RUSİYADA DA MATƏM ELAN OLUNDU
Rusiya prezidenti Dmitri Medvedev təyyarə qəzası ilə əlaqədar aprelin 12-də bütün ölkə ərazisində matəm elan edib.
Polşada matəm bir həftə sürəcək.
FHN: TƏYYARƏDƏ 97 NƏFƏR OLUB
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, Polşa prezidentinin Smolenskdə qəzaya uğramış təyyarəsinin göyərtəsində 97 nəfər olub.
97 nəfərdən 89-u Polşa nümayəndə heyətinin üzvüdür.
Qəza nəticəsində təyyarənin bütün sərnişinləri ölüb.
Lex Kaçinski Smolenskə 1940-cı ildə Katın meşəsində Sovet hərbçilərinin qətlə yetirdiyi minlərlə polyakın xatirəsinə ucaldılmış kompleksə baş çəkməyə gedirmiş.
POLŞA PREZIDENTİ TƏYYARƏ QƏZASINDA HƏLAK OLUB
Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi Rusiyanın Smolensk şəhərində yerə enərkən qəzaya uğrayıb.
Qəza nəticəsində Kaçinski və xanımı da daxil olmaqla 132 nəfər həlak olub.
İlkin versiyaya əsasən, qəzaya güclü duman səbəb olub.
Smolenskin qubernatoru jurnaslitlərə bildirib ki, təyyarə Smolensk aeroportuna yaxınlaşarkən ağaca toxunub və alışıb.
Lex Kaçinski 2005-ci ildə Polşanın prezidenti seçilmişdi. O, vaxtilə 80-ci illərdə Polşanın «Solidarnost» hərəkatının rəhbəri Lex Valensanın müşaviri olub.
Kaçinski bir neçə dəfə Azərbaycana da səfər edib. Onun Bakıya sonuncu səfəri 2009-cu ilin iyulunda olmuşdu.
Ölkə rəhbərlərinin həlak olduğu təyyarə qəzaları
Lex Kaçinski kimdir

DOSYE