Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:24

HRW: «Azərbaycan hakimiyyəti gənc fəalları hədəfə alıb»


Human Rights Watch təşkilatının loqosu
Human Rights Watch təşkilatının loqosu
-
Human Rights Watch hüquq-müdafiə təşkilatı «NİDA» Hərəkatı üzvlərinin həbsinə dair bəyanat yayıb.

Qurum bildirir ki, Azərbaycan məhkəməsi gənc fəalları qanunsuz silah saxlama kimi əsassız ittihamla saxlayıb. Beləliklə, 10 mart aksiyasına görə saxlanan gənc fəalların sayı yeddiyə çatıb.
«NİDA» İdarə heyətinin saxlanan üzvləri sosial mediada hökuməti kəskin tənqid edən üzvləridir.
«Görünür, hakimiyyət bu gənc etiraz qrupunu susdurmağa çalışır. Həbslərin məqsədi açıq-aydın hökuməti tənqid edən digər gənc fəalları qorxutmaqdır»- bunu Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber deyir.
Azərbaycan hakimiyyəti əvvəllər də tədqiqatçı jurnalistləri qorxutmaq və susdurmaq üçün narkotik maddə saxlamaq kimi saxta ittihamlardan yararlanıb.
Qurum Azərbaycan hakimiyyətini yeddi fəalı buraxmağa, onların həbs şəraiti araşdırmağa, qanuni və əsaslandırılmış sübut əldə edilənəcən bu ittihamları ləğv etməyə çağırır.
Human Rights Watch saxlanan fəalların televiziya etiraflarının da dərhal və səmərəli araşdırılmasına çağırır. Bu etirafların təzyiq altında alındığına dair məlumatlar var.
Hüquq-müdafiə təşkilatı onu da bildirir ki, saxlananların hamısı fəal Facebook və Twitter istifadəçiləridir. «NİDA» üzvlərindən bəziləri «Heydər Əliyev Səhifəsi»ni idarə edirlər. Bu səhifə hökuməti tənqid edən karikatura, satira və tənqid platformasıdır.
«Bütün fəalların şübhəli televiziya etirafına əsasən saxlanması müvafiq standartlara ziddir. Bu etiraflar yalnız hökumət tənqidçilərinə qarşı təhdidlər və qanunsuz təzyiqin araşdırılmasına gətirib çıxarmalıdır».
XS
SM
MD
LG