Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

"Qətl günü" romanı on-line kitabxanamızda (Oxu)


Yusif Səmədoğlu
Yusif Səmədoğlu
-

Yazıçının ailəsinin icazəsi ilə on-line kitabxanamıza daxil edilib.


Yusif Səmədoğlu



QƏTL GÜNÜ


Gözümün ağı-qarası iki qızıma - Mehribana və Humaya

Yolun haradır, qardaş! - Son mənzilədir, bacım.
(Bir xəstənin qulağına gələn səslərdən)

Dərd də azar kimi gələndə batmanla gəlir.

Hələ ulduzlar təkəmseyrəkdi - boz səmada bozumtul işıq vardı, gah öləziyirdi, elə bil, sönmək istəyirdi, gah da par-par parıldamağa başlayırdı. Külək hələ əsmirdi, hərdən qoşa vələsin kəlləsində ləpədöyənin səsinə bənzər bir səs qopurdu, deyirdin, yaxınlıqda dəniz var, amma bu səsdən adam diksinirdi. Burada kim vardısa, bilirdi ki, çox-çox uzaqlarda, hardasa dünyanın o başında bir külək yatağından baş qaldırır, Baba Kahanın zülmətində gərnəşir, ordan çıxıb, ağır-ağır, sürünə-sürünə, batman ləngəri ilə torpaqda dərin şırımlar açırdı, daş-qayanın gövdəsində uğultu sala-sala bu başıbəlalı dünyaya meydan oxumağa hazırlaşırdı. Burada kim vardısa, hələ çox-çox uzaqlarda həmləyə hazırlaşan küləyin qarğışını eşidirdi: ay ikiayaqlı bəndələr, kökünüz kəsilsin sizin!

İnsanlar küləkdən bezmişdi, külək də insanlardan.
Qoşa vələsdən uzaqlarda, dağ döşündən başlanan meşənin seyrəkliyində, ağacların arasında bir qoca canavar qulaqlarını şəkləyib şöngümüşdü. Canavarın selikli burnu iy almışdı - dəmir iyi, qan iyi. Amma canavar da qorxu içində idi, ürəyinə nəsə dammışdı, bilirdi ki, iki-ayaqlı bəndələrin düşərgə saldıqları yerə bu gün yavuq düşmək olmaz: ordan qarışıq səslər gəlirdi, dəmir dəmirə dəyirdi, elə bil kimsə zindanda çəkic çalırdı, at nallayırdılar nədir, amma bütün bu qarma-qarışıq səslərdə vahimə və xəbərdarlıq vardı - nə canavar, nə ayı, heç quş da quşluğu ilə gərək bu gün ora yaxın düşməyəydi, çünki bu gün Baba Kahanın zülmətində nəsə başqa bir əhvalat baş verməli idi -külək bütün aləmin, daşın, torpağın, göylərin, ulduzların qəzəbini canına hopdurmuşdu, dünyanın ikiayaqlılarına hədə göndərirdi: gəlirəm! Gəlirəm ki, haqq-hesab çəkəm, gəlirəm ki, görüm bu ikiayaqlı, dəmir libaslı, nizəli-qalxanlı, aylarla su üzü görməyən, kirdən-pasdan sifətləri qaralıb mis rənginə çalan bu ikiayaqlı şeytanlar niyə belə qudurublar? Gəlirəm ki, yuxusuz gözlərdəki kinin, hiddətin səbəbindən agah olam, qaysaq bağlamış dodaqların arasından çıxan tüpürcəkli söyüşlərin mənasını anlayam, bu payız gününün sazağında çiyin-çiyinə verib dayanmış, çadırların həndəvərində oturmuş, yorğunluqdan su qaynatmağa da taqətləri qalmamış, əti çiy-çiy yeyən, sonra qana bulaşmış dodaqlarının seliyini sifətlərinə yayan ikiayaqlı bəndələr bu bəlalı dünyadan nə istəyirlər! Gəlirəm ki, düşərgənin lap yaxınlığında meyitləri üst-üstə qalayıb, çürüyən cəsədlərin üfunətini hiss etməyən, döyüş yoldaşlarını basdırmağa belə gücü qalmayan, günəş işığından gizlənən bu ikiayaqlı qanadsız yarasalar nə vaxt qandan doyacaqlar?.. Amma hələ küləyin gəlməyinə çox vardı. Həm mənzil uzaq idi, həm də arada dağlar, dərələr, ormanlar vardı. Küləyin yolu uzundu.
Canavarın burun pərələri titrəyirdi, heyvan qan iyi almışdı, amma bu iydə nəsə başqa bir şey vardı: ac heyvanın iştahası küsmüşdü. Tilsimlənmiş kimi yerindən də tərpənə bilmirdi, tükü tökülüb nazilmiş quyruğunu böyrünə qısıb mat-mat ətrafına baxırdı, arxasındakı meşənin qalınlıqlarında uzaq küləyin qopardığı hənirtini dinləyə-dinləyə yadına salmaq istəyirdi ki, görəsən bu qarmaqarışıq, ancaq tanış səsləri əvvəllər harda və haçan eşitmişdi? Və bu qan iyindən niyə başı gicəllənir?.. Canavar bir də yan-yörəsinə baxdı, ucları saralmış otların arasında vurnuxan dozanqurdulan gördü, bir də bir əqrəb cəsədi gördü. Dozanqurdular əqrəbin qarnına daraşmışdılar. Canavar yadına nəsə yaxşı bir şey salmaq istədi. Yeddi günbatan əvvəl, sinəsindən yaralanmış, torpağın üstündə çapalayan turacı xatırladı... Oxqay! Xudaya, necə ləzzətlə quşu parçalayıb yemişdi: qorxusuz, çənəsinə güc verə-verə, arxayın-arxayın. Çünki yeddi günbatan əvvəl bu böyük meşədə, deyəsən, canavardan savayı bir Allah heyvanı qalmamışdı - arılar, çaqqallar, cavan canavarlar dəmir libaslı ikiayaqlı bəndələr bu tərəflərdə məskən salandan sonra meşəni tərk etmişdilər. Düşərgənin yaxınlığında bu payız axşamı saralıb-qızaran meşədə indi, deyəsən, elə bu qoca canavar qalmışdı. Meşənin bu gün yeganə ağası bu canavar idi. Baba Kahadan gələn xəbərdarlıq olmasaydı - canavar tez-tez uzaqdakı vələsin kəlləsinə qorxa-qorxa baxırdı - arxasındakı meşədə vahiməli hənirti eşitməsəydi, beləcə, burda oturub, ordan-burdan fıkirləşərdi: bəlkə, Allahın yazığı gəlib, bilmək olmaz bu dünyanın işlərini, bir dənə də turac ona yetirərdi. Canavara nə lazımdı ki?..

Həftədə bircə kərə qarın dolusu yemək və can rahatlığı. Qarın ac olanda can rahatlığı da olmur. Bu sarıdan ikiayaqlıların baxtı gətirib: ac olanda bir-birilərinə şirin nağıllar danışırlar. Ələlxüsus, onların padşahları - arıq, çəlimsiz, gözlərindən əqrəb kini yağan, dişləri çürümüş kişi zərli-naxışlı xələtinə bürünüb çadırından çıxanda ac sərbazlarına elə gözəl-gözəl və şirin sözlər deyir ki! Səbir edin, qarnımız ac olsa da, başımız üzərində Allah var, əməllərimiz haqdır, bu son mərhələni də keçək, yeməyiniz o qədər bol olacaq ki, o qədər yeyəcəksiniz ki, lap kişilikdən düşənə qədər. Ətiniz bol olacaq, libaslarınız zərli-baftalı, dünyanın ən gözəl qadınlarını ayaqlarınız altına atacam!.. Doğrudan, bu ikiayaqlılarda sehrli bir hikmət var: şirin söz eşidəndə qarınları doyur, daha aclıqdan şikayət eləmirlər. Bir yerə yığışıb, padşahlarını dövrəyə alıb qışqırırlar: eşq olsun, eşq olsun! Sonra diz üstə çöküb gözəgörünməzə yalvarırlar: xudaya, sən bizim ömrümüzdən kəsib hökmdarın ömrünə cala!..

Canavar yenə dozanqurdulara tərəf baxdı. Həşəratlar sevincdən göyün yeddinci qatında idilər, qarınlarını doldurmaqla məşğuldurlar. Canavarın beyninə birdən qəfil bir fikir gəldi: görəsən, əqrəb özü ölüb, ya dozanqurdular onun axırına çıxıblar?.. Çünki belə zamanda nə desən olar. Bu qəfil fikirdən bədəni ürpəşdi, dik qulaqları əyilib sallandı. Bir yandan da meşədəki hənirti. Burnuna dolan bu qəribə qan iyi də o biri yandan.

Göyün bozumtul işartısı artmışdı, ulduzların da sayı elə bil çoxalmışdı. Hərəsi bir alma boyda idi. Hardansa topa-topa, əcaib-əcaib baxanda zəhm yarılırdı - buludlar axışıb gəlirdi, əjdaha karvanı kimi, əqrəb qatarı kimi. Ulduzların altından, çox-çox aşağıdan burula-burula günbatana doğru axırdılar. Quşlar da kirimişdi. Axşam qaranlığına lap az qalırdı. Havadan yenə dəmir və qan iyi gəlirdi...

Düşərgədə tonqalları alışdırmağa başlamışdılar. Bir-ikisinin ətrafına at təzəyi yığılmışdı: qaranlıq çökəndən sonra tonqallara atacaqdılar. Payız olmasına baxmayaraq, burda at milçəyi boyda qara ağcaqanad əlindən tərpənmək olmurdu.

Nizəli-qalxanlı adamlar ikibir-üçbir geniş düşərgənin müxtəlif səmtlərindən tonqallara sarı gəlirdilər, yaxınlaşıb dururdular, uzaqlardakı hənirti-xışıltını dinləyirdilər. Bu nizəli-qalxanlı adamlar dünyanın bütün məşəqqətlərinə dözməyə hazırdılar: ağcaqanada, at milçəyinə, ilana-əqrəbə - nə olur olsun, "uf' da deməzdilər. Bircə o külək əsməyəydi. Keçən dəfə, iki il bundan əqdəm, həmin bu yerdə düşərgə salıb yürüşə hazırlaşanda Baba Kahadakı külək güc yığıb-yığıb bura şığımışdı - ilahi, özün kömək ol, ilahi, bu müsibətdən yazıq bəndələrini özün hifz elə! Şığımışdı - qəfil ildırım kimi, yanar dağ püskürtüsü kimi, arxadan kürəyin ortasına sancılan nizə ağrısı kimi şığımışdı, havanı qamçılaya-qamçılaya, qantarğaları gəmirib ağzı köpüklənən atlan şahə qaldıra-qaldıra, zəlzələ uğultusu ilə, torpaqda açdığı dərin şırımlarda sərbazları yaraqlı-yasaqlı basdıra-basdıra və göydə uçan quşların qanadlarını qıra-qıra şığımışdı. O zaman baş münəccim hökmdarın çadırında, dəvə yunundan toxunmuş kilimin üstündə diz üstə çöküb, başını yerə vura-vura çığırmışdı: "Hökmdar, əmr et, əmr et, ordu geri qayıtsın, tanrının bizə qəzəbi tutub!" Hökmdar, qorxudan gözləri bərəlmiş, dişləri bir-birinə dəyən münəccimi belə görəndə özü vahiməyə düşmüşdü. Hələ üstəlik çadırın küləyin həmlələrinə çox davam gətirə bilməyəcəyindən qorxub, təlaş içində eşiyə çıxmışdı, çıxan kimi də yıxılmasın deyə, iri bir ağacın gövdəsindən bərk-bərk yapışmışdı. Hələ ayaq üstə durmağa tutarı qalmış bir neçə sərbaz hökmdarı bu vəziyyətdə görüb, tez onu dövrəyə almışdı. Hökmdar, gözləri qarşısında açılan mənzərəyə baxa-baxa ucadan çığırmışdı: "Bu, tanrının qəzəbi deyil, şeytanın əməlidir!" Amma dediyini nə özü eşitmişdi, nə də onu dövrəyə alıb dayanmış sərbazları... Çox sonra, gecənin zil qaranlığı düşərgəni görünməz edəndən sonra, külək gücdən düşüb Baba Kahadakı yatağına çəkiləndən sonra, tələm-tələsik yenidən qalanmış tonqalların işığında qıc olub bir-birinə qarışmış adam və at casədləri görmüşdü. Atların da, adamların da ağzından yaşıl köpük axırdı, atların da, adamların da gözləri açıq qalmışdı və hər gözdə alma boyda bir ulduzun əksi parlayıb yanırdı. Göydə isə bircə ulduz da qalmamışdı. Münəccim yerə yıxılıb hökmdarın ayaqlarını qucaqlamışdı, hönkür-hönkür ağlamışdı.

Dərd də azar kimi gələndə batmanla gəlir, bacım!..
Hökmdarın çadırından cüssəli bir sərbaz çıxdı, keşikçilərdən birinə nəsə dedi. Keşikçi yerindən tərpənib başqa bir çadıra sarı yönəldi. İçəri keçdi. Bir azdan düşərgəyə səs yayıldı ki, hökmdar çimməyə hazırlaşır. Xacə Ənvəri yatağından qaldırdılar.

İki iri tonqalın odunu hazırlandı. Nizəli-qalxanlı adamlardan iki dəstə ayrıldı, hər dəstədə on nəfər. Hər dəstə düşərgənin ayağından, taxıl və sursat saxlanan yerdən sürüyə-sürüyə bir çən gətirib, tonqalların üzərinə qaldırdı, torpağa basdırılmış dayaqların iri dəmir qarmaqlarına keçirdi. Sonra su daşındı, çənlər doldu, tonqallara od vuruldu. Quru odunlar, od intizarında imiş kimi, birdən alışdı, od, iki nəhəng əjdaha dili təki qıvrıla-qıvrıla yuxarı qalxıb, çənlərin altını yaladı... Bir azdan su qaynayacaqdı, su qaynayandan sonra onu mis parçalarla hökmdarların çadırına daşıyacaqdılar, orada üçüncü çəni qaynar su ilə dolduracaqdılar. Daha sonra çadırda bir hökmdar qalacaqdı, bir də xacə Ənvər. Hökmdarın eybindən hamının xəbəri olsa da, özü, çimmək mərasimi zamanı çadırda ancaq xacə Ənvəri saxlayırdı. Əvvəla, ona görə ki, xacə Ənvər onu çimizdirirdi, ikinci də, isti suya girəndən sonra, bədəninin axtalanmış yerindən qopan ağrıya bəzən dözə bilmədiyi üçün sızıldamağa başlayırdı. Hökmdar istəmirdi ki, xacə Ənvərdən savayı bir Allah bəndəsi onun bu halını görsün. Canı lap bərk ağrıyanda, ağrı iki paçasının arasından fəqərə sütunu boyu yuxan qalxıb bütün bədənini çulğalayanda, hökmdar, xacə Ənvərin yanında göz yaşlarını axıtmaqdan da çəkinmirdi. Onda xacə Ənvər hökmdara təsəlli verməyə başlayırdı. İllər boyu davam edən bu mərasim, qoca və vəfalı nökərin təsəllisi ya bu sözlərlə başlayırdı, ya qurtarırdı: "Adil hökmdar, müsəlman aliminin yarısı axtadır, ürəyinə təpər ver. Bu, bəla deyil, bu böyük xoşbəxtlikdir ki, ulu tanrı sənnən mənə bəxş edib. Ürəyinə təpər ver, başına dönüm!" Hökmdar, damarları qabarmış, çalın-çarpaz arıq əzələləri görünən qolunu qaynar suya salıb iki paçasının arasına aparırdı, kiçilib ələgəlməz olmuş kişiliyini tapıb bərk-bərk sıxırdı - elə bil ağrını orda saxlamaq, boğub susdurmaq istəyirdi. Xacə Ənvər isə ayaqları altındakı iri teştin içindən saray loğmanının minbir ətirli otdan, çiçəkdən hazırladığı köpüklü mayedən ovuc-ovuc götürüb hökmdarın bədəninə yaxırdı, sonra baş barmaqlarına güc verib, polad təkin bərkimiş əzələlərin quluncunu qıra-qıra özü ləzzətlə "oxqay" deyirdi.


* * *


Kimdirsə, yaman deyib, atalar sözünə oxşayır: azar batmanla gələr, misqalla çıxar. Hə, düzdür, atalar sözüdür, Əbülqasımın topladığı kitabda da var. Arvadın başı açılan kimi deyim ona, o kitabı versin mənə, yenə baxım. Yaxşı sözlər var orda. Hələ mətbəxdədir, mənə - yəni pəncərəsinə yaşıl pərdə çəkilmiş bu kiçik yataq otağında iki aydan çox tir-tap uzanıb qalmış xəstəyə - şalfeydən qarqara üçün dəm hazırlayır. Srağagün gələn həkimin göstərişi idi. Xəstə ağır oldu, yüngül oldu, təfavütü yoxdur, elə xəstədir. Evin əmin-amanlığını pozur, illərlə yaranıb, yoluna düşüb bərkimiş ailə qanun-qaydalarına, intellektuallar demişkən, dissonans_gətirir, arvad-uşaq məcbur olur özünü xəstənin həyat tərzinə uyğunlaşdırsın. Əgər uşaqlar əvvəllər gecə ikiyə kimi maqnitofona qulaq asırdılarsa, indi uzağı saat on ikidə söndürməyə məcburdurlar. Qonşu, misal üçün, yuxarı mərtəbədən enib, günaşırı rəfiqəsinə zəng edirdisə, indi daha tez-tez gəlmir, hərdən gəlir. Gələndə də yüz dəfə üzrxahlıq eləyir, deyir vacib zəngim var, yoxsa zəhmət verməzdim və ilaxır. Vacib söz də bundan ibarət olur ki, (mən yataq otağından apaydın eşidirəm) bu əndamlı, yaşı otuzu haqlamış üç uşaq anası və bir də ər sahibi dəstəyi götürüb nömrəni yığan kimi soruşur:
- Evdəsən!.. Mən də... Yaxşı... Zavtra kak vseqda. Xoroşmok?

Neçə dəfə arvada demişəm ki, onu bacar, diplomatik yollarla evə buraxma. Çünki çox mötəbər mənbələrdən aldığım məlumata görə, bu üç uşaq anasının cavanca, bığıburma bir oynaşı var, hardasa yaxşı yerdə işləyir, qonşu da, Xırda bacı bizə gələndə ona zəng vurur ki, həm yoxlasın evdədir ya yox, həm də danışsınlar ki, harda və haçan görüşəcəklər. "Xoroşmok" da məlum məsələdir ki, "xoroşo" deməkdir, intəhası, Xırda bacı bu sözə "mok" artırmaqla, necə deyərlər, cananla bir növ zarafat eləyir. Özü də elə bilir heç kəsin heç nədən xəbəri yoxdur. Daha demir ki, ayağısürüşkənliklə oğurluğun qırx günlük ömrü var. Deyəsən, bu kəlam da Əbülqasımın kitabında var. Yox, bu, orda yoxdur... Bizim arvadı başa düşə bilmirəm. Həmişə Xırda bacı bizdən gedəndən sonra mən əsəbiləşib özümdən çıxanda deyir, a kişi, sənə nə! Mən ki, zəng eləmirəm... Sonra birdən-birə keçirdi (varam arvadların belə qəfil mətləbi dəyişdirmək bacarıqlarına) ayrı sözə: yenə pendir tapılmır, bilmirəm səhər uşaqlar məktəbə gedəndə onlara nə verəcəyəm. Mənim də yadıma uşaq vaxtı məktəbdə ponçik yeməyim düşürdü. Uşaqlardan birini çağırıb soruşurdum: "A bala, məktəbinizdə bufet var?" "Var". "Bəs ponçik satmırlar?" "Ponçik nədi?" "Bıy?! Xamırdan girdə şeydi, içində də pavidla. Satmırlar?" "Yox". Başlayırdım maarif nazirindən tutmuş məktəb direktoruna kimi bircə-bircə hamının qarasına söylənməyə...

Nə isə, uşaqlar yatırdı, biz də arvadla mətbəxə keçib, təzədən çaydan içə-içə, ordan-burdan mırt vura-vura məktəbdə ponçik yediyimiz günləri yadımıza salırdıq.
İlahi, görəsən, mən bir də öz ayaqlarımla bizim balaca mətbəxə gedə biləcəyəmmi?

Bu kiçik yataq otağında dava-dərman iyindən sağlam adamı baş-gicəllənməsi tuta bilərdi. O ki qala xəstəni. Adam da iki ay yorğan-döşəkdə yatar? Niyə yatmaz, lap canın da alar. Sən fələk deyənə bax. Cəmi onca gün bundan qabaq bu zəhrimar iyi otaqdan yox eləməkdən ötrü pəncərənin balaca nəfəsliyini açmaq kifayət idi. Berqman məzuniyyətdən qayıdıb onlara gələndən sonra bu balaca nəfəslik də, elə bil, ömürlük bağlandı. Gəlib evdəkilərə "çalışın, soyuğa verməyin" deməsiylə qapı-pəncərələrin hökmünü oxudu. Bircə mətbəxin pəncərəsini hərdən azacıq açırdılar ki, bişmiş iyi eşiyə çıxsın, xəstənin ürəyi bulanmasın. Amma mənə elə gəlir ki, indi pəncərələrin hamısını taybatay açsalar da, bura metrolarda işləyən güclü hava kompressoru qoysalar da, bu iy bir yana gedəsi deyil: dərman iyi otağın havasına və
divarlarına ömürlük hopmuşdu. Evə kim gəlirdisə üz gözünü turşudurdu, başını bulayırdı. Düzdür, yad adam olanda əvvəl-əvvəl narazılığını bildirmirdi, xəstəyə baş çəkib gedəndə dəhlizdə evin xanımına dönə-dönə deyirdi ki, sağlam adamı bu otağa salsan azara tutular, elə xəstəni sağalmağa qoymayan bu ağır havadır, canım, nəfəs almaq olmur ki! Və ilaxır bu kimi sözlər. Evin xanımı da, yataq otağın-dakı xəstə də bu sözlərə öyrəncəli idilər, azından yüz dəfə eşitmişdilər. Evə gələn-gələn bu mövzunu müxtəlif variasiyalarda sadalayırdı. Əvvəllər, heç olmasa, təsəlli-filan verən olurdu, təzə dərmanlardan, yeni müalicə üsullarından söhbət açırdı, ədəb-ərkanla xəstənin yanında oturub, bir stəkan da çay içib, dinməz-söyləməz çıxıb gedirdi. Amma indi elə bil bu dərman iyi ucdantutma hamının əsəblərinə toxunurdu, bəzilərinin üzündən görürdüm ki, gəldiklərinə peşmandırlar. Arvad demişkən, yaxşı ki, heç olmasa, əliboş gəlmirdilər. Elə xəstənin özü də, bir növ adətkərdə olmuşdu, qonaq gedən kimi arvadından soruşurdu ki, hərif nə gətirib? Cavablar adətən eyni olurdu: alma, nar, mandarin, nadir hallarda isə, evdə bişmiş yarım-kiloluq bankada zoğal, ya da moruq mürəbbəsi. Amma bir dəfə Rəsul müəllim, onun ağrısını alım, yarım şaqqa qoyun əti gətirmişdi. Əhsən belə qonağa. Buna deyərlər savab iş!

Mən elə birinci gündən hiss etmişdim ki, qonaqların əksəriyyəti adi xəstəyə baş çəkməyə gəlmirdilər, onlar, filankəs müəllimi yoluxmağa, filankəs müəllimə ürək-dirək verməyə gəlirdilər. Çarpayının yanında, yarımdairəvi şəkildə qoyulmuş stullarda oturub hal-əhval tuturdular, cürbəcür məsləhətlər verirdilər, zarafat eləyib məzəli əhvalatlar da danışırdılar ki, xəstənin könlü açılsın. Amma nədənsə, gələnlərin səxavəti bir cür olmurdu.
Üç-dörd gün bundan qabaq bir professor gəlmişdi və iki limon gətirmişdi... Canı sağ olsun, məsələ bunda deyil. O qədər danışdı ki! Belə adamlann çənəsini gərək tibb institutunda tələbələrə nümayiş etdirəsən, çünki belə çənə heç şübhəsiz, qeyri-adi unikum sayıla bilər və belə çənə, insanın həqiqətən meymundan əmələ gəlməsini sübut edə biləcək ən gözəl və tutarlı dəlildir. Bircə-bircə, xəstənin özündən və arvadından bütün xəstəlik tarixçəsini öyrəndi, qanın, sidiyin analizlərini, rentgenoloqun rəyini, yazılmış dərmanlann adını və hansı ölkələrdə düzəldiyini peşəkar həkim marağı ilə soruşub, başını qaşıya-qaşıya ən axırda da öz mülahizəsini bildirdi. Dediyindən belə çıxdı ki, bu xəstəlik Yer kürəsində, əsasən Afrikada, buşmenlərin arasında yayılmış xəstəliklərdəndir və həmin buşmenlər berqman-zad kimdir, tanımırlar, şad-xürrəm özləri üçün yaşayırlar. Ancaq mütləq bir şeyə əməl etmək gərəkdir: yatmazdan qabaq, müalicə edən həkimin dediyi kimi, qatıq yox, iki dolu qaşıq bal içəsən. Bal da gərək mütləq Kəlbəcərin filan kəndində yaşayan filankəsin balından olsun. İstədim bir soruşum ki, Afrika buşmenləri bəs bu balı hardan tapırlar, Kəlbəcərdən gətizdirirlərmi - soruşmadım, qorxdum professorun xətrinə dəyəm. Çünki professor kəlbəcərli idi, özü də, əgər səhv etmirəmsə, həmin o qeyri-adi bal məskəni sayılan kənddəndi. Dedim, çox müdrik və ağıllı məsləhətdir, günü sabahdan mütləq bal məsələsini həyata keçirəcəm, qatığı isə ömür-billah yaxına qoymayacam.

Filankəs müəllimi yoluxmağa gələn belə qonaqlar az deyildi. Ələlxüsus, əvvəllər. Amma məsələ burasında idi ki, xəstənin ürəyi istədiyi dostları, tanışları son vaxtlar çox az-az görünürdülər. Son vaxtlar telefon zənglərinin də arası kəsilmişdi, daha o biri otaqdan telefonla onun halını xəbər alanlara təşəkkür edən arvadının səsini də az-az eşidirdi. Nə isə, səbəbi xəstəyə məlum olmayan bir metamorfoz baş vermişdi: dostlar siqaret tüstüsü kimi yavaş-yavaş yoxa çıxırdılar. Arvadı onun bu sarıdan gileyinə cavab verib deyirdi ki, camaatın işi-gücü, min bir qayğısı var, həmişə vaxt tapıb gəlmək olmur, bir də, səndə nə elə bir ciddi şey var ki, hamı axışsın bura?..

Görəsən bu zəmanədə ciddi xəstəlik nəyə deyirlər?.. Əlbəttə, ilk növbədə xərçəngə. Sonra gəlir infarkt. Daha mən vəbadı, taundu -onları demirəm. Bu azarların bəşəriyyətə meydan oxuması hələ qabaqdadır. Amma xəstəliklər siyahısında ən əsas yerlərdən birini mütləq bir xəstəlik də tutmalıdır. İntəhası, bunun tibbi adını hələ heç kəs icad etməyib. Hər xəstə bu azarını ancaq ən yaxın sirdaşına deyə bilər, özü də pıçıltı ilə. Ucadan desən, elə bilərlər başına hava gəlib, aparıb salarlar adamı dəlixanaya. Gərək çox ehtiyatlı olasan, belə azara tutulanda özünü düşmən arxasında işləyən kəşfiyyatçı kimi aparasan. Bu azarın adı - ölülərini yuxuda görmək azarıdır. Ömür tükənəndə, qəfil əcəl qapını ölümün üzünə açanda adam bu azarı tapır. Başlayırsan hər gecə bir əzizini yuxuda görməyə. Nənəni görürsən, özü də həmişəki qara kəlağayısında özü də həmişə ilin axır çərşənbə axşamı günü. Görürsən ki, tirmə, saçaqlı süfrəli stola dirsəklənib oturmuş balaca bir oğlan uşağı şəkərbura bükən qarıya baxır, qan da ona baxır, ancaq heç biri heç nə demir. Görürsən ki, otaqda ləzzətli bir iy var, eşikdə xəzri əsir, stolun üstündəki səməni rəngbərəng şamların işı-ğında yaşıl alov kimi odlanıb yanır. Nəsə demək istəyirsən, amma dodaqların aralanmır, çünki bilmirsən bu balaca, arıq oğlan uşağı kimdir. Yuxudan qəfil ayılıb, ürəyinin döyüntüsünü dinləyə-dinləyə gözlərini qaranlıq tavana zilləyəndə, birdən yadına düşür ki, həmin o balaca oğlan uşağı sən özünsən, səndən və nənəndən savayı o otaqda heç kəs ola bilməzdi. Sonra fikirləşirsən ki, qırx ilə yaxındır nənəmi yuxuda görmürdüm, bəs indi niyə gördüm, görəsən yenə ciyərimdən qan gələcək?.. Öskürək səni tutur, sinən yenə partlamaya düşür, hülqumun boğazından çıxmaq istəyir, amma ciyərlərindən qan gəlmir. Yəqin nənəmi yuxuda görmək mənə düşür. Ay nənə, necə deyirdin? "Bala, çörəyi götürəndə heç olmasa bismillah de". Unutmuşam, ay nənə, haçandır "Bismillah"ı dilimə gətirmirəm... Hansı axmaq deyib ki, kişi ağlamaz! Yaxşı ki, arvad yatır. Nə ürəyimin döyüntüsünü eşidir - öskürməyimə qarşı onda şərti refleks əmələ gəlib, ayılmır - nə də gözlərimin yaşardığını görür. Görsəydi, yenə deyəcəkdi "psixsən"... Psixlik məsələsində, deyim, arvad tamam haqsızlıq eləyir, nainsaflıq olar: kim qırx yaşından sonra, bizim dünyada bəzi-bəzi əhvalatları yavaş-yavaş başa düşüb dərk edəndən sonra, çox demirəm, müxtəsərcə də olsa, psixlik azarına turulmur?.. Mən ancaq bir zümrə tanıyıram: o da ibarət olsun sabahın çörək pulu dərdini çəkməyən kalan adamlarından. Qalanlardan kimi dindirsən, əlbəttə, məhz bu nöqteyi-nəzərdən, kimi balaca sorğu-suala tutsan, görəcəksən, o söz, rəhmətlik Zülfüqar əmim demişkən, üfləmədi... Mən əvvəllər, əvvələr deyəndə ki, iki il qabaq, gecə gördüyüm yuxularımı arvada danışanda o, yamanca əsəbiləşirdi. Çünki sınamışdı: mən yuxuda bir ölümü gördümmü, sabahı mütləq bir hadisə baş verirdi. Ya arvad trolleybusa minib basabasa düşəndə sumkasını açıb pulunu oğurlayırdılar, ya qaynım avtobusdan enəndə yıxılıb ayağını burxudurdu, ya da baldızımın evdə qaz kolonkası partlayırdı. Bir dəfə iş o yerə gəlib çatdı ki, mən səhər çörək yeyəndə arvadıma gecə yuxuda yenə Zülfüqar əmimi gördüyümü danışdım, bu söhbətdən düz iki saat sonra rayondan zəng vurub bildirdilər ki, bizim arvadın xalası oğlu maşında avariyaya düşüb ölüb. O vaxtdan gör neçə vaxtdır, daha mən yuxularımı arvada danışmıram, hətta çalışıram özüm də unudum. Çünki, vallah, doğrudan, belə şeylərin düşər-düşməzi var. Bir də, xəstələnənə qədər, son vaxtları deyirəm, əməlli yuxu-zad da görmürdüm. Görəndə də çox axmaq şeylər girir yuxuma: bizim tində yayda su satan Aida, hər məməsi bir inək əmcəyi boyda, ya italyan aktrisalarından biri, ya yoldaş Filankəsov, Allah özün saxla, yuxuda da zəhmindən az qalırdı ürəyim partlasın. Şər deməsən xeyir gəlməz. Xəstəliyimin mənə xeyri də bu oldu ki, daha məni tez-tez yoldaş Filankəsovun yanına iclasa-filana çağırmırlar. İçirəm dərmanlarımı, yatıram yorğan-döşəyimdə. Nə məni çağırırlar, nə də mən onlara zəng vururam. Dünyada görəsən can rahatlığından yaxşı şey ola bilərmi? Rəhmətlik Zülfüqar əmim hələ o vaxt, ayda bir dəfə kənddən bizə gəlib, qəlyanını tüstülədə-tüstülədə mənə deyərdi ki, a bala, çalış, tez pensiyaya çıx. Mənim təəccüblə ona baxdığımı görüb, əlavə eləyirdi: "Qulağın dinc, canın rahat. Nə onların sənnən işi var, nə də sənin onlarnan." Kişi rəhmətə gedəndə məni işdən buraxmadılar. Havalar da pis keçirdi, dumanlı-çiskinli günlərdi, mən də fikirləşirdim ki, elə bir tərəfdən getməməyim yaxşı oldu: soyuqlaya bilərdim. Kənd yerində hüzrdə camaat çadırda oturur, bunun küləyi, yağışı, rütubəti var. Zülfüqar əmimin qızına bir teleqram vurub, dəfnə gedən qohumlardan biri ilə yüz manat da pul göndərdim. Arvad dedi ki, mənimkilər öləndə heç on manat da vermirsən. Əvvəl dinmədim. Sonra özümü saxlaya bilməyib dedim, mən öləndə onlar da verməzlər. Üstündən heç on gün keçməmişdi ki, kənddən uzaq qohumum gəldi, orda feldşer işləyirdi. O mənə kişinin ölümünün təfərrüatını danışdı, bir qədər bikef oldum və həmin gecə bilmirəm yuxumu gördüm, ya feldşer Mahmudun danışdığı əhvalatı bir də xatırladımmı, dəqiq yadımda deyil, amma səhər yuxudan duranda heç özümdə deyildim.

