Radio
İşdən sonra - Pasport seriyası və vətəndaş mövqeyi
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzovun internet mediası və sosial şəbəkələr haqda söylədiklərini Mətbuat Şurası internet mediası komissiyasının üzvü Müşfiq Ələsgərli, media eksperti Qulu Məhərrəmli və «Qafqazinfo» saytının rəhbəri Elbrus Erud müzakirə edirlər.
Pen klub - Toy və yas mərasimlərini vətəndaşların özü, yoxsa hökumət tənzimləsin?
Bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə yas mərasimlərinin təmtəraqdan uzaqlığına, israfçılığın qarşısının alınmasına dair tövsiyələrini açıqladı. Bundan sonra istər paytaxt Bakıda, istərsə əyalətlərdə yerli icra orqanı və bələdiyyələrin yas mərasimlərinə müdaxilə xəbərləri gəlməyə başladı. Ardınca Milli Məclisin üzvü Səyavuş Novruzov toyların da sadələşdirilməsi təşəbbüsüylə çıxış etdi. Beləcə, cəmiyyətdə toy və yas mərasimlərinin tənzimlənmə məsələsi gündəmə gəldi. Ortaya aktual bir sual da çıxdı: Toy və yas mərasimlərini vətəndaşların özü, yoxsa hökumət tənzimləsin? Və ya bu tənzimləmədə necə ortaq məxrəcə gəlinsin?
AzadlıqFM - Şərhlərdə söyüş və təhqiri necə tənzimləməli?
Deputat Siyavuş Novruzov belə bir təklif səsləndirib ki, sayt və sosial şəbəkələrdə istənilən istifadəçi öncə şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edib sonra şərh yazsın. O, fikrini söyüş və təhqirlərin internet məkanında baş alıb getməsi ilə əsaslandırır. Bu fikirlər sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Suallar ortaya çıxır. Söyüş və təhqirin sərhədi necə müəyyənləşəcək? Bu cür şərhlər yazanlar necə cəzalandırılacaq? Ümumiyyətlə, yazılan şərhlərə görə məsuliyyət nəyi dəyişəcək və internet bənzər təkliflərlə necə «tərbiyələndiriləcək»?