Cənubi Afrika variantının isə artıq peyvənd vurdurmuş, yaxud COVID-19 keçirmiş şəxsləri də yoluxdurduğu bildirilir
Martın 15-də Venesuela AstraZeneca/Oksford vaksinini təsdiqləməyəcəyini, “xəstələrə təsir”lərin olduğunu bildirib, amma detallı informasiya açıqlanmayıb.
Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze martın 15-də AstraZeneca ilə peyvəndləndikdən sonra bu vaksindən əminlik ifadə edib
Ağ evin bildirməsinə görə, amerikalıların çoxuna veriləcək 1400 dollarlıq birbaşa ödənişin artıq bu həftəsonundan bank hesablarına köçürülməsinə başlanacaq
Fransada reanimasiyada noyabrın sonundan bəri ən çox xəstənin olduğu xəbər verilir. Son yeddi gündə ortalama 21 mindən artıq yoluxma qeydə alınır
Martın 11-də AB-nin dərman tənzimləyicisi Johnson & Johnson şirkətinin vaksinini təsdiqləməlidir. Bundan sonra 27 üzvlük blokda dörd işlək vaksin olacaq
ABŞ-da COVID-19-a qarşı tam vaksin olunmuş şəxslər digər peyvənd edilmişlərlə qapalı məkanlarda kiçik qruplarla yığışa bilərlər
Davamı