Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:59

İsmayıllıda tutatut


İsmayıllı - 25 yanvar 2013
İsmayıllı - 25 yanvar 2013
-
İSMAYILLIDA TUTATUT

«Bizim yol» qəzeti İsmayıllıda tutatut başladığını yazır. Qəzet yazır ki, «çoxlu sayda gənc evlərindən və iş yerlərindən həbs edilərək aparılıb, internet klublar «qara» siyahıya düşüb».

«.. HAKİMİYYƏT İSLAHATLARA GETMƏSƏ»

«Azadlıq» qəzeti əsgər ölümünə etiraz, «Binə» Ticarət Mərkəzindəki sahibkarların narazılığı və İsmayıllı hadisələrinə toxunaraq yazır ki, «Yanvar ayında hadisələr belə cərəyan edirsə, bu o deməkdir ki... hakimiyyət islahatlara getməsə, xalq üsyanları ölkə boyu yayılacaq».

«ƏLƏKBƏROV QARDAŞLARI HƏBS EDİLƏ BİLƏR»

«Yeni Müsavat» qəzeti yazır ki, İsmayıllı hadisələrinə görə «Ələkbərov qardaşları həbs edilə bilər».

Qəzet 2006-cı ilə qədər biznes fəaliyyəti ilə məşğul olan qardaşların «Improtex Holdinq Qrup» şirkətindən icra strukturlarına adladığını yazır:

«Füzuli Ələkbərov Əmək və Əhalinin sosial müdafiəsi naziri, Nizami Ələkbərov isə İsmayıllının icra başçısı təyin edilib. Hakim komandanın oliqarx kəsimini təmsil edirlər».

Qəzet yazır ki, onsuz da indiyə qədər Füzuli Ələkbərovun adı hakimiyyətin «qara siyahısı»nda çəkilirdi:

«Bu hadisədən sonra böyük ehtimalla onun üstündən birdəfəlik xətt çəkiləcək».

BƏLƏDİYYƏLƏRİN SƏLAHİYYƏTLƏRİ ARTIRILIR

«Azərbaycan» qəzeti bələdiyyələrin səlahiyyətlərinin artırılacağını yazır.
Qəzetə görə, «özlərinə məxsus torpaqları icra hakimiyyətinin iştirakı olmadan icarəyə verə biləcək».

1 MANAT 20 QƏPİK

«Saata 1 manat 20 qəpik». «Exo» qəzetinin yazdığına görə, belə aşağı əməkhaqqını azərbaycanlılar alır. Qəzetə görə, buna baxmayaraq, dünyanın əksər ölkələrində əməkhaqqının saatlıq ödənişi tətbiq edilsə də, Azərbaycanda bu sistemdən istifadə olunmur.

ABBAS ABBASOVDAN NAZİM İBRAHİMOVA: SƏN MƏMURSAN, İCMAYA DİKTƏ EDƏ BİLMƏZSƏN

«Ayna» qəzeti yazır ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - «AzərRos»un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov İlham Əliyevi dəstəkləyir, Rüstəm İbrahimbəyovun mövqeyini isə doğru sayır. Qəzet Abbas Abbasovun Azərbaycan Diaspor Komitəsinin sədri Nazim İbrahimovla bağlı fikir səsləndirib:

«Sifarişlə həcc qəbul olunmur, birgə işləmək lazımdır».

Abbas Abbasov Nazim İbrahimovu Rusiyada yaşayan azərbaycanlılara baş çəkməyə çağırıb:

«Bu icma sənin yanına gələsi deyil. Sən bir məmur olaraq bu icmanın yanına gəlməlisən. Çünki icma böyükdür. Sən məmursan, icmaya diktə edə bilməzsən».

STRASSER İKİSİNDƏN BİRİNİ SEÇMƏLİDİR

«AŞPA-dakı iflasdan sonra Strasser ya Azərbaycandan üzr istəməlidir, ya da siyasətdən getməlidir». «Yeni Azərbaycan» qəzetinin yazdığına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənovun fikrincə, bu təkcə Strasser-in yox, həm də ona Avropada, Azərbaycanda «qrantyeyənlərin» acı məğlubiyyətidir.
XS
SM
MD
LG