Azərbaycan qanunvericiliyi vətəndaşların əmək hüquqlarını necə qoruyur? Əmək Məcəlləsinin 89-cu maddəsində deyilir ki, iş vaxtının müddəti gündəlik 8, həftəlik 40 saatdan artıq ola bilməz.
Sosial mediada hər gün yayılan intizamsız şagird videoları nəyin göstəricisidir, məktəblərdə sistemin çökməsi, valideyn tərbiyəsinin azalması, yoxsa, təhsil sisteminə qarşı kampaniya?
Rumınyada yaşayan Ukrayna vətəndaşı deyir ki, əgər Rusiya Ukraynaya hücum etsə ailəsini də bura köçürmək fikrindədir.
Hakim partiyadan olan deputat Vaqarşaq Akovyan deyib ki, tərəfdaş ölkələrin bir-biri haqqında belə fikirlər söyləməyə haqqı yoxdur və Lukaşenko Ermənistanın hələ də kimə lazım olduğunu yaxşı başa düşür.
AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu keçirib.
Bir aya yaxındır ki, yerli mediada Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin fəaliyyəti tənqid olunur, onun elmə ayrılan vəsaiti mənimsəməsi haqda ittihamlar səsləndirilir.
Britaniyada ailəsinə məxsus pullar müsadirə olunan deputat Cavanşir Feyziyevin biznesi barədə ətraflı məlumat.
Avropa Şurasının prezidenti Şarl Mişel özünün Tvitter səhifəsində bunu müsbət irəliləyiş adlandırıb və qeyd edib ki, Avropa Birliyi regionda sabitlik və rifahı dəstəkləyir.
Bir qrup deputat yenə də Azərbaycan sosial media platformalarında yazılanlara görə cəzalar nəzərdə tutan qanun hazırlanmasını tələb edirlər.
Təlimlərə artireliya, hərbi-hava və desant qüvvələri, tanklar, S-400 hava-hücumlarından müdafdiə sistemləri və digər raket qoşunları cəlb olunub. NATO, Rusiyanın hərbi təlim çərçivəsində Ukrayna sərhədi yaxımlığına bu sayda hərbi qüvvə toplamasından ciddi narahatlıq bildirib.
İstər verilməsindəki kəsintilər, istərsə keyfiyyəti və qiyməti - Bakıda qaz təminatı ilə bağlı hərə bir cür narazıdır
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-də deyib ki, Azərbaycanla Ermənistan arasında dəmir yolu layihəsi üzrə planın icrası yaxınlarda başlaya bilər.
Davamı