***

Camaat kənddə səksəkəli yatıb, səksəkəli dururdu. Bir həftədən çox idi, ucundan tut göyə dırman, şırhaşır yağış yağırdı. Ağsaqqalın, qarasaqqalın qorxduğu bu idi ki, Kür vaxtından tez daşmaya. Yağış yağsa da, gündüzlər havada qızdırmalı bürkü olurdu, elə bil torpaqdan indicə buğ qalxacaqdı. Əgər yağış bir-iki gün də beləcə davam eləsəydi, hava da bu qaydasında qalsaydı həm Kür daşacaqdı, həm də dağlardan sel gələcəkdi. Bağlar, bostanlar, üzümlüklər, camaat nə əkib becərmişdisə, hər şey tələf olacaqdı. Hələ bağ-bağat bir yana dursun, buranın seli gələndə elə gəlir ki, camaatın qapı-pəncərəsini də yuyub apanr. Di gəl, bundan sonra düş kənd Soveti sədrinin qapısına ki, bizə taxta-şalban ver. Ay verdi ha!..

O gecə də hamı səksəkəli yatmışdı, yuxusu ərşə çəkilənlərin gözü pəncərədə, qulağı səsdə idi. Deyilənə görə, hər evdən manat-manat yığıb, yaxındakı şiə kəndinin mollasına nəzir də vermişdilər ki, dua oxuyub xata-balanı kəndin başından sovuşdursun... Hamı səksəkəli idi, bir feldşer Mahmuddan başqa. Mahmud rayon mərkəzindən yenicə qayıtmışdı, indi çəkmələrini soyunub, bayaq yeyib-içdiyi kababxanadan gətirdiyi borjomdan süzüb içirdi. Çox vurmuşdular. Hökumət arağından yox, uşaqlardan birini maşınla Qriqor ermənigilə göndərib ondan üç-dörd butulka tut arağı aldırmışdılar. Feldşer Mahmudla raypo Səlim, ikisi üç şüşə araq içmişdi. İndi Mahmuda elə gəlirdi ki, kibriti ağzına tutsa boğazından od çıxar. Çənəsini yumruğu üstə qoyub, yazıq-yazıq burnunu çəkə-çəkə fikirləşirdi ki, nə olaydı, bir möcüzə baş verəydi, bu saat düşəydi Moskva qəstinlərindən birinin nömrəsinə, vannanı köpüklü sabunla doldurub girəydi içinə: bəh, bəh! Nə yağış, nə duman, nə tut arağı. Zəhrimar aparsın hamısını. Vannadan çıxıb, qalın mələfə ilə yaxşıca qurulanıb, odekolondan da qoltuqlarının arasına vurub, girəcəkdi kraxmal iyi verən ağ yorğan-döşəyə.

İstəyirsən telefonu götür, zəng vur, sənə təzə dəm çay gətirsinlər, istəyirsən bir az uzanıb, geyin-keçin, düş restorana, ofisiantı çağırıb özünə dondurma ilə konyak gətizdir, musiqiyə qulaq as, rəqs eləyib hoppanan camaata tamaşa elə. Ofisiant qadın xeylağı olsa, "poydyom so mnoy" da de ona. Gedər, gedər, getməz, cəhənnəmə getsin!.. İç konyakı, ye dondurmanı, liftə minib qalx nömrənə, yıxıl yat. Mahmud dəm olanda həmişə ürəyindən ya Moskva, ya Kiyev keçirdi. Çünki nə ləzzətli gün görmüşdüsə, bu iki şəhərdə görmüşdü. Qayğısız günlər, xoşbəxt günlər. İl boyu qazandıqlarını məzuniyyət vaxtı bircə ayın içərisində bu şəhərlərdən birində verirdi yelə. Amma üç-dörd gün mehmanxanada qalandan sonra başlayırdı hər gecə yuxuda kəndi görməyə. On gündən sonra isə elə lap bu yağış, duman, Qriqor erməninin adamı odlamaya salan tut arağı üçün burnunun ucu göynəyirdi. Hər dəfə də heyfsilənirdi ki, niyə həmişə bu şəhərlərə tək gəlir, tay-tuşlarından birini tovlayıb özüylə gətirmir... Nə isə birtəhərlə məzuniyyətini başa vurub, özünü yetirirdi kəndə. İkicə gündən sonra başla-yırdı Moskvanın, Kiyevin mehmanxanalan üçün darıxmağa. Əsəbilə-şirdi, yanına gələn xəstələri tələm-tələsik yola salırdı, ta illərdən bəri adət etdiyi həyat tərzinə uyğunlaşana kimi. On-on beş gündən sonra Mahmud olurdu əvvəlki Mahmud. Kimin qarnı ağrıdı, başı ağrıdı, gecənin hansı vədəsi olur olsun, Mahmud dava-dərmanını çantasına yığıb düzəlirdi yola... İndinin özündə, yanğısını söndürmək üçün borjom şüşələrini dalbadal aça-aça Moskvanı, köpüklü vannanı arzulasa da, bilirdi ki, yayda ora getsə, yenə dartxacaq, tək gəldiyi üçün yenə özünü söyəcək, gecələr yatanda yuxuda ya xamralı çörəyi yeyəcək, ya da hardasa qışlaqlardan birində, qara damda, gecəyarısı Allahın bir çoban qardaşı ilə dünyanın bu günündən-sabahmdan söhbət eləyəcəklər. Səhər yuxudan qalxanda, gecə yuxuda yediyi motal pendirinin tamım ağzında hiss edəcək...

Mahmud saatına baxdı, ona iki-üç dəqiqə qalırdı. Ərinə-ərinə qalxıb televizoru qurdu. Bu rəngli televizorlardan kənddə cəmi üç nəfərdə vardı, biri sədrdə, biri kənd Sovetinin katibində - ölmüş, cavanca qızdı, yeriyəndə adamın canını alırdı, biri də Mahmudda. Bakıdan rəng o qədər də yaxşı gəlmirdi, gah sarısı çoxalırdı, gah qırmızısı azalırdı. Buna görə də yerli camaat yaxşı rəngli verilişlər olanda Tiflisə baxırdı. Mahmud da vacib bir işi-filanı olmayanda, hər axşam "Vremya"ya qulaq asırdı. "Vremya"nı Bakı da verirdi, Tiflis də. Mahmud, televizorla çox əlləşməsin deyə, əvvəlcədən kanalı Tiflisə keçirdi. Diktor görünən kimi ucadan dedi: ölmüş genə qırmızı paltardadı, fətə-bərəkallah, əh, sənin xaliqin, canan! Qanı qara olanda, kefi duru olanda evdə ucadan danışmaq adəti idi. Subaylığın bu cəhəti də vardı: otur evdə, televizora bax, istəyirsən şikəstə oxu, istəyirsən havalı adamlar kimi ucadan öz-özünlə danış. Kimə nə! Bir Allah bəndəsi sənə deməyəcək, ay Mahmud, niyə belə eləyirsən. Mahmud on-on beş dəqiqə diqqətlə verilişə baxdı, öyrəndi ki, Maqnitoqorsk metallurqları hansısa "poçin"ə qoşulub planı neçə yüz faiz yerinə yetiriblər. Sonra dalınca qulaq asa-asa, ha fikirləşdi ki, "poçin" nədir, azərbaycanca buna nə deyirlər - tapa bilmədi. Dedi, sabah məktəbin rus dili müəllimindən soruşaram. "Vremya" beynəlxalq xəbərlərə keçəndə, bir stəkan borjomu birnəfəsə içib, tamam diqqət kəsildi. Yenə dünyanın hər yerində atışırdılar. Əksərən zənciləri, ərəbləri göstərirdilər. Hərəsinin də əlində bir avtomat. Mahmud yenə özünü saxlaya bilməyib ucadan dedi, ayə bu köpəkuşağı, görən, belə qəşəng avtomatları hardan tapır, ayə, bu Amerika nə bic hökumətdi, gör nə qədər topu-tüfəngi var! Atana lənət, belə zamana!.. "Vremya" axıra yaxın, Budapeştdə keçirilən beynəlxalq moda festivalını göstərdi. Qəşəng-qəşəng manekençi qızlar ekranda görünəndə Mahmud gülüb, çırtıq çala-çala "Arşın mal alan"dan rus dilində oxumağa başladı: "ax tı, moya doroqaya, ax tı, moya zolotaya!" Sonra həmin melodiyanın üstündə oxumağına davam edib, sözləri dəyişdi: "Qriqor kişi atana lənət, Qriqor kişi atana lənət!" Çünki yenə tut arağının yanğısı qarnından qalxıb, gəlib dayanmışdı düz hülqumunun ortasında. Mahmud fikirləşdi ki, borjom olmasaydı, bu yanğıdan səhərə sağ çıxmazdı. Və yenə öz-özünü ürəyində söydü: adama neçə kərə deyərlər ki, bu zəhriman içmə, içəndə də adam balası kimi iç, yüz qram iç, uzağı iki yüz. Amma bayaq kababxanada yediyi çoban bozartmasını, sarımsaqh qatığı xatırlayanda dərk elədi ki, elə məclisdə yüz qram, iki yüz qramla iş keçməzdi. Sağ olsun kababçı Xəlil dayını, kişi yaradır da!.. "Vremya" idman xəbərlərinə keçəndə Mahmud televizoru söndürdü. Televizoru alanda usta ona demişdi ki, çalış, çox işlətmə, bunları az-az buraxırlar, şah əlinə düşməz belə televizor. Mahmud televizorun üstündən mahud parçanı götürüb ekranı sildi, sonra aşağı əyilib dikdaban ayaqqabılarını cütlədi, səliqə ilə çarpayısının altına qoydu. Bir-iki dəfə gərnəşdi, bir stəkan da soyuq borjom içib, ha istədi özünü gəyirtsin, amma bir şey çıxmadı və ucadan dedi: yıxılım yatım, bəlkə yuxu məni özümə gətirə. Qayışını açmaq istəyirdi ki, darvaza bərk-bərk döyüldü və eşikdən bir yeniyetmə səsi eşidildi:
- Mahmıd doxtur, ay Mahmıd doxtur!
Mahmud uşağm səsini tanıdı: Moşunun, Zülfüqar kişinin nəvəsinin səsi idi. Cəld pəncərəyə yanaşıb bir tayını açdı, başını eşiyə çıxartdı.
- Ayə Moşu, sənsənmi? Pəncərəyə doğru bir qaraltı gəldi.
- Hə, mənəm.
- Xeyir ola, a bala?

- Zülfüqar bavamın halı özündə döyül, deyir, tez Mahmıd özünü yetirsin.
- Nolub ona, genə ürəyidimi?
- Yox... Rəngi-rufu ağappaq ağarıb. Deyir bu gecə mən öləcəm. Yuxuda uryadniki görüb.
Mahmud güldü.
- Nə uryadnik, ayə, evin tikilməsin? Bəlkə prokuroru deyib?
- Yox əşşi... Nəsə, heç halı özündə deyil. Qadan alım, yığış gedək, - Moşunun səsi titrədi. - Tatar Temirin qayığında gəlmişəm. Bizi qaya altında gözləyir.
- Bu saat, dərdiş, getməyib nə qayıracağam ki! - Amma hər ehtimala qarşı soruşdu: - Kür daşıb eləməyib ki?.. Temirin hansı qayığınnan gəlmisiz?
- Motorlusuynan.
- Hə, onda gözlə, bu dəqiqə.
Mahmud tələm-tələsik hazırlıq gördü, soldat sapoqlarını ayağına keçirdi, pambıq sanqlısını geyib yaxasını düymələdi, başına da qulaqlı papağını qoydu. Çantasını götürüb otaqdan çıxdı. Eşikdə Moşuya dedi:
- Elə tələsdirdin məni, səni yağışın altında saxladım, evə də çağırmadım.
- Nolacaq əşi, yağışmı görməmişik!
Kənd yatmışdı. Göydən ələnən çiskində orda-burda təkəm-seyrək yanan işıqlar güclə görünürdü, itlər də hürüşmürdü. Asfalt yoldan çıxıb, kolxoz idarəsinin yanından sola buruldular, Kürə sarı gedəndə sıyıq palçığa düşdülər. Şarp-şarp, şarp-şarp... Palçıqdan yosun iyi gəlirdi. Mahmud dedi:
- A Moşu, Allah eləyə, sel gəlməyə. Batarıq.
- Elə gələcək! Görmürsənmi havanı?! Gündə bir kosmonavt buraxırlar göyə, axın belə olacaq dana.

Moşunun on altı-on yeddi yaşı vardı. Bu il onuncunu qurtarmalıydı. Amma yaşına görə deyildi; çox vaxt özündən yaşlılarla oturub-durduğuna görə danışığı, davranışı başqalaşmışdı: hərdən elə damşırdı, deyirdin, sinli kişidir. Mahmudun eşitdiyinə görə, araq-zad da içirdi. "Zamana uşağıdı, - deyə Mahmud düşündü, - elə belə yaxşıdı. Bu zamanada əfəl oldun, batdın".
- Sənin Zülfüqar bavan da axır vaxtlar, deyən, yamanca korlaşıb. Heç əvvəllər doxtur-zad çağırmazdı.
- Əvvəllər dəmir kimiydi. Bir əlinnən süysünümün ardından tutub məni göyə qaldırırdı. Son iki ayda döndü tamam. - Moşunun səsi yenə titrədi. - Bilmirəm, noldu kişiyə.
Mahmud öskürüb boğazının acısını uddu.
- Neçə yaşı var, ayə? - Əsnədi.
- Cijim deyən, doxsana yaxın olar.
- Bəsidi. Dünyanı tutub durmayacaq ki!
- Sən canın, Mahmıd doxtur, elə demə... Yaman çox istəyirəm onu.

- Moşu qaranlıqda dönüb, yanında yeyin-yeyin addımlayan Mahmuda baxdı. Mahmud dedi:
- Mən istəmirəmmi?.. Hanı indi elə kişilər? Dünyanın xeyir-bərəkəti onlarda döyülmü? Görüm onu lap min yaşasın... Əmbə, faq-qılıq eləyir, heç şey yoxdu onda. Ürəyi polad kimidi. - Mahmud yalan dedi. Dedi ki, Moşuya ürək-dirək versin. Keçən səfər Zülfüqar kişiyə baxanda ağlı bir şey kəsməmişdi: heç nəbzini əməlli tutmaq olmurdu. Moşu sevindi:
- Mən də deyirəm dana! Deyirəm, ay bava, vallah, səndə heç nə yoxdu, istəyirsən aparaq səni Tifiisə, lap akademiklərə göstərək. Deyir, yox... Uryadnik yuxuma girib, mən gərək öləm.
Mahmud ayaq saxladı.
- Ayə, nə uryadnik?
- Nə bilim. Ürəyini açıb bizə deyirmi?
- Kişi havalanıb eləyər, biabır olluq, hay? - Mahmud təşvişlə soruşdu. Moşu başını bulayıb dedi:
- Yox əşşi. Ağlı-huşu tamam yerindədi. Danışığı, sözü-söhbəti də əvvəlki qaydasındadı. - Moşu yenə Mahmuda baxdı, səsini alçaltdı:
- Mahmıd doxtur, deyirlər, havalanannar adam dişdiyir, düzdümü?


- Pəh! Dişdiyir də sözdümü! Adamın boğazınnanca yapışıb, qanın sorurlar.
- Yox, yox... Bu, çayın içdi, bir qısmat çörək de yedi. Cijim ayaqlarını yudu. Yox, heç havalanana oxşamır.
- Deyirəm, faqqılıq eləyir dana! Sizə naz satır. Heç qorxub eləmə. İynə vuracam, keçib gedəcək. Birinci kərə döyül ha!
Daha danışmadılar. Mahmud fikirləşdi ki, görən çantasında kamfora var, ya yox. Olmasa da, novokomoidlə dimedrol kifayət eləyər. Keçən səfər, deyəsən, təkcə novokomoidlə keçinmişdi. Yox, dimedrol da vurmuşdu venasına... Onlar enli cığırla, diqqətlə ayaqları altına baxa-baxa aşağı endilər, Kürün sahilində "Qayaaltı" deyilən yerə çatdılar. Tatar Temirin qayığından işıq gəlirdi. Mahmud o saat başa düşdü ki, Temir dəmir yolunda işlənən ikigözlü fənərdən götürüb; bu barədə səliqə-sahmanına söz ola bilməzdi. Bu zəif işıq işartısında Mahmud Kürün sahilə yaxın kiçicik bir parçasını güclə gördü: ləpələr köpüklü idi, elə bil sabun qatmışdılar. Deməli, zarafat-zarafat, son iki-üç gündə su qalxmışdı, bu köpük də güneylərdə vaxtından tez ərimiş qarın təmiz və yumşaq suyu idi, bulanıq suya qarışıb, köpük əmələ gətirmişdi. Belə sel tez-tez iri ağacların qollu-budaqlı köklərini axıdıb gətirir. Şər deməsən, xeyir gəlməz, qayıq bunlardan birinə ilişsəydi, soyuqda və yağışın altında çayın ortasında gecələməli olacaqdılar. Gərək lap ehtiyatlı tərpənə idilər. Mahmud bilirdi ki, Temirin təcrübəsi belə şeylərdə pis deyil, amma kaş içməmiş olaydı.
- Temir, axşamın xeyir! - Mahmud ayağını uzadıb, camış yayın bürküsündə suya girən kimi özünü qəfil qayığa saldı. Qayıq əməlli ləngər vurdu. Brezentdən başlıqlı plaş geymiş Temir onun dirsəyindən yapışdı. Moşu, Mahmuddan fərqli olaraq, qayığa ehmalca adladı. Mahmud üşüyürdü, səsi kal çıxdı:
- Temir, bu gün ağdamlamamısan ki?
- Yuk.
- Mən ölüm?
- Yuk.
- Bizi tez o taya çatdır, Zülfüqar kişinin halı pisdi.
- Bilirəm, - hiss olunurdu ki, Temirin qanı qaradır və laqqırtı vurmaq fikrində deyil. O, arxası onlara sarı çömbəlib, asılma motorun nəyinisə qurdalayırdı.
- Olmuya xoda düşmür, ayə? - Mahmud qayığın baş tərəfində oturub, nəfəsini dərdi və ayaqlarını da uzatdı. Moşu hələ ayaq üstə idi. - Yanını yerə qoy, a bala. Bunun motoru da özünə oxşayır... Neynirsən orda, ay Temir?
- Sənə nə!
- Boy! Hancarı sənə nə? Xəstə yanına gedirəm, ayə, kefə getmirəm.
Temir geri dönmədi:
- Bilirəm. - dedi. - Kefə getmirsən. Kefdən gəlirsən.
- Hardan bilirsən?
- Ölmüşdü Temir, Qriqor erməninin tut arağının iyini almaya! - O, razı-razı güldü.
- Pəh, dədənə lənət, ayə! Tatarların hamısı şpiyondu, sən öl! -Mahmud yumruğunu dizinə çırpdı. - Bu yağışda, çiskində bunun burnu tula burnu kimi nə tez iy aldı, hay, Moşu?.. Temir, səhər məni sağ-salamat evə çatdır, sənə kefin istəyən qonaqlıq vermək mənim boynuma.
Temir motorun kəndirini dartdı, motor xodlanmadı: tünd solyarka iyi qayığa doldu. Temir hirsindən suya tüpürdü.
- Mənə, qardaş, sənin qonaqlığın lazım deyil. Nə gəlib Poylu bufetinə! - Burnunun altında deyinə-deyinə təzədən kəndiri vala dolamağa başladı.
- Yox, sən öl, verəcəm! Bağırda-bağırda aparıb səni salacam Xəlil dayının kababxanasına. Qarnın dolana kimi ye, iç. Xərci mənim boynuma.

Temir motorun kəndirini ikinci dəfə sərt hərəkətlə özünə sarı çəkdi, motor elə bil fısıldadı, amma yenə işləmədi. Mahmud əsəbiləşdi.
- Ayə, Temir, dünyanın yarısına dörd yüz il meydan oxuyan siz tatarlar olmamısınızmı? Noldu, indi bir motorun öhdəsindən gələmmirsən?
- Bəgəm əməlli matır satırlar ki!.. Vaşu matlar! Bir də, Mahmıd, belə sözlərin üstündə çox-çox adamlar zad olublar ha!
- Ay-hay! - Mahmud əlini yellədi. - Mən ölüm, buna bax, kimə-kimə, mənə siyasi dərs verir. Bütün tarix kitablarında var ey mənim dediklərim, nə qırılladırsan, ə, sluşay?
- Mənnən demək, sənnən eşitmək. Allahdan bərəkət, prokurordan hərəkət.
- Bu nədi, ə?
- Təzə pesnidi, tatar Temir düzəldib, - deyib kəndiri üçüncü dəfə dartdı və motor "çaq-raq" eləyib işə düşdü. Pərin sudan qopardığı damcılar Mahmudun, Moşunun yağışdan islanmış sifətlərinə qırma təkin dəyib ağrıtdı. Sonra Temir bilə-bilə sükanı sərt sola burdu, qayıq yerində fırlandı, Mahmudun sağa əyilib Moşunun üstünə yıxılmağı ilə bağırmağı bir oldu:
- Yavaş, evin tikilməsin, batırarsan bizi!
- Qorxma, tatar Temir olan yerdə hələ bir musurman batmayıb. Sükanı düzəltdi, qayığı Kürün ortasına çıxarıb, səmtini axarın tərsinə tutdu.
- İgirmi dəqiqə, samıy-samıy bolşe yarım saata ordayıq, inşallah. Hə-ə, vaşu matlar! - Qazı çoxaltdı, qayığın sürəti artdı. Soyuq yeldən Mahmudun peysəri elə bil buz bağladı. O, tələsik papağının qulaqlarını aşağı saldı və fikirləşdi ki, nolaydı, xata-bəlasız mənzil başına çataydılar: bu havada, gecənin bu vədəsində Kürə çıxmaq hər oğulun işi deyildi. Ürəyində bir "Allaha təvəkkül" də dedi.

Moşunu yuxu basmışdı. Tatar Temirin ayaqları altında yanan fənərin işığında Mahmud, Moşunun düyünlənmiş qaşlarını və yarıyuxulu gözlərini gördü.
- Bu gün televizora baxırdınızmı? - Bu sual Moşudan çox Temirə aid idi. Temir qayıq səmtinə düşəndən sonra, sürəti yavaşıdıb, sükanı dirsəyi ilə saxlaya-saxlaya, bayaqdan məftil parçası ilə zoğal çubuğundan düzəltdiyi uzun müştüyünü təmizləyirdi. Məftili axırıncı dəfə deşiyə salıb dartdı, müştüyü ağzına aparıb bir-iki dəfə üfürdü, nəhayət, eyni aram hərəkətlə, səliqə ilə həmişə çəkdiyi "Avrora"dan birini müştüyə keçirdi. Plaşının cibindən tapança boyda əldəqayırma bir alışqan çıxartdı, yandıranda alışqan elə tapança kimi açıldı. Müştüyü sümürə-sümürə Mahmuda dedi ki, Moşunu bilmirəm, amma mən televizora baxmıram, baxanda başım ağrıyır.
- Dünya yaman qarışıb, ay Temir, hər yanda dava gedir. Mənə nə!
- Məxluq qırılır, a kişi!
- Biz ha qırılmırıq! - Siqaretdən sonra Temirin səsi kallaşmışdı.
- Deyirsən, bizi də qırsınlar? - Mahmud güldü.

- Mən o qırğınları çox görmüşəm, qardaş. Allah heç kəsə qismət eləməsin, uy, uy!
Mahmud onun səsindən başa düşdü ki, ağzını açsa qurtarmayacaq, düzü, bu söhbəti saldığına peşman oldu. Qorxdu, Temir, azından min dəfə danışdığı əhvalatı bir də təkrar eləyəcək, yenə, müharibədən qayıdıb, arvadı Tamaranın yanında cavan bir rus soldatını gördüyündən yanıqlı-yanıqlı danışacaq, sonra başlayacaq ana-bacı söyüşü ilə dünyanın bütün arvadlarını bir-birinə qatmağa, axırda da "ay vaşu matlar, naşu matlar" deyib dizinə döyəcək...

Amma yox. Başına gələn bu bəlanı Temir həmişə danışmırdı, daha doğrusu, ayıq vaxtlarında bu əhvalatdan söz salmırdı, yanında müharibədən, əsgərlikdən söhbət-filan düşəndə də çəkilib bir qıraqda dururdu. Amma, elə ki, stansiyanın bufetində şirin çaxırdan bir-iki stəkan vururdu, tanış adam əlinə keçməyəndə, lap yoldan ötənin birini saxlayıb, salırdı çənəsinin altına. Danışdıqca, söyləndikcə, ürəyini boşaltdıqca, hərdən elə olurdu gözləri də yaşarırdı. Yazıq neyləsin! Onun çəkdiyi müsibət kimin başına gəlsəydi, vallah havalanardı... Hələ bu yaxşı qalıb... Mahmud onun belə kefli olduğu günlərini az görməmişdi. Əksər hallarda, bazar günləri, vağzalın gur vaxtlarında Temir yaşadığı yunan kəndindən stansiyaya gəlirdi. Vağzalda onu relslərin arasında sülənən qotur itlər də tanıyırdı. Yayda, al-qırmızı sətin köynək əynində, belində tarım çəkilmiş nazik meşin toqqa, uzunboğaz çəkmələri par-par parıldaya-parıldaya, seyrək saçlarına xüsusi sığal verib, tərtəmiz, odekolon qoxuya-qoxuya gəlib girirdi stansiyanın milçəkli, havası ağır bufetinə. Bufetçi Kərim - möhkəm zarafatları vardı - Temiri görən kimi tatar dilində, Temirin ona öyrətdiyi bəzi sözlərdən deyirdi, adətən, söyüş söyürdü. Amma bu sözləri bufetdə Temirdən savayı heç kəs başa düşmürdü. Temir gülürdü. Əyri, sarı dişləri qanı qaçmış dodaqları arasında külqabı dibində qalmış siqaret kötüklərinə bənzəyirdi, xırda qıyqacı gözləri qıyılıb-qıyılıb sifətinin qırışları arasında gözdən itirdi. Temir bufetçi Kərimə deyirdi ki, sən öl, sən elə gərək tatar doğulaydın, mən ölüm, sən bu dili məndən yaxşı bilirsən. Axırda da, özü bir "vaşu matlar!" deyirdi. Bu da o demək idi ki, çaxırın vaxtı çatıb, süz... Kərim neçə illərdi Temirdən pul almırdı. Temir, dünyanı Sibirdən üzü bəri dolanıb, özünə heç yanda sığınacaq tapmayıb, nəhayət, gəlib Kür qırağındakı bu qədim yunan kəndində ömürlük məskən salandan sonra (əvvəl gümanı vardı iki-üç il buralarda başını dolandırıb, bəlkə Allahın köməkliyi ilə təzədən dədə-baba yurduna qayıda, amma qayıtmadı. Aylar, illər dolandı. Temirin gözlərində dünya-aləm başqalaşdı, bircə Tamara ilə soldat başqalaşmadı) və günlərin bir günü, başına gələn əhvalatı o zaman hələ qarın bağlayıb ağırlaşmamış sütül bir oğlan olan Kərimə ilk dəfə danışanda Kərimin ona yazığı gəlmişdi: stansiya bufetinin həndəvərində, relslərin arasında, zibillikdə eşələnən itlərə yazığı gəldiyi kimi. Temirin əhvalatını elə həmin gün işdən sonra anasına nəql eləyəndə anası demişdi ki, a bala, o Temirdi, nədi, elə o da Allahın bir yetim bəndəsidi, bacar yaxşılıq elə ona, savabdı. O günün sabahısı Kərim Temirə demişdi ki, "daha, qardaş, səndən pul aldı yoxdu, qarnın dolana kimi iç, ayından-oyundan da ye, mənə sənin qara qəpiyin də lazım deyil. Adam adama bə nə gündə lazım olar?" Temirin könlü açılmışdı, ona elə gəlmişdi ki, köksündə pas atıb korlaşmış bir şey ovxalanıb yoxa çıxmışdı, qanı da elə bil durulmuşdu və uzun illərdən bəri, bəlkə də birinci dəfə, az qala uça-uça, tez-tələsik eşiyə çıxıb, bufetin arxasında, xəlvət yerdə sidik kisəsini boşaltmışdı: sonralar, özü dediyi kimi, azı iki vedrə. Çünki bu başıbəlalı dünyanın nə işığına, nə zülmətinə gümanı qalmamış bir adam üçün Allah bundan da böyük xoşbəxtlik yetirə bilərdimi?
- Sən öl, ay Temir, içməyəndə heç duzun olmur. Üzünə baxanda, Həzrət Abbas haqqı, ağlamaq tutur məni, bu sən öl! - Mahmud, görünür, tatar Temirdən əl çəkmək fikrində deyildi: ya qanı qara idi, ya yuxusu gəlirdi, nə idisə, Temiri özündən çıxartmaq, çımxırtmaq istəyirdi. - Adam gərək xasiyyətini həmişə bir barabarda saxlasın. Sənciyəz günüzlər bir adam olursan, axşamlar özgə adam. Günüzlər baxanda deyirsən, ayə, peyğəmbərdi bu adam!
- Nə mən peyğəmbər olasıdı, nə sən peyğəmbər olasıdı. İkimiz də elə bir bezin qırağıyıq. - Temir siqaretini sümürdü, bir-iki kərə boğuq-boğuq öskürdü, sonra davam elədi:
- Ay Mahmıd! - Nə üçünsə səsini ucaltdı. - Bax, deyirsən, nə bilim dünyanın hər yerində məxluq bir-birini qırır. Mən də deyirəm, cəhənnəmə, gora. Yəni dediyim odu ki, bu dünyanın dərdi mənə qalasıdı? Hı?.. Dərdiş, mənim ağlım belə kəsir ki, Temiri qəbrə qoyasıdı, geci-tezi var, hamı bir-birini qırasıdı, qurtarasıdı. Deyim niyə? Çünki adam gərək adam ola. Biz elə hamımız, balacasıdı, böyüsüdü, hamı adamlıqdan çıxıb. Dediyim odu ki, hamı dönüb olub qulyabanı!
Moşu mürgüdən ayıldı, gözlərini açıb pıqqıldadı.
- Gülmə, Moşu, gülmə. Tatar Temir olanda nolar, tatar Temirin də beyni var.
- Var, ayə, var! - Mahmud Moşunun böyrünü dümsüklədi. - Niyə yoxdu, lap atınkı boyda. Di gəl, çaxır sənin beynini tamam əridəsidi, ay evin yıxılasıdı! - Qaqqanaq çəkib Moşuya qoşuldu. Mahmud əmindi ki, daha bu sözlərdən sonra tatar Temir hövsələdən çıxmalıdı, mütləq bir yağh-yağmurlu söyüş söyməlidi, özü də həmişəki kimi, ya tatarca, ya rusca. Moşu da, Mahmud da Temirin belə söyüşlərini azın-dan milyon dəfə eşitmişdilər. Amma Temir nə hövsələdən çıxdı, nə söyüş söydü. Heç halı da dəyişmədi. Bir qədər susub təzədən başladı:
- Ey, ay Mahmıd! - dedi. - Oxumuş adamsan, maşallah, bu boyda obada feldşersən. Vallah, elə raykom kimi bir şeysən... Kimin dərdi-səri olur, səni çağırır. Amma lağlağısan. Bilirsən niyə? - Temirin səsi yenə yavaşıdı, motorun uğultusunda az qala itib-batdı.
- Niyə, ayə? - Bu dəfə Mahmud özünü yığışdırmah oldu.
- Çünki dərd görməmisən!
- Boy! Buna bax ey! - Mahmud dönüb Moşuya baxdı. - Ayə, beş-altı yaşından anasız-atasız qalmışam. Cijim indi də yadıma düşəndə içalatım od tutub yanır. Bə bu, dərd döyül nədi?
- Bə sonra?
- Sonra nə? Buna bax ey... Sonra nə gəlib qohum-əqrəbaya! Xalam saxlayıb məni, əppəyimi də verib, paltarımı da alıb. Qəbri nurnan dolsun... İndiyətən kimə nə pislik eləmişəm, ayə? - Mahmud incimişdi, səsində küskünlük vardı.
Temir güldü.
- Yenə başa düşəmmədin! Uy, uy, uy! - dedi. - Dediyim ayn şeydi, Mahmıd. Adam var, anadan olanda elə dərdli olur, adam da var, doğulandan həmişə bir yanın boş qoyur. Sən bunnardansan.
- Bə nağayrım?! Oturum gözümün qorasını sıxım ki, nə var, nə var, zəncilər bir-birini qırır?.. Bu gün televizorda göstərdilər, vay dədə vay!
- Hə, gördün! - Temir başını tərpətdi. - Gördün, mən deyəsidi? Qaralar qaraları qırır, ağlar ağları. Çünki, qağa, genə mən deyəndi: adamlar adamlıqdan çıxıblar, qulyabanı olublar!

