Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Rafiq Tağının qətli yazarları qorxuda bilərmi? (Debat - 213 şərh)


RAFİQ TAĞININ QƏTLİ YAZARLARDA DAXİLİ SENZURA YARADA BİLƏRMİ?

“Oxu zalı”nın Facebook səhifəsində keçirdiyimiz müzakirəyə yazarlar CAVİDAN, Zümrüd Yağmur, Güntay Gəncalp, Aliq Nağıoğlu və Azərbaycan İslam Demokrat partiyasının sədri Tahir Abbaslı qatılıblar. Başqa yazarlar da forumda aktiv olub.

Seçmələr:

Cavidan Xalilova Feyziyyə, məncə bu hadisə artıq qorxu hissi yaradıb. Kim deyirsə, yox, səmimi deyil, can şirin şeydi, ölümün üstünə açıq gözlə ancaq dəlilər gedər, normal insanda isə özünümüdafiə instinktləri mütləq var və təhlükə hiss etdimi, işə düşəcək. Amma bu hadisə özünün bütün dəhşətinin o biri üzündən güclü adrenalinlə boylanmaqda ki, bu da ədəbiyyatımızda tam yeni bir dövrün başlanmasına təkan verəcək…

Guntay Gencalp Bu, represiya deyil. Bu, bizim kültürümüzdə olan xəstəliklərin canlanmasıdır. Rafiq haqqında İran ayətullası ölüm fətvası çıxarmışdı. Ona təqlid edənlərin biri Rafiq öldürməli idi gec-tez. Azerbaycan dövləti bunu bilməli idi. Necə ki, Xumeyninin ölüm hökmü çıxardığı Salam Rüşdini ingilis polisi qorumaqdadır

Tahir Abbasli Güntay bəy Dində günah axtarmaq və əlehinə olmaq problemlərin

"R.Tağı heç də dinsiz adam deyildi... sadəcə qaranlığın içindən doğan şər qüvvələrin İSLAM adından istifadə etdiyini çox gözəl görürdü".

həlli deyil...İnsanlar seçdikləri yolda maniələri bilirlər və ona hazır olmalıdılar...Dövlətimizin həssas vaxtda belə hadisələrin törədilməsində maraqdlar olmamış deyil...Elə bilirəm Rafiq Tağını ara qatmaq məqsədi iılə öldürməyə qərar veriblər...

Aliq Memmedov Bilirsiniz hadisələri qabaqlamaq da olmaz, işini tədqiqatı nəzarətə götürülüb, yəqin bu istiqamətdə hüquq- mühafizə orqanları söz deyəcəklər. Pessimismə qapılmaq olmaz indidən..

Sima Ennagi təəssüf ki, insanlarımızın təfəkkürü xəstə, yanlış və çox dar,yeniliyə qapalı. Zor gücünə, qətllərlə öz "həqiqətini" yeritmək 21-ci əsr cəmiyyətini uçuruma, feodallıq girdabına atmaqdadır.

Nurana Heybatova Açıq deyim ki bir neçe defe fecade ölüm ile hedeleyen olub meni dinsizliyime göre ama gülmüşem ki bizde bele şey olmur Azerbaycan o qeder
geride qalmayıb ki kimise inancına göre öldürsünler. Ama Rafiq Tağıya olanlar meni dehşete getirdi demeli bele hal olurmuş bizim ölkede

Deli Prenses Axshaminiz xeyir! Elmar Huseynovu, Ziya Bunyadovun qatilleri kimi Rafi Taginin da qatilleri mechul qalacaq!

Ramil Rahiboglu SİMA xanım, R.T. da dinə qarşı idi - islam dininə qarşı. Siz hələ də mübarək bir hikmət axtarırsınız

Metleb Muxtarov geride qalmaq meselesi deyil,bu sadece fanatikliydir.kimse
kiminse sifarişi ile öldürür.bizde bu dindarların eli ile olur,italiyada mafiyanın,Amerikada dövletin öz eliyle,türkiyede de hemçinin dövletin eliyle olur.her yerde bir sebeb var.tehsilimiz ise onsuz da geridedir.

Reyhana Aslan dindar deyilən ərəb dünyasında dollar verib qadını, qızı qul kimi, əşya kimi satın alırlar. ateizt deyilən rus dünyasında qız, qadın mütəşəkkil şəkildə qərb ölkələrində satılır. hər şeyin qaranlığı var. R.Tağı heç də dinsiz adam deyildi...sadəcə qaranlığın içindən doğan şər qüvvələrin İSLAM adından istifadə etdiyini çox gözəl görürdü.

Zümrüd Yağmur Baş verən hadisə hər kəsi çox üzdü. Bu olayın hər hansı daxili baryerə çevriləcəyinə, özünü senzuraya yol açacağı ehtimalı yüksək deyil. Çünki bundan əvvəl jurnalistikamız da çox dəyərli bir yazar- Elmar Hüseyinov itkisini yaşamışdı. Rafiq bəydən fərqli olaraq Elmar birbaşa Əliyevlər hakimiyyətini tənqid edirdi və bunun da qurbanı oldu. Ancaq bundan sonra tənqidi jurnalistikası nəinki, zəifləmədi əksinə yeni-yeni şəxslərin və qatqıların hesabına daha da cəsarətlə öz varlığını yaşatdı

MÜZAKİRƏNİN TAM MƏTNİ BURDA

Forumun aparıcısı mənəm – Feyziyyə.
XS
SM
MD
LG