Radio
AzadlıqFM - Elektron alış-verişdən vergi tutulsun, ya yox?
Azərbaycanda elektron ticarətdən vergi tutulub-tutulmaması məsələsi iki dövlət qurumu arasında fikir ayrılığı doğurub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə elektron ticarətin vergi və gömrük rüsumlarından azad edilməsini istəyir. Ancaq Vergilər Nazirliyi hesab edir ki, tam tərsinə, elektron ticarət dövriyyəsi get-gedə genişləndiyindən, vergi nəzarəti də gücləndirilməlidir. Beləcə, aktual sual doğur: İnternet vasitəsilə alış-veriş vergidən azad olunsun, yoxsa vergi nəzarəti gücləndirilsin?
Pen klub - Niyə xarici romanlar çox oxunur, Azərbaycan romanları az?
Niyə 10 milyonluq ölkədə Azərbaycan yazıçılarının romanları 500-1000 tirajla satılır? Bəlkə problem seçilən mövzulardadır? Bəlkə müəlliflər uzunçuluğa yol verirlər? AzadlıqRadiosunun «Pen klub» proqramındakı debata irihəcmli romanlar yazsa da, oxucularını itirmədiyini söyləyən Nəriman Əbdülrəhmanlı və Vüsal Nuru ilə yanaşı, qısa roman tərəfdarı olan yazıçı Qan Turalı və tənqidçi İradə Musayeva qatılıblar.