Mahmudun başı ağrıdı. Söhbətin belə səmtə düşəcəyini gözləmirdi. Temirin məntiqinə də alışa bilmirdi: Temir gah nala döyürdü, gah mıxa. Bir də, Temirin "dərd görməmisən" deməsindən elə bil dilxor
olmuşdu. Fikirləşdi ki, bu zəmanədə heç bəndəyə "dərd görməmisən" demək olmaz, bu, ağ yalan olar. Hərənin çiynində dağ boyda dərdi var, biri bu ağırlığa dözür, Temir demişkən, bir yanın boş qoyur, o biri qatlanır, dördayaq olub ulaya-ulaya dağa-daşa düşür. Mahmud müharibə illərində, kolxozun anbardarı Musa Qayçılının camaata payladığı jmıxı xatırladı, balaca-balaca oğlan uşaqlarını, qız uşaqlarını gördü, qara damlarda, çıraq işığında baş-başa verib oturmuş uşaqlı-böyüklü hamının jmıx yediyini yadına saldı. Bu, dərd döyül, bə nədi?.. Temirə nəsə demək istəyirdi, söz lap dilinin ucundaydı, amma demədi, nə üçünsə yadına şəhərdə xəstə yatan qohumu düşdü. Xəstənin çuxura batmış gözləri, eynən jmıx rəngində olan sifəti gecənin qaranlığındanmı, ya motorun uğultusundanmı, peyda olub gözləri qabağına gəldi: elə bil gördüyü tutqun ay işığıydı, indicə qara buludların arxasında itib sönəcəkdi. Bu nə əhvalatdı görəsən? Tatar Temirin ikicə kəlməsi niyə onun hövsələsini daraltdı, qanını qaraltdı, üstəlik, başını da ağrıtdı - nə illah elədisə, anlayammadı... Və birdən Mahmudun ağhna bir fıkir gəldi: adamlan bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir...

Moşu işləri düzəltdi - Mahmudun da, Temirin də danışmadığını görüb, bayaqkı söhbətin üstünə qayıtdı.
Hamısı onnandı ki, - dedi, - bizim ölkənin bütün sülhsevər təşəbbüslərini imperialistlər rədd edirlər. - Onun səsində diktor səsinə xas olan cod bir ahəng vardı. Əvvəl-əvvəl Mahmud elə güman elədi ki, yanında televizor qurdular. Sonra nəsə fikirləşib ucadan dedi:

- Ayə, tapdım! Sən öl, tapdım, ay Temir! "Poçin" "təşəbbüs" deməkdi. - Moşuya sarı döndü. - Sənə eşq olsun, ay Moşu bala! Maqni-toqorsk metallurqlarına da eşq olsun! - Mahmud hər şeyi unutdu.
Birdən nəsə baş verdi, heç biri heç bir şey anlamadı: qayıq sola yatdı, köpüklü su içəri doldu, az qala dizlərinə kimi, eyni zamanda vıyıltı qopdu, qəfıl külək nəhəng qamçı kimi başları üzərində şaqqıldayıb, Mahmudun qulaqlı papağını göyə qaldırıb suya çırpdı: adamın iliyinə işləyən şaxta üçünü də az qala dondurdu, üçünün də içi-içalatı, sümükləri gizildədi. Sonra hər şey qurtardı, daha doğrusu, başlamamış qurtardı. Çünki heç bir an keçmədi ki, qayıq düzəldi və ətrafda nə vardısa əvvəlki halını aldı. Motor taqqataraqla işləyirdi, tatar Temirin qayığı mənzil başına gedirdi.
- Ayə, bu nə olan şeydi? - Mahmud ayaqlan altına, qayığa dolmuş suya baxdı. Tatar Temirin fənəri suyun içində xarab olmuşdu, yanmırdı.
Moşu bərk-bərk Mahmudun böyrünə sıxıldı.
- Deyən, başımızın üstündən samalyot keçdi. - Moşunun səsi həm yavaş çıxdı, həm də titrədi.

Mahmudun başağrısı axıb ürəyinə doldu: o, ağzını açıb bircə bunu dedi:
- Allah, özün saxla...
Sonra üçü də buludların arasından süzülən ay işığında bir səmtə baxdılar: sağ sahildə, təpəliklərin altmda qədim qəbiristanın başdaşıları qaralırdı.

Bu dəfə Temir dilləndi:
- Allah, özün saxla, - dedi və ağladı.
Bu nəmişli, yağarlı və səksəkəli havada üçü də yalnız bir şeydən bixəbər idi. Sağ sahilin təpəlikləri arxasında sıralanan başı qarlı dağların lap kəlləsində, sal qayaların buz bağlamış daşları arasında bir kaha vardı ki, kimsə, hardasa onun adını bilirdi: Baba Kaha.

***

Moşunun anast, Zülfüqar kişinin ortancıl qızı Salatın arvad həyətdən gələn qarmaqarışıq səsləri eşidəndə ürəyində "şükür" dedi: bayaqdan Moşudan nigarandı, belə havada Allahın bir avara və binəva bəndəsinə, (tatar Temirə uşaq ümid eləmək, onunla bərabər o taya göndərmək heç ürəyindən deyildi. Arvad, Moşu yola düşəndən sonra, neçə kərə ürəyi səksəkəli pəncərəyə yanaşıb həyətə, həyətdən də o tərəfə, darvaza arxasında, kəndin təkəmseyrək işığmda saralan gilli-palçıqlı torpaq yola baxmışdı, dağların başından üzü bəri axışan topa qara buludların seyrəkliyindən süzülən ay işığında uzaqlarda qaralan meşəyə baxmışdı və hər dəfə də ürəyində Allaha, peyğəmbərə yalvarmışdı ki, kaş Temir kefli olmayaydı - o zəhrimar arağı, çaxırı çıxardan gülləyə gəlsin, bircə sağ-salamat uşağı evə çatdıraydı. Moşu gedəndən sonra, dədəsinin təkidi ilə çürümüş taxta pilləkənləri enib aşağı düşmüşdü, toyuq damına bitişik, havası ağır otaqdan qədim mis samovarı götürüb hıqqana-hıqqana yuxan qaldırmışdı, sonra yenə ikimərtəbəni enib, selpodan aldığı kağız kisələrdən birində ağzıdolusu kömür gətirmişdi, nəhayət, samovarı şüşəbənddə qaynatmışdı. Zülfüqar kişinin adəti idi: günün hansı vədəsi olur, evə bir adam gəldimi, onu yaxşı dəmlənmiş pürrəngi çaysız yola salmazdı. O ki qala hörmətli adam ola, həkim, ya feldşer ola.
- Şükür, gəldilər! - deyib Salatın az qala üzünü pəncərə şüşəsinə yapışdırdı: eşikdəki nəmişlik şüşəni bumbuz eləmişdi. Diqqətlə eşiyə baxdı, Moşunun, Mahmudun, bir də tatar Temirin qaraltısını gördü - üçü də həyətdəki tut ağacının altında dayanıb, deyən söhbət edirdilər.
- Ay başı batmışlar, gap vaxtıdımı indi! - Bir istədi şüşəni taqqıldada, amma başa düşdü ki, aşağıda eşitməyəcəklər. Geri dönüb, yor-ğanı çənəsinə kimi çəkib arxası üstə uzanmış, ağır-ağır nəfəs alan Zülfuqar kişiyə baxdı: kişinin bənizi avazımışdı, yanaqlarında sarımtıl rəng vardı, kirpikləri də əsirdi.
- Booy, bunlara noldu, niyə qalxmırlar görən? - Salatın karıxmışdı.
Zülfüqar kişi gözlərini açdı:
- Gəldilərmi? - soruşdu. -Hə.
- Samovarı neylədin?
- Hancarı neylədim? Çoxdan hazırdı samovar.

İçəri girəndə tatar Temir brezent plaşını çıxarıb bir tərəfə fulladı, başını tərpədib Salatınla salamlaşdı, sonra ayaqlarını qatlayıb, burnunu bir-iki dəfə çəkib qapının ağzında oturdu. Moşu hələ aşağıda idi, darvazanı bağlayırdı. Mahmud səsinin qalın yerinə salıb:
- A Zülfüqar kişi, mən ölüm bu faqqılığınnan havaxt əl çəkəcəksən?! - deyib çarpayıya yanaşdı, yorğanın altında Zülfüqar kişinin arıq əlini tapıb nəbzini tutdu: kişinin nəbzi əməlli vururdu, hətta Mahmud əvvəl-əvvəl fikirləşdi ki, bəlkə elə doğrudan qoca özünü faqqılığa qoyub? Amma xəstənin alnındakı sarılığa, gözləri altındakı göyümtül ləkələrə baxıb, fikrindən vaz keçməli oldu. - Salatın, a bajı, o çamadanı maa ver. - Salatın çamadanı Temirin yanından götürüb ona uzadanda, Zülfüqar kişi gözlərini açdı, zəndlə Mahmuda baxıb dedi:
- Mahmud, başın haqqı gedirəm... Bu xına o xınadan döyül, dərdin ürəyimə.
- Kiri, ay bava, sən ölənnərin goru, ürəyimizi üzmə, qoy, şər vaxtıdı. Nolub, ayə, sənə? - Salatın hirsli-hirsli donquldandı, Moşunu Mahmudun dalınca göndərdiyi dəqiqədən ürəyində yığılıb qalmış nigarançılığın ağırlığı elə bil bu sözlərlə qaynaya-qaynaya ağzından eşiyə töküldü.

Zülfüqar kişi yenə Mahmuda baxdı: çal və pırpız qaşlan düyümləndi, bulanıb ağarmış gözləri Mahmuda zillənsə də, elə bil, onu görmədi. Dedi:
- Vallah, məni bu Salatın öldürəcək... Nə deyirəm, it kimi qapır məni.
Salatın ağlamsınan kimi oldu.
- Boy, ay bava, canım sənə qurban. Mən sənə neynirəm ki? Mahmud Salatına baxıb gözlərini bərəltdi, yəni kiri, axmaqlama,
qoca kişiylə höcət eləməzlər.
- Sən, - dedi, - Zülfüqar əmi, heç şeydən qorxub eləmə. Ürəyin, maşallah, motor kimidi. Adam naxoşduyar da!..
- Yox, a bala, Sarıca oğlu Məhəmməd gəlib dalımca.
- O kimdi? - Mahmud təşvişlə soruşdu.
- Peykanlının uryadniki.
Bu dəfə Salatın elə partladı ki, Mahmudun qulaqları cingildədi.
- Ay onu görüm cəhənnəmin odunda yanıb-yanıb tüstüyə dönsün! Onun görüm qara torpaq altda sür-sümüyü çaqqal-çuqqala yem olsun! Ayə, gorbagor oğlu gorbagor, kişini dəli eləyib dana!
Mahmud birtəhər oldu, dəqiqi, Salatının sözlərindən bir şey anlamadı, qorxuya düşdü, hətta ona elə gəldi ki, bu sözləri çarpayının yanında dayanıb hikkəli-hikkəli dədəsinə baxan Salatın demədi, başqa bir adam dedi. Çünki belə söhbət, Mahmudun zənnincə, adamlar arasında ola bilməzdi. Uryadnik nədi, ə?.. Mahmud qanrılıb, bayaqdan it kimi büzüşüb qapının ağzında oturmuş tatar Temirə baxdı, özü də təəccüblə, ondan kömək umurmuş kimi baxdı. Temir başını sinəsinə əyib mürgü vururdu, dünya-aləm vecine deyildi. Moşu da həyətdə işini qurtarıb, yuxarı qalxmışdı, bir küncdə oturub, mələfə ilə ayaqlarını qurulayırdı. Mahmud çamadanını açıb par-par parıldayan iynə qabını çıxardı, ampullardan birini qırdı, şprisi doldurub işığa tutdu, yavaş-yavaş havasını buraxdı.
- Salatın, - dedi, - nağıl danışma. Kömək elə görüm. Zülfüqar kişi soruşdu:
- Ne vurursan, ağrın alım?
- Kardiaminus cartes!
- Yaxşı dərmandımı, bizimdi, ya onnarm? - Salatın Mahmuddan soruşdu. Son beş-altı ildə Salatın həm atasının xəstəliyinin, həm də öz azarının - ayaqları şişirdi, tez-tez də təngnəfəs olurdu - əlacını onların dərmanında görürdü. Lap balaca başağrısı həbi olanda da maraqlanırdı ki, hardan gətiriblər.

Zülfüqar kişi bığaltı, arıq boğazının hülqumunu oynada-oynada gülürdü. Çünki o da Mahmud kimi "cartes"in mənasını bilirdi, bilirdi ki, bu söz erməni dilində "yıxıldı", "dağıldı", "öldü" deməkdi.
- Dərdin alım, - deyə Zülfüqar kişi gülməyini saxlaya bilmirdi: - O cartesdən birin də Salatına vur!

Mahmud Zülfüqar kişinin dediyini aldı, qaqqanaq çəkib güldü. Salatın təəccüblə atasma, Mahmuda baxdı, çiyinlərini çəkib geri döndü, oğlu Moşuya da baxdı. Moşu da, deyəsən, məsələnin nə yerdə olduğundan duyuq düşmüşdü, gülümsəyirdi, anasının ona baxdığını görüb dedi:
- Azz... Dərman adıdı dana! Doxtur-zadsanmı soruşursan adını?
- Soruşanda nolar, ay gədə? Vaxtında oxumuş olsaydım, indi məni belə məsxərəyə qoymazdınız! - deyən Salatının da dodaqlan qaçdı, daha fərqinə varmadı, çünki başa düşmüşdü ki, məsxərə olmağına məsxərədi, intəhası, bina olunan gündən, bu evin qayda-qanunları arasında bir qayda da vardı ki, Salatın həmişə ona əməl edirdi: bu evdə zarafatdan, məsxərədən heç kəs inciməzdi, elə əslində bu evin əmin-amanlığını, xeyir-bərəkətini indiyə kimi qopuyub saxlayan da zarafat idi, xoş, məzəli söz idi.

Mahmud iynəni vurandan sonra Zülfüqar kişinin qolunu ehmalca yorğanın üstünə buraxdı, hər ehtimala qarşı əlinin arxası ilə kişinin alnını yoxladı ki, qızdırması-filanı olar birdən. Amma kişinin alnındakı soyuqluq, daha doğrusu, yapışqan buz təması heç onu açmadı. Ürəyində "bu nədi, ə?" - deyə fikirləşdi və nə üçünsə, bayaq bura gələndə qayıqda başlarına gələn əhvalatı xatırladı: ona elə gəldi ki, Zülfüqar kişinin alnındakı soyuqluq o bayaqkı qəfil yelin soyuqluğundandı. Zülfüqar kişi yenə gözlərini açdı, bir-iki dəfə udqundu, battq ovurdları daha da batdı, hülqumu oynadı.
- A bala, a Salatın, - dedi, - o yetim hanı, tatar Temiri deyirəm. Salatın əlini tatar Temirin ayaqlannı qatlayıb oturduğu səmtə
uzatdı:
- Budu ha, şirin-şirin yatır!
- Apar onu aşağı, yerini sal. Ayından-oyundan da ver, acmış olar. Araqlardan birini də aç, qoy qabağına.
- Genə istəyirsən piyan olub ağacamı dırmansın?
- Olmaz, olmaz. Gecənin bu vədəsi hara dırmaşasıdı, az? Yıxıhb yatacaq. Gəlsənə, araqdan bizə də gətirəsən, doxturnan adama yüz-yüz vuraq.
Salatının gözləri yenə hikkəli-hikkəli parıldadı:
- Boy, ay kişi!.. İndicə iynə vurmadılarmı sənə?

Mahmud divara bitişik qoyulmuş stullardan birini altına çəkib əyləşdi. Əlini yuxarı qaldırıb Salatının sözünü kəsdi:
- Olar, yüz qram olar. Sən də kişini lap yarımcan eləmə. Get, arağı gətir.
Salatın tatar Temirə yanaşıb qolundan tutdu, silkələdi:
- Temir, Temir!
Temir diksinib gözlərini açdı. Gözləri qıpqırmızı idi.
-Hay?
- Qalx, ay yetim, aşağı düşək. Saa arax verəcəm.

Tatar Temir "ya Allah" deyib ayağa qalxdı, yuxulu gözlərini hər-lədib, bir müddət otağın ora-burasına baxdı: elə bil bu xalılı, mütəkkəli otağı, tavandan ağ patrondan asılmış gur lampanı, qapı ilə üzbəüz, pəncərədən xeyli aralı qoyulmuş nikelli çarpayını, hətta bu çarpayıda yorğan altında uzanmış Zülfüqar kişinin özünü də, ondan savayı Mahmudu, Salatını və Moşunu da birinci dəfə idi görürdü. Mahmuda elə gəldi ki, tatar Temir Salatının ağzından çıxmış "araq" kəlməsini də əməlli eşitməmişdi, eşitsə də, yəqin bu söz hələ ona çatmamışdı: çünki yorğunluqdan və yuxusuzluqdan sınıxmış, alt dodağı sallanmış sifətdə heç bir dəyişiklik olmadı: anası ölmüşdü tatar Temirin ki, araq sözünü eşidib, qırğı kimi cövlan eləməyə!.. Beləcə, ayaq üstə dayanıb-dayanıb, tatar Temir bu otağa ayaq basdığı dəqiqədən birinci kərə ağzını açdı:
- Axşamın xeyir, Zülfüqar əmi! Zülfüqar kişinin yerinə Salatın cavab verdi:
- Xeyrə qənşər, ay Temir... Di gəl gedək, aşağı düşək, yerini salım, yıxıl yat.
Onlar otaqdan çıxandan sonra - Temirin eşikdə, pilləkənlərdən hələ öskürəyi eşidilirdi - Zülfüqar kişi Mahmuda dedi:
- Mahmıd, dərdin alım, səni də axır vaxtlar yamanca əziyyətə salıram. Neynim, qocalığın üzü qara olsun... Allah adama bir can verir, üstəlik də min azar... Əmbə, başın haqqı, düz sözümdü, bu xına o xınadan döyül. - Qoca çətin danışırdı, nəfəsi boğazında kəsilirdi, hövsələsi daralmış adamlar kimi, sözləri tələsik deməyə çalışırdı. Yastığın üstündə Zülfüqar kişinin başı yumruq boyda görünürdü.
A kişi, dədəmin goru haqqı, bax, bu mən ölüm, sənciyəzdə heç şey yoxdu. Vallah, səhər qalxıb mənnən arax vuracaqsan! - Əslində Mahmud elə bu fıkirdə idi, çünki, doğrudan da, Zülfüqar kişinin halın-da elə bir qorxulu dəyişiklik yoxdu ki, təşvişə-filana düşəydi. Onu çaşdıran kişinin alnındakı soyuqluq idi. İndiyə kimi sağ əlinin barmaqlarında bu soyuqluğun təması qalmışdı: elə bil əlini suya salıb çıxarmışdı.
- Nahaq... nahaq... öldürdüm Sarıca oğlu Məhəmmədi. Mahmud oturduğu yerdəcə dikəldi, narazılıqla başını bulayan
Moşuya baxıb, ürəyində şeytana lənət deyib, nəhayət, bu uryadnik əhvalatını Zülfüqar kişidən soruşmaq qərarına gəldi.
- Kimi öldürmüsən, ayə, havaxt öldürmüsən?! - deyə əsəbiliklə soruşdu.
- İyirmi birinci ildə, ağrın alım. Peykanlının uryadnikini. Sanca oğlu Məhəmmədi.
- Ayə, camaat gündə birin öldürür, papağın da yan qoyub gəzir! Sənin bu əhvalat hardan yadına düşdü, ay evin tikilməsin!.. - Mahmud ayağa qalxdı, kürəyini divara söykəyib xalı üstə oturmuş Moşuya yanaşdı, sonra geri qayıtdı. - Uryadnikdi, pristavdı, nə bilim, nə zivildi, kitablarda oxumuşuq ki, onnarı öldürərlər, lap dədələrin də yandırarlar, heç dəxli var mən ölüm!
- Polnomoçnu, Bakıdan gəlmişdi, o dedi, mən də öldürdüm.
- Tem boleye!.. İndi mənə prokuror deyə ki, get filankəsi öldür, öldürmərəmmi? Hökumət adamının bir sözünü iki eləmək olarmı, a kişi, özün də dünya görmüş adamsan? - Mahmud söhbətin yönünü dəyişmək istədi, zarafata salmaq istədi, amma ona zillənmiş bir cüt gözdə, pırpız, zəhmli qaşların altındakı bulanıq, işıqsız gözlərdəki qorxunu, şaşqınlığı və ümdəsi də ümidsizliyi görəndə fikirləşdi ki, bəlkə elə doğrudan, bu xına o xınadan döyül? Bu dünyada azmı qəribəliklər, ağlasığmayan əhvalatlar baş verir?.. Allah, özün saxla! Bu nə axmaq söhbətdi ə? İyirmi birinci ildə əcəli yetmiş bir Allah bəndəsinin bu axşama, bu evə, bu işığa nə dəxli var, görəsən? Kişi, belə getsə, özünü də dəli eləyəcək, evdəkilərin də ürəyini üzəcək. Bəlkə bir yuxu dərmanı verim, halvalıq olub səhərə kimi xoruldasın? Amma bu fıkirdən vaz keçdi. Çünki Zülfüqar kişi zəifləməyinə, son beş-on gündə əlbəttə zəifləmişdi və belə vəziyyətdə bu cür dərmanlar ürəkbulanması və başgicəllənməsi verə bilərdi. Mahmud dedi:
- Zülfüqar əmi, sən çalış, yat. Gecənin xeyrindən sabahın şəri yaxşıdı. Səhər əməlli gap elərik, danışarsan mənə o uryadnik əhvalatını, biz də Moşu ilə qulaq asarıq sənə.
- Qan çanağının ətəyində yaxaladım onu... - Zülfüqar kişi gözlərini yumdu, elə bil mürgüyə getdi, amma sözünü kəsmədi, davam elədi. - Fağır məni görən kimi, diz üstə çökdü, dedi, ay Zülfüqar, öldürmə məni, çevir məni balalarının başına... Üzünü-gözünü tük basmışdı, hal adamı kimi qapqaraydı zalım, baxanda deyirdin, xortdandı-nədi bu?.. Dedim, ay Məhəmməd, Bakıdan polnomoçnu gəlib... Salahov Adil Qəmbəroviç. Sən deyir, camaata çox divan tutmusan, sinfi düşmənsən, indi leşini onun ayaqları altına atmasam, sürgün eliyəcək məni, gedib Sibirin qarında, şaxtasında çürüyüb öləcəm... Genə dedi, məni öldürmə. Dedim, yox. Genə dedi ki, öldürmə. Bir hamar daş vardı qabağında, başını onun üstünə qoyub ağladı. - Zülfüqar kişi gözlərini açıb Mahmuda baxdı və soruşdu:
- Ay Mahmıd, heç ömründə ağlayan adam görmüsənmi, a bala? Mahmud yenə söhbəti dəyişdirmək istədi, aradakı gərginliyi yox eləməkdən ötrü yenə zarafata saldı.
- Niyə görməmişəm, - dedi, - tatar Temir iki stəkan çaxır içəndən sonra Tamaranı yadına salıb ağlamırmı?
Zülfüqar kişi:
- Temirin başı batsın, - dedi. - Mən elə ağlamağı demirəm, a bala. Mən özgə ağlamaqdan danışıram... - Yenə gözlərini yumdu, kirpikləri divara qonmuş, gur lampa işığından qorxuya düşmüş kəpənək qanadları kimi titrəyirdi. Daha bir xeyli dinmədi. Mahmud qollarını sinəsində çarpazlayıb əsnədi, necə olsa, həm yorğundu, həm də gecdi, yuxusu gəlirdi. Moşu ona xəbər gətirəndə güman eləyirdi ki, gedib iynədən vuracaq, ya dərman verib, qonşu otaqda Salatının saldığı yorğan-döşəkdə səhərə kimi xumarlanıb yatacaq. Belə havada yatmaqdan yaxşı nə ola bilərdi: qayığa mindiyi dəqiqədən canına hopmuş, sümüklərinə işləmiş rütubət bədənindən çıxmırdı. Bu Salatın görən harda qaldı, araqdan-zaddan gətirəydi, içib həm qızışaydı, həm də canı cəhənnəm, lap keflənib, bu qoca kişinin səfsətəsini unudardı... Yox, doğrudan ağır xəstəyə bənzəmirdi, nəbzi yerində, təzyiqi
normada, sifətində nə qızartı var, nə də başağrısından şikayətlənirdi. Yəqin elə yuxusunu qarışdırıb, o uryadnikdi-nədi, onu görüb, verib şalvara. Ax, ey zalım qocalıq!.. Nə adam kimi qoyur yaşayasan, nə də vaxtmda bir ucuz ölüm yetirir ki, birdəfəlik bu dünyanın şirinindən, acısından canını qurtarasan. Adam, vallah, gərək vaxtı-vədəsi gələndə qırağın qatdaya. Bu dünyada çox yubananların hamısının aqibəti belə olub: qara torpaq altına getməmişdən qabaq, olmazın əzab-əziyyət çəkiblər, ötən illəri yada salıblar, yada salanda da mütləq xatirələrində bir qənbərqulu çıxıb meydana, başlayıb ürəklərini, beyinlərini oyum-oyum oymağa... Mahmuda elə gəldi ki, Zülfüqar kişi yatdı, çünki səsini alçaldıb, bir-iki dəfə onu çağırdı, kişi hay vermədi. Amma Zülfüqar kişi yatmamışdı. Bu, başıbəlalı dünyanın iki gerçəkliyi arasındakı vaxt sərhədinden o taya adlamışdı. Qan çanağının daşlı-kəsəkli ətəyinə, yuxarıdan sallanan sal qayaların çalın-çarpaz kölgəsinə, qarlı dağların başından əsən buz nəfəsli bir küləyin qabaq-qənşərinə keçmişdi. Orda cavanca bir adam dayanmışdı, eşmə papirosunu qalın, həbəşi dodaqları arasında bərk-bərk sıxıb, tüstünü dalbadal ciyərinə çəkə-çəkə sol qolunu qatlayıb, beşatılanı hazır saxlamışdı: qara pırpız qaşların altındakı iti gözlər ətrafdakı daşların, qayaların arasında başqa birisinin qaraltısını axtarırdı. Tüfəngli adam buraya, göyün yeddinci qatına qalxmamışdan əvvəl, gecə qara damda, lampa işığında oturub, eşmə tüstülədə-tüstülədə çox şeyləri götür-qoy eləmişdi, həm eləsinə fıkirləşmişdi, həm beləsinə, darıxıb eşiyə də çıxmışdı, kimsəsizlik içində uyuyan səmanın tən ortasındakı ayın işığında Kürün axar sularına baxmışdı, ətrafdakı hənirtini-xışıltını dinləmişdi, nəhayət, yağlı tüfəngin çaxmağını keçirib, yapıncıya bürünüb, səhər, hələ quşlar oyanmamışdan qabaq Qan çanağına qalxan cığıra ayaq basmışdı. İndi bu tüfəngli adam burdan əliboş qayıda bilməzdi, dünya dağılsaydı da, qarlı dağlar, buzlu qayalar yerindən qopub onun üstünə gəlsəydi də, o, gərək tüfəngin tətiyini çəkəydi, bu dağlara, dərələrə vəlvələ salaydı. Başqa çıxış yolu yoxdu: adamın alnına nə yazılıbsa, elə odur. Hərənin bu dünyada öz qisməti var. Qismətdən savayı bu dünyadan nə ummaq olar ki?.. "Tovariş Salaxov, budet sdelano!"
Sonra Sanca oğlu Məhəmmədin meyitini qamı üstə atm belinə aşıranda, dağlar tərəfdən güclü, vıyıltılı bir külək qopanda, o, füfəngini çiynindən asıb, gözlərini qıyıb ətrafına baxmışdı: atılan iki güllə səsi olmasaydı, bunun ardınca, Sarıca oğlu Məhəmmədin qarnından qopan heyvan böyürtüsü eşidilməsəydi, deyərdin ki, buralar dünya yaranandan bəri bir ins-cins nəfəsi görməyib. Beləcə dayanıb, qan iyi aldığından ağzı köpüklənə-köpüklənə qantarğanı gəmirən ata baxmağa ürəyi gəlmədən, havalanmış kimi, ucadan demişdi:
- Yandım, kül oldum, ay dağlar!..
...Salatın gəldi, Moşu aynabənddə anasının ayaq səslərini eşidib, əsnəyə-əsnəyə, gözlərini ovuşdura-ovuşdura qalxdı, qapını açdı. Salatın nəfəsi darıxa-darıxa, təntimiş halda içəri girdi: əlindəki iri podnosda bir şüşə araq, soyutma toyuq, dürməsayaq bükülmüş yuxa, göy-göyərti vardı. Mahmud arağı görəndə yüngülcə köksünü ötürdü, elə bil ürəyi qalxdı, amma bu halı tez də keçib getdi: kababçı Xəlilin isti kababxanasında Səlimlə içdiyi tut arağını xatırladı, sonra evdə araq sandan həddini aşdığına görə, özünə yer tapmadığını yadına saldı və fikirləşdi ki, bəlkə içməsin. Amma elə bunun dalınca başqa bir fikir, Mahmudun özünün düşündüyü kimi, məntiqsiz və qəfil bir fikir ağlını çaşdırdı: yox, mütləq içməlidir, içməsə, heç olmasa, yüzcə qram atmasa, yorğunluğu canından çıxmayacaq.
Zülfüqar kişi də səsə, hənirtiyə gözlərini açdı və qızından soruşdu:
- Temir noldu, az?
Salatın podnosda nə gətirmişdisə, Moşunun köməkliyi ilə çarpayının baş tərəfındəki stolun üstünə düzdü, geri dönmədən eynən bayaqkı kimi, nəfəsi darıxa-darıxa dedi:
- Başın batsın, - güldü, - arağın yarısını boşaltdı, bir qısmat da çörək yedi. Tamaranın dədəsinin, cijisinin goruna söyə-söyə yıxılıb yatdı.
Mahmud soruşdu:
- Ağlamadı ki?
- Yoox!.. Yaman tez kefləndi... Əmbə, ay Mahmıd doxdur, - Salatın geri döndü, gur lampa işığında al damarcıqları qızarmış gözlərini ona dikdi, - ürəyi elə yumuşaqdr, elə yumuşaqdı... Deyirəm, noloydu, dünyada belə adamlar çox oloydu. Vallah onda, yamanlıq-zad olmazdı.
Mahmud dedi:
- Onda gərək hamımız dönüb olaq piyanısqa, Temir kimi stansiyanın bufetində sülənək.
Zülfüqar kişi Mahmuda cavab verdi:
- Vallah, elə bu zamanda piyanısqalıqdan yaxşı şey yoxdu. -Qızının ona təəccüblə və bir az da tərs baxdığını görüb dedi: - Nədi, az, yalanmı deyirəm?.. Eşşəklik yaxşıdır, ya piyanısqalıq?

Salatın əlini çənəsinə aparıb başını buladı.
- Kiri, a kişi, kiri, - dedi, - ahıl vaxtında bizi biavır eləmə. Mahmud anladı ki, Zülfüqar kişini qızışıb qızına ağır söz deməyə qoymaq olmaz, yenə qanqaralıq düşəcək, o da naəlac qalıb başlayacaq həmişəki kimi, ata ilə balanı sakitləşdirməyə. Buna görə də tez söhbətə qanşıb:
- Ayə, toxdayın! - deyib araqdan stəkanlara süzdü, özününkünü çox elədi, tez-tələsik toyuğu parçaladı, yuxanı yan böldü. - A Salatın, kömək elə görüm! - Çarpayıya yanaşdı. Salatınla bir yerdə köməkləşib Zülfüqar kişinin yastığını qaldırdılar, sonra Mahmud Zülfüqar kişini qoltuqlayıb dikəltdi, kürəyini yastığa söykədi. Stoldan Zülfüqar kişinin arağını götürüb ona uzatdı.
- Bunu vur görüm! - dedi.
- Mahmıd doxtur, dərdin ürəyimə, kişini xarab eləməz ki? - deyə Salatın təşvişlə soruşdu. Bu dəfə Zülfüqar kişi Mahmudu qabaqladı, onu ağzını açmağa qoymadı:
- Axmaqlama, az, a gəlin! - Səsindəki gümrahlıq Mahmudun xoşuna gəldi. - Elə vuracam, lap Temir kimi! - deyib gözlərini azca qapadı, arağı qurtum-qurtum, son damlasına qədər boğazına tökdü, Salatının əlindən toyuğun yumşaq ətini götürüb ağzına saldı və çeynəyə-çeynəyə ləzzətlə əlavə elədi: - Oxqay, a köpəkoğlunun arağı!
Mahmudun gözlədiyinin əksinə olaraq - arağı stəkanlara süzəndə bayaq yenə ürəyi qalxmışdı - araq boğazından civə kimi sürüşüb keçdi: nə ürəyi bulandı, nə də üz-gözünü turşutdu. Amma, hər ehtimala qarşı, tez yuxanın arasına göyərti qoyub dişləri arasına saldı və heç bir saniyə də ötməmişdi ki, içdiyi arağın havası beyninə yayıldı, gicgahlarındakı ağırlıq yox olub ərşə çəkildi və hətta bir azdan hiss elədi ki, ayaqlarındakı üşütmə də keçir, canı qızışmağa başlayır. Bu hərarətin təsiri altında səsinin gur yerinə salıb, nə üçünsə sevinə-sevinə dedi:
- Sənə canım qurban, ay Zülfüqar kişi! Ay əmi!
- Allah eləməsin, a bala, - deyə Zülfüqar kişi cavab verdi. - Ya sənin dərmanın məni diriltdi, ya da bu araq... Vallah, düz sözümdü...

