Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:57

«Donmuş münaqişə» qaynamağa başlayır


Kurs 45 günlük təlimlərdən ibarətdir və yarısı pulsuzdur
Kurs 45 günlük təlimlərdən ibarətdir və yarısı pulsuzdur
«Azərbaycanla Ermənistan arasında «donmuş münaqişə» qaynamağa başlayır».

ABŞ-ın «New York Times» qəzetinin 1 iyun sayında məqalələrdən biri bu başlıqla dərc olunub. Həmin məqalənin müəllifi Ceyms Hilldir. (James Hill). Məqaləni qısa ixtisarlarla təqdim edirik:

Qəhvəyi saçları çiyinlərinə tökülmüş 29 yaşlı qadın gözünü snayper tüfənginin nişangahına qoyub. O, virtual ağaclar arasında qaçan virtual komandoları hədəf alıb.

Bakıdakı Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) yerli əhali üçün snayper təlimləri keçməyə başlayıb. Qadının ətrafına kurs yoldaşları yığışıb. Onların arasında ordudan tərxis olunmuş əsgərlər, yeniyetmələr, başıbağlı 34 yaşlı bir qadın da var.

Aprel ayında snayper kursları elan olunanda, bu, gözlənildiyindən üç dəfə çox maraqla qarşılanıb. Bu da başa düşüləndir.

90-cı illərin əvvəllərindən Azərbaycan etnik ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağa nəzarəti və məcburi köçkünləri evlərinə qaytarmağa çalışır. 1994-cü ildə atəşkəs elan olunub. Ölkə rəsmiləri Ermənistanla beynəlxalq təşkilatların vasitəçiliyi ilə sülh danışıqları aparırlar. Bu ay Kazan şəhərində tərəflərin görüşü olacaq. Lakin münaqişənin həlli ilə bağlı irəliləyişə ümid azdır. Burdakı əhalinin də artıq səbri tükənib.

«MƏN DAHA 20 İL GÖZLƏMƏKDƏNSƏ, MÜHARİBƏYƏ GEDƏRƏM»

Bunu snayper kursunun iştirakçısı, 34 yaşlı Şəfəq İsmayılova deyir. O, Dağlıq Qarabağın ətrafındakı Zəngilan rayonundan məcburi köçkündür. Müharibə haqqında onun rəfiqəsi, hüquq fakültəsinin məzunu Şəfəq Əmrahovanın da fikirləri
Münaqişənin həlli ilə bağlı irəliləyişə ümid azdır
qətidir:

«Müharibə hamı üçün pisdir. Lakin bəzən bunu şərait tələb edir».

Dağlıq Qarabağ Moldovadakı Dnestryanı və Gürcüstandakı Abxaziya və Cənubi Osetiya anklavları kimi, Sovet İttifaqının qoyub getdiyi ən başağrıdıcı miraslardandır.

Tərəflərdən heç biri müharibəyə həvəsli deyil. Ermənistan ərazilərə nəzarət edir. Ona görə də status-kvonu saxlamaqda maraqlıdır. Azərbaycan tərəfi isə düşünür ki, Ermənistan silahı qüvvələrini asanlıqla ərazidən çıxarda bilər. Ancaq Rusiya Cənubi Osetiyada olduğu kimi, Ermənistana kömək üçün qoşunlarını göndərə bilər.

Lakin ŞƏRAİT YAVAŞ DA OLSA, TƏHLÜKƏLİ İSTİQAMƏTƏ DƏYİŞİR. ATƏT-in vasitəçilik etdiyi danışıqlar ötən il bir nəticə vermədi. Üzərində 5 il danışıqlar aparılan «əsas prinsiplərə dair razılaşma» imzalanmadı. Hər iki ölkə hərbi qüdrətini artırmaqdadır. Beynəlxalq Böhran Qrupunun məlumatına əsasən, Azərbaycan 2002-ci ildən müdafiə xərclərini 20 dəfə artırıb.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib ki, sabah və ya birisi gün müharibənin olmayacağına heç bir təminat yoxdur:

«Bizə lazım olan dinc, birlikdə yaşamaqdır, müharibə yox. Bizə dinc, sülh şəraitində inkişaf lazımdır. Lakin heç nə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini əvəz edə bilməz. Lazım gəlsə, bunun üçün öz həyatımızı verməyə hazırıq».

BMT-nin məlumatına əsasən, qaçqınların sayı 586 013 nəfərdir
Azərbaycanı narahat edən məsələlərdən biri də 20 ildir ki, acınacaqlı şəraitdə yaşayan qaçqınların vəziyyətidir. BMT-nin məlumatına əsasən, onların sayı 586 013 nəfərdir. Bu da Azərbaycan əhalisinin 7 faizi deməkdir.

QARABAĞ MƏSƏLƏSİNDƏ HAMI YEKDİLDİR

Siyasi şərhçi Təbib Hüseynov deyir ki, Dağlıq Qarabağ elə bir məsələdir ki, onunla bağlı ictimai konsensus var.

Bir neçə il əvvəl Azərbaycana gələn xaricilər burada «Ya Qarabağ, ya ölüm!» rep musiqisini eşidə bilərdilər. Bu mahnıda ABŞ, Rusiya, Türkiyə, İran münaqişəyə göz yummaqda günahlandırılır, bütün dünyaya məsləhət görülürdü ki, ya məsələyə müdaxilə etsinlər ya da çəkilib kənarda dursunlar.

Hər il snayper atəşi nəticəsində hər iki tərəfdən təxminən 30 nəfər həlak olur. Mart ayında Azərbaycan bildirmişdi ki, Ermənistan tərəfdən açılan snayper atəşi nəticəsində 9 yaşlı Fariz Bədəlov həlak olub.

KHVTİC-in sözçüsü Valid Qardaşlı deyir ki, bu hadisədən sonra snayper kursları keçirmək təklif edilib. Kurs 45 günlük təlimlərdən ibarətdir və yarısı pulsuzdur.

Bu kurslar Ermənistanda narazılıqla qarşılanıb.
XS
SM
MD
LG