Danışıqları sinxron tərcümə edən süni intellektli qulaqcıq satışa çıxarılıb.
Mobil telefonlar və kompüterlərin həyatımızın ayrılmaz hissəsinə çevrildiyinə görə, alimlər adətən hi-tech dünyasının insanların səhhətinə necə təsir göstərdiyini müxtəlif təcrübələr keçirərək araşdırırlar.
Bir çox ölkələrin yenidən kompüterləri genişmiqyaslı haker hücumunun qurbanı olub. Kompüterləri zədələyən reket virusu blokladığı məlumatları deşifrə etmək əvəzində bitkoynlar şəklində fidyə tələb edir.
Britaniyanın Birmingem Universitetinin alimləri araşdırma apararaq sübut ediblər ki, bitkilər düşünmək və qərar qəbul etmək iqtidarındadır.
Google iş axtaranlara kömək üçün axtarış nəticələrinə yeni özəllik artırıb.
Alimlər deyirlər ki, salmonella çöpləri beyində olan xərçəng hüceyrələrini yeməyə qadirdir. Onlar bu bakteriyalardan xərçənglə mübarizədə istifadə edilməsinin mümkünlüyü fikrini irəli sürürlər.
ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinin kontraktoru olan bir marketinq şirkəti səhv nəticəsində, təsadüfən təqribən 200 ABŞ vətəndaşına aid həssas şəxsi məlumatları üzə çıxarıb.
YouTube-da yerləşdirilmiş ekstremist məzmunlu material məsələsi bu ayın əvvəli yenidən gündəmə gəlib. Məlum olub ki, iyunun 3-də London Bricdə baş vermiş terror aktını törədən üç nəfərdən biri ABŞ-ın Miçiqan ştatında yaşayan din xadimi Ahmad Musa Jibrilin silsilə YouTube videolarından "ilhamlanıbmış".
Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik mərkəzinin mütəxəssisləri Valkiriya adlı robot-humanoidin (insanabənzər) qabiliyyətlərini nümayiş etdiriblər.
NASA mütəxəssislərinin dərc etdiyi yeni məlumatda deyilir ki, yaxın zamanlarda Yer kürəsinin bütün ərazilərində yağıntının miqdarının artacağı gözlənilir.
Çin Xalq Respublikası özünün son dərəcə iddialı kosmik proqramı çərçivəsində Yerin təbii peykində heliumun izotopu olan helium-3 hasil etmək niyyətindədir. Helium-3 termonüvə reaktorlarının işi üçün vacibdir.
Alimlər kosmosda ayrıca bir dövlətin qurulması üzərində düşünürlər. Rusiyalı biznesmen dünya qanunlarından asılı olmayan və kosmosda mövcud olan bir dövlət qurmaq niyyətindədir.
Davamı