Mahmud Zülfüqar kişinin sifətinə baxdı: qocanın sifəti doğrudan dəyişmişdi, arıq, dərisi cod yanaqları allaşmışdı, bu allıq, güclə sezilsə də, gözlərinə də axmışdı, bu gözlərdə indi nə qorxu vardı, nə də bayaq Mahmudu əməlli vahimələndirmiş ümidsizlik. Bu gözlər indi hələ əcəli yetməmiş bir qocanın adi gözləri idi. Mahmud ürəyində dedi:
- “Şükür verən gününə, deyəsən, bu dəfə də xata-bəladan sovuşduq". Salatın da atasının özünə gəldiyini gördüyündən, bardaş qurub oturduğu küncdən minnətdarlıqla Mahmuda baxırdı, elə bil Mahmudun ürəyində dediyi sözləri eşidib, razılıqla başını tərpədirdi.

Mahmud özünə yarım stəkan da araq süzdü, sonra toyuğun budunu qabağına çəkdi, əllərini bir-birinə sürtüb, bu dəfə tələsmədən, daha ürəyinin qalxacağından ehtiyat etmədən, səliqə-sahmanla stəkanı götürdü, arağı hortdatma içib, iştaha ilə toyuğu yeməyə başladı. Ağzındakı tikəni çeynəyə-çeynəyə dedi:
- Salatın, Moşunun başı haqqı, elə mən də dirildim. Sizin ocağm xeyir-bərəkəti, vallah, tamam başqadı. Çünki hər şey halaldı...
Mahmud qırx beş illik ömründə, ağlı kəsən gündən dəfələrlə sınamışdı ki, həmişə bir əhvalat baş verəndə, daha doğrusu, qan qaraldan, könül bulandıran hadisələrlə rastlaşanda, əksərən, bu əhvalatlar, hadisələr axırda mütləq arxayınçılıqla qurtarırdı. Yəni bu arxayınçılıq həmişə şadlıq, ürək xoşluğu demək deyildi. Arxayınçılıq, onun zənnincə, nəyinsə sonu idi, nəyinsə hüdudu idi. Hər şeyin dünyada sonu, hüdudu olduğu kimi, adama ürək ağrısı, şaşqınlıq gətirən əhvalatların da axır mərhələdə bir sonu olurdu, bir hüdudu olurdu. Kür daşmamışdan qabaq bütün şenlik, məmə yeyənindən tutmuş pəpə yeyəninə kimi - azmı görmüşdü Mahmud belə şeyləri - səksəkəli yatıb, səksəkəli dururdu, qapı-bacaya da baxanda qorxu ilə baxırdılar ki, görən hər şey yerindədimi, Allahın ağlasığmaz bəlası camaatı yer üzündən yox eləməyibmi, bəlkə elə bu daşqın sonuncu daşqındır, daha bundan o yanası yoxdur - amma yenə hər şey gəlib son həddinə çatırdı: Kür daşıb sahilindən çıxırdı, suya yaxın həyətlərin doqqazını, qapı-bacısını, bağını-bostanını yuyub aparırdı və bununla da hər şey qurtarırdı: Mahmud bilirdi ki, Allahın bəndələrinə göndərdiyi azar-bezarın da hüdudu var, ilan-qurbağa xəttilə yazılmış uzun, sicilləmə bir cümlənin axtrında nöqtə qoyulduğu kimi, bu azar-bezar da, dünyanın çox-çox əhvalatları da nöqtə ilə qurtarır. Ya o yanlıq, ya bu yanlıq. Əgər dünyada hüdud deyilən şey olmasaydı, yəqin nə ot, nə ağac bitər, nə həşərat, nə adam yaşayardı. Çünki onda cücüdən tutmuş vələsə kimi hər şeyin elə yarandığı gündən bağrı çatlayıb tələf olardı.
Şükür, bugünkü əhvalat da pis qurtarmadı: arxayınçılıqla qurtardı. Çünki necə olsa, əgər Mahmud gecənin bu vədəsində, belə havada buraya gəlib Zülfüqar kişiyə bir əncam çəkə bilməsəydi, yəqin ki, nə bu gecəni rahat yuxuda yata biləcəkdi, nə də sonrakı günlərdə bu günün ağrısından-acısından canını qurtara biləcəkdi.

Mahmudun yerini Zülfüqar kişinin yatdığı otağa bitişik olan qonaq otağında, açılma divanın üstündə saldılar... Bu otağı Mahmud azı yüz kərə görmüşdü. Hələ beş-on il bundan qabaq, Zülfüqar kişinin rayon mərkəzindən, Bakının özündən hörmətli qonaqları gələndə yemək-içmək, Zülfüqar kişinin dediyi kimi, "ley-pey" bu otaqda təşkil olunurdu. Həyətdə manqal qalayıb təzəcə boğazlanmış erkək ətindən kabab çəkilirdi, zoğal, tut arağı iki-bir, üç-bir yuxarı daşınırdı, kabablan da elə şişlərdə, yağı axa-axa, cızıldaya-cızıldaya yuxarı aparırdılar, otağın ortasmda, nəhəng karvansara xalısının üstündə açılmış geniş stol, süd bardaqda daşan kimi yemək-içməkdən aşıb-daşırdı, dalbadal sağlıqlar deyilirdi, zarafatlar eşidilirdi, lap axırda da, qonaqlar araq yanğısını söndürən atlamaya keçəndə, aşağıda kabab tədarükü ilə canfəşanlıqla məşğul olan tatar Temiri çağırıb, onu stolun bir küncündə otuzdurub içizdirirdilər. Qonaqlardan biri əlini cibinə salıb, ya iyirmibeşlik, ya da əllilik çıxarıb Temirə verirdi və o da başlayırdı uşaq vaxtından yadında qalan tatar mahnılarından birini zil səslə, gücə düşdüyündən gözləri yaşara-yaşara oxumağa. Tatar Temirin ağzından çıxan gülməli sözlər stol arxasında oturanları bir hala salırdı ki, deyirdin, bu qalın, nazik gülüş səslərindən otağın divarları çatlayıb uçacaq... Bu otağın avadanlığı, xalısı, mütəkkəsi, iri pəncərələrindəki qırımızı pərdələri, bir sözlə, hər şeyi uzun illərdən bəri elə olduğu kimi qalmışdı. Bircə divanın başında divara vurulmuş-Stalinin şəkli yox idi. Salatın Mahmuda demişdi ki, üç-dörd ilin söhbətidir, günlərin bir günündə Zülfuqar kişi gecəyarısı bu otağa girib işığı yandırmışdı, şəklin qabağında dayanıb bir xeyli baxmışdı, sonra dinməz-söyləməz, heç kəsə heç nə demədən şəkli divardan çıxarıb aşağıdakı qaranlıq otaqlardan birinə aparıb, orda üzü divara sarı bir küncə qoymuşdu. İndi həmin şəklin yerində Zülfüqar kişinin sinəsi ordenlerlə dolu hərbi gimnastyorkada öz şəkli asılmışdı.
Belə-belə işlər, ağrısın alasan şeytana papış tikən belə dünyanın!

Mahmudun sümükləri qızışmışdı, pazı pazla çıxardıblar deyiblər: o da, bu nəmiş havanın sümüklərinə, iç-içalatına doldurduğu üşərtini bayaq Slaltının gətirdiyi araqla çıxarmışdı. Gözləri də otağın ala-bula qaranlığına alışmışdı. Sağ əlini qatlayıb başının arxasına qoymuşdu, gözlərini tavana zilləmişdi, eşikdən içəri düşən bulanıq işıq tavanı bozumtul, yağışqabağı göyün bir parçasına bənzədirdi. Mahmud bilirdi ki, indi bu evdə hamı şirin-şirin yatır, Salatın, Moşu, Zülfüqar kişi... Çünki indi günün elə vədəsi idi ki, bu yerin, bu obanın camaatı yatmalıydı, min il, milyon il bundan öncə öyrəşib adət etdikləri kimi: gün batdımı, quşların səsi kəsildimi, hamı yorğan-döşəyinə girib, salavatını çevirib yuxuya gedirdi, min dəfə gözlərini açıb gördükləri səhərin həsrətində, intizarında yatışırdılar. Mahmud qımışdı: vallah, belə bir məxluqun gecə gördükləri yuxulardan əməlli kitab yazmaq olar!.. Amma olmayaydı. Mahmudun belə işlərlə heç arası yox idi, həmişə belə söhbətlər eşidəndə əsəbləri yerindən oynayırdı, o dəqiqə dilxor olurdu, özünə yer tapa bilmirdi. Ölü də yuxuya girərmi, a kişilər? Uryadnik əhvalatını, nədənsə, Mahmud tamam unuda bilmirdi. Bayaqdan neçə kərə bu əhvalatın üstünə qayıtmışdı. Salatın, gətirdiyi yemək-içməyin qalanını yığışdırıb aşağı aparandan sonra, Zülfüqar kişinin Mahmuda təfərrüatı ilə danışdığı uryadnik əhvalatının xofumu desin, ağrısımı desin - Mahmud özü bilmirdi - nə beynindən çıxırdı, nə də gözləri qabağından gedirdi. Nəsə, bu tamam ayrı əhvalatdı, özgə gərdişdi. Mahmudun yadına düşdü ki, Zülfüqar kişi zoğal arağından yarım stəkan hortdadandan sonra, düzdü, özünə gəlsə də, nədənsə kövrəlmişdi, dəyirmi, qızarmış gözlərini Mahmuda zilləyib, kövrək-kövrək, səsi qırıla-qırıla ona uzaq keçmişin əhvalatını ikinci, üçüncü dəfəmi, amma bir də danışmışdı. Mahmud da arada lap əsəbiləşmişdi, Salatınla ağız-ağıza verib uryadnikin dədəsini, cijisini bir-birinə qatmışdılar, lap axırda, Mahmud bir "vot tebe na!" deyib, Zülfüqar kişinin sözünü kəsib soruşmuşdu ki, uryadnik köpəkoğlunun kime nə pisliyi keçibmiş ki, yazığı divansız-məhkəməsiz qanına qəltan eləmisən?! Zülfüqar kişi də xeyli susub, alnını qırışdırıb, maddım-maddım Mahmuda baxandan sonra, səsinin zil yerinə salıb çığırmışdı: "Tovariş Salaxov, budet sdelano!" Hamı mənası heç kəsə məlum olmayan bu əcaib sözlərin müqabilində şaqqanaq çəkib gülüşmüşdü.
Ay sənin filan yerini yeyim, şeytana papış tikən belə-belə olmuş dünya!.. Mahmud gözlərini yumdu, son dəfə divar arasından eşitdiyi səs Zülfüqar kişinin ahı oldu. Kişi yuxuda elə bir ah çəkdi ki, Mahmudun bədəninə təzədən üşütmə doldu, istədi qalxıb xəstəyə baş çəksin, amma çox yorğundu, gözlərini açammadı...

Zülfüqar kişi ikinci dəfə ah çəkəndə Mahmud daha heç bir şey eşitmədi... Zülfüqar kişi gözlərini açdı, arxası üstə uzanmış halda, yorğanın altında qarnını qaşıdı, amma həmin dəqiqə də eşitdiyi səsdən nə diksindi, nə də qorxdu. Qalxıb yerində oturdu. Zülfüqar kişinin yatdığı otağın ensiz pəncərəsi arxasından gələn səs ona həm tanışdı, həm də yaddı. Kimdi bu görən, a başına dönüm?.. Kişi tab eləmədi, çarpayıdan enib çəkələklərini geyindi, ağ tuman-köynəkdə yavaş-yavaş pəncərəyə yanaşıb eşiyə baxdı. Aşağıdakı tut ağacının altında bir qaraltı gördü, amma bu qaraltının kim olduğunu ayırd edə bilmədi. Düzdür, qübbənin ortasındakı ay lap günəş kimi yanırdı, göyün üzündə isə bir dənə də bulud yoxdu, amma qaraltının sifəti görünmürdü. Əvvəl istədi, çarpayının yanında yerdə yatan qızı Salatını qaldırsın, amma neyçünsə bu fikrindən vaz keçdi, ürəyinin döyüntüsünə qulaq verə-verə birdən naqafıl bir hərəkət elədi: tələsik pəncərəni taybatay açıb başını eşiyə uzatdı və özü öz səsindəki ötkəmliyə təəccüb edib, qaraltıdan soruşdu:
- Kimsən, a bala?
- Mənəm, Zülfüqar, Sarıca oğlu Məhəmmədəm.

Əgər Zülfüqar kişidən indi soruşsaydılar ki, ömrünün hansı çağında, hansı dəqiqəsində əsl mənada xoşbəxt olmusan, dərd-sərdən, qayğılardan, peşmançılıqlardan tamam ayrılıb sevindiyindən göyün yeddinci qatına qalxmısan, yəqin fikirləşmədən, götür-qoy etmədən cavab verərdi ki, elə indi, bax, bu pəncərəni açıb, gələnin kim olduğunu soruşduğum dəqiqədə, Sarıca oğlu Məhəmmədin səsini eşitdiyim dəqiqədə. Zülfüqar kişiyə elə bil dünyanı bağışladılar, Zülfüqar kişinin əlindən elə bil dünyanı aldılar: dağları, dərələri, ormanları, nənnidə eşitdiyi gün işığı kimi ilıq laylanı, oğul-uşaq məhəbbətini, ocağa, yurda bağlılığını. Sarıca oğlu Məhəmməd adını deyən kimi, o səsi eşidən kimi hər şey Zülfüqar kişinin əlindən alındı və eyni zamanda alınan şeylərin hamısı yeni, indiyə kimi duymadığı, dərk eləmədiyi bir ürək döyüntüsü, damarlarında yeni qan dövranı kimi ona bağışlandı. Verən gününə qurban olum, ya Tanrı!

Gəlirəm, dərdin alım, gəlirəm! - Zülfüqar kişi az qala çığırdı. Ancaq evdə heç kəs oyanmadı, yiyəsinin quruca hənirtisindən hürməyə başlayan həyətdəki it də cınqırını çıxarmadı, yalnız qübbənin ortasında günəş kimi şölə saçan ay işığmı artırdı və bu işıq Zülfüqar kişinin gözlərinə dolub içərisinə axdı, ürəyindəki buzu əritdi. - Bu dəqiqə, ağrın ürəyimə, gəlirəm, - deyib Zülfüqar kişi ağladı, yaman ağladı. Tələsik geri döndü, üzüqoylu yatan qızı Salatına baxdı, amma başa düşmədi ki, bu qadın kimdir, otağa nəzər saldı, çarpayıya baxdı
və harda olduğunu anlamadı. Elə beləcə, çəkələklər ayağında, ağ tuman-köynəkdə qapını açıb pillələrlə endi, həyətə düşüb tut ağacının altına gəldi, amma Sarıca oğlu Məhəmmədi orda görmədi.
- Kürdəyəm, Zülfüqar, bəri en!
- Gəlirəm, ağrın alım! - Zülfüqar kişi doqqazı açıb həyətdən çıxdı. Kürün sahilinə çatanda ayaq saxladı.

Sarıca oğlu Məhəmməd dərində, ay işığının gümüşü rəngə boyadığı sal daşların arasında dayanmışdı. Kürün otu, yosunu quruyub qara kəndirlər topu kimi daşların, qayaların gövdəsinə dolaşmışdı.
Zülfüqar kişi soruşdu:
- Ayə, bə Kürün suyu hanı? Sarıca oğlu Məhəmməd güldü:
- Nə su, evin yıxılmasın, sumu qalar indiyə?.. Tez ol, yubanma, mənzilimiz uzaqdı.
- Gəlirəm, dərdiş, gəlirəm, - deyə-deyə Zülfüqar kişi çevikliklə, pilləkən enirmiş kimi, daşların, qayaların arasından aşağı enib, Sarıca oğlu Məhəmmədin yanına, Kürün qurumuş vadisinə düşdü. Sanca oğlu Məhəmmədlə üzbəüz dayanıb, diqqətlə ona baxdı, amma yenə sifətini əməlli sezə bilmədi, baxışları onun qarnında ilişib qaldı. Qan çanağında beşatılanı Sanca oğlu Məhəmmədin qarnına boşaltmışdı: indi həmin yerdə dəyirmi deşik vardı və bu deşiyin içi torpaqla dolu idi. Zülfüqar kişi köksünü ötürüb yazıq-yazıq soruşdu:
- Ağrıdırmı?
- Ayə, indiyə ağrımı qalar? - Sonra Sarıca oğlu Məhəmməd əlini uzadıb Zülfüqar kişinin biləyindən yapışdı və dedi:
- Ölümün xeyir, Zülfüqar kişi!
- Ölümə qənşər, Sarıca oğlu Məhəmməd.
- Gedəkmi?
- Gedək.

İki qaraltı əl-ələ verib, daşların üstü ilə, Kürün quruyub cadar olmuş vadisi boyu şimala tərəf, uzaqlardakı dağlara doğru addımladılar. Onlardan xeyli qabaqda iki qız uşağı - ikisinin də çiyninə tökülmüş bəyaz saçları tül pərdə kimi yellənirdi, ikisi də uzunətək don geymişdi və ikisinin də dabanları çatlaq-çatlaq idi - eynən Zülfüqarla Sanca oğlu Məhəmməd kimi əl-ələ verib eyni səmtə gedirdilər.
- Sənkilərdilərmi, ay Məhəmməd?
-Hə.
-Bə...
- Sən məni vurandan ikicə ay sonra onlar da tələf oldular.
- Yandım, kül oldum, a dağlar!
- Biri Qərənfildi, o biri Yasəmən.
Zülfüqar kişi Sarıca oğlu Məhəmmədin əlini bərk-bərk sıxdı.

Sonra Kürün qurumuş vadisiylə addımlayan iki qaraltı uca bir qayanın başında üçüncü qaraltını gördülər. Qaya başında dayanmış dəmir dəbilqəli sərbazın kürəyinin ortasına nizə sancılmışdı: yarasından axan qan ətrafdakı daşların üstünə ləkə-ləkə yayılmışdı. Sərbaz onları görüb soruşdu:
- Yolunuz haradı, qardaşlar? Sarıca oğlu Məhəmməd cavab verdi:
- Baba Kahayadı, qardaş.
Sərbaz bir göz qırpımında aşağı endi:
- Ölümünüz xeyir.
- Ölümə qənşər.

Qabaqda Qərənfillə Yasəmən, arxada Zülfüqar kişi, Sarıca oğlu Məhəmməd və yürüşdən gətirdiyi bir gavur qızının üstündə doğma qardaşının kürəyindən vurduğu nizə yarasından tələf olmuş sərbaz yavaş-yavaş, bir-birilə kəlmə kəsmədən Baba Kahaya doğru gedirdilər.
Ay qübbənin ortasmda idi. Kürün qurumuş vadisində daşlar ay işığından od tutub yanırdı...

***

...Səhər Zülfüqar kişinin meyitini Kürün sahilində, yaxşı, qayğısız günlərində rahat-rahat oturub, qəlyanını tüstülədə-tüstülədə, zümzümə eləyə-eləyə bəzən saatlarla Kürə tamaşa elədiyi yastı daşm yanında tapdılar. Bu xəbəri hamıdan erkən oyanmış tatar Temir Mahmuda çatdırmışdı: alatoran vaxtı qalxıb, əsnəyə-əsnəyə, gərnəşə-gərnəşə, guppuldayan, damarları şişmiş gicgahlarını ovucları ilə hövkələyə-hövkələyə - dünənki tut arağından sonra başında yarım pudluq ağırlıq vardı - Kürün sahilinə enmişdi ki, soyuq suyla həm əməlli yuyunub özünə gəlsin, həm də qayığına baş çəksin, çünki bir stəkan çay içib yola düşməliydilər: Mahmudu geri, evinə aparmalıydı. Uzaqdan ağ tuman-köynəkdə, üzüqoylu yaş, sıyıq torpağın üstünə yıxılmış adamı görən kimi tatar Temir başa düşdü ki, bu yazıq bəndə Zülfüqar kişidir.

Pişik çımxırtısına bənzər bir səs çıxarıb, iki əlli dizlərinə vurub, tez geri dönmüşdü, qaça-qaça həyətə girmişdi, ordan da birnəfəsə pilləkəni qalxıb, ölüm yuxusuna getmiş Salatını oyatmadan, özünü Mahmudun yatdığı qonaq otağına salmışdı. Mahmud necə qalxdı, geyindi, necə tatar Temirlə evdən çıxıb Kürün sahilinə endi - xəbəri olmadı. Əyilib, meyiti arxası üstə çevirdi, biləyindən yapışıb nəbzini tutdu, havalı adamlar kimi başını bulaya-bulaya baxışlarını Zülfüqar kişinin açıq qalmış gözlərinə zillədi. Tatar Temir belini əyib, əllərini dizləri üstə qoyub, çənəsi əsə-əsə təlaşla Mahmuda baxırdı: ondan Allahın ağlagəlməz möcüzəsini gözləyirdi.

Mahmudu isə qorxu çulğamışdı, tükləri biz-biz olmuşdu, alnına da soyuq tər gəlmişdi. Tez əlini uzadıb Zülfüqar kişinin gözlərini qapadı, vallahi ki, bunu eləməsəydi, bəlkə də doğrudan ağlı çaşardı: o gözlərin hər birində hərəsi alma boyda bir ulduz görmüşdü, buz qəlpəsi kimi işıldayırdılar. Mahmudun boğazından xırıltılı bir səs çıxdı:
- Ya Rəbbim, özün kömək ol!
- Mahmıd, bəlkə hələ keçinməyib?
- Kiri, ə! - Mahmudun səsi lap xırıldadı. - Keçinib, lap o yana da keçib. Qaxac kimidi... Sənə min rəhmət, ay Zülfüqar kişi!
Bu vaxt bir az aralıda Salatının yuxulu kal səsi aləmi başına götürdü:
- Yetim qalan canım, huy...

...Burda, Kürün sahilindəki bu qədim kənddə növbəti hüzr mərasimi belə başladı. Moşunu poçta göndərdilər ki, tez rayon mərkəzinə zəng vurub bu xəbəri məsul yoldaşlara çatdırsın. Zarafat deyil, bu mahalın, bu obanın köhnə bolşeviklərindən biri, bəlkə də lap axırıncısı rəhmətə getmişdi və bunu mütləq lazımi yoldaşlar bilməliydilər. Salatının təkidilə tatar Temir qonşuluqdakı şiə kəndinə - molla dalınca getdi: Mahmudla belə məsləhətləşdilər ki, mollanı, gələn-gedən görməsin deyə aşağı otaqların birində əyləşdirsinlər, yavaşca Quranın, yasinini oxusun. Çünki Zülfüqar kişi köhnə bolşevik olsa da, cavanlıqda ətrafdakı məscidlərin bağlanmasında ad çıxarsa da, həmişə sözünün əvvəli də Allah olmuşdu, sonu da. Xəbər çox tez yayılmışdı: Zülfüqar kişinin meyitini Kürün sahilindən evə gətirənə qədər kəndin nə qədər ağsaqqalı, qarasaqqalı vardısa, hamısı həyətə dolmuşdu: Salatına, Moşuya, hətta Mahmudun özünə də başsağlığı verdilər, ürək-dirək verdilər, nə lazımdısa hamısını dedilər. Ara sakitləşəndən sonra meyiti aparıb Berzan kəndindəki yeganə məsciddə yuyub gətirəndən sonra Mahmudun gecələdiyi qonaq otağındakı iri stolun üstünə üzü qibləyə sarı qoyandan sonra, bu mərasimin məxluqundan üç nəfər -Mahmud, Temir və Moşu yavaşca evin arxa tərəfındəki xəlvətliyə, sıx ağacların arasına çəkildilər. Mahmud neyçünsə əsəbi-əsəbi Moşuya dedi:
- Get o araqlardan birini gətir, əmbə bax, görən olmasm.

Moşu gedib bir arağın əvəzinə ikisini, dünəndən qalma soyutma toyuqdan, pendirdən-göyərtidən də bir balaca bağlama eləyib gətirdi. İki stəkan da şalvar ciblərindən çıxardı.

Mahmud başını qaldırıb, qabığı su çəkib göyermiş enli gövdəli ağacların quru budaqları arasından göyə baxdı: qurğuşun rəngli səmanın ağırlığı elə bil onun çiyinlərinə düşdü, fəqərə sütunu gizildədi, başı da yüngülvarı gicəlləndi. "Bu nədi, ə, a başına dönüm?" deyə fikirləşdi. Heç özünə gələ bilmirdi: bayaq Zülfüqar kişinin gözlərindəki ulduzları lap apaydın görmüşdü, buna şübhə ola bilməzdi. Bəs bunu kimə desin, desə də, necə izah eləsin, elə birinci tatar Temir onu məsxərəyə qoymazmı ki, a bala, adını doxtur qoymusan, get, ağlına dua yazdır?! Əstəxfürüllah, işə düşmədik!..
- Ayə, Temir, süz!
- Bu saat, ağrın alım, bu saat! - Temir elə yumşalmışdı, yumşalıb elə quzulaşmışdı ki, bir himə bənddi, quyruq çıxarıb bulasın.
Temir iki stəkanı yarıya qədər araqla doldurdu, özünə bir tikə çörək qopardı. Hər ikisi, Mahmud da, Temir də stəkanlan birnəfəsə boşaltdılar. Moşu bir qıraqda dayanıb onlara baxırdı. Mahmud dedi:
- Allah rəhmət eləsin kişiyə! Temir də onun səsinə səs verdi:
- Qəbri nurnan dolsun... heyif ona...
Moşu səssiz ağladı. Mahmud qaşlarını çatıb məzəmmətlə ona baxdı, başını buladı:
- A bala, kiri... Yekə oğlansan, kişi ağlamaz. - Amma özü qalxıb hülqumunda dayanmış qəhəri güclə udub içəri saldı.
Temir ağzındakı xırdaca çörək parçasını heyi qalmamış adamlar kimi, güclə çeynəyə-çeynəyə Mahmuda baxıb:
- Yuxum çin oldu, - dedi, - ay Mahmıd!
- Nə yuxu, ə?.. Qoy oturmuşuq, sən başın! - O, "yuxu" kəlməsindən, deyən, qorxuya düşmüşdü.

- Heç əşşi! - Tatar Temir başını tərpətdi, amma susmadı, arağın təsirindənmi, ya bayaq, gecə yatdığı otağın bir küncündə gizlənib, ürəyi boşalanana kimi ağladığındanmı, qızarmış gözlərini Mahmuda dikib davam elədi: - Bu gecə, innən belə Allah özü xeyrə calasın, əməlli yuxumu qarışdırmışdım, vallah... Deyirəm, yuxum çin oldu.
Mahmud yenə tərs-tərs ona baxdı:
- Ayə, olmuya, sən də yuxuda uryadnik görmüsən?!
- Yox, canavar görmüşəm.
Mahmud gözünün ucuyla Moşunun qımışdığını gördü, elə özünün də dodaqları balaca qaçdı.
- Yedimi səni, ayə?
Tatar Temir bu sözlərə məhəl qoymadı, stəkanlara təzədən araq süzüb, birini Mahmuda uzatdı. Mahmud üz-gözünü turşutsa da, stəkanı götürdü. İçdilər.
- Gördüm ki, ay Mahmıd, bizim Qarayazı kimi bir meşədəyəm. Başın haqqı, hə. Gördüm ki, bir qotur canavar, o kinolarda göstərən qalxanlar var ey, hə, onnardan birinin üstündə oturub, mənciyəzə baxır, gözlərində də, başın haqqı, yekə-yekə ulduzlar yanır...

Mahmud çömbəldi, dizlərinə dirsəklənib başını əlləri arasına aldı, amma heç bir şey demədi.
Zülfüqar kişinin evindən ağlaşma eşidildi. Moşu qanrılıb, qorxa-qorxa səs gələn səmtə baxdı. Mahmud başını qaldırdı.
- Temir, o arağı da aç... Süz, ay yetim, süz, içək ki, bəlkə yanğımızı söndürə bilək.

* * *


Tək mən deyiləm yuxulara inanan. Yəqin əksəriyyət inanır, amma söhbətdə-filanda özlərini elə göstərirlər ki, guya inanmırlar: yəni nə yuxu, nə röya - hamısı aydınca izah olunası məsələlərdir. Ya da boyunlarına almağa utanırlar. Yadımdadır, əvvəllər heç utanıb eləmirdilər... Amma mən boynuma alıram ki, yuxulara əvvəllər də inanmırdım, indi də inanıram, - hərçənd, etiraf etməliyəm, əvvəllər daha çox inanırdım - çünki əvvəllər ümidlərim də çox idi. Ümidlə yuxu isə Siam əkizləridir - biri öləndə, o biri də yaşamır.
Nənəm deyərdi, su aydınlıqdı, at savaşdı, qovğadı, ilan var-dövlətdi. Qalanı yadımdan çıxıb. Mənim yuxulanmı tərsinə yozardı, təkcə
mənim yox, elə bütün qohum-əqrəbanın, qonum-qonşunun da həmçinin. Yanına gələrdilər, ordan-burdan söhbət eləyəndən sonra, görərdin ki, hərəsi öz yuxusunu danışardı, nənəm diqqətlə qulaq asardı, sonra yəqin ürəyinə xal salmamaq, qan qaraltmamaq, ümidləri qırmamaq naminə başlardı yuxulan tərsinə yozmağa. Bizdən narazı, xeyir-duasız gedən olmazdı. Ələlxüsus, dava vaxtı, tərsinə yuxu yozmağı bacarmaq az şey deyildi.
Bir ala-bula pişiyimiz vardı, nənəmin səsini eşidən kimi irəli gəlib, düz qabağında dayanıb, başlardı döşəməni cırmaqlamağa. İndiyəcən bu iki səs qulağımdadır: peyğəmbərlik eləyən nənəmin yorğun, nigaran səsi, bir də pişiyin dırnaqlarının səsi.

Uşaqlıqdan yuxu görməyə adət etmişəm. İndinin özündə də, hər gecə, yerimə girib yorğanı üstümə çəkən kimi - şeytanın qulağı kar olsun, özümə tilsim oxuyuram ki, bu gecə mütləq yuxu görməliyəm və doğrudan da görürəm... Əlbəttə, daha səhərlər arvada danışmamaq şərtilə. Görməyinə görürəm, amma unutmaq lazım deyil ki, hər gecənin bir sabahı var, oyanıb gözlərini açacağın dəqiqələri var.
Səhər alaqaranlıqda yerinin içində qımıldanmadan, yumruqlarını sinəsinə sıxıb, gözlərini bir nöqtəyə zilləyib, başlayacaqsan bircə-bircə yadına salmağa. Yadına salacaqsan ki, uzun pilləkənin aşağısında dayanıb yuxarı baxırdın. Orada, yuxarıda işıq yanırdı. Hər adamın öz təkrarolunmaz nadir yuxu işığı var. Mənim işığım dumanlı gündə güclə, öləziyə-öləziyə yanan fənər işığına bənzəyir... Heç bir vaxt onun üzünü görməsən də, bircə kərə səsini eşitməsən də, əminsən ki, o, mütləq gələcək, çünki başqa cür ola bilməz - işıq əbəs yerə yanmır, havayı yanmır, o gəlməlidir ki, nigarançılığa, gözüyoldalığa son qoyulsun, sənə bir udumluq təzə nəfəs versin... Gəlib pilləkənin başında dayanacaq, aşağı baxacaq, səni görüb, üzündə təəccüb, gözlərində maraq aşağı enməyə başlayacaq. Sən də yavaş-yavaş yuxarı qalxacaqsan, pilləkənin ortasında görüşəcəksiniz. Onun uzun, səhər şehinin ətri qoxuyan bəyaz saçlarını sığallayacaqsan, sifətini ilıq sinəsinə sürtəcəksən, sonra gözlərindən öpəcəksən. Daha sonra, qəflətən ürəyinə nəsə damacaq, dodaqlarını aralayıb bircə kəlmə deyə biləcəksən: getmə... Vəssalam. Sonra tək qalacaqsan, həmin o zəif işığın sarımtıl, bozumtul, qırmızımtıl dumanı arasında tək-tənha. Əgər yüz səksən iki cür tənhalıq varsa, bu tənhahq yüz səksən üçüncüdür.
Qalxıb mətbəxə gedəcəksən, krantı açıb bir stəkan soyuq suyu birnəfəsə başına çəkəcəksən. Bu da ikinci, vəssalam. Qayıdıb yerinə uzanandan sonra, Allaha inanmasan da, O Gözəgörünməzə yalvaracaqsan ki, kaş o yuxunun mabədini görəydim, bu mümkün deyilsə, heç olmazsa, dəqiq, mütləq təkrarını görəydim. Amma gözünə yuxu gedəndən sonra daha heç bir şey görməyəcəksən, bəlkə ilandan, kərtənkələdən gördün - bu isə, hesabdan deyil. Bu da üçüncü, vəssalam, yanında da şüttamamı.

