Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:40

Hillary Clinton gələn ay Azərbaycana səfər edəcək


Hillary Clinton
Hillary Clinton
ABŞ Dövlət katibi Hillary Clinton iyunun 6-da Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Onun prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcəyi bildirilir.

ABŞ Dövlət katibi 28 May – Respublika Günü münasibətilə Azərbaycana ünvanladığı təbrikdə bildirir ki, Bakıya səfərini səbirsizliklə gözləyir. O, Bakıda prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək:

«Biz regional təhlükəsizlik və sabitliyin təmin olunması, enerji təhlükəsizliyinin artırılması, iqtisadi və siyasi islahatlar sahəsində yeni birgə əməkdaşlıq yollarını müzakirə edəcəyik. Azərbaycan milli bayramını qeyd edərkən, bilsin ki, ABŞ onu dəstəkləyir».

H. Clinton Azərbaycandan əvvəl iyunun 4-də Ermənistanda, iyunun 5-də isə Gürcüstanda səfərdə olacaq. Azərbaycandan sonra isə Türkiyəyə səfər edəcək.
XS
SM
MD
LG