Vaxtilə Binəqədi rayonu, Səttar Bəhlulzadə-23 ünvanında qeydiyyatda olan vətəndaşlara 1992-ci ildə aldıqları binadan yalnız şəkillər qalıb. Onlar iddia edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti binanı özəlləşdirərək satıb.
Yaxınlarda elan edilib ki, Avropa Birliyinin xətti ilə Azərbaycana 2 milyard avro pul veriləcək. Bu pulun borc, yoxsa, maliyyə yardımı olmasını elə Avropa Birliyinin rəsmiləri ilə dəqiqləşdirmişik.
Azərbaycanın Ermənistana təhvil verdiyi əsirlər: 'Bizə normal münasibət göstəriblər'
Azərbaycanda adların statistikasını Ədliyyə Nazirliyi 2015-ci ildən aparır. 8 ildə kişi adlarından ən çox Yusif, Əli, qadın adlarından Zəhra istifadə edilib.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun maddi və siyasi təsir imkanlarının getdikcə zəiflədildiyinə dair xəbərlər yayılır.
Aksiyaçılar Ankaranın mərkəzində bahalaşmaya etiraz olaraq elektrik fakturalarını yandırıblar. Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu isə sosial şəbəkələrdə yaydığı videoda işıqpulunu ödəməyəcəyini bəyan edib və hakimiyyəti qərarı ləğv etməyə çağırıb.
Lamiyə Mürşüdlü bu ilin iyununda beşəm dünyaya gətirib, 20 gün sonra onlardan biri həyatda qalmayıb. Dörd körpənin - Turan, Emin, Alesya və Altayın evə gəlməsiylə ailənin yeni həyatı başlayıb.
Prezidentin imzaladığı fərmanda Medianın İnkişafı Agentliyinə Azərbaycandan kənarda yerləşən media subyektlərinin fəaliyyətində də bu qanunun tələblərinin pozulmasını aşkar edib tədbir görmək səlahiyyəti verilir.
Rusiya ilə Belarus bölgədə birgə hərbi təlimlər keçirir. Ukrayna da buna cavab olaraq hərbi təlimlərə hazırlaşır. ABŞ isə Şərqi Avropaya əlavə qüvvələr atır.
Ölkəni tərk edənlərin əksəriyyəti iş dalınca Rusiyaya gedir.
Azərbaycan qanunvericiliyi vətəndaşların əmək hüquqlarını necə qoruyur? Əmək Məcəlləsinin 89-cu maddəsində deyilir ki, iş vaxtının müddəti gündəlik 8, həftəlik 40 saatdan artıq ola bilməz.
Davamı