Mən bir şeyə tamamilə əminəm ki, beş ilmi, on ilmi, lap əlli ilmi sonra - baxır taleyin hövsələsinə - ömrün uzunu gördüyün yuxular bircə-bircə geri dönməyə başlayır. Bunu mən dəfələrlə sınamışam. Görürsən ki, günlərin birində, səhər yuxudan oyanan kimi, səbəbsiz-filansız uşaqlığının və ya cavanlığının bir məqamı, bir əhvalatı yadına düşür, tamam unutduğun, illərin qaranlığına hopub ərimiş bir hadisəni, bir baxışı, bir səsi, bir sözü dəqiq və aydın xatırlayırsan. Sonra bu da yadına düşür ki, gecə yuxuda qarpız yemisən, kiminsə səsini eşitmisən, indi beynindəki kilidli qapılardan birini açan həmin qarpızın dadıdır, həmin səsdir. Mənim ən çox sevdiyim bu qəbildən olan yuxulardır. Öz aramızdır, keçmişə qayıtmağı, təzədən yaşamağı kim arzulamır ki?..

Həyətimizdə, bir maykada və tursikdə, ayaqyalın, başaçıq dayanıb, əlimdəki turş almadan dişdəm vura-vura Seyfulla əminin işinə tamaşa eləyirdim. Seyfulla əmi bütün günü həyətimizi, binamızın dörd yanını süpürür, axşama kimi işləyir, axşamüstü, hələ qaranlıq düşməmiş, ağ döşlüyünü çıxarıb, pas atıb qaralmış vedrəsini, uzunsov cod süpürgəsini zirzəmidə gizlədib, müharibə qurtarandan bir ay sonra aldığı "Qafqazın müdafıəsinə görə" medalını taxır döşünə, düz ayaqlarınm altına baxa-baxa tindəki dükana gedir. Bir şüşə şirin şərab, bir balaca kağız bükümü şor pendir alıb geri qayıdır, hələ həyətdən dağılışmayıb bir küncdə dayanmış biz uşaqları görüb, qalın barmağı ilə bizi hədələyə-hədələyə deyir: "Ay sizin başınıza dönüm, sizin qadanızı ahm. Gedin bay-bay eləyin də!" Biz isə bu sözlərə məhəl qoymuruq, durduğumuz yerdəcə dayanıb, bir-birimizə göz eləyə-eləyə, işarə verə-verə, maraqla onun arxasınca baxırıq. Çünki Seyfulla əmi qıl körpüsü kimi amanabənd, daşları kələ-kötür pilləkənləri qalxıb ikinci mərtəbədəki dəmir qapınm arxasında yox olandan düz yarım saat onun nazik, yanıqlı səsi eşidiləcək: Seyfulla əmi səsinin kövrək yerinə salıb, segah üstündə dağlardan, dərələrdən, çaylardan oxumağa başlayacaq...

Sonra, hava qaralıb, pəncərələrdə seyrək işıqlar ağarıb-qızarmağa başlayanda, bizim həyətə sütül bir leytenant gələcək. Bu leytenant dünənki deyil, dünənki isə srağagünkü mayor deyildi... Leytenant par-par parıldayan uzunboğaz çəkmələrini tappıldada-tappıldada yanımızdan ötəndə bizə çəpəki nəzər salacaq, biz çoxbilmişlər isə, özümüzü o yerə qoymayıb, saymazyana düz onun üzünə baxmaqdan çəkinməyəcəyik. Leytenant, Seyfulla əminin pilləkənlərinə sarı yönələcək, yuxarı qalxmayıb, Zeynəbi gözləyəcək. Zeynəb, Seyfulla əminin anadan yetim qalmış təkcə qızı, çit paltarda, qolları açıq, əlində "trofey" sumka, Tıq-tıq xanım kimi, şappaşap-tappatap pilləkənləri enəcək, heç kəsə məhəl qoymadan, ayaq saxlamadan həyətin darvazasına sarı yönələcək: guya heç kəsi tanımır. Leytenant da onun dalınca. Bir azdan Seyfulla əminin qapısı yenə açılacaq, bu dəfə kişi özü çıxıb, ayaq üstə yırğalana-yırğalana, qırmızı burnunu çəkə-çəkə bizim üstümüzə qışqıraraq: "Ay qırılmışlar, ay filan olmuşların qarnından çıxmışlar! Cəhənnəm olub gedin xarabanıza da! Teatra gəlmisiz?!" Bu sözləri ucadan, lap bağıra-bağıra deyib, başını sinəsi üstə əyib, başlayacaq ağlamağa. Biz gülüşürdük.
O gecə nənəm yenə yerimi salacaq, sonra mən yenə nənəmə dərman verəcəm, əlləri əsə-əsə dərmanı içməsinə baxacam, sonra nənəm yatacaq, mən də yatacam.

Gecə yuxu görəcəm. Görəcəyəm ki, Seyfulla əmi pilləkənin başında dayanıb mənə baxır. Təəccüb eləyəcəm ki, niyə Seyfulla əminin gözləri belə iriləşib, o gözlərin hər birində iri ulduz yanır, niyə o danışır, amma mən onun ağzından çıxan sözlərin bircəciyini də eşitmirəm. Yalnız ağlamaqdan qızarmış, iriləşib dəyirmiləşmiş gözlərdəki yanan ulduzların işığını görürəm. Və bir də haradasa uzaqlarda vıyıltı ilə əsən küləyin boğuq və vahiməli səsini eşidirəm. Bu qarışıqlıq içərisində bir də ona təəccüb eləyəcəm ki, niyə Seyfulla əmi qalın şəhadət barmağını oynada-oynada məni yanına çağırır... Aydan qopmuş qəlpələrə bənzəyən ulduzların işığı get-gedə artır və mən uzaqlarda əsən küləyin soyuğundan titrəməyə düşürəm.

Gündəlik yazanlara hərdən paxıllığım tutur. Amma əslində bunun heç bir əhəmiyyəti yoxdur. Çünki heç bir şeyi insan həmişəlik unutmur, çünki xatirənin öz vədəsi var: vaxtı gələndə beynin bütün kilidli qapıları öz-özünə açılacaq. Amma gərək bu xatirələrin qabağında davam gətirə biləsən. Xatirələr üstünə gələndə, kilidli qapılardan biri açılıb, boğazından içinə qaynar qurğuşun töküləndə, ürəyinə də damcı-damcı ağrı axanda, gərək ya fit çalıb, göz vurub özünü səfehliyə qoyasan, ya əllərini qaldırıb təslim olasan. Başqa yol yoxdur. Çünki keçmiş həmişə pusqudadır, fiirsət düşən kimi tətiyi çəkir. Vay o gündən ki, güllə səni tapa.

Son nəfəsinə kimi ürəyində gəzdirəcəksən... Bu dəfə təqsir Mahmudda oldu. Yəqin ki, tatar Temirdən danışıb məni güldürməsəydi, Seyfulla əmi yadıma düşməyəcəkdi. İndi Zeynəb Bakının apteklərindən birində kassaçı işləyir, saçlarına xına qoyur, özü də səhv etmirəmsə, altmışı çoxdan ötüb.
- Zülfüqar kişinin qəbrinin üstünü götürüblərmi?
Mahmud stəkanı dəyirmi stolun üstünə qoydu, cibindən yaylıq çıxarıb alnının, boynunun ardının tərini sildi.
- Sağ olsun, halal olsun ona... Salatını deyirəm. Jitomirdən mərmər də gətizdirdi, incəli Avanes də bir başdaşı düzəldib ki, deyirsən, peyğəmbər qəbridir. Hər şey qaydasındadı, dərdiş. - Mahmud yenə stəkanı götürdü, çaydan bir qurtum vurub davam elədi. - Sən öz canına bax, ağrın alım, hammız gözümüzü sana dikmişik. Özü də dava-dərman atma, havaya çıx. Səninki havadı.
Xəstə gözlərini açdı.
- Necə, kardiaminus cartes?

Mahmud başını geri verib, dümağ dişlərini şaqqıldadıb, elə güldü ki, düzü, xəstə azca diksinən kimi oldu.
- Qəbri nurnan dolsun, - deyib Mahmud əlinin arxası ilə gözlərinin suyunu sildi. - Ayə, kişi elə zarafat eləyə-eləyə qırağın qatdadı dana!
Bu vaxt xəstənin arvadı - bayaqdan Mahmudun gətirdiyi heyvanı mətbəxdə çapacaqla şaqqalamaqla məşğul olan Zəminə uzun xalatda, başında ləçək içəri girdi. Xalatının qolları çırmalanmışdı, barmaqları arasında, biləklərində qan ləkələri vardı.
- Ay Mahmud, tez-tez gəl, sən canın. Sən gələndə əmioğlunun eyni açıhr.
Xəstə gülümsünüb, Mahmuda göz vurdu.
- Başın haqqı, heyvana görə deyir... O kardiaminus cartesdən bizim arvada da vurmaq lazımdı, vaxtı çatıb.

Mahmud lap uğunub getdi, xəstə də güldü və öskürdü, amma öskürəyi yumşaq çıxdığına görə sevindi: quru öskürək sinəsində son vaxtlar elə ağrılar verirdi ki, gözlərinə qaranlıq gəlirdi.

Zəminə ərinin ayaqları altda, çarpayının üstündə oturdu, gülə-gülə, əllərini oynada-oynada Mahmuda nəsə dedi və belə məlum oldu ki, arvad Salatından fərqli olaraq "cartesin" mənasını çoxdan bilirmiş... Mahmud da təzədən, bayaq xəstəyə nəql etdiyi əhvalatı - Zülfüqar kişiylə Salatının boş şeylərin üstündə höcətləşməklərini, tatar Temirdən, onun qayığından, Tamaradan Zəminəyə danışmağa başladı. Xəstə onlara daha qulaq asmadı, gözlərini yarıyumulu halda, sifətində bayaqkı gülüşdən qalma rahat təbəssüm, sol əlini uzadıb, çarpayının yanındakı tumbanın üstündən siqaret götürüb yandırdı, ləzzətlə bir-iki qullab vurandan sonra, doğrudan da, özünü lap yaxşı hiss elədi: yəqin ki, Zəminə haqlı imiş, Mahmud onlara gələndə elə bil hər dəfə özüylə Kür qırağının tilsimli ab-havasını, yüngüllüyünü və can rahatlığını gətirirdi. Mahmud onlara gələndə xəstənin bəzi-bəzi məsələlərə ümidi çoxalırdı, son iki ayda tez-tez yadına saldığı qanqaraldıcı əhvalatlar, ovqatı təlx edən xatirələr, qısa müddətə olsa da, yaddaşından silinirdi, növbəsini gözləyən kilidli qapılar daha açılmırdı: bu qapılar elə bil Mahmudun xudahafizləşib getməsini gözləyirdi.

Amma indi siqareti tüstülədə-tüstülədə arvadıyla Mahmudun şirin söhbətinə qulaq asmadan xəstə bir məsələni düşünürdü: Mahmud Zülfüqar kişinin ölümü əhvalatını danışanda, bayaq bir familiya demişdi, deyəsən Salahov... Adil Nəmənnəyoviçsə. Bəlkə ikinci blokdakı Salahovdur? Çünki o da çoxdandı doxsanı ötüb, iyirmi ilə yaxındır ki, hökumətdən fərdi pensiya alır, axşamlar bulvara çıxır və deyilənə görə, həmişə böyük vəzifələrdə işləyib. Bircə tez sağalsaydı, həyətə düşəndə o biri qonşulardan bu məsələni dəqiqləşdirə bilərdi. O ki qaldı uryadnik əhvalatına, xəstə əmin idi ki, bu adı da haradasa, haçansa eşidib, mütləq eşidib, buna heç bir şübhə ola bilməzdi. Amma harada? Bu dəfə xəstənin bütün cidd-cəhdinə baxmayaraq, nə illah etdisə də, kilidli qapılardan heç biri açılmadı. Xəstə yüz faiz əmindi ki, o uryadnik, bu qapılardan birinin arxasında dayanıb öz növbəsini gözləyir... Salahovun arıq, uzun bədəni, sarımtıl sifəti, azca əyri ağzı -deyilənə görə, bir dəfə yüngülvarı insult keçirmişdi - sümükləri çıxmış yanaqlan və bir də qıyıq moğolu gözləri, xəstənin gözləri qabağına gəldi, o, Salahovu, onun nimdaş paltosunu, üstü gümüşlə naxışlanmış qədim çəliyini apaydın, indi Mahmudu gördüyü kimi, bütün dəqiqliyilə gördü. Xəstənin ürəyinə nəsə damdı: vallah, deyəsən, elə o Salahovdur!
Mahmud xəstəyə baxıb Zəminədən soruşdu:
- Sizin şəhər həkimləri nə deyirlər, ay bajı?
- Eh, hərənin ağzından bir avaz gəlir. Biri deyir, xroniki pnevmoniyanın qalıqlarıdı, tez-tez qızdırma verir, o biri deyir pnevmosklerozdu. Nə bilim, vallah! - Arvad əlini yellədi. - Amma, Mahmud, heç canına baxan döyül sənin bu qağan, taqsırın hamısı özündədi. Hər şeyi ürəyinə salır, elə bil bütün camaatın dərdi-səri buna qalıb. Dərman yazırlar, iki-üç gün içir, sonra tullayır.
- Onu lap haqq eləyir, dədəmin goru haqqı! - Mahmud dəyirmi stolun üstündəki dəm çaynikindən özünə yenə çay süzdü, kəllə qənddən birini götürüb dişləri arasına saldı, elə xırçıldatdı ki, xəstənin tükləri ürpəşdi, sonra çaydan ağızdolusu qurtum vurub sözünə davam elədi: - Mənə inan, ay bajı, mənin belə şeylərdə təcrübəm çoxdu. Bizim tərəflərdə professor-filan nə gəzer! Elə özüməm, bütün günü kənddə-kəsəkdə onun-bunun üstünə gedib azarrıya baxıram... Dərmandan axmaq şey yoxdu, nə qədər bacarırsız, yaxına qoymayın.
Zəminə səsini alçaldıb məyusluqla dedi:
- Dərmansız da olmur, axı...
- Pəh! Hancarı olmur, lap kefin istəyən kimi olur! Sən qağamı tut yağa, qaymağa. O gətirdiyim heyvanın yağlı tikələrini qızart, ver yesin. Dədəmin goru haqqı, əgər on günə düzəlməsə, mən, deməli ha, dünyanın ən axmaq adamıyam.

Xəstə gülümsündü. Mahmud onun sarı dişlərini gördü, gözlərinin altındakı dərin qırışlara da ürəkağrısı ilə baxdı. Xəstə ona görə gülümsünmüşdü ki, yağ, qaymaq, təzə qoyun əti, quyruq filanı tapmaq məsələsindən Mahmudun yəqin ki, xəbəri yoxdu. Xəstənin kənddə yaşayan bütün qohum-əqrəbası da yəqin bu iddiada idilər ki, şəhər yerində özünə az-maz hörmət qazanmış bir adam mütləq yağ-bal içində üzməlidir, belə adam xəstələnib-eləyəndə də, rəhmətlik Zülfüqar kişi demiş, hamı qabağında "sluşu" dayanır...

Zəminə çayniki götürüb, çayı təzələməkdən ötrü otaqdan çıxandan sonra, iki nəfər - xəstə və Mahmud - nə üçünsə diqqətlə bir-birilərinə baxdılar və yəqin ki, hər biri ürəyində nəsə vacib bir şey barəsində fikirləşdi. Bunu Mahmud da, xəstə də eyni zamanda duydular: ikisinin də dodaqlarında hüznlü təbəssüm gəzdi, ikisi də elə bil bir-birindən utandı. Əgər indi üçüncü adam olsaydı, bir-birinə baxan bu iki nəfərin nəzərlərindən və əlbəttə, bu üçüncü adamın zənni iti olsaydı əgər, çox şey oxuya bilərdi. Mahmudun xəstə qohumuna yazığı gəlirdi, bayaqdan gülsə də, məzəli əhvalatlar danışsa da, zarafat eləyib ev yiyələrini əyləndirsə də, Mahmud əmin idi ki, qohumunun azarı ötərgi azarlardan deyil, nəsə ciddi şeydir, haray salıb aləmi ayağa qaldırmaq lazımdır. Amma bunu Mahmud, təbii nə xəstəyə deyə bilərdi, nə də onun arvadına. Belə şeyləri heç kəs heç kəsə deyə bilməzdi: ümidin ətəyindən yapışıb, bir-iki il lap sürünməyin özü də, əlbəttə, qazancdı. Mahmud belə hallara düşəndə, yəni ürəyinə damdığı bir şeyin həqiqət olduğuna inananda həmişə özünü itirirdi, bilmirdi əlini hara atsın, kimdən imdad diləsin, kömək üçün kimin üstünə getsin. Əlacı bir gözəgörünməzə qalırdı: içindən qalxan səs, onun özündən başqa heç kəsin eşidə bilmədiyi səs, beynini, ürəyini, bədəninin lap xırdaca hüceyrələrini də elə bil üyüb toza döndərirdi, iradəsini məhv edirdi. "Ya Tanrı, özün kömək ol!" Amma ömrü boyu neçə dəfə sınamışdı: son ümidin, son xahişin harayını Tanrı hələ eşitməmişdi. Mahmuda hərdən elə gəlirdi ki, Tanrının gözləri görür, ürəyi duyur, amma qulağı eşitmir. Çünki qulağı eşitsəydi, dünya milyon-milyon bəlalardan canını qurtarardı.
Xəstə isə Mahmuddan ona görə utanmışdı və ona görə indi üzünə baxa bilmirdi ki, yalan danışmalıydı. Mahmuda uydurma bir bəhanə gətirib, ondan pul istəməliydi. Çünki evdə cəmi iyirmi dörd manat qalmışdı: bülletenlə alınan maaşa isə hələ on beş gün vardı... Xəstə səsindəki həyəcanı boğub, özünü gülümsəməyə məcbur edib Mahmuda dedi: Mahmud, sonra yadımdan çıxar... Tərs kimi, pulların hamısını öz adıma əmanət kassasına qoymuşam, uşaqlar da gedib ala bilmirlər. Yanında pul varmı? - Xəstəyə elə gəldi ki, hardasa pişik miyoldadı, ya balaca küçük zingildədi, çünki son sözləri boğazında sap kimi nazildi.

Mahmud yerindən dik atıldı, əlini şalvarının arxa cibinə salıb pul çıxardı, iki iyirmibeşlik ayırıb, təzədən cibinə qoydu, qalanını xəstənin yastığı altına soxdu və sevincək dedi:
Sənin dərdin alım, beş yüz manatdı. Bəsdimi?
Xəstə qulaqlarına inanmadı. Çoxdu!
- Ayə, nəyi çoxdu beş yüz manatın? - Mahmud, doğrudan, təəccüblənən kimi oldu.
Xəstə gözlərinin yaşardığını hiss elədi və bu halı Mahmudun nəzərindən yayınmadı.
- Ağrıyırsanmı genə? - deyə təşvişlə soruşdu.
- Hə, balaca... Eybi yox, indicə keçib gedər... Qalxan kimi kassadan götürüb göndərəcəm. - Sonra zarafata salmaq istədi. - Qırağımı qatdasam, onda uşaqlar verərlər!
- Ayə, kiri, Allah sənnən uzaq eləsin!.. Sən, toçnu Zülfüqar bavama oxşamısan, düz doxsan altı il yaşayacaqsan, bax, bu mən ölüm! - Mahmud əlini üzünə vurdu. Stulu qabağa çəkib xəstəyə yaxın oturdu, təzə çayla içəri girən Zəminəyə ötəri bir nəzər salıb dedi:
- Azz, ay Zəminə! Sən başın, bunu fikir-zad eləməyə qoyma! İntiligentlər bir az kəllədən mayıf olurlar! - Mahmudun qaqqanağı yenə otağı başına götürdü.

Mahmud həmişəki təkin yel kimi gəldi, yel kimi də getdi. Gedəndə bərk-bərk qohumunun üzündən öpdü, Zəminəyə bir-iki məsləhət verdi, gətirdiyi əvəliyin cana böyük xeyri olduğundan danışdı. Zəminənin də alnından öpüb, bu evə dünya durduqca cansağlığı, xeyir-bərəkət diləyib otaqdan çıxdı: axşam qatarına bilet almışdı və dediyinə görə, şəhərdə hələ bir-iki xırda-para işi də vardı. Söz verdi ki, gələn ayın əvvəlində mütləq genə gələcək, özü də əlidolu gələcək. O gedəndən sonra, xəstə və arvadı ah çəkdilər, bir az da bikef oldular, çünki Mahmud xəstənin yanında oturduğu üç saat ərzində elə bil bu evin havasını, işığını, ovqatını da başqalaşdırmışdı. Bu evə adicə bir sevinc, könül xoşluğu bəxş eləmişdi... Xəstə arvadına dedi:
- Yastığın altına nəsə soxdu, deyəsən, puldu, bir bax.
Arvad yastığın altmdan pullan çıxanb saydı, kirpiklərini qırpa-qırpa dedi:
- Beş yüz manatdı... A, bəs demədi niyə?
- Mahmudu tanımırsan?! Görürsən, sən Allah, heç ağzını açmağa da qoymadı.
- Eybi yox, yavaş-yavaş qaytarrıq. Xəstə başını buladı.
- Yox... O mənə verdiyi pulu ömründə geri götürməz. Əvəzində kostyumdan-zaddan alıb bağışlarıq ona. Sağlıq olsun.
Xəstə, arvadının gözlərindən gördü ki, Mahmuda verdiyi beş yüz manat möcüzə yaradıb: o gözlərdən qayğıdan uzaq balaca uşağın sevinci, şadlığı axırdı. Xəstə bilirdi ki, beş yüz manat iki ay, heç olmasa, ay yarım evin dolanışığım yoluna salacaq, daha səhərlər və axşamlar bu evdə ərlə arvad bir-birinin üzünə həyəcanla, gərginliklə, nigarançılıqla baxmayacaqlar... İki ay, heç olmasa, ay yarım.


* * *

Xacə Ənvər xırdaca maşa ilə közərən tiryəki uzun qəlyanın hoqqasına qoyub, ciyər dolusu qullab vurdu, gözlərini yumub tüstünü ağzında saxladı, sonra ehmalca dolu, qırmızı dodaqlarının arasmdan, yastı burnunun deşiklərindən buraxdı: tiryək əvvəl-əvvəl göz qapaqlarındakı ağırlığı və yorğunluğu yox elədi, sonra ilıq hava kimi beyninə yayıldı və ayaqlarını keyləşdirdi. Xacə Ənvərə ən çox əziyyət verəm ayaqları idi: qabarmış damarları göyümtül millər kimi baldırlarından su yığılıb şişmiş dizlərinə qədər uzanıb, dırnaqları çürümüş barmaqlarındakı ağrını, giziltini bütün bədəninə yayırdı. Xacə Ənvər bu əqidədə idi ki, Allah ona dünyanın ən ağır bəlasını verib, ələlxüsus da axşamlar, dünyanın bütün canlıları rahatlığa çəkiləndə, hava sərinləşəndən sonra şiddətlənən, sulu gözlərinə qara duman gətirən, çənəsinə kimi bütün bədənini çulğayan bu şeytan ağrılarına dözmək bəlasını verib: heç itə, heç çaqqala qıymadığı bir əzabı, xudavəndi-aləm xacə Ənvərin adına yazıb və buyurub ki, son nəfəsinə kimi, canın ağzından çıxana kimi bu ağrıları bədənində gəzdir və şükür elə ki, səni kor xəlq eləməmişəm. Xacə Ənvər bu dəfə gümüş mücrüdən tiryəkin iri parçasını götürmüşdü, o bu axşam huşunu tamam kütləşdirmək, ağrılardan Allahın köməkliyi ilə canını qurtarmaq arzusunda idi: bir azdan, düşərgədə tonqallar yandırılanda, o, hökmdarın çadırına gedəcəkdi, bayaq vəzir buyurmuşdu ki, ordunun almağa hazırlaşdığı qaladan iki saray şairi aşağı enib və özlərilə çox mühüm hərbi məlumatlar gətiriblər. Və bir də bu düşərgədə, hökmdarın quruca hənirtisindən qorxub qarınağrısına düşən sərbazlardan biri öz doğma qardaşını bir gavur qızının üstündə qanına qəltan eləyib və yəqin ki, hökmdar o sərbazın böyük tikəsini qulağı boyda etdirəcəkdir: bayaq xacə Ənvər öz çadırına gələndə cəlladı qırmızı libasda görmüşdü. Deməli, gecəyarıya qədər xacə Ənvəri yatmağa qoymayacaqlar, gecəyarıya qədər xacə Ənvər hökmdarın hüzurunda ayaq üstə dayanıb ağrılara davam gətirməli olacaqdır... "Ya xudavəndi-aləm, fəqiri-bəndənə yazığın gəlsin. Şükür verən gününə!"

Gümüş mücrüdən götürülmüş iri muncuq boyda hind tiryəki xacə Ənvərin baxtından tünd çıxmışdı: yavaş-yavaş beyni dumanlanırdı, əzələləri sustalırdı, ümdəsi də ayaqları get-gedə daha çox keyləşdiyindən, ağrıları əməlli azalmışdı. Yürüşqabağı hökmdar nə sərkərdələrinə, nə də sərbazlarına tiryək çəkməyə rüsxət vermirdi - bu qadağa hamı üçün Quran ayini qədər müqəddəs idi - çünki yürüşqabağı hökmdara dəmirağacı təki möhkəm əzələlər və aydın zehinlər lazımdı. Bu qadağa yalnız xacə Ənvərə aid deyildi. Çünki hökmdar bilirdi ki, xacə Ənvərin azarı elə azardı ki, o, dünya dağılsaydı da, tiryəki tərgitə bilməzdi. Tərgitsəydi, günün bir vədəsində qəflətən ölə bilərdi, hökmdar isə neçə illərdi, köpək kimi vəfalı nökərinə sidq ürəklə bağlanmışdı və hərdən ona elə gəlirdi ki, o - böyük bir məmləkətin böyük hökmdarı - həmin məmləkətdə, bəlkə də bütün yer üzündə, hamıdan çox xacə Ənvəri sevir və hamıdan çox xacə Ənvərə inanır.
İndi xacə Ənvər, alnına gələn ilıq yapışqan təri əlinin arxası ilə silə-silə, ipək mütəkkələrə dirsəklənib qalın xalının üstündə oturmuşdu, ayaqlarını uzatmışdı, eşikdən gələn qarmaqarışıq səsləri - bu səslərdə yenə, həmişə olduğu kimi, vahimə və fəlakət qorxusu vardı dinləyə-dinləyə ürəyində onu yaradan Allaha və onu yaşadan hökmdara dua oxuyurdu. Xacə Ənvərin altmış illik ömründən özü üçün çıxardığı ən vacib nəticə bundan ibarət idi: hökmdarın salamatlığı onun salamatlığı demək idi, hökmdarın ölümü onun ölümü demək idi. Onları gözəgörünməz tanrı zəncirləyib bir-birinə bağlamışdı, ürəklərinin döyüntüsünü də bir ahəngdə saxlayırdı. Xacə Ənvər bu fikirdə idi ki, əslində, hökmdarla o, iki bədənə ayrılmış bir candı...

Tonqalların, bir də torpağa basdırılmış uca dirəklərin başındakı çıraq qablarında yanan neftli əsgilərin alovu şölə saçıb, hökmdarın çadırı qabağındakı iri bir sahəni yarımdairəvi şəkildə işıqlandırmışdı. Sərkərdələr və sərbazlar, hamısı da yaraqlı-yasaqlı, qalxanlarını dizləri bərabərində saxlaya-saxlaya çadırın qənşəri qabağında dayanıb hökmdarı gözləyirdilər: bir azdan hökmdar çadırdan çıxmalıydı, indi orada vəzirlə, vəkillə məşvərət edirdi. Qardaşını öldürmüş sərbaz, əlləri və ayaqları bağlı torpağın üstündə, sarımtıl, quru otların arasında üzüqoylu yerə sərilmişdi, hökmdarın əmrilə, hələ divan mərasimindən qabaq, cəllad onun iki qulağını da kəsib yarasına kül basmışdı: indi sərbazın qırxıq və qulaqsız başı uzaqdan dəyirmi və boz odun parçasına bənzəyirdi.
İçəridə vəzirdən və vəkildən savayı xacə Ənvər də vardı, o, çadırın bir küncündə dayanıb, iki qulağını bir eləyib, hökmdarın dediklərini dinləyirdi. Hökmdar, düşmən qalasından gəlmiş şairləri hüzuruna buraxmaq fikrində deyildi, çünki onların gətirdikləri məlumatları sərkərdəbaşına verib, axşama yaxın onun izahını dinləyəndən sonra qərara gəlmişdi ki, daha əlavə söhbətə, əlavə sorğuya ehtiyac yoxdur: yürüşə lap indi başlamaq olar. Qala artıq hökmdarın əlində idi. Bu, hökmdarın fikrincə, Allahın möcüzəsi idi, xudavəndi-aləmin ona göstərdiyi mərhəmətin nişanəsi idi. Tanrı hökmdarın tərəfində idi... Xacə Ənvər əllərini arxasında cütləyib, ayaqlarında yun corablar, xalıların, mütəkkələrin üstündə gəzişən və çox nadir hallarda müşahidə etdiyi bir şeyi - hökmdarın gülümsədiyini görüb, ürəyində bu gün neçənci dəfə idi ki, "şükür, şükür" deyirdi. Yalnız vəzirin son sözlərini eşidəndə hökmdar dayandı, qaşlarını düyünləyib təəccüblə, ağır-ağır başını buladı.
- Necə? - deyə çox yavaşdan soruşdu. Səsindəki zəhmdən xacə Ənvər yerində yırğalandı. Vəzir baş əyib dedi:
- Bəli, adil hökmdar. - Vəzirin çənəsi titrədi. - Bəxşişlərdən imtina etdilər şairlər.
- Səbəbi?
Vəzir bir addım qabağa atdı, indi lap ikiqat oldu.
- Qalada məşhur şair var, onun başını istəyirlər səndən, ulu hökmdar. Hökmdar xacə Ənvərə yanaşdı, quru, dəmir parçası kimi ağır və
soyuq əlini onun çiyninə qoydu.
- Deməli, məğrib ulduzu boyda daş-qaşlardan imtina etdilər, hind firuzəsini istəmədilər... Əvəzində məndən qaladakı şairin başını istəyirlər. - Bu sözləri deyib susdu, sonra dodaqlarını aralayıb gülməyə başladı. Hamı, çadırda kim vardısa, o cümlədən xacə Ənvər də hökmdara qoşulub gülüşdülər... Bir azdan hökmdar əlini yuxan qaldırdı, gülüş səsləri xırp kəsildi.
- Belə məmləkətin bir qalasını yox, cəmi qalalarını almaq olar. Belə məmləkəti yerləyeksan eləmək olar.
Hökmdar çadırın ortasına yönəldi, enli taxta əyləşib başını sinəsinə əydi.
- Şairlərə deyin ki, hökmdar razıdır. - Sonra başını qaldırıb, qırışmış boğazının hülqumunu oynada-oynada, həmişəki qaydasında üzündən zəhrimar yağa-yağa, yorğun və narazı təbəssümlə sözünə davam elədi:
- Mən çox məmləkətlər görmüşəm, amma şairi şairinin başını istədiyi məmləkəti görməmişdim... Şükür verən gününə, ulu Tanrı, bunu da gördük.
Hamının çiynindən dağ götürüldü, hamının nəfəsi ciyərlərindən rahat və sərin çıxdı və hamının ürək döyüntüsü əvvəlki adi qaydasına düşdü: hökmdarın bəxşişindən imtina etmək xəbərini hökmdara çatdırmaq buradakıların hər birinə baha otura bilərdi... Cəllad belə məşvərətlər zamanı həmişə eşikdə qırmızı libasında əmrə müntəzir dayanırdı...

Sonra hökmdar çadırdan çıxdı, özü də, adətinə xilaf olaraq, birinci çıxdı. Çıxıb dayandı, sağ əli ilə sifətini hövkələyib cəllada baxdı: gözləri qıyıldı, elə bil cəlladın qırmızı libasından gözləri qamaşdı, cəllad irəli yeridi, nəhəng bədənini əyib, üzüqoylu yerdə uzanmış, qulaqları kəsilmiş sərbazın çiyinlərindən ikiəlli yapışıb onu ayağa qaldırdı. Qan itirdiyindənmi, ya da əcələ tamam təslim olduğundanmı, sərbaz gözlərini açıb hökmdara baxa bilmədi: boz sifətində heç bir şey görünmədi, nə kin, nə qorxu, nə yazıqhq. Bu sifət daş kimi cansız və yəqin ki, daş kimi də soyuq idi.
Hökmdar sərkərdəbaşının eşiyə çıxartdığı taxta əyləşib, qollarını taxtın söykənəcəklərinə qoydu və sifətinin zəhrimarını gözlərindən axıda-axıda ucadan dedi:
- Gətirin o qəhbəçəni!

