Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:50

Sartrın "Ürəkbulanma" romanı - Azərbaycan dilində


...Əsərin qəhrəmanı həqiqət axtarır, dünyanın xaosu, həyatın absurdluğu və çıxılmazlığı içində öz mövcudluğunun mənasını anlamağa çalışır...

Sartr bu xaos içində insan azadlığının, onun şərəf və ləyaqətinin qorunmasının mühümlüyünü qabardır...

“Ürəkbulanma” (fr. La Nausée, ilk adı “Melanxoliya” olub) XX əsrin ən böyük filosoflarından biri, yazıçı və markisist, ateist ekzistensializmin banilərindən biri olan Jan Pol Sartrın ilk romanıdır.

Sartrı bütün dünya 1938-ci ildə məhz bu romanla tanıdı.

Əsər Antuan Rokentinin gündəlikləri əsasında qurulub.

“Ürəkbulanma” romanı öz gücü ilə Sartrın sonrakı bütün əsərlərinə xüsusi təsirini göstərib.

Gülər Qasımovanın tərcümə etdiyi “Ürəkbulanma“nı SOLFRONT nəşriyyatı çap edib.

Həmçinin oxu
Jan Pol Sartr “DİVAR” (Hekayə)
Jan Pol Sartr: “Nə üçün mən Nobel mükafatından imtina etdim”
XS
SM
MD
LG