Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Leninin şüarını Azərbaycanda unudublar


«Sovet dövründə kitaba maraq daha çox idi»
«Sovet dövründə kitaba maraq daha çox idi»
Bakıda təcrübə keçən Sofia Buşeton həmişə əl çantasında kitabça gəzdirir, bir balaca boş vaxtı olan kimi özünü verir bir qırağa, başlayır oxumağa. Deyir ki, uşaqlıqdan belə öyrənib, onun ölkəsi Hollandiyada çox adam belədir.

10 NƏFƏRDƏN CƏMİ BİRİ KİTAB OXUYUR

Kitab Klubu 2006-cı ildə Bakıda 2000 nəfər arasında elmi-sosioloji sorğu keçirmişdi, soruşmuşdu ki, son bir il ərzində hər hansı bir kitabı oxumusunuzmu? 2000 adamdan cəmi 203-nün cavabı müsbət olmuşdu.

Azərbaycanlılar Leninin məşhur «oxumaq, oxumaq, yenə də oxumaq» şüarını getdikcə yaddan çıxarırlar.

Bu 203 nəfərin cəmi 65 nəfəri deyib ki, istədiyi kitabı almağa imkanı çatır. 75 nəfər ancaq zəruri kitabları ala bilir.
(Yazı videonun altında davam edir)
Sonuncu dəfə nə vaxt kitab oxumusunuz?
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid


«MƏN KƏNDDƏ MAUQLİ İLƏ BÖYÜMÜŞƏM, İNDİ O KƏNDDƏ VƏZİYYƏT TAM BAŞQADIR»

Qeys Zeynalov 30 ilə yaxındır ki, nəşriyyat işində çalışır. Sovet dövrünü də görüb. Deyir ki, Sovet vaxtı əhali kitabla bundan çox maraqlanırdı:

«O vaxt kitablar 100 min tirajla çıxırdı, indi bizə 2 minlik sifariş gələndə sevinirik. Bir iş də var ki, o vaxt planlı iqtisadiyyat idi, kitablar dövlət sifarişi ilə gəlirdi».

Qeys Zeynalov deyir ki, bütün hallarda Sovet dövründə kitaba maraq daha çox idi:

«Mən ucqar bir kənddə Mauqli, Spartakla böyümüşəm, amma həmin kənddə bir fəhlə öz uşağına bu kitabları ala bilmir. Əhalinin həyat səviyyəsi aşağı düşüb, həyat tərzi dəyişib, buna əlbəttə, kompyuter və internetin inkişafı da az da olsa təsir edib».

«GÜRCÜSTANDA «HARRY POTTER» 20 MİN TİRAJLA ÇIXIB, AZƏRBAYCANDA İSƏ...»

Amma Kitab Klubunun direktoru Elxan Rzayev deyir ki, Gürcüstanla müqayisədə Azərbaycanda kitab oxuyanların sayı azdır, baxmayaraq ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsi daha yaxşıdır:

«Məsələn, «Harry Potter» bestselleri Gürcüstanda gürcü dilində 20 min tirajla satılıb, Azərbaycan dilinə isə hələ tərcümə olunmayıb, üstəlik, Azərbaycanda belə yüksək tirajla kitab çapına nadir hallarda rast gəlmək olar».

«AZƏRBAYCANLI NAŞİRLƏR, BİRLƏŞİN!»

Elxan Rzayev problemin kökünü «perestroyka» dövründə axtarır, deyir ki, Sovet hökuməti dağılan vaxt gürcü naşirlər birləşib ittifaq yaratdılar, xaricdən qrantlar aldılar, kitab işini ölməyə qoymadılar, Azərbaycanda isə belə olmadı, kitab yayımı ilə məşğul olan «Azərkitab», «Kəndkitab» dağıldı, özəl nəşriyyatlar yarandı, onlar isə əsasən mətbəə rolu oynadılar:

«KİTAB OXUYANLAR 10 İL ƏVVƏLLƏ MÜQAYİSƏDƏ ARTIR»

«İndi Azərbaycanda nəşriyyatlar ancaq sifarişlə işləyirlər, yəni, hansı müəllif hansı kitabı gətirsə, onu çap edirlər, satış nəşriyyatları maraqlandırmır, yaxşı olardı ki, nəşriyyatlar bazarı öyrənsinlər, bazara uyğun kitab çap etsinlər, onlar vəsaitlərini birləşdirsinlər və bu sahəni inkişaf etdirsinlər».

Elxan Rzayev deyir ki, son illər əhalinin yaşayış səviyyəsi yaxşılaşıb deyə, kitab satışı qismən də olsa artıb, həm də indi adamlar vaxt ayırıb kitab oxuya bilirlər.

«OXUCU ÇÖRƏYİ İLƏ DOLANAN YAZIÇI TANIMIRAM»

Yazıçı Fəxri Uğurlu deyir ki, Azərbaycanda oxucuların çörəyi ilə dolanan yazıçı tanımır:

«Əlbəttə ki, indiki vəziyyət məni qane etmir, amma 10 il əvvəllə müqayisədə ölkədə nisbi siyasi və iqtisadi sabitlik var deyə, oxuculuq səviyyəsi nisbətən artıb».

Məşhur dizayner Tərlan Qorçu isə deyir ki, Azərbaycanda kitaba marağı artırmaq üçün dövlət proqramı olmalıdır, səyyar kitabxanalar, səyyar kitab mağazaları, kitab sərgiləri və s. keçirməlidir.

BİR AZ DA DÜNYA TƏCRÜBƏSİ

Readfaster.com internet saytı yazır ki, Amerikada gənclərin 56 faizi ilə 10-dan artıq kitab oxuyur.

Amma informasiya texnologiyalarının inkişafı Birləşmiş Ştatlarda da kitaba marağı azaldıb.

Veronis, Suhler& Associates investment bankerin araşdırmasına görə, Amerikada hər bir adam gündə dörd saat televizora baxır, üç saat radioya qulaq asır, cəmi 14 dəqiqə ərzində jurnal oxuyur.

RUSLAR DA HƏYƏCAN TƏBİLİ ÇALIR

«Exo Moskvı» radiosunun məlumatına görə, rusların 52 faizi kitab almır, 37 faizi kitab oxumur. Əhalinin 79 faizi kitabxanalara getmir.
XS
SM
MD
LG