Gavur qızını gətirdilər. Qızın bəyaz saçları vardı, bu saçlar o qədər bəyaz və təmiz idi ki, ətrafda heç bir şeylə uyuşmurdu. Hətta, ilk anlar, hökmdar gavur qızının saçlarının saç olduğunu da anlamadı, ona elə gəldi ki, qızın başında zərif hind ipəyi var. Yalnız qızın yuxusuzluqdan və dəhşətdən qızarıb keyləşmiş gözlərinə baxanda hökmdar başa düşdü ki, gördüyü ipək deyil, gördüyü Tanrının yaratdığı möcüzələrdən biridir. Görəsən, bu saçlardan nə qoxusu gəlir, İlahi? Allah bunları niyə yaradıb?.. Hökmdarın sağ gözündən bir damla yaş yuvarlanıb yanağının qırışlarına ilişdi və uzun müddət bir nöqtədə qalıb qurumadı. Gavur qızı bu damlanı xırdaca buz parçasına bənzətdi...
- Bu binəvanın adı Səlimdimi?

Sərbaz öz adını eşidəndə gözlərini açıb hökmdara baxdı. Dodaqlarını aralayıb istədi hökmdardan imdad diləsin, amma qalın dodaqları aralanmadı: sərbazın boğazından iniltiyə bənzər bir səs çıxdı. Hökmdar sərbazın meyit sifətinə ilana, kərtənkələyə baxırmış kimi həm ikrahla, həm də gözucu baxdı və nə üçünsə sarımsaq iyi duydu. Sərkərdələr, sərbazlar, vəzir, hamı bu divan mərasiminin nəylə qurtaracağını əvvəlcədən bilirdi: yürüşqabağı bir sərbazın, bir sərkərdənin naməhrəmə əl vurmağa ixtiyarı yoxdu, bu qadağanı pozanların aqibəti hamıya məlumdu - qırmızı libasını geymiş cəlladın iti baltası təzə qan, axşam işığında qırmızı yox, bəhməz kimi qaramtıl rəngə çalan qan intizarında gecə-gündüz öz növbəsini gözləyirdi: bu baltanın yanından kim keçirdisə, nəfəsi kəsilirdi. Hökmdarın qadağasını pozmaq Tanrının qadağasına xilaf çıxmaq demək idi. İndi, əslində, heç kəsi Səlim adlanan serbazın aqibəti maraqlandırmırdı. Səlim adlanan sərbazın bir gavur qızının üstündə doğma qardaşını öldürdüyü xəbərini hökmdara çatdıranda, hökmdar sirkə içibmiş kimi üz-gözünü turşudub, yumruqlan ilə vəzirinin kürəklərinə döyəcləmişdi, amma hirsi, kini sönməmişdi, yazıq vəzirin saqqalından yapışıb bir çəngə tük qoparmışdı. Sonra boşalıb, əldən düşüb, taxta oturmuşdu, əllərini dizləri üstə qoyub yorğun-yorğun bu sözləri demişdi: "Sizin Allah axırınıza çıxsın... Məmləkəti məhv edəcəksiniz!" İndi hamı bir uşaq yetikliyilə gavur qızının aqibəti ilə maraqlanırdı. Hökmdarın bu sarıdan fikrini heç kəs bilmirdi, hökmdar gavur qızını sərbazlarından birinə bağışlaya bilərdi, gavur qızının başını bədənindən ayıra bilərdi, şaqqalatdırıb hər ayağını, hər əlini bir dirəkdən asdıra bilərdi. İndi hər şey yalnız hökmdarın iradəsindən asılı idi, bir də onun ovqatından... Hökmdar əlini qaldırdı, cəllada işarə verdi. Cəllad, canı çıxmış, yalnız quruca nəfəsi qalmış sərbazı edam yerinə qaldırdı, soyuq baxışların altında öz işini gördü: sərbaz cınqırını da çıxarmadı - qırxıq baş bir göz qırpımında bədəndən ayrılıb sarımtıl otların üstünə dığırlandı, yalnız baltanın iti tiyəsi cingildədi. Və bir də, bu öyrəncəli sükut içərisində hamı gavur qızının sinəsindən qopan ahını eşitdi. Amma heç kəs cürət edib gavur qızına baxmadı, bir hökmdardan başqa; o, ağır-ağır başını döndərib, gözlərini qıyıb, əvvəl gavur qızının yalın ayaqlarına, kirli dırnaqlarına baxdı, sonra gözləri yenə bəyaz saçlara dikildi. Bu bəyaz rəng axıb hökmdarın qaralmış sifətinin qırışları arasına yayıldı: hökmdarın sifətində işıq gəzdi, lakin bu işığı heç kəs görmədi. Bu işığı yalnız Tanrı gördü.
- Vəzir!
Hökmdar ayağa qalxdı. Hamı əmrə müntəzir dayandı.
- Bu qancığın qarnından çıxmışın heybəsinə çörək qoyun. Qoy qayıtsın məmləkətinə.

Hökmdar dönüb, üzü çadırına sarı dayandı və davam elədi:
- Qalanı almayınca, qaladakı erkəkləri qanına qəltan eləməyincə, Səlim sərbazın başını nizəyə keçirib lap qurd düşüncəyə qədər saxlayın!..


O gecə hökmdar yuxusunda rahat bir bəyaz rəng gördü və bu bəyaz rəngin içərisində qadın laylası eşitdi: anasının səsi idi.

O gecə bu düşərgədən çox-çox uzaqlarda, ins-cins qalmamış qalın meşədə, köpüklənə-köpüklənə axan nəhəng çayın sahilində yalınayaq gavur qızı palıd ağacının gövdəsinə söykənib, ayaqları altda çömbəlmiş qoca canavara heybəsindəki çörəkdən yedizdirirdi. Canavarı yedizdirib, özü də bir qismət yeyib, soyuqdan və qorxudan əsə-əsə uzaqdakı küləyin uğultusunu dinləyə-dinləyə, zülmət və rütubətli gecənin ulduzları iriləşib-iriləşib alma boyda olduğu vədəsində yuxuya getdi. Gavur qızı da bir yuxu gördü: gördü ki, başı üzərində qırmızıya çalan bir duman içərisində çıraq yanır, gördü ki, uzun bir pilləkənin kəlləçarxındadır. Gördü ki, o uzun pilləkənin dibində dayanmış, beli azca donqar, sifəti sapsarı saralmış bir xəstə kişi əllərini qabağa uzadıb ona "getmə" deyir... Gavur qızının ürəyi çapaladı, göz yaşları içinə axdı...

***

Xəstə, hələ xəstələnməmişdən qabaq, çox-çox qabaq, əlində vedrə, fit çala-çala zibil tullamağa həyətə enəndə, cəngavərlər kimi sıralanıb çiyin-çiyinə durmuş zibil yeşiklərinin yanında, günlərin bir günündə qəribə bir siçovula rast gəlmişdi: pişik boyda, bozumtul, cod tükləri biz-biz dayanmış bu qəribə siçovul, əlində vedrə zibilxanaya girən gələcəyin xestəsini görəndə gözlərini fırlada-fırlada bir-iki kərə öskürmüş və kəmali-ehtiramla boğazını arıtlayandan sonra demişdi:
- Salam, ay qonşu!
Gələcəyin xəstəsinin yerində başqa adam olsaydı, yəqin ki, qışqırıb siçovulu təpiklərdi, ya da vedrəni tullayıb, qorxudan qaçıb evinə qurtulardı. Çünki bu zəmanədə hamıya məlumdur ki, çoxları danışır, nitq eləyir, çənə-boğaza qoymur, amma siçovul danışa, gecə on ikinin yarısında, qaranlıq yerdə, zibil atmağa enmiş sadə bir sovet vətəndaşının qabağında dayanıb ona "salam" deyə, bu, vallahi, kimin desəniz ağlını çaşdıra bilərdi. Amma xəstə olası adam belə şeylərdən qorxan deyildi. Doğrusu, geci-tezi var, bu cür və ya buna bənzər əhvalatlar çoxlarının başına gəlir, bəlkə bundan da qəribələri, amma heç kəs boynuna almır, çünki boynuna alanların hamısı indi dəlixanalarda arxası üstə uzanıb tavana baxır. Düzdür, bu sözləri siçovulun ağzından eşidəndə xəstə olası adamın bədəninə müxtəsərcə üşütmə gəlmişdi, yüngülvarı udqunmuşdu, amma qorxmamışdı, vedrəni deşiklərdən birinə boşaldıb, özünü heç o yerə qoymamağa çalışaraq soruşmuşdu:
- Bəs sən kimsən... qonşu? - Səsi lap yavaş çıxmışdı.
- Kirlikir.
Siçovul sol gözünü yumub, müsahibinə birgözlü baxa-baxa izah eləmişdi:
- Yəni kirin kirlisi. Lap kirli. Müsibət dərəcədə kirli. Üfunət qoxuyan və ilaxır... Amma, qonşu, mənnən təmizi yoxdu. Hansı yerimi iynəyirsən iynə, görəcəksən ki, tərtəmizəm. - Səsində nə üçünsə dilxorluq duyulurdu. - Bu adı mənə, bir-iki əclaf var aramızda, onlar qoyublar. Eybi yox. Bir də, ay qonşu, kimə, nəyə bizim zamanada adına görə hörmət eləyiblər? Üç yüz əlli ildi bu dünyada ömür sürürəm, mən, sizin təbircə desək, bir növ qocaman siçovulam. Bəlkə də bu məmləkətin ən qocaman siçovulu. Əlimdən nə desən gələr... İstəyirsən səni koptorqinterlyuksun sədri eləyim?

Xəstə olası adam heyrətlə başını tərpətdi, əlini yelləyib dedi:
-Nə bilim, vallah...
Kirlikir bu dəfə sağ gözünü yumdu və yenə müsahibinə birgözlü baxa-baxa davam elədi:
- İstəyərsən səni bir göz qırpımında İngiltərənin lordu eləyim, ha? - Lap qızışdı, arxa ayaqları üstə durub, qabaq ayaqları ilə qarnım qaşıya-qaşıya zibil yeşiklərinin arasında gəzişməyə başladı. - Ya istəyirsən, bilirəm könlündən keçməmiş olmaz, səni baş münəccim qoyum, orda, əntiq yerdə, a bratişka? - Gələcəyin xəstəsinin ona get-gedə artan bir heyrətlə və şaşqınlıqla baxdığını görüb, dayandı və soruşdu: - Nədi, qonşu, mənə inanmırsan?

Xəstə olası adam vedrəni yerə qoyub, əlinin arxası ilə alnına gəlmiş soyuq təri sildi: ona elə gəldi ki, alnına yarım flakon yapışqan töküblər. Sifəti od tutub yandı, başı da əməlli gicəlləndi. "Baho!" dedi ürəyində.
- Qorxma, qorxma! - Kirlikir onun fikirlərini qabaqladı. - Hava-zad gəlməyib başına. Psixikan da yerindədi. Lap arxayın ol!.. Sən ki məndən qorxmadın, deməli, ayıq adamsan. Bəzi məsələləri başa düşən adamsan. Qədrini bil, canına bax, siqaret çəkmə, hər yay çalış, putyovka düzəldib sanatoriyaya gedəsən. - Yeriyib, müsahibinin qabaq-qənşərində dayandı. Bu dəfə səsi müdrikanə çıxdı:
- Hər gün də arvadın yanına girmə, mənnən sənə əmanət. Arvadları pis öyrətməyin, canım!.. Sizin evinizi bilirsən nə yıxacaq? Hə?
- Nə bilim, vallah!
- Arvadlar və hər gün radioda, televizorda çalınan diringələr! Bir belə, vallah, billah, diringəyə qulaq asmaq olmaz, nə qədər adam qulağı "ay mənim canım, ay mənim filanım" eşidə bilər?.. Sən bir otur. -Kirlikir vedrəyə işarə elədi. Xəstə olası adam tarım çəkilmiş əzələlərini güclə hərəkətə gətirdi, eyilib vedrəni başıaşağı qoydu və üstündə oturdu. Kirlikir də düz onun qabağında çömbəldi, amma arxa ayaqlarını qatlayıb bardaş quranda, vedrə üstə oturmuş xəstə olası adam özünü saxlaya bilməyib gülümsündü: çünki Kirlikir bardaş qurub oturanda, dəyirmi qarnı pırtlayıb balaca uşaq topu kimi irəli dığırlandı.
- Afərin, bax belə... Qonşu, yadında saxla, siçovul danışa da bilər, bardaş qurub otura da bilər. Qarın da ki... - O da güldü. - Yaşa dolduqca böyüyür, zəhrimar. Bunlarda möcüzə-filan, sirri-xuda-zad yoxdu. Əsl möcüzə bilirsen nədi?
- Nədi? - Xəstə olası adam çiyinlərini qaldırıb endirdi.
- Sizin üçüncü blokda olan Səməndərov. - Kirlikir sözünü tamamlamadı, gözlərinin ikisini de yumub bir müddət fikrə getdi, sonra dedi:
- Qonşu, möhkəm vurmağım gəlib... Bilirəm, evdə arağın var. Gəl, belə eləyək. Cum evə, bir az kolbasadan-çörəkdən, bir de o arağı gətir. Oturaq, rahat söhbət eləyək. Tem boleye, arvad-uşaq da evdə yoxdu. Davay, doroqoy, - sonra göz vurub əlavə elədi: - Mən ölüm, rusca necə qırıldadıram?..
Xəstə olası adam qalxdı, gülə-gülə zibilxanadan çıxdı. Heç beş dəqiqə keçmədi ki, Kirlikir nə demişdi, hamısını gətirdi. Zibilxanaya girəndə möhkəmcə duruxdu: Kirlikirin qabağında təmiz ağ süfrə vardı. Daha buna təəccüb eləmədi. Bu dəfə də Kirlikir onu qabaqladı.
- Bu da möcüze deyil, - dedi, - bu, fokusdu. Asan şeydi. Vaxt gələr öyrədərəm. Otur.

Xəstə olası adam evdən gətirdiklərini - kolbasanı, çörəyi, bir də arağı süfrənin üstünə qoydu. Kirlikir stəkanı iki görüb başını buladı:
- Mən araq içməyəcəm, sən içəcəksən. Yəni mən də içəcəyəm ha, amma sənin kimi yox. - O, üz-gözünü turşudub öskürdü. - Çünki mən sənin kimi içsəm, selikli qişam yanar, o dəqiqə ölərəm, qonşu. Sən belə otur, vedrəni çək bir az sağa. - Xəstə olası adam Kirlikir necə demişdi, elə də elədi. - Hə, indi otur. Afərinlər. Görürsən, qonşu, sənnən mən həm üzbəüz oturmuşuq, həm də yox. Daha doğrusu, aramızda... - O yenə bir gözünü yumdu. - Ha, aramızda düz altmış üç dərəcəli üçbucaqlı bir sahə əmələ gəlib. Deməli, sən arağı içdikcə, mən özümə lazımi dərəcədə alkaloidləri havadan qanıma çəkəcəyəm... - Xəstə olası adam açıqca maraqla Kirlikirə baxırdı. - Bunu necə elədiyimi başa sala bilərdim, amma düzü, qonşu, birinci, hövsələm yoxdu, ikinci də... bir az ağır olar sənə belə şeyləri başa düşmək. Yox, nə telekinezdi, nə parapsixologiya. Məkanın dördüncü vektorunda qravitasiyanın bir xüsusiyyəti də özünü büruzə verir... Qonşu, gözlərindən görürəm ki, qandığın qrafa yoxdu. - Xəstə olası adamın həqiqətən heyrətdən gözləri dəyirmilənib hərəsi bir gavalı boyda olmuşdu. - Sən heç əşşi! Sizin o məşhur alim var ey... fizik, bu yaxınlarda da arvadı onu baldızıynan yaxalayıb ha, onu deyirəm... Nədi, bundan da xəbərin yoxdu?.. A kişi, sən lap əfəlsən ki? Bütün şəhər danışır bundan ki!.. Onun yuxusuna girmişdim. Başın haqqı, qravitasiyaya dair elementar bir sual verdim ona, sən öl, cavab verə bilmədi. Amma neynirsən, adı akademik, sinəsi də ordenlərlə dolu! Amma gəl indi bizim günümüzə bax!..
Bu vaxt xəstə olası adam elə bil yuxudan ayıldı: bu hadisə, onun Kirlikirlə rastlaşıb zibil yeşiklərinin arasında havası ağır zibilxanada söhbət eləməsi, bütün bu keçirdiyi hisslər, duyğular haçansa olmuşdu, çoxdanmı, ya bu yaxınlardamı - bunu deyə bilməzdi, amma dəqiq olmuşdu. Hətta o, zibilxananın girəcəyində dirəkdən sallanıb yanan, zəif işığı ilə zibil yeşiklərini sarımtıl rəngə boyamış lampanı da xatırladı və bu lampanın işığını yuxuda tez-tez gördüyü uzaq və təlaş dolu bir çırağın işığına bənzətdi: o çırağın işığını lap aydın xatırladı və ürəyi döyünməyə başladı, "Xudaya, - deyə fikirləşdi, - haçan görmüşəm o çırağı?" Gözlərinin qabağına bəyaz bir rəng gəldi, titrək, ümid dənizi kimi təmiz və qayğısız bir bəyaz rəng. Və həmin anda da, lap uzaqlarda, bu zibilxanadan ağlasığmaz dərəcədə uzaq olan bir yerdə, bəlkə də dünyanın lap o başında əsməyə başlayan küləyin boğanağını eşitdi. Gözlərini yumdu. Kirlikir dedi:
- Çox dərinə getmə!
Xəstə olası adam kirpiklərini araladı.
- Düz sözümdü, - deyə Kirlikir davam elədi, amma bu dəfə elə bil bir qədər cəsarətsiz danışdı: - Bir yanın boş qoy, - dedi, başını aşağı salıb qarnını qaşıdı. - Çox dərinə gedəndə içindən qənbərqulu çıxır... İşıqlı, küləkli, filan-peşməkandı, bunlara gərək bu zamanada barmaqarası baxasan, yoxsa işlər olar fırıq. Di yaxşı! Əyləş, qonşu vuraq özümüzçün.

Xəstə olası adam Kirlikirlə üzbəüz vedrənin üstündə əyləşdi və arağı açıb özünə süzdü. Kirlikir dilim-dilim doğranmış kolbasadan bir tikə götürüb xəstə olası adama baxdı. Xəstə birnəfəsə arağı başına çəkdi. Kirlikir kolbasa tikəsini ağzına sahb, tələsik çeynəməyə başladı.
- Çox oldu, qonşu, - dedi, - yarı-yarı süz.

Xəstə olası adam yeməkdən bir qismət ağzına alıb, bu dəfə stəkanı yarı doldurdu. Kirlikir bir tikə də kolbasa götürüb dedi:
- Qonşu, bir sağlıq deyəcəyəm, amma gülmə. - Burnunu çəkdi. - Çünki bu sağlıq bu günün ən müdrik sağlığıdı. Etirazın yoxdu ki?
Xəstə olası adamın birinci yüz qramdan sonra dili açıldı:
- Nə etiraz, a kişi, işində ol! Kirlikir burnunu xəstə olası adama tuşladı.
- Bunu içək ki, pis günümüz elə belə olsun!
Xəstə bu dəfə də arağı birnəfəsə başına çəkdi. Doğrudan da, çox müdrik və ağıllı sağlıq idi.
Kirlikir tikəsini yeyəndən sonra sağ əli ilə cod bığlarını tumarladı.
- Hə, - dedi, - indi bir siqaret yandır. Məqamdı.
- Sən siqaret də çəkirsən?
- Həmişə yox. Vurandan sonra bir dənə pis olmur.

Xəstə olası adam əlini şalvar cibinə salıb, o vaxtlar dəbdə olan "Avrora"nın əzik qutusunu çıxartdı. Bir siqaret yandırıb, birinci qullabın tüstüsünü içəri almadı, havaya buraxdı ki, Kirlikir nikotindən vursun bədənə. Kirlikir razdıqla başını tərpətdi, amma öskürdü.
- Lənət bunnarın hərçi-pətərinə, - deyə donquldandı. - O qədər tütünə zəhrimar qatırlar ki, adamın ciyəri partdamaya düşür... Özü də bilirsən, kimin işidi bunnar?
- Kimin?
- Bayaq sənə dediyim dünyanın möcüzəsi Səməndərovun!
- Mən ölüm!
- Mən bilmədiyim şeyi demərəm, bunu ömür-billah yadında saxla. Kirlikirin də araqdan sonra elə bil dili açılmışdı, dəqiqi, o elə bil
get-gedə, danışdıqca, aradakı ünsiyyət bərkidikcə daha cəsarətli olurdu: bayaq, qonşu ilə tanış olduğu ilk dəqiqələrdə səsində, xəstə olası adamın diqqətindən yayınmayan müxtəsərcə bir qorxu və ehtiyat vardı. Amma indi Kirlikir, necə deyərlər, söhbətin, məclisin yüyənini əlinə almışdı, həm tamadalıq eləyirdi, həm də qonşu sarıdan tamam arxayındı, təpikdən-filandan qorxmurdu. Bu zəmanədə də siçovul adlanan bəndəyə nə lazımdı ki?.. Otur, rahat kolbasanı ye, araqdan yavaş-yavaş vur və şükür elə ki, böyrünü-başını təpikləmirlər. Xəstə olası adamın beynində bir-iki söz kibrit qızartısı kimi alışıb yandı. "Təpik nədi, bu, niyə təpikdən qorxur?" - deyə incik-incik düşündü və həmin anda da dərk etdi ki, o da Kirlikirin bəzi fikirlərini oxuya bilir.
- Ancaq mən icazə verəndə, qonşu. Mən icazə verməsəm, heç bircə hərf də oxuya bilməzsən! - Kirlikir sağ əlinin əyri dırnaqlarından birini düzəldib yuxarı qaldırdı. - İntellektin evolyusiyasını sürətləndirməyə, ona müdaxilə etməyə mənim hələ ixtiyarım yoxdu, qadası.

Xəstə olası adam razılıqla başını tərpətdi və eyni razılıq əlaməti olaraq, Kirlikir də uzunsov başını hərəkətə gətirdi, dedi:
- Bir əlli də süz!
- Baş üstə! Sənin sağlığına, Kirlikir! - Stəkanı yuxan qaldırıb içindəki arağı bu dəfə birnəfəsə boğazından aşağı süzüb, hortdatdı getdi. Kirlikir, "fü, fu" eləyə-eləyə kolbasanın iri bir tikəsini tələsik ağzına saldı və dedi:
- Yaxşı sözdü, hortdatmaq! Afərin, bilmirdim. İçmək, vurmaq... və hortdatmaq. Deyəsən, bu sözü sizin tərəflərdə çox işlədirlər, hay, ağrın alem sənin, ayə, a dərdiş!

Xəstə olası adam diksindi, ətrafına baxdı, çünki bu sözləri Kirlikir demədi, feldşer Mahmud dedi. Təbii ki, feldşer Mahmud indi burdan çox-çox uzaqda idi və onun səsiylə ən incə çalarlarına qədər Kirlikir danışmışdı və yəqin ki, zarafat xatirinə yox. Əlbəttə, zarafat xatirinə yox, bununla Kirlikir tamam bildirmişdi ki, o bu dünyada hər şeyi bilən və hər şeyə qadir olan bəlkə də yeganə varlıqdı. Kirlikir, xəstə olası adamın bu növbəti şaşqınlığının daha üstünü vurmadı. Dedi:
- Hə, bayaqdan sənə üçüncü blokda yaşayan Səməndərovdan danışmaq istəyirəm, qoymursan, xırda-para şeylərnən fikrimi dağıdırsan. Özün də bir azca çörək ye! Keflənərsən sonra.
Xəstə olası adam, çörək, kolbasa götürüb yeməyə başlayanda Kirlikir bir gözünü yumub davam elədi:
- Üç gün bundan qabaq Səməndərovun onikibarmaq bağırsağının alt hissəsində, selikli qişada noxud boyda bir şiş əmələ gəlib... Düdüyün hələ xəbəri yoxdu. - Kirlikir yumulu gözünü açıb müsahibinə ikigözlü baxdı və xəstə olası adama elə gəldi ki, bu baxışlarda nəsə məzəmmətedici bir şey var. - Mən bilirəm kimə düdük demək lazımdı, kimə ağıllı adam... Heç narahat olma. Sən, misalçün, o qədər ağıllı döyülsən, amma yaxşı adamsan. Səməndərov isə düdük adamdı. Dədəsi də düdükdü, özü də... Niyə? Qulaq as... Səməndərovun evində səkkiz yüz min, təzə pulla ha, pulu var, hələ mən qızılları, brilyantı demirəm, bunnarı Ağdamda dədəsigildə saxlayır. Hamısını da, demək olar ki, tütün fabrikində bu "Avrora"nın hesabına qazanıb. Zəhərin hesabına. Camaatı zəhərləyə-zəhərləyə... Məni, xahiş eləyirəm, düz-gün başa düşəsən. Bacarana can qurban!.. Camaat sex açır, rüşvət alır, rüşvət verir. Onnarnan mənim işim yoxdu. Genə deyirəm, bacarana can qurban! Zamana belədi. Hamı sənin kimi əfəl deyil ki! Özünə bir əməlli şalvar da ala bilmirsən. Nə isə, şalvar məsələsinə sonra... Zaraza, hər yay cibinə otuz min qoyub gedir Soçiyə, Kislovodska, guya ki, ürəyi xarabdı. On beş-on altı yaşlarında qız uşaqlarını korlayır, pulun gücünə ha, qayıdıb gəlir, leşin salır arvadın üstünə. Neçə dəfə yuxusuna girmişəm, mənim də canım candı, dəmir döyül, axı, demişəm, qorxutmuşam ki, ay zaraza, adam ol, körpə uşaqları bədbəxt eləmə, geci-tezi var, çıxacaq qabağına! Ay-hay! Kimə deyirsən! Mənə bilirsən yuxuda nə deyir? Deyir, qələt eləmə, sən məni aldada bilməzsən, sən Şaumyan rayonunun oboxeisisən, gəlmisən məndən söz almağa. Ay qonşu, belə zırramadan nə gözləyirsən?! Axırı noldu? Noxud boyda şiş altı aydan sonra böyüyüb olacaq yumurta boyda, metastazalar yayılacaq bütün qarın nahiyəsinə, ordan da keçəcək ciyərə və ilaxır. Əhvalat vaqe olacaq qaran-qurux yerdə. Fatihə!.. Süz görüm, genə qanım qaraldı. -Kirlikir əsəbi-əsəbi boğazını arıtladı.

Xəstə olası adam isə qulaqlarına inana bilmirdi və bu əhvalatı Kirlikirin ağzından yox, başqa bir ağızdan eşitsəydi, yəqin inanmazdı, deyərdi, Səməndərova böhtan atırlar. Çünki bu binada yaşayan Səməndərov, xəstə olası adamın zənnincə, dünyanın ən fağır və hörmətli adamlarından biriydi. Pah, dədənə lənət, a kişi, səkkiz yüz min! Xəstə olası adamın elə bil içalatını qaşıdılar, ona möhkəm acıq verdilər. O, stəkana araq süzdü, aşkar sezilən qibtə hissilə ah çəkib Kirlikirə baxdı və Kirlikirin təzə tut yarpağı kimi yaşıl gözlərini, seyrək tük basmış qırmızımtıl qarnını görəndə tamam başa düşdü ki, belə məxluq bu boyda ağ yalan danışa bilməz, onun Səməndərov haqqında eşitdikləri həqiqətdi ki, var!
- Özü də inkaredilməz həqiqət, müqəddəs həqiqət!..
- Bunu da içək, qonşu, sənin sağlığına! - Kirlikir yenə burnunu xəstə olası adamın əlindəki stəkana sarı tuşladı. - Xoşbəxt ol!

Dünyanın iki məxluqu - bir adam və bir siçovul, ilin mülayim fəslində, gecənin ulduzlan parıldaşan vədəsində bir şüşə arağı yarı eləmişdilər, bəlkə də yarıdan bir az çox. Xəstə olası adam, deyəsən, əməlli keflənmişdi: boşalıb, bir tuluq havaya dönmüşdü, ona elə gəlirdi ki, külək əssə, yerindən qopub yuxan qalxacaq. Amma hardasa əmin idi ki, bu, təkcə arağın təsirindən deyildi. Bu qeyri-adi görüş və söhbət elə bil onu adamlıqdan çıxarmışdı. O daha zibilxananın üfunətini də hiss eləmirdi: əvvəllər bura gələndə, əksər hallarda barmaqları ilə burun pərələrini bərk-bərk sıxırdı, ikrah hissi ilə ətrafa baxıb, vedrəni yeşiklərdən birinə boşaldıb, tələm-tələsik burdan çıxmağa çalışırdı. Amma indi zibilxananın iyi elə bil hardasa çox-çox uzaqlarda qalmışdı, bu iyin əvəzinə bura duyumsuz bir hava axını dolmuşdu, həm sərindi, həm ilıq, adama ləzzət verirdi. Xəstə olası adam bir şeyə də qəti əmin idi ki, bu havanı bura Kirlikir gətirmişdi, üfunəti burdan o yox eləmişdi.
- Deyirəm də... - Kirlikir burnunu qaşıdı. - Arif adamsan. Amma həyatı məsələlərdə... - O, əllərini yana açıb oynatdı. - Əfəlsən! Heyf sənə...
- Əfəl niyə? Çörək pulu qazanıram ki, balalarımı dolandırıram ki!
- Dolandırmağına dolandırırsan e! Söhbət bunda döyül. Söhbət ondadı ki, sənin zırıltın hələ qabaqdadı. Canına bax. Hər yay sanatoriyaya get.
Xəstə olası adam əsəbiləşdi, bu əsəbilik canına dolan qorxudan doğdu. Narazılıqla soruşdu:
- Mənim haramda noxud boyda şiş əmələ gələcək?

Kirlikir başını yuxarı qaldınb, burnunu dirəkdən sallanmış lampaya tuşlayıb, qarnını qaşıya-qaşıya gülməyə başladı. Elə güldü ki, xəstə olası adam pərt oldu, qaşlarını çatıb, uşaq kimi burnunu çəkdi.
- Pərt olma, qonşu, adam hər şeydən pərt olmaz. - Kirlikir gözlərinin yaşını sildi: - Sənin heç yerində nə noxud boyda, nə da yumurta boyda şiş əmələ gəlməyəcək. Ürəyini buz kimi saxla. Amma... - Kirlikir gözlənilmədən sözünü xırp kəsib qulaqlarını şəklədi, bütün görkəmi dəyişdi, bığları əsim-əsim əsdi, burun pərələrindən tıxacı açılmış şampan şüşəsinin fısıltısına bənzər bir fısıltı qopdu. - Səs salma görüm... hərif gəlir.
- Hərif kimdi? - Xəstə olası adam pıçıldadı.

Kirlikir qalxıb zibilxananın sınıq-salxaq qapısına sarı yönəldi, içəri düşən işıq zolağından gizlənib, özünü qaranlığa verdi.
-Odu ha... Salahov Adil Qəmbəroviç.
Bu familiyanı xəstə olası adam o zaman ilk dəfə eşitmişdi. Kirlikir geri dönmədən, fısıldaya-fısıldaya əl eləyib onu yanına çağırdı:
- Bəri gəl, sss...

Xəstə olası adam qalxıb barmaqları ucunda ona yaxınlaşdı. Həyətin ortasında əlində çəlik bir kişi dayanmışdı. Yəqin gecəyarısı hava almağa enmişdi. Həyətdəki, uzaqdan gəminin dor ağacına bənzəyən dəmir şalbanın kəlləsindəki gur lampanın şöləsi çəlikli kişini projektor şüası kimi işıqlandırmışdı. Onların təzə qonşusu idi, təxminən bir həftə bundan öncə ikinci blokdakı ikiotaqlı mənzilə köçmüşdü. Qonşular danışırdılar ki, əvvəllər çox böyük adam olub, indi pensiyadadı, özü də canlara dəyən kişinin birisidi. Kirlikir pıçıldadı:
- Canlara dəyən-zad döyül! Bu, mənim adamımdı. Necə deyərlər, bir növ, mənim şakərimdi... Özü də bazburuduna, bığına-filanına baxma. Ömründə arvad üzü görməyib. Anadangəlmə kişiliyi yoxdu zarazanın! Ay onun bığlarını yeyim!

Həyətdə yavaş-yavaş, qocafəndi, səssiz addımlarla var-gəl edib hava alan çəlikli kişinin doğrudan da, ağ lopa bığları vardı: gur lampa işığında, diş həkimlərinin işlətdikləri pambıq tamponlarına bənzəyirdi.
Kirlikir əsəbiliklə böyrünü-başını, qarnını qaşıdı, üç-dörd dəfə ciyərlərini havayla doldururmuş kimi fısıltı ilə dərindən nəfəs aldı və zibilxanadan çıxdı. Dördayaq olub, pişik siçanın üstünə gedən kimi, tarım dartılıb yastı-yastı çəlikli kişiyə san yönəldi. Düz onun qabağına gəlib, birdən-birə arxa ayaqları üstə qalxaraq cır səslə bağırdı:
- Budet sdelano, tovariş Salaxov!
Bunu deyəndən sonra, Kirlikir fırfıra kimi yerində fırlanıb tozanaq qopardı və geri dönüb ildırım sürətilə zibilxanaya dürtüldü. Çəlikli kişinin nazik səsi həyəti başına götürdü:
- Tfu, zəhrimar! Adə, bu nə svoluçxanadı bu həyət! Başdan-ayağa antisanitariyadı. Svoloçi! - Hər ehtimala qarşı çəliyini hiddətlə yerə çırpdı və qəribəsi bu oldu ki, onun dəhşətli qorxu içərisində çırpınan ürəyinin döyüntüsünü zibilxanada daldalanıb dayanmış, indi Kirlikirə qoşulub onunla bir yerdə uğunub gedən xəstə olası adam öz ürəyinin döyüntüsü imiş kimi aydınca eşitdi: ona elə gəldi ki, belə ürək çırpıntısından sonra heç bir canlı yaşaya bilməzdi və belə ürək yüz yerə Parçalanıb tikə-tikə olmalıydı. Amma çəlikli kişi nə öldü, nə yıxıldı, Çəliyini yere vura-vura tələsik blokun qapısından içəri girdi və qaranlıqda gözdən itdi. Ordan, qaranlıqdan boşluğa düşdüyündən, onun nazik səsi eynilə arvad səsinə oxşadı:
- Svoloçi!
Kirlikir süfrənin qırağında yerə yayxanıb, qarnını qaşıya-qaşıya razılıqla dedi:
- Sən öl, qonşu, sənin ayağın sayalı oldu. Çoxdandı belə ləzzət almamışdım. Bunun eşqinə bir əlli-əlli də gedərlər. Süz, qadası, süz!

