Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:45

Polşa matəm içindədir


Minlərlə adam Prezident Sarayının qarşısına çiçək düzür, şam yandırır.

Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi aprelin 10-da Smolensk ətrafında qəzaya düşüb.

Nəticədə təyyarədə olan 97 nəfərin hamısı həlak olub.

Məlumatlara görə, prezident Kaçinski və həyat yoldaşının cəsədi bu gün Polşaya gətiriləcək.

Prezidentin səlahiyyətlərini Seymin sədri Bronislav Komorovski icra edir.

Komorovski ölkədə bir həftəlik matəm elan edib.

O bu ağır gündə xalqı birliyə çağırıb və iki həftə ərzində ölkədə yeni prezident seçkilərinin təyin ediləcəyini bəyan edib.

Rusiyada qəzanın səbəbləri ilə bağlı istintaq aparılır.

Mütəxəssislər hesab edirlər ki, «Tu-154» təyarəsinin qəzaya uğramasına səbəb, qatı duman və ya pilotin səhvi ola bilər.

Təyyarə yerə enərkən eniş zolağına düşə bilməyib və ağacların başına ilişərək yerə çırpılıb.

Prezident Lex Kaçinski Smolenskə, 1940-cı ildə Katın meşəsində Sovet hərbçiləri tərəfindən güllələnmiş minlərlə polşalı zabit və ziyalının xatirəsinə ucaldılmış kompleksə baş çəkmək üçün gedirmiş.

Səfər zamanı onun həyat yoldaşı, Silahlı Qüvvələrin baş qərərgah rəisi, Xarici işlər nazirinin müavini, Mərkəzi Bankın rəhbəri və digər ölkə rəsmiləri müşayiət edirmiş.
XS
SM
MD
LG