırlar.

Məhkəmə qanunsuz olaraq bir nəfərə 8 sutka vrdi.

Bələdiyyə seçkilərində namizəd olmuş Natiq İmanlınin məhkəməsi isə, o, xəstə olduğuna görə təxirə salınıb. Onu həbs etmək istəyirlər. İndi də Milli Məclisə seçkilər gəlir. Belə vəziyyətdə hansı ədalətli seçkidən söhbət gedə bilər?”

Məmmədağa Eynullayev deyir ki, 51 nəfərin imzası ilə Mərkəzi Seçki Komissiyasına şikayət edilib. O hesab edir ki, qanunu pozanlar haqqında cinayət işi açılmalıdır:

“Qanunu pozanlar bilirlər ki, cəzasız qalacaqlar”

Asən Həşimli

“Açmasalar növbəti seçkini baykot etmək haqqında fikirləşməli olacağıq. Həmin saxtakarlar seçkiyə hazırlaşırlar. Yenə eyni hərəkətlər təkrar olunacaq. Çünki qanunu pozanlar bilirlər ki, cəzasız qalacaqlar. Seçkiyə birinci nöbədə icra orqanları mane olurlar. Seçkidə saxtakarlıqlarla bağlı kənddə iclas keçirmişik, lentə almışıq. Bu lenti Azadlıq Radiosuna da verəcəyik.”

Ötən seçkidə iştirak etmiş digər müşahidəçi Asən Həşimlinin fikrincə də, ölkədə seçkilərin demokratik keçirilməsi üçün hələ irəlləyiş yoxdur. O hesab edir ki,ötən seçkidə qanunsuzluqlara yol vermiş şəxslər cəzalarını almayınca yeni seçki keçirməyin mənası yoxdur:

“Bu komissiyalar ədalətli seçki keçirdərmi?”

“77 saylı Astara seçki dairəsinin 2 saylı seçki məntəqəsində müşahidəçi idim. Burda çoxlu qanun pozuntularına yol verdilər. Səsvermənin gedişində seçki qutusunun möhürünü qırdılar. Buna etiraz etdik.

Məntəqənin sədrini və onun üzvlərini cəzalandırmaq əvəzinə bizi polisə apardılar. Bir neçə saat orda saxlayıb, sonra buraxdılar. Seçki dairəsi də bu barədə məlumatlandırıldı.

Gözləyirdik məntəqədə səsvermənin nəticələri ləğv olunar. Ən azı komissiya üzvlərini kənarlaşdırarlar. Heç bir tədbir görmədilər.

İndi həmin komissiya üzvləri tam tərkibdə yeni seçkiyə gedir. Bu komissiyalar ədalətli seçki keçirdərmi? Başıma gələnlərdən belə nəticə çıxartdım ki, müşahidəçilik də effekt vermir. İstəyirsən bir seçki məntəqəsində 100 müşahidəçi qoy. Nə xeyri?”

Keçmiş müşahidəçinin dediyinə görə, bu səbəblərdən əhalidə seçkiyə maraq yoxdur:

Yerli müşahidəçilərin fikrincə, seçki fəallığının zəif olmasının bir səbəbi də bir nəfərin eyni dairədən bir neçə dəfə deputat olmasıdır. El arasında belə dairələrə “zanit” dairələr deyirlər. Məsələn, 74 saylı Lənkəran kənd seçki dairəsindən həmişə Hadi Rəcəbli qalib çıxır.

“Eşitmişik ki, rayon icra hakimiyyətinin nümayəndələri seçki komissiyaları ilə görüşlər keçirdirlər. Seçki komissiyalarına ciddi şəkildə tapşırılır ki,qanun pozuntusna yol verməsinlər.”

73 saylı Lənkəran şəhər seçki komissiyasının üzvü Rahim Nuriyev isə deyir ki,belə çağırışlar həmişə olub:

Ziyafət Əsgərov

“Bu tapşırıq elə həmişə verilib. Amma sonra başqa şeylər çıxır ortya. Təşkilatı işlərdə qabaqki illərə nisbətən fərq var. Məsələn, icra orqanları təşkilatı işləri daha yaxşı görüblər. Məntəqələrin təmiridir, təşkilidir.

Elmira Axundova

Bütün məntəqələr seçkilərə hazırdır. Kabinədən tutmuş, onun texniki təchizatına qədər hamısı hazırdır. Əlavə təlimlər də məntəqə sədrlərinə verilib.”

Rahim Nuriyev hesab edir ki, əsas məsələ seçki aktivliyidir. Əhali seçkilərdə iştirak etsə, səsləri saxtalaşdırmaq çətin olacaq:

"Hamısınn əvəzinə mən imza atmışam"

“Əhalinin böyük bir hissəsi seçkiyə getmir, biganədir. Əsas problem onda yaranır.”

Hadi Rəcəbli

Rahim Nuriyevin sözlərinə görə, seçkidə əsas oyunlar seçki məntəqələrindən kənarda baş verir:

“İmza verir, sonra təzyiq nəticəsində imzasından imtina edir. Gedirlər imza toplamağa. Ailənin yerinə bir nəfər imza atır. Sonra o adam gəlib deyir ki, ailə üzvlərim imza atmayıb, hamısınn əvəzinə mən imza atmışam.

Bunu məqsədli şəkildə edirlər. Qanunda imzanı geri götürmək də yoxdur. Buna görə də ehtiyatlı olmaq lazımdır. Qanun necə tələb edirsə, elə də olmalıdır. Əsas camaatdır, camaatın da fəallığı yoxdur. Vətəndaş mövqeyi olmalıdır. İstər Amerika, istərsə də İran olsun, bunlar olmasa orda neqativ hallar olacaq.”

Dairə seçki komissiyaları isə bildirirlər ki, seçki vaxtı qanun pozuntuları ilə bağlı onlara şikayətlər daxil olmayıb. Masallı rayonunun Musaküçə kənd icra nümayəndəliyindən isə bildirdilər ki, onlar seçkiyə müdaxilə etmirlər.

"Əbədi" deputatlar...

Yerli müşahidəçilərin fikrincə, seçki fəallığının zəif olmasının bir səbəbi də bir nəfərin eyni dairədən bir neçə dəfə deputat olmasıdır. El arasında belə dairələrə “zanit” dairələr deyirlər. Məsələn, 74 saylı Lənkəran kənd seçki dairəsindən həmişə Hadi Rəcəbli qalib çıxır.

O, sovet dövründən bəri deputatdır. 71 saylı Masallı kənd seçki dairəsi Elmira Axundovaya, 76 saylı Lənkəran-Astara seçki dairəsi isə Ziyavət Əsgərova aid edilir...