Qəribəliklərlə dolu dünya, Mahmud demişkən, şeytana papış tikən dünya, Allahın ağlasığmaz möcüzəsini bu gün xəstə olası adamın başına gətirmişdi: illərin yeknəsəq axan pozulmuşdu, köhnə saatın əqrəbləri hoqqa çıxarmışdı, vaxtı tərsinə axmağamı, ya da qabağa getməyəmi məcbur eləmişdi. Xəstə olası adam bayaqdan bəri özünü saxlasa da, iradəsini, gücünü, şüurunu, əsəblərini cilovlayıb bir nöqtədə cəmləşdirsə də, ürəyini yeyən qurd hərdən ona deyirdi ki, o, bu hadisədən sonra, Kirlikirlə bu görüşdən sonra, hələ ondan ayrılmamış, evinə qayıtmamış gözlərini yorğan-döşəyində də aça bilər və məlum olar ki, bütün bu əhvalat adicə yuxuymuş. Azmı insan qəribə yuxular görür? Əgər həqiqətdirsə, onda...
- Onda olar əntiqə!.. - Kirlikir ona nigarançılıqla baxdı. - Bilirəm,
- dedi, - belə şeylərə inanmaq hər oğulun işi döyül, sənin yerinə kim olsaydı, başına hava gələrdi... Salahov, məsəlçin, inanmır, heç inanmır. Salahov, onun xədim boyunu qara yerə soxum, özündən savayı heç kəsə inanmır, bir adama inanırdı, o da it kimi gəbərdi. - Lap dilxor oldu. - Mənə nə var ey? İnanan inansın, inanmayan inanmasın. Heç dəxli var, mən ölüm? Camaata yalvarmayacağam ki?
- Salahov kimdi, axı?
Kirlikir xəstə olası adamın gözlərinin içinə baxdı.
- Salahov, - dedi, - bu dünyanın bəlasıdı. Bu dünyanın böyük fəlakətidi. - Qısaca sükutdan sonra: - Hökmdarın törəməsidir, - dedi,
- zaraza!
- Kimin?
- Hökmdarın... Sənə nə demişəm, hamısını unuda bilərsən, öz işindir. Bircə Salahovu unutma. Ömür-billah yadında saxla!..

Xəstə olası adam başa düşdü ki, Kirlikir əməlli keflənib, çünki açıq-aşkar hətərən-pətərən danışırdı: hökmdarın törəməsi?.. Kirlikir yenə zibil yeşiklərinin arasında gəzişməyə başladı, sonra dayanıb zəndlə ona baxdı:
- Eeh! - yanıqlı-yanıqlı əlini yellədi. - Zəhrimara qalsın belə həyat. Tüpürəsən belə həyata, ay qonşu. - Sonra gözlərini qıydı, xəstə olası adamın bədəninə od düşdü, ona elə gəldi ki, tükləri ütüldü. - Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. İnanmırsan, hə?
Xəstə olası adam bir addım geri çəkildi:
- Nə bilim, vallah?.. - dedi və Kirlikir başa düşdü ki, bütün cəhdləri boşa çıxdı. Xəstə olası adamın beyninin sağ yarımkürəsindəki dərin şırımda neyronlar benqal alovu kimi qığılcım tökdü, üç dəfə deyilmiş "inanmıram" sözünü təsdiq etdi. Kirlikir gözlərinin ikisini də yumub özünü zülmətə saldı: uzun ömründə, üç yüz əlli illik həyatında bəni-adamla bu növbəti görüşündə yenə məğlub oldu, yenə bəni-insanı inandıra bilmədi.

...Zəminə qapını açanda, ərini görən kimi onun qızarmış gözlərinə, sallanmış alt dodağına baxan kimi başa düşdü ki, kişi dəmdi. Güldü.
- Harda vurmusan belə?
- Tez mənə bir stəkan pürrəngi çay!
Zəminə and içə bilərdi ki, ömründə hələ ərini belə xoşbəxt, belə bəxtəvər görməmişdi: kişinin üz-gözündən nur axırdı.
- Baş üstə! - Zəminə gülə-gülə mətbəxə getdi. Əlində çay yemək otağına girəndə əri kresloya yayxanıb, köynəyinin yaxasını açıb, ləzzətlə, xırçaxırçla qarnını qaşıyırdı.
- Ay kişi, qarnını niyə qaşıyırsan?
- Bu dünya, doğrudan, həm gözəldi, vallah, həm də zaraza dünyadı. - Sol əlilə qarnını qaşıya-qaşıya sağ əliylə stəkanı götürüb çaydan bir qurtum vurdu. - Kirlikir kimi məxluq... - Dodaqlarını marçıldatdı. - Kirlikir mənim qardaşımdı! - deyə çığırdı. Zəminə heç nə başa düşməsə də:
- Olsun, olsun, - dedi. Kirlikiri Kilimçi eşitmişdi. - Lap düppə-düzsən, maşallah. Ay-hay!
- İndi düppədüzəm, maşallah, şalban kimi, amma indiyə kimi sənin ərin əbləhin dal ayağı olub!
- Elə niyə?
- Çünki bu dünyada qarın qaşımaqdan yaxşı şey yoxmuş, vallah, -dedi və bir gözünü yumub arvadına birgözlü baxdı.
Bayaqdan bu söhbətə gülə-gülə, ləzzət ala-ala qulaq asan oğlan uşağı atasına yaxınlaşıb gözlərini onun qarnına zillədi.
- Mama, - dedi, - papanın qarnına gör nece balaca-balaca tüklər çıxıb?
Zəminə yaxına gəldi:
- Bıııy! - Heyrətlə səsini uzatdı. - Başıma xeyir!
- Hələ bu harasıdı! İnanan inansın, inanmayan inanmasın. Xəstə olası adam əllərini yuxarı qaldırdı.

"İnanan inansın, inanmayan inanmasın!.." Mahmud gedəndən sonra, Zəminə pulları sayıb mat-mat ərinin üzünə baxa-baxa, çarpayının ayaq tərəfində oturub, qımıldanmadı, nəyisə fikrində götür-qoy elədiyi müddətdə, xəstə bu cümləni, haradasa, kiminsə ağzından eşitdiyi bu bir neçə sözü özlüyündə bir də təkrar elədi. Harda eşitmişdi bunu, kimdən eşitmişdi və eşitməmişdisə də, niyə məhz indi yadına düşdü: inanan inansın, inanmayan inanmasın. Nə müəmmalı sözlərdi, ilahi! Bu ötərgi gərginlik, eşitdiyi bu sözləri yadına salmaq cəhdi onunçün, amma, əvəzsiz keçmədi, neyçinsə qanı qaraldı, alnına tər gəldi və ayaqlarının da soyuduğunu hiss etdi. Başa düşdü, dərk elədi ki, nə qədər cəhd göstərsə də, lap başını divara vursa da, heç bir şey yadına sala bilməyəcək. Təbii, bu müəmmalı, peyğəmbər kəlamı kimi qaranlıq sözləri eşitməyinə eşitmişdi, amma harada, hansı şəraitdə?.. Yox, yada salmaq qeyri-mümkündü: kilidli qapıları fələk elə bağlamayıb ki, asanlıqla, istədiyi vaxt açıla!
Zəminə dedi:
- Qanını qaraltma. - Ərinə təlaşla baxdı. - Mahmuddu da, puldu verib, qalxarsan, Allah qoysa, qaytarrıq. Dünyanın axırı döyül ki!
Xəstə özünü o yerə qoymadı:
- Əlbəttə, - dedi, - qaytarmayanda neyləyəcəyik ki... Yamanın yaman günündə Səlimə xanımdan alarıq. Bir də, Mahmud inanmıram tələsdirə bizi.
"İnanan inansın, inanmayan inanmasın". Xəstə qımışdı, üst dodaqları çürük rezin kimi dartılıb yana əyildi, gicgahlarındakı göyümtül damarlarda elə bil qan çoxaldı, qulaq pərdələri güyüldədi. Əstəğfürullah, işə düşmədik?.. Əslində, amma elə düz sözdü ki, deyilib, vallah! Dünyanın gərdişi elə bundan ibarətdi - inanan inanır, inanmayan inanmır. Sonra arvadına gözlənilməz bir sual verdi:
- Evin zibilini kim atır, az?
- Bıy, səndən nə əcəb, ay kişi, zibil dərdinə qalırsan, hə? Yəni sənnən başqa evdə adam yoxdu?.. Uşaqlar atır.

Xəstə başını tərpətdi, gülümsündü və arvadına minnətdarlıqla baxdı: bu sualına belə adi cavab almasaydı, bəlkə də beyninə qan sızardı -bunu gicgah damarlarının guppultusundan hiss etdi, elə bil kilidli qapılardan hansısa cırıldayıb açılmaq istədi. Xəstə, həyətlərindəki zibilxananın girəcəyində şalbandan sallanmış elektrik lampasının işığını xatırladı, bu işıq uzaq sarı ləkə kimi gözləri qabağında dəyirmi-dəyirmi halqalar əmələ gətirdi və üstəlik də, xəstənin ürəyi darıxdı. Bir bəyaz rəng gözlərindən içəri axdı.
- O pəncərələri aç, ciyərlərim partladı. Qoy bir təmiz hava udaq, - dedi.
Arvadı narazılıqla ərinin üzünə baxdı.
- Sən allah, qoy oturmuşuq. Axşam söz verib Mark Georgiyeviç gəlsin. Qoy görək nə deyir, sonra pəncərələri açarıq.

***

Doktor Mark Berqman vaxtilə, təxminən otuzuncu illərdə dədə-baba yurdu Jitomirdən baş götürüb Bakıya gəlib, şəhərin o zaman "Bondarnıy" deyilən məhəlləsində məskən salmışdı. Köçməyinə köçmüşdü, amma bunun dəqiq səbəbini bilənlər azdı, bəlkə də heç yoxdu. Hər halda doktorun özü bu tələm-tələsik, narahat və təhlükəli köçün səbəbini izah eləməyi xoşlamırdı, neçə illər bundan qabaq olmuş bu xoşagəlməz əhvalatı elə bil birdəfəlik yadından çıxarmışdı; hər gün səhər yazı masasının üstündəki tozu nəm əsgi ilə sildiyi kimi, Jitomir-Bakı əhvalatını yaddaşından həmişəlik silib tullamışdı. Onun özunə hərdən, ələlxüsus, son iki-üç ildə elə gəlirdi ki, heç Jitomirdə olmayıb, orada dünyaya gəlməyib, atasının, anasının qəbri də orda deyil. Mark Berqman Bakıda anadan olub, Bakıda boya-başa çatıb, özü də, onu anası Dora Solomonovna doğmayıb, nə isə bir möcüzə baş verib və o, menzurka kimi bir şeyin içində əmələ gəlib doğulub. Bir Allah bəndəsinin harda anadan olduğunun və kimin qarnından çıxdığının bu dünyaya, bu günə, bu axşama nə dəxli?.. Hər dəfə bazar günü, qışın soyuğunda, yayın istisində Bayıl bazarına, evdə saxladığı balıqlara yem almağa gedəndə bu fikrin həqiqət olduğuna daha çox inanırdı. Balıq bazarına gedəndə taksiyə minmirdi. Bütün yolu piyada gedə-gedə, yan-yörəsinə baxa-baxa, səhərin ilıqmı, ya soyuqmu havasında xumarlana-xumarlana dünyaya verdiyini vermiş, dünyadan aldığını almış bu qoca yəhudi hər anın, hər dəqiqənin xırda və ötərgi səadətini canına hopdururdu, qanına çəkirdi. Doğrudan, insana xoşbəxt olmaqdan ötrü çox şey lazım deyilmiş: bircə anlıq səadətin səhər yeli kimi ilıq təmasından başqa görəsən, insana nə lazımdır? Heç bir şey. Ürək sıxan, qan qaraldan hadisələr isə bu səadətin işığında uzanıb-qısalan kölgələrdən savayı bir şey deyil, gərək bu kölgələrə fikir verməyəsən, gərək onları vecinə almayasan, fikir versən, vecinə alsan, elə kölgənin özünə büdrəyib yıxıla bilərsən: badalaq vurmaqda kölgənin bu dünyada tayı-bərabəri yoxdur...

Bu gün evə qayıdanda, müxtəsər təngnəfəs olsa da, hər halda, yetmişi ötmüşdü, əhvalı lap kəllə-çarxda idi. Enli pilləkənləri - olduğu bina Bakının inqilabdan qabaq tikilmiş binalarındandı - zümzümə eləyə-eləyə qalxıb, ikinci mərtəbədə dayandı, ağzı bağlı bankanı yerə, ayaqları altda qoydu, əlini şalvar cibinə salıb ağır açar dəstəsini çıxartdı və dəmir qapısının iki kilidini açdı. Kənardan ona baxan olsaydı, sifətindəki işığı, gözlərindəki şöləni görən olsaydı, deyərdi ki, yəqin təzəcə order alıb, buna görə də belə sevincəkdi. İçəri keçib, hər iki divar boyu üst-üstə qoyulmuş parıltılı rəflərdəki kitablara baxıb burnunu çəkdi, ayaqqabılarını çıxarıb səliqə ilə cütləyəndən sonra bir tərəfə qoydu və rəngi solmuş, dabanları yeyilmiş, yaşıl mahuddan çəkələklərini geyindi. Sonra kabinetinə keçdi. Yazı masasının yanında, divara pərçimlənmiş, polad borucuqlardan düzəldilmiş çərçivənin arasında yerləşdirilmiş iki iri akvariuma baxdı. Balıqlar qaraltı görüb hərəkətə gəldilər, aram üzənlər burunlarını şüşəyə yapışdırıb yuxarı-aşağı şütüməyə başladı, iti üzənləri, kompressorun suya vurduğu hava axarında fırlanıb vurnuxdu: balıqlar yəqin bildilər ki, bu gün onlara təzə yem veriləcək, yiyələri bazardan qayıdıb, indi suyun içində yumağa dönmüş qırmızı qurdlar gətirib. Mark Georgiyeviç gülümsündü, uşaq kimi sevindi və əlinin arxası ilə akvariumun şüşəsini sığallayıb boğazından qəribə bir səs çıxardı: "quli, quli, vı moi!" Sonra Mark Georgiyeviç balkona çıxdı, bankadakı yemi su qarışıq dördkünc küvetin içinə boşaltdı: bazardan gətirilən yemi o dəqiqə balıqlara vermək olmazdı, gərək bir müddət ötsün, sonra böyüdücü şüşə ilə Mark Georgiyeviç qurdları diqqətlə nəzərdən keçirib, balıqlara zərər verə biləcək bəzi həşəratları pinset ilə tutub tualetə atmalıydı... Mark Georgiyeviç otağa qayıdıb qapını arxasınca bağladı, mətbəxə getdi, qaz pilətəsini yandırıb çayniki istiyə qoydu. Sonra yenidən kabinetinə qayıtdı, akvariumlara gözucu nəzər salıb kresloda əyləşdi, telefon aparatını özünə sarı çəkib dəstəyi götürdü və qulağına qoymadan, çoxdan yadında saxlamış olduğu bir nömrəni yığdı.
- Zəminə xanım? Hər vaxtın xeyir. - Mark Georgiyeviç Bakıya köçüb yaşadığı illər ərzində Azərbaycan dilini mükəmməl öyrənmişdi. - Çox sağ ol, salam göndərən sağ olsun... Tak... hemoqlobininin elə bir təhlükəsi yoxdu, narahat olma - rus dilinə keçdi. - Tı, radi boqa, ne bespokoysya. Poka ya ne viju veskix priçin dlya qospitalizatsii. Vse svyazano s qormonalnımi izmeneniyami, i pritom, neznaçitelnımi. -Yenə Azərbaycan dilində davam elədi: - Bəli, bəli, qarnına tük çıxması da, əsəblərinin yerində olmaması da, hamısı ancaq hormonal dəyişikliklərlə əlaqədardır. Heç narahat olma. Axşam səkkizdən sonra gələcəyəm, mütləq. Bircə Səlimə xanıma baş çəkməliyəm, lap daha məni əldən salıb. Sonra sizə gələcəyəm. Mənnən də çoxlu salam söylə. Hələlik. - Dəstəyi aparatın üstünə qoydu, bir müddət nə haqdasa fikirləşə-fikirləşə dəstəklə aparatı birləşdirən burulma məftilə baxdı və yerindən qalxmadı. Mətbəxdə çaynik fit verənə kimi beləcə oturub tərpənmədi. Çaynik fit çalıb, "qaynadım, partladım" deyəndə qalxdı, qurumuş fəqərə sütunundakı sızıltıya məhəl qoymadan mətbəxə yönəldi, dəhlizdən keçəndə yüngülvarı axsadığını hiss etdi -ağrı həmişə sağ ayağına vururdu - fit çaldı, mətbəxdə özünə bir stəkan tünd çay süzüb kəmşirin elədi, tələsmədən, alkoqolik şirin çaxırın hər qurtumunu vaxtı uzada-uzada içdiyi kimi (ağlına gələn bu müqayisədən güldü), o da çayını qurtum-qurtum, dadını, istisini dilinə, selikli qişasına, beyninə yaya-yaya içdi. Bayaqdan, telefonla danışdıqdan sonra içərisində hərlədiyi fikrin üstünə bir də qayıtdı: xəstənin bütün analizləri, üstəlik də, ümumi klinik mənzərə onun diaqnozunu hərtərəfli təsdiq edirdi, lakin belə bir aydın mənzərə fonunda adam qarnına birdən-birə tük çıxmasının səbəbi heç cür izah olunmurdu. Və açığı, Bakıda Mark Georgiyeviçin bu sarıdan məsləhət ala biləcəyi elə bir adam da qalmamışdı. Şəhərin ən məşhur endokrinoloqu sayılan, Mark Georgiyeviçin köhnə dostu professor Qasımbəyli inişil rəhmətə getmişdi. Qalanları, açığı, o qədər də bel bağlamalı adamlar deyildilər, cavan həkimlərin isə əksər hallarda bisavadlığı ilə üz-üzə gələndə qollan sustalıb yanına düşürdü... Berqman bu məsələdə, şübhəsiz, dişməyinə ilişmişdi, müalicəsinin hansı mərhələsində isə səhvə yol vermişdi. Səhvəmi?.. Hər halda, Mark Georgiyeviç özü, səhv elədiyinə heç cür inanmırdı. Hətta hərdən fikirləşirdi ki, evindəki bütün kitablan, təbii, tibb kitablarını ələk-vələk eləyib təzədən səhifə-səhifə oxusa da, bu suala cavab tapa bilməyəcək, yenə çaş-baş qalacaq. Burda nəsə başqa şey vardı: bu metamarfozanın kökü, ola bilsin, nəinki tibbi, heç genetik problemlərlə də bağlı deyildi. Bəlkə elə yaradan belə buyurub ki, xəstə, filan yaşına çatanda qarnına tük çıxsın, Mark Georgiyeviçi, yaşının bu vaxtında, səhhətinin bu vəziyyətində əndazədən çıxarsın, onun rahatlığına, əmin-amanlığına son qoysun?.. Bu fikrinə də güldü, başını buladı, çayını yarı eləməmiş, üstünə su aldı və yenə bayaqkı qaydasında, xırda qurtumlarla, beynində qaynaşan təzadlı suallara nə qədər cəhd eləsə də, cavab tapmadan içməyə başladı. Gözlərini dolandırıb, mətbəxin enli pəncərəsindən eşiyə baxdı və bozumtul-mavi səmanın düz ortasında futbol topu boyda dəyirmi bir bulud gördü. Bu bulud parçasının dəyirmiliyi təxmini deyildi, dəqiq və həndəsi dəyirmilik idi: elə bil sirkulla çəkilib səmanın hamarhğına yapışdırılmışdı. Və bu andan, buludu gördüyü dəqiqədən Mark Geor-giyeviç hər şeyi unutdu, xəstəni də, telefonla bayaqkı söhbətini də, tərəddüdlərini də. Hər şey, o bulud parçasından çıxan asfalt rəngli tutqun şölənin içərisində elə bil əriyib muma döndü, axıb-axıb, yaddaş cığırlarının arasında hopulub yoxa çıxdı. Amma bu cığırlardan birində, dolana-dolana yaddaş quyusunun lap dibinə gedən kələ-kötür cığırın ucunda, qurtaracağı nöqtədə, dəyirmi buludun şəklinə bənzər başqa bir bulud, ağ parça üzərində mürəkkəb ləkəsi kimi üzə çıxıb Mark Georgiyeviçin beynini yüngülcə dumanlandırdı: bu bulud parçası indi onun pəncərədən gördüyündən daha tünd idi, qaraya çahrdı və neçə-neçə illər bundan qabaq, buradan çox-çox uzaqlarda, Mark Georgiyeviçin anadan olduğu yerdə, qalın meşədə ağacların arasında arxası üstə uzanıb, qorxudan əsə-əsə, təlaşla göyə baxan bir oğlan uşağının gördüyü buluddu. O zaman bu oğlan uşağının yeganə ümidi, yağışın rütubəti ilə bətnini doldurub ağırlaşmış, nəhəng kazak papağına bənzəyən bu yeganə buluda qalmışdı. Və o zaman, o uzaq illərdə həmin o oğlan uşağının Allahdan diləyi bu idi ki, kaş o bulud yerə enib, onu, ağacların arasında ürəyinin çapalamasından əsim-əsim əsən bu oğlan uşağını qalın yorğan kimi örtüb görünməz eləyəydi, at ayaqlarından və sivrilmiş qılınclardan qoruyaydı. Kaş bir də onun qulaqları "jidovskoe otrodye" sözlərini eşitməyəydi. Çünki bu sözlərdən sonra həmişə onun uşaq burnuna laxtalanmış qan iyi dolurdu.

Jitomir qatar təkərlərinin taqqaturuqlu səsi arxada qalmışdı, - özü də gör bir nə vaxt - zaman yavaş-yavaş hər şeyi Mark Georgiyeviçə unutdurmuşdu, amma, görünür, yalnız o bulud parçasından savayı... Mark Georgiyeviç stəkanı mətbəx stolunun üstünə qoyub, məhkəmədə hökmü oxunan müqəssir kimi başını aşağı saldı və neyçinsə, yazı stolunun orta yeşiyində, lap dibdə, illərdən bəri göz bəbəyi kimi qoruyub saxladığı köhnə naqanı xatırladı. O naqanın bircə gülləsi vardı. Mark Georgiyeviçin son ümidi, son sığınacağı idi.
"Görəsən, dünyada akvarium balıqlarından yaxşı nə var?" Mark Georgiyeviç gülümsündü.

Marqo mətbəxdən qayıtdı. Hənirtisini eşidəndə gözlərimi açdım, elə bildim çay gətirib. Marqo əsnəyə-əsnəyə dedi:
- Qoymuşam dəm alsın.
Heç nə demədim. Gözlərim yumuldu.
- Yatma, niyə yatırsan?
Heç dəxli var? Niyə yatırsan? İstədim deyəm, izal ol başımdan, amma dodaqlarım aralananda başqa sözlər eşitdim:
- Çayı tünd elə. İki dənə şəkər sal, isti-isti ver içim. Marqonun sinəsindən gələn yuxulu səs:
- O da baş üstə!

Kirpiklərimi birtəhər aralayıb baxdım: yuxusuz gecənin ağırlığı, zənn etdim, kirpiyimin hər birindən qurğuşun damlası kimi sallanıb qalmışdı. Düz deyiblər ki, gözələ yuxudan qalxanda tamaşa elə. İxtiyar sahibi olsaydım, bütün qadınlara gecələr yatmağı qadağan edərdim. Səhər ayılıb, parusin şalvar kimi əzilib pırtlaşmış qadın sifəti görmək acqarına sirkə içmək kimi bir şeydi. Marqo ilə tanış olduğum o uzaq payız axşamını xatırladım.
Soyuq külək əsirdi, yaman soyuqdu. Ağaclarda bir dənə də yaşıl yarpaq qalmamışdı. Qəfü gəlmiş Bakı payızının zəhlətökən, küləkli, tozanaqlı axşamlarından biriydi: şəhərin gözəlliyi bu tozanağın içində əriyib yoxa çıxmışdı. Bakının payızı da birdən gəlir, yayı da, qışı da... Fənərlərin dəyirmi lampaları yellənirdi, uzun, gödək, enli, əyri-üyrü kölgələr asfaltda, səkilərdə sarmaşıq kimi sürüşüb axışırdı.
Evə qayıtmahydım, amma qatan yola salıb perrondan vağzalqabağı meydana çıxdığım dəqiqədən əllərimi plaşımın ciblərinə dürtüb bir yerdəcə quruyub qalmışdım. Harasa, kiməsə zəng vurmalıydım. Amma kimə və hara? Heç cür yadıma sala bilmirdim. Bu külək, bu zəhrimar tozanaq elə bil beynimi iflic eləyib qurutmuşdu. Nənəm buna deyərdi xərifləmə...
Sonra mən onu gördüm. On-on beş addım məndən aralıda, işığı keçirilmiş bağlı su budkasının yanında dayanıb mənə baxırdı. Bilmirəm niyə, amma onu görən kimi nə sənətin sahibi olduğunu o dəqiqə başa düşdüm. Və bir neçə anın içərisində bu on-on beş addımlıq məsafədən mən onun qadın bədəninin qızmar hərarətini hiss elədim. Dünyada böyük möcüzələr olmur, amma bəzi xoşbəxt adamların, daha doğrusu, xoşbəxt yox, qayğısız, laübalı adamların başına hərdən kiçik möcüzələr gəlir. Bu da o kiçik möcüzələrdən biriydi...
Marqo çayı gətirdi. Mən deyən kimi eləmişdi. Çay tünd idi, kəmşirin və isti idi. Bu cür dəmlənmiş çayla bir kişinin yox, on kişinin gecə yorğunluğunu canından çıxarmaq olardı. Özünə armudu stəkanda süzmüşdü. Çayımızı içib qurtarana kimi kəlmə kəsmədik.
Həmin o uzaq, küləkli-tozanaqlı payız axşamından sonra mənim subaylıq həyatımda balaca bir ulduz yanmışdı. Bu ulduzun işığı çox zəif idi, istisi isə bəlkə də heç yoxdu. Amma hər halda ulduz idi, özü də mənim ulduzum idi. (Xəstənin dodaqları yenə dartıldı, üst dodağı həm də yüngülcə əsdi: "Ulduz niyə, görəsən, ay Allah?" deyə fikirləşdi).
Tanışlığımızın ilk günlərində, gecəyarı, başını sinesinin üstünə qoyub mənə qəribə şeylər danışardı.
- Babamın qılıncı vardı, uzun, əyri qılıncdı. Babam deyərdi ki, min yaşı var bu qılıncın, daşa vursan iki bölünər. Nənəmin gümüş bazu-bəndi vardı, bazubəndin iki min yaşı vardı. O vaxtlar bizim kişilər evdə oturmazdılar, tez-tez davaya gedərdilər. Arvadlar, kişilər qayıdana kimi qara geyib, bazubənd taxıb yas saxlardılar. Hər evdə baraban olardı, iri dəyirmi. Elə ki kişilər davaya getdi, arvadlar bazubənd geyib, qara örtüb başlardılar barabanlara döyməyə, ta gecə yarıyacan... Nənəm danışardı ki, barabana döyməyən arvadı kişisi davadan qayıdanda öldürərmiş.
Mən soruşardım:
- Nənənin də barabanı vardı?
- Yox ey.., İki min il, üç min il bundan qabaq beləymiş.
...Çay məni diriltdi. Kirpiklərimdəki ağırlıq yox oldu, yorğunluğum yavaş-yavaş canımdan çıxmağa başladı: elə bil əzələlərimə dolmuş suyu çəkib sovurdular, əməlli yüngülləşdim. Çaydan sonra Marqo mənə on beş dəqiqə bundan qabaqkı kimi əzik-üzük və qoca görünmədi.
Bir dəfə ondan soruşmuşdum:
- Marqo, sənin millətin nədi? Çiyinlərini çəkib cavab vermişdi:
- Nə bilim...
- Allaha inanırsan?
- Yox.
Həyətə açılan ikigözlü pəncərədən baxanda mən həmişə paraşüt vışkasını görürdüm. O vaxt paraşüt vışkasının üstündə dirijabl vardı, o vaxt hələ Marqo yox idi, dirijablın üstündə səma, səmanın üstündə isə Allahın evi" vardı. Çünki nənəm səhərlər dua oxuyanda üzünü o tərəfə tuturdu. Soruşurdum, orda nə var, cavab verirdi ki, ora qiblədir. Mən elə bilirdim qiblə "Allahın evi" deməkdir.

Gecələr paraşüt vışkası görünmürdü. Damların üstündə, paraşüt vışkasının yerindəki dibsiz qaranlıqda, dirijablın dayandığı nöqtədə, hər tərəfdə ulduzlar sayrışırdı. Bakının noğul ulduzları.
Gecə tez-tez özü ilə külək gətirirdi. Əvvəlcə xışıltı ilə damların, səkilərin üstündə sürünən sərin meh, sonra güclənib qapı-pəncərəni yerindən oynadan xəzri. Mən nə qədər diqqətlə baxsaydım da, buludları görə bilmirdim: buna görə də mənə elə gəlirdi ki, ulduzları iki-bir, üç-bir söndürən Allahdır.

Hardasa oxumuşdum, ya eşitmişdim, amma bilmirəm nə vaxt: dirilikdəmi, ya ölülükdəmi - hər adamın bir yolu var, lap orta məktəbin hesab kitablarında olduğu kimi: "A" məntəqəsindən "B" məntəqəsinə gedən yol. Hamı özünün "A" məntəqəsindən çıxıb "B" məntəqəsinə gedir ve gedir ki, bəlkə baxıb görsün "B" məntəqəsindən sonra nə var, doğrudan da bəlkə elə bir şey var ki, nəinki hesab kitablarında, heç dünyanın ən müdrik kitablarında da bunun izahını, mənasmı tapmazsan. Mənə, ələlxüsus, Marqoya verdiyim adi suallara bəzən anlaşılmaz cavablar alandan sonra elə gəlirdi ki, Marqo və ona bənzəyən başqa qadınlar "B" məntəqəsindən çıxıb üzü bəri gəlirlər, gəlirlər kı, "A" - məntəqəsində bizi kimilərə balaca bir möcüzə bəxş eləsinlər, bir udumluq təzə hava versinlər, qollarımızdan yapışıb, qəddimizi düzəldib desinlər ki, vallah-billah günəşə baxmaq təhlükəli deyil, qorxmayın - siz kor deyilsiniz.
- Ay qız, ola bilməz, axı, adam hansı millətdən olduğunu bilməsin?
- Niyə olmur? A?

İlahi, Marqonun elə gözəlləşib adamın ağlını aldığı vaxtları olurdu ki, onunla bir yastığa baş qoyduğuna inanmırdın. Adama qıyqacı baxıb, buğdayı sifətindəki dibi görünməyən gözlərinin duruluğunu üstünə çiləyəndə, deyirdin tiyan altından çıxıb, ins-cins olmayan bir çəmənliyin şehində çimmisən və sənə hələ bir bəni-adam gözü sataşmayıb... Bəzən, o mənə baxanda, ya yanımda uzanıb başını sinəm üstə qoyub qayğısız-qayğısız yatanda, mən ürəyimin cızdağını çıxardan nəhayətsiz qüssənin səbəbini anlamadan, fikirləşirdim ki, nə yaxşı bu dünyanın Marqosu var, nə yaxşı dünyada belə dolu qadın dodaqları var, ümdəsi də, nə yaxşı indi mən tək deyiləm, çünki bu varlıq ola-ola mən indi tək qalsaydım, yəqin başıma hava gələrdi. Başına hava gələnlərin əksəriyyəti, bəlkə də hamısı "A" məntəqəsindən çıxıb "B" məntəqə-sinə yönələn, amma nə səbəbdənsə, Marqoya rast gəlməyən adamlardı.
...Xəstənin qulaqları səs eşitdi, uzaqdan, bir uğultu küləyin içərisindən. Zülfüqar kişinin səsi idi:
- A bala, bir yanın boş qoy...
Sonra Zülfüqar kişi gülümsündü, pırpız qaşları kirpiklərinə qarışdı və demisini tüstülədə-tüstülədə düz xəstənin gözlərinin içinə baxdı. Amma xəstə Zülfüqar kişi ilə öz arasındakı, qaranlığın zilindən yoğrulmuş səddi və Zülfüqar kişinin başı üzərindən sallanmış buzlaqları görmədi. Bərk-bərk gözlərini yumdu, özünü qaranlığa saldı ki, bəlkə daha heç bir şey görməyə və heç bir şey eşitməyə. Bir ürəyə bir an içərisində nə qədər xatirə yığışa bilər, axı!..

Bizim iri, işıqlı həyətimizdə təxminən mart ayının sonlarından başlayaraq həyat tamam dəyişir. Payızda, qışda yağış, qar yağıb kif və rütubət qoxuyan gölməçələr əmələ gətirəndə həyətimizi görməsən yaxşıdır. Elə xəfə, ürəksıxan, yüz il sandıqda qalmış qarı paltarı kimi yazıq görkəmi olur ki, yolun ordan düşəndə yan-yörənə baxmaqdan qorxursan. Əgər qulyabanı varsa, yəqin qış aylarında gəlib bizim həyətdə yaşayır... Amma elə ki, yaz başladı, yazıq-yazıq künc-bucağa sıxılmış ağaclar tumurcuqlandı, bizim upravdomun fəaliyyəti qazanda qaynayan su kimi aşıb-daşır. Orda-burda yığdıb qalmış paslı boru parçaları, köhnə vedrələr, məftil, taxta tullantısı yük maşınlarına doldurulub həyətdən çıxarılır, asfalt sulanır, stollar, skamyalar rənglənir, uzun sözün qısası, həyət upravdomumuzun özü dediyi kimi, dönüb olur "lyuks". Üst dodağının tən ortasında qara milçək tək yapışıb qalmış balaca dördkünc bığını şəhadət barmağı ilə sığallaya-sığallaya həyətdə elədən-elə, belədən-belə gedib, fəhlələrə, süpürgəçilərə pəhləvan kimi hayqıra-hayqıra göstərişlər verir: "Əlli tərpənin, yoxsa Allah haqqı, demaqoqların dilindən qurtara bilmərik. O taxtaları da vızıldat! Ay malades! Qurgen, stolun ayağına qırmızı vur, qoy olsun abstraktnı. Rəngə heyfin gəlməsin, hökumətindi. Qızxanım bacı, sənə də malades!"

Qızxanım bizim həyətin süpürgəçisidir. Mən bu binaya köçəndən, gör neçə ildir, onu hər gün səhər saat altıda bizim həyəti süpürüb-silən görürəm. Bizdə adətdir: gecə on ikidən sonra beşmərtəbəli binanın həyət balkonlarında qapılar növbə ilə açılır - həyətə külqabı boşaldan kim, gəmirilmiş sümüklər tullayan kim... Səhərə kimi həyətimiz olur nəhəng zibilxana. Qızxanım uzun saplı süpürgəsini işə salmamışdan qabaq başını qaldırıb, gözəgörünməzə fəryad eləyirmiş kimi, başlayır monoloquna: "Bu zamanada kişi qalmayıb, vallah! Gecələr işləri səhərəcən qucaquc, muçamuç! Kül olsun başınıza, kişi qoymusunuz adınızı. Ay balam, harda görünüb ki, zibili həyətə atasan? Görüm ana-bacınız mən düşən günə düşsün!" Birdən, sözünün şirin yerində Qız-xanım qəfdcə susur, əyilib zibil yığımının içində nəyəsə diqqətlə baxır. Bu "nə isə" görünür elə şeydir ki, onun adını heç Qızxanım dilinə gətirə bilmir. Dayamb əlini-əlinə vurur, üzünü cırır: "Vaxsey, vaxsey!.. Həya-abır, həya-abır! Kül qoyum gorbagor valideynlərinizin başına ki, sizə belə tərbiyə veriblər. Bu forum dünyaya gələn uşaqdan nə olacey, axı?"

Həyətdə heç kəs yoxdur. Altı tamamdan başlayıb yeddinin yarı-sınacan davam eləyən bu qada-qarğışı, hədə-qorxunu yəqin ki, ancaq mən eşidirəm. Marqo yanımda qalanda, bu binada hamıdan tez yuxudan oyanan mənəm. Hava yaxşı olanda balkona çıxıb oradan, beşinci mərtəbənin kəlləçarxından Qızxanıma salam da verirəm. Qızxanım səsimi eşidən kimi başını qaldırıb baxır, süpürgəsini nizə təki ucu yuxarı tutub, heç o bayaqkı sözləri dilinə gətirməmiş kimi, tamam ayrı ahənglə, ayrı səslə mənə deyir:
- Sənin sabahın xeyir, ay oğul... Bu gün maqazinə təzə ət gətirəcəklər, istəyirsən, bir kilo gətirim səninçün. Günorta yumurta da olacaq deyirlər, diyetiçiski.

Mən Qızxanımın yuxarıdan lap balaca görünən kök, yumru bədə ninə, özündən uzun süpürgəsinə, qara qaloşlarına baxa-baxa belə də qiqələrdə tamam ayrı şeylər düşünürəm. Çünki hələ yuxuluyam, ba yaqdan bəri Qızxanımın qarğışını, indi onun ət, yumurta haqqında de diklərini eşitsəm də, nə üçünsə bir şey deməyə söz tapmıram. Birdə hardansa ağlıma belə fikir gəlir: "Görəsən Qızxanıma bir milyon versən neylər?"

Qonşular danışırdılar ki, Qızxanımın tək oğlu müharibədən qayıtmayıb, amma arvad indiyə kimi əlillik kağızı olsa da, oğluna görə ona düşən pensiyanı almır. Deyir ki, mən oğlumun qan puluna özümə çörək alammaram. Altı uşaq doğmuş, trolleybusda konduktor işləyən qızı ilə bu həyətin aşağı başında, köhnə tikililərdəki birotaqlı evdə olur, al nəvəsinə həm nənəlik eləyir, həm də analıq...

Xəstə çoxdandı Qızxanımın səsini eşitmirdi. Çünki indi evdə bütün pəncərələri kip-kip bağlayırdılar. Çox-çox qabaq, həmin bu blokdakı birotaqlı mənzildən kiminsə boşaltdığı üçotaqlı mənzilə köçəndə və toy eləyib evinə gəlin gətirdiyi vaxtlar xəstə, günlərin birində evə qayıdanda blokun qabağında Qızxanımla rastlaşmışdı. Qızxanım onu təbrik eləyəndən sonra, xəstənin o vaxt, o dəqiqə unutduğu, indi isə birdən-birə yadma düşdüyü bu sözləri demişdi:
- Oğul, incimə... Amma Marqo da sənə yaman yaraşırdı. Heyf ona

O vaxt, bu sözlər deyilən vədə Bakıya yenə payız gəlmişdi, soyı idi. Qızxanım dama-dama yun şalını başına salıb uclarını boynun bərk-bərk düyünləmişdi, tez-tez burnunu çəkirdi. Bu da xəstən yadına düşdü. Marqonun adını Qızxanımın ağzından eşidəndə elə bil payızın soyuğu bu adı buz parçasına döndərib xəstənin boğazı tıxadı: hülqumundan aşağı nəsə soyuq bir şey axdı. Xəstə çiyinlərı çəkdi, başını tərpətdi, amma bilmədi nə desin. Heyf ona...

Xəstəni milis şöbəsinə çağıranda o hələ hər şeydən bixəbər idi. Cavan leytenantın kabinetində eşitdiyi sözlərdən əvvəl-əvvəl özü itirdi, leytenantın müəmmalı-müəmmalı və bir az da eyhamla gülümsədiyini görəndə lap pərt oldu. Məlum oldu ki, Marqo Bakının hansı mehmanxanasındasa, rayondan gəlmiş bir məsul işçinin nömrəsində tutulub. Cinayətin məğzini cavan leytenant, dünyaya gəldiyi günd ədəb-ərkan qaydalarının nə demək olduğunu başa düşmədiyi üçün çox açıq-saçıq izah elədi, hətta, üstəlik, bəzi təfərrüatları da sadaladı. Bu da məlum oldu ki, qanuna görə istintaq qurtarana kimi hər hansı
şəxs Marqonu zamına götürə bilər və Marqo heç kəsi olmadığı üçün onun adını verib.
- Mənim?
- Həri, sənin! - Leytenant güldü.
Sonra söhbət davam elədi, uzandı. Leytenant portfelini açıb iri bir termos çıxardı, iki qalın stəkana çay süzdü - otağa elə bil dəmir iyi doldu - qıraqları saralmış şəkər qırıqlarını qəzet parçasına yığıb onun qabağına qoydu. Çay içə-içə yenə danışdılar, leytenant bəzi məsələləri açdı, amma xəbərdarlıq elədi ki, bunları yaymaq olmaz və o başa düşdü ki, rayondan ezamiyyətə gələn adamlardan pul qırtmaq məqsədilə şəhərdə əməlli bir banda təşkil olunubmuş və bu bandanın - leytenant elə-belə də dedi: "bu bandanın ən fəal üzvlərindən də biri Marqo Filankəsovadı". Daha sonra leytenant qarşısında oturmuş, sifəti avazımış adamın məşhur qohumlannın adını çəkdi və ustalıqla bildirdi ki, bu səbəb olmasaydı, o belə söhbətə bu qədər vaxtını sərf eləməzdi. "Yaxşı döyül, qədeş, o boyda kişi var ortada". Vəziyyətdən çıxış yolu-nu da leytenant göstərdi.
- Hamımız cavanıq, - dedi, - cayıllıq eləmişik, eləyəcəyik də. Amma... bu zırıltı o zırıltıdan döyül.

Leytenantın iri, qonur gözləri, enli çiyinləri, ümumiyyətlə, çox cüssəli bədəni vardı. Nəfəs alanda burun pərələri hərdən o qədər böyüyürdü ki, deyirdin indicə ordan buxar çıxacaq və otaqda parovoz fiti eşidiləcək. Belələri, yəqin ki, qadın sarıdan korluq çəkmirlər.

O, leytenantın yanından axşam alatoranına çıxanda çox gedə bilmədi, milis idarəsinin arxa tərəfindəki küçənin xəlvət yerində, telefon budkalarının birinə girib, arxası qapıya sarı dayanıb ağladı. Çünki üçcə dəqiqə bundan qabaq, o, leytenantın verdiyi ağ kağıza bu sözləri yazmışdı: "Mən Filankəs Filankəsov Marqo Filənkəsova ilə tanış deyiləm". Yazıb, imza atmışdı.

***

Berqman zəngi çalıb, Zəminənin tələsik açdığı qapıdan içəri girəndə dərman iyini duymadı, amma mətbəxdən gələn qızardılmış ət iyi o dəqiqə burnuna doldu. Qoltuğunda karton qovluq vardı, onu nikelli asılqanın üstünə qoydu və Zəminə ilə salamlaşdı. Qadının əli soyuq idi, dəhliz isə isti - mətbəxdəki bişmişin buxarlı istisi dəhlizə yayılmışdı - Berqmanın gözləri acışdı. O da Zəminənin hər təzə gələnin ağzından min dəfə eşitdiyi bu sözləri dedi:
- Havanız yaman ağırdı.
- Havanı dəyişməyə qorxuruq.
- Niyə?
- Siz keçən dəfə dediniz ki, soyuqdan qoruyun... bronxları. - Zəminənin gözləri qıpqırmızı idi. - Nə bilim, vallah.
Berqman gülümsündü, gümüşü haşiyəli eynəyinin arxasında qar kimi ağ kirpikləri bir neçə dəfə qırpıldı.
- Məni düzgün başa düşməmisən, ay qız... Hava çox ağırdı, heç nəfəs almaq olmur, - dedi və boğazını arıtlayıb birbaşa xəstə yatan otağa keçmək istəyirdi ki, Zəminə onu saxladı: əlini arxasınca uzadıb, yüngülcə dirsəyinə toxundu.
- Əsəbləri heç yerində döyül, - dedi, - lap uşaq kimi olub.
- Məsələn?
- Dünən kənddən qovut göndərmişdilər, bəhməzə qatıb verdim ona. Bircə qaşıq yeyib ağladı.
- İştahı necə?
- İştahı pis döyül. Amma özü, belə birtəhər olub. Bir də görürsən heç nəyin üstündə gözləri yaşardı, ya uşaqları dannadı. Əsəbləri yaman pozulub, professor.

Berqman qadının qolundan tutdu.
- Hamısı keçib gedəcək. Qorxulu heç nə yoxdu... Hər halda, mən görmürəm. Bir də, mən hələ professor döyüləm, bəlkə bir otuz ildən sonra bəxtim gətirdi, onda oldum. Hələ ki, doktoram, - deyib yenə güldü və elə arxayınçılıqla güldü ki, Zəminənin təlaşı, nigarançılığı yox oldu. Qadm köksünü ötürüb rahat nəfəs aldı. "Bu camaat görəsən niyə evlənir?" - deyə Mark Georgiyeviç düşündü.
- Hardadı? - soruşdu.
- Böyük otaqda.

Onlar yemək otağına keçdilər. Xəstə, arvadının saçaqlı yun şalını çiyinlərinə sahb, kresloda, televizorun qabağında oturmuşdu: ekranda sinəsi ordenlərlə dolu bir kişi nəsə danışırdı. Berqman qapının astanasından ekranın göyümtül rəngini akvariumlarının suyuna bənzətdi. Addım səslərini eşidəndə xəstə geri döndü və Berqmanı görən kimi yerindən qalxmaq istədi, sifətinin əzələləri dartıldı, amma Berqman əlinin hərəkəti ilə onu tərpənməyə qoymadı, yaxına gəlib əl tutdu.
-Nu kak?

-Babatam, deyəsən. Daha axşam qızdırmam olmur. - Dediyinin oğrudan da həqiqət olduğunu bir daha təsdiq etmək niyyətilə, ümidlə avadının üzünə baxdı. Zəminə də başını tərpətdi.
- İki gündü yoxdu, - dedi. - Şükür. - Sonra ikiəlli kreslonun söykənəcəyindən ikiəli yapışıb bir az qabağa sürtdü, doktora oturmağı əklif elədi. Berqman kresloya əyləşdi, xəstənin arıq biləyindən yapışıb nəbzini tutdu və sol qolunu qaldırıb gözlərinə yaxınlaşdırıb, saatına baxa-baxa razılıqla dedi.
- Nu çto j!.. Taxikardiya da yoxdu. Zəminə:

- Doktor, bir stəkan çay, hə? - Qadının səsi elə gözəl çıxdı ki, Berqmanın ürəyi sıxıldı.
- Gözəl olar, - dedi, - o səfərki moruq mürəbbəsi də yanında, hə?
- Bəs necə! - Zəminənin gözlərinə gəlmiş işıqdan sifəti allaşdı, sevincək mətbəxə çay dalınca getdi. O, otaqdan çıxandan sonra Berqman xəstəyə bir-iki sual verdi: dərmanlan müntəzəm içib-içmədiyini soruşdu, stolun üstündən Zəminənin qoyduğu analiz kağızlarını götürüb bircə-bircə gözdən keçirdi, xəstənin cavablarını diqqətlə dinləyə-dinləyə yenə həmişəki qaydasında, xəstənin dəfələrlə görüb müşahidə elədiyi tərzdə - təmkinlə, razılıqla başını tərpədə-tərpədə onun sifətinə, uzun qızdırmadan sonra qaysaq bağlayıb tünd çəhrayı rəng almış dodaqlarına, lap axırda qıyılıb balacalanmış gözlərinə baxa-baxa fikirləşdi ki, ona ümid harayı ilə zillənmiş bu bir cüt gözün lap dibində közərib öləziyən qorxunun, təlaşın səbəbi nədir?
- Lap yaxşı. Antibiotikləri ixtisara salmaq olar. Madam ki, qızdırma yoxdu, deməli, olar. - Analiz kağızlarını stolun üstünə qoydu və neyçünsə yan-yörəsinə baxıb dedi: - Bir köynəyini qaldır görüm.

Xəstə ehmalca köynəyini qaldırdı, batıq qarnını, qabırğaları qabarmış köks qəfəsini utana-utana Berqmana göstərdi. Köynəyinin yaxasını açıb, maykasını yuxarı qaldıranda, bu adicə hərəkətdən cüzi gücə düşdüyündən alnına tər gəldi, qollarının boşalmış əzələləri əsdi. Berqman əlini xəstənin qarnına çəkdi, xırdaca tükləri sığalladı: ovcunda xoşagəlməz bir təmas duydu, elə bil əlini küçə itinə toxundurmuşdu. Sonra pencəyinin sol cibindən xəncər tiyəsi kimi parıldayan balaca çəkic çıxarıb, dəstəyi ilə xəstənin sinəsində xaça bənzər bir şey çəkdi: refleks demək olar ki, heç yoxdu.
- Belində ağrı olmur ki? - soruşanda xəstə onun nəyi nəzərdə tutduğunu başa düşüb tələsik cavab verdi:
- Yox, yox, olmur!
Berqman çəkici cibinə qoydu.
- Medisinadan başı çıxan adamı müalicə eləməkdən pis şey yoxdu,
- dedi. - Adam söz soruşmağa peşman olur. - Güldü, əlini ərkyanalıqla xəstənin çiyninə qoydu.
Xəstə də güldü, səsini Berqmanın danışıq tərzindəki səmimiliyə və ilıqlığa uyuşdurub dedi:
O qədər tibbi jurnal, broşura buraxırsınız ki, özümüz hər şeyi oxuyub öyrənirik.
- Mənnən asılı olsaydı, mən elə kitabların, jurnalların nəşrini ömürlük qadağan eləyərdim.
- Elə niyə?
- Çünki siz onnarı oxuyub olursuz savadlı, bizim isə əlavə ədəbiyyat oxumağa vaxtımız çatmır. - Xəstənin onu maraqla dinlədiyini görüb, təcrübəli və həssas həkim kimi başa düşdü ki, xəstə, bayaq onun gəlişi ilə əlaqədar keçirdiyi gərginlikdən, əsəbi ovqatdan ayrılıb, buna görə də söhbəti elə bu cür - yarızarafat, yarıciddi şəkildə apar-maq lazımdır. - Sizə gəlməmişdən qabaq Səlimə xanımgildəydim. Kstati, çoxlu salamı var sənə, Zəminəyə.
- Çox sağ olsun. - Xəstənin əməllicə eyni açılmışdı, gözlərindən asudəlik yağırdı.
- Hə, deməli, arvad hipertonik krizisin bütün simptomlarını bir-bir mənə saydı. İnandırıram səni ki, tibb institutunu qurtaran tələbə onun bildiyini bilməz. Bütün fikri-zikri qan təzyiqindədi, qapanıb içərisinə, ordan çıxa bilmir... Dərmanların adını, Moskvadakı məşhur nevopatoloqların adını, familiyasını, hansı klinikada işlədiyini, təzə müalicə üsullarını - heç mən çoxusunu, inandırıram səni, eşitməmişəm - nə deyim, arvadın bilmədiyi şey yoxdu, hansı dərmanı yazıram, qalın bir kitabı var, dərman ensiklopediyası, əvvəl-əvvəl onu açıb baxır, sonra deyir içmək olar, ya yox. - Berqman əlini əlinə vurdu, xəstənin güldüyünü görüb ona qoşuldu, sonra eynəyini çıxardı, şüşələri nəfəsiylə qızdırıb cib dəsmalıyla sildi və təzədən taxdı. - Zarafat bir yana,
- dedi, - gəlin siz ikiniz mən deyənə baxın.
- Nəyi deyirsiniz?

Berqman kresloda qurdalandı, ayaqlarını düzəldib qabağa uzatdı, bayaqdan stabilizatoru cızıldayan və nəsə göstərən televizorun ekranına baxıb, fikri tamam başqa yerdə olduğu üçün, heç bir şey görmədi və davam elədi:
- Bayaq Səlimə xanıma da dedim, indi də sənə deyirəm. - O qanrılıb geri, otağın bağlı qapısına baxdı: deyəsən, Zəminənin söhbətin bu yerində içəri girməsindən ehtiyat etdi. - Bu Kərimli məsələsini qurtarın getsin.
- Niyə? - Xəstənin gözləri genişləndi.
- O vaxt kim kimnən donos yazıb, kim kimi tutdurub, bunnarı bu gün qurdalamağın nə mənası, canım?
Xəstə, Berqmanın bu sözlərinə əvvəl təəccüb elədi: çünki onun, Berqmanın, söhbətin yönünü belə gözlənilmədən dəyişdiyinin səbəbini anlamadı. Həm də ona görə təəccüb elədi ki, uzun illərdən bəri -arada qırx-əlli il vardı və o zamanlar xəstə, balaca uşaq idi - bu iki ailənin, Səlimə xanımın və xəstənin ailəsinin həmdəm dostu, çətin günlərdə bəlkə də ən etibarlı dostu olan doktor Berqman həmişə bəzi incə əhvalatlardan söz düşəndə söhbətdən qaçırdı, zarafata salıb mətləbi yayındırırdı, yerindən qalxıb ağ kirpiklərini qırpa-qırpa otaqda narahat-narahat hərlənirdi. İndi doktor Berqmanın bu məsələdən söhbət salması doğrudan da təəccüblü idi. Çünki Mark Georgiyeviç Berqman Kərimlini də yaxşı tanıyırdı və Səlimə xanımın atasının o illərdə başına gələn müsibətdən də yaxşı xəbərdar idi. Və indi xəstə neyçinsə birdən-birə Mark Georgiyeviçin məclisdə-filanda bir az içib, yanaqları yeniyetmə kimi qızarandan sonra tez-tez dediyi sözləri xatırladı: "Mənim beləliyimə baxmayın! Əgər dünyada iki bic adam varsa, onlardan biri mənəm!" Bəlkə Mark Berqman bir şey eşidib, indi bu sözləri ilə sadəcə xəbərdarlıq eləyir?.. Ona da Kərimli deyərlər. Hadisələri qabaqlamaqda bu məmləkətdə elə ad çıxarıb ki, şeytana papış tikənlərin nəfəsini ömür-billah kəsib.

Xəstə, Bermanın ağ və uzun kirpiklərinə baxdı: otağın ortasında, tavandan sallanmış qədimi lüstr - Zəminənin cehizi idi - gümüşü haşiyəli eynəyin sağ şüşəsinin tən ortasında buğda boyda brilyant kimi əks edib adamın gözünü qamaşdırırdı... Berqman elə bil xəstənin nəyə diqqətlə baxdığını duydu və onu bu zövqdən məhrum etmək niyyətilə başını azca yana döndərdi: işıqdan qopmuş brilyant parçası elə işıq surəti ilə də şüşənin hamarlığından yox oldu.

Beləcə, bir müddət bir-birinin üzünə baxa-baxa oturub danışmadılar və xəstəyə elə gəldi ki, (Berqmanın ürəyi doludur, daha nəsə bilir, amma neyçinsə demək istəmir: doktorun sifətinin sərt ifadəsində indi tərəddüd də vardı - xəstə bunu açıq-aydın görürdü... Bir azdan Berqman dedi:
- Kim-kim, amma sən gərək mənə inanasan. - "Səni" xüsusi ayırdı və bir qədər uzatdı. - Sən, əzizim, indi gərək ancaq müalicənlə məşğul olasan. Başqa nə varsa, tulla getsin, heç nəyə fikir vermə. Hamı özü üçündü. Bunu mən deyirəm, ha? Can adama bir dəfə verilir. İki ömrümüz olsaydı, deyərdik ki, birini sərf eləyək ədalət uğrunda mübarizəyə, camaat da yığılıb bizə əl çalsın. Sürəkli alqışlar və hamı ayağa qalxır. - Berqman üz-gözünü turşutdu. - Yerunda vse eto na postnom masle! İkisi olsaydı əgər, - deyə o, təkrar elədi.

Xəstə də qapıya baxdı. Qapı bağlı idi. Zəminə gəlib bu söhbəti eşitsəydi, təbii, Berqmanın tərəfini saxlayacaqdı.
- Vallah, - dedi, - hərdən mənə elə gəlir ki, Allah bizə beş ömür versəydi də, sizin, Mark Georgiyeviç, dediyiniz ədalət uğrunda mübarizəyə bəs eləməzdi... Özü də, açığı, mən ədalət uğrunda mübarizə aparmaq fikrində də olmamışam. Mənim bir arzum var: mən istəyirəm ki, auditoriyaya girəndə beş-altı nəfər var tələbələrim arasında, heç olmasa, onların gözünə düz baxa bilim.
- Mənasız söhbətdi. - Mark Georgiyeviç əsəbiliklə boğazını arıtladı. - Mətləbə dəxli yoxdu. Mən doğrudan başa düşə bilmirəm səni. Bizim böyük məmləkətdə Kərimli kimiləri itinə tök, eh, saymaqla qurtarmaz. Olublar, vardılar, olacaqlar da!..

Qapı açıldı, Zəminə əlində podnos içəri girdi. Podnosu stolun üstünə qoydu, içində nə vardısa, iri çayniki, büllur vazdakı mürəbbəni, armudu stəkanları yerbəyer elədi. Sonra stəkanlara çay süzdü, birini Berqmanın, birini də ərinin qabağına qoydu. Özü divar boyu sıralanmış parusin çexollu nahar stullarından birini altına çəkib ərinin yanında, Berqmanla üzbəüz əyləşdi. Jurnal stolu alçaq olduğundan dizləri stolun qırağına dirəndi, tələsik, bir əlilə xalatının düymələrini yoxladı, o biri ilə ətəyini dartıb dizlərini örtdü. Berqman stəkanın qırağından tutub burnuna yaxınlaşdırdı və çayı iyləyə-iyləyə dedi:
- Bəh, bəh! Buna deyərəm çay. Əla! Vallah, nə qədər orda-burda çay içmişəm, amma Zəminə xanımın dəmlədiyi çaydan görməmişəm. Belə çayı gündə mənə versələr, ömrümdə xəstələnib eləmərəm.
Zəminə gülüb, əlini ərinin çiyninə qoydu.
- Bunu, bax, bu qabağınızda oturana deyin. Heç mənim qədrimi bilmir.
Xəstə də zarafata keçdi.
- Qədrini bilməsəydim, - dedi, - çoxdan boşamışdım.

O, Zəminənin məhz indi gəlməsinə şad idi, çünki, hardasa daxilində, Berqmanla söhbəti davam etdirmək istəmirdi. Neyçünsə qəti əmin idi ki, nə o, Berqmanı inandıra biləcəkdi, nə də Berqman onu. Deyəsən, elə Berqman da bu fikirdə idi: mürəbbə ilə rahat-rahat çayını içirdi və xəstə bayaqkı sözləri qulaqları ilə eşitməsəydi, indi doktorun sifətinə baxıb deyərdi ki, bu adam lap uşaqlıqdan tanıdığı həmin Mark Georgiyeviç Berqmandı - həyatında bəlkə də hər şeydən çox, yaxşı dəmlənmiş çayla mürəbbə üçün sino gedən dünyanın laqeyd və fağır bəndəsi. İndi bu bəndə, balaca nəlbəkidən moruq mürəbbəsini qaşıq-qaşıq götürüb ağzına qoyub, dodaqlarını marçıldada-marçıldada, ləzzət ala-ala çayı xırda qurtumlarla içməklə məşğul idi: xəstəyə elə gəldi ki, otaqda bomba partlasa da, Berqman stəkanı əlindən yerə qoyası deyil.
- Doktor, birin də, hə? - Zəminə soruşdu. Berqman gümüş qaşığın arxasını yalaya-yalaya:
- Mütləq, - dedi. - Belə şeyi soruşmazlar, qız! - Xəstəyə baxıb göz vurdu.

Zəminə qalxıb Berqmanın stəkanına təzədən çay süzdü, nəlbəkisini ağzına kimi mürəbbə ilə doldurdu. Sonra Berqman nəsə dedi və söhbət xəstə ilə Zəminənin düz iyirmi beş il bundan qabaq olmuş toyundan düşdü... İyirmi beş il!.. Üçü də bir vaxtda başını buladı, üçü də bu əhvalatın, toy mərasiminin, o xoşbəxt, qayğısız, musiqili, haylı-küylü axşamın iyirmi beş il bundan qabaq olmasına inanmaq istəmirdi, üçü də bu fıkirdə idi ki, belə nainsaflıq ola bilməz, çünki üçü də o məclisi ən xırda təfərrüatına qədər xatırlayırdı...
- Nə iyirmi beş il, ay qız? - Berqman yenə başını buladı, alnının tərini yaylığı ilə silib dodaqlarını büzdü. - Dünən, dünən! - dedi.

Və üçü də güldü... O toyda xəstənin rəhmətlik atasının yaxın dostu doktor Mark Georgiyeviç Berqman ən əziz qonaq kimi iştirak edirdi və məclisin qızışan vaxtında, camaat içib keflənəndən sonra o, tamadadan söz istəyib sağlıq söyləmişdi. Doktor Berqman təmiz Azərbaycan dilində danışmağa başlayanda məclisdə kim vardısa, ələlxüsus, "bəy"in kənddən gəlmiş qohumları heyranlıqla əl çalmışdılar. Xəstənin bu da yadında idi ki, Zülfüqar kişi üzünü ona, təzəbəyə tutub ucadan demişdi: "A bala, a bala, ayə, bu bizim dili tatar Temirdən yaxşı bilir!" Mahmud isə, Berqman sözünü qurtarıb əyləşəndən sonra ona yanaşıb, üzündən-gözündən öpüb bağrına basmışdı və xəstədən soruşmuşdu: "Bu, musurmandımı?"

Doktorla Zəminə o uzaq illərdə, yanvar ayının soyuğunda baş vermiş bir toy məclisində qaldılar, özü də könüllü və sevinə-sevinə qaldılar. Çünki hər ikisi o toy məclisindən razı idi, ordakı təntənə, uğultu, klarnet səsi onlan yormamışdı: biri hələ cavandı, təzə toy paltannda idi, ürəyinin döyüntüsünü dinləyə-dinləyə başını aşağı salıb sevgilisinin yanında oturmuşdu, o biri isə yaxşıca vurmuşdu və gözəl də sağlıq deyib, dönüb olmuşdu qəhrəman kimi bir şey, indi hamı uzaqdan-uzağa badəsini qaldırıb onun şərəfinə içirdi və o bu gözəl, şad-xürrəmlik içərisində üzən məclisin qayğısız dəqiqələrini imkan daxilində uzat-maq, bəlkə də nəhayətsizləşdirmək istəyirdi, çünki bu dumanlı, meyxoş aləmdən öz evinə, tənhalıq yuvasına qayıtmaq istəmirdi - başqasının səadətindən bir tikə qopanb, dilənçi payı olsa da, öz həyatma qatmaq arzusunda idi. Xəstə isə Zülfüqar kişini, onun doktor Berqman barədə dediyi sözləri xatırlayıb, təzə gəlinin ətir qoxuyan bədənindən, qız ürə-yinin nigaran çırpıntısından, sağhqlardan, mərəkədən ayrıldı, pırpız qaşlı, pəhləvan cüssəli bir adamın tilsiminə düşdü, fıkirləri, qırıq-qırıq sözləri, parça-parça dağ, dərə, meşə mənzərələrini beynində hərlən-dirib, gəlib nəhəng bir çayın qırağına çıxdı. Çömbəlib, köpüklü sudan ovuc-ovuc götürüb üzünə, boynuna axıtdı: sərin suyun bakirəliyi və bir də bu sulann, dağlann, ormanlann üzərindəki səmanın təsəwüredilməz maviliyi qanına hopdu, ciyərlərinə doldu. O, tək qalmaq istədi, tək-tənha. Ona elə gəldi ki, indi tək qala bilsəydi, yəni belə bir möcüzə baş versəydi əgər, o bəlkə də kilidli qapılardan indi ona lazım olanını aça biləcəkdi və bununla da çox-çox suallann cavabını tapacaqdı... İnsanın əlindən hər şeyi almaq mümkündür, amma tənhalıq hüququnu onun əlindən alanda o, əksər hallarda qəfəsə düşmüş quş kimi çapalayıb qalır: çünki səmanı görür, havanı duyur və sevinib, qanad çalıb uçmaq istəyir, amma nə illah eləyirsə, qəfəsin darlığından qurtula bilmir. Çünki yalnız qəfəsin dəmir millərini görə bilmir. Eşq olsun min-min illər bundan qabaq dəmir milləri icad etmiş naməlum ustada!

Xəstə nənəsini xatırladı. Bu xatirə, kilidli qapıların arxasında öz növbəsini gözləyən xatirələrdən deyildi, bu sahilə yaxın burulğanın köpüyü üzdə olduğu kimi, məhz üzdə olan, işığı heç vaxt sönməyən, dəqiqliyi korşalmayan xatirələrdəndi. Bu xatirə, beşmərtəbənin uzun pilləkənlərini hıqqana-hıqqana qalxıb təngnəfəs olmuş, qapının açarını tapmadığından deyinib, şəhərləri salan, çoxmərtəbəli binaları tikən adamları ürəyi boşalana kimi söyən, tək qızını itirmiş bir qoca arvadın - ona qan demək olmazdı, hər halda, xəstə özü heç bir vaxt onu qarıya bənzədə bilmirdi - elə bil dünən olmuş adicə günlərindən biri idi. "Ay başınıza dönüm! Hamıya payok verirlər, amma bizim əfələ heç nə vermirlər!" Əfəl, xəstənin atası idi. Onların yaşadığı binada müharibə vaxtı