Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:25

Cərimələnən gəncin telefon və noutbukunu götürdülər


Ülvi Həsənli
Ülvi Həsənli
-
Nizami rayon Məhkəməsi fevralın 15-də Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənlinin əlində olan mobil telefon və noutbuku müsadirə edib.

Buna səbəb Ülvi Həsənlinin yanvarın 12-də Bakıda keçirilən «Əsgər ölümlərinə SON» aksiyasında saxlanaraq 600 manat cərimə edilməsidir.

Cərimənin könüllü ödəniş müddəti fevralın 15-də başa çatır.

Gənc fəal AzadlıqRadiosuna deyib ki, noutbuk və telefon onun deyil. Hətta dediyinə görə, məhkəmə əməkdaşlarına təklif edib ki, onun yaşadığı evə gedərək başqa əşya götürsünlər:

«Ancaq onlar məni məhkəmə otağına salıb qapını bağladılar və məcburi icraata başladılar. Mənə aid olmayan əşyaları müsadirə etdilər. Dedilər ki, bu iki əşyanın mənə aid olub-olmaması məhkəmədə mübahisələndiriləcək. 24 saat ərzində məhkəmə olmalıdır, biz də gözləyirik».

Bu il yanvarın 12-də və 26-da keçirilən aksiyalarda cərimələnən bir qrup fəal cərimələri ödəməkdən imtina edib. Onların arasında Ülvi Həsənli də var.
XS
SM
MD
LG