Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:10

Hollandiyada Azərbaycan səfirliyi qarşısında etiraz


Avqustun 18-də Hollandiyada Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi qarşısında gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsinə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları səfirlik binası önündə şüarlar səsləndirərək Azərbaycanda gənc fəallara qarşı olan basqıları pisləyiblər. Həmçinin azad mətbuata, azad fikrə qarşı təzyiqlərə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları Adnan Hacızadənin, Emin Millinin, həmçinin həbsdə olan digər jurnalistlər Qənimət Zahidin, Eynulla Fətullayevin, Müşfiq Hüseynovun azadlığa buraxılmasını tələb ediblər.

Aksiyanın qətnaməsi səfirliyə təqdim edilib.

Aksiyadan sonra Azərbaycandakı real ictimai-siyasi durumu əks etdirən bukletlər şəhər ictimaiyyətinə paylanıb.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Səbail rayon məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib.

Gənclərin həbsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən pislənilib.
Hollandiyada Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası
Aksiyadan sonra Azərbaycandakı real ictimai-siyasi durumu əks etdirən bukletlər şəhər ictimaiyyətinə paylanıb
XS
SM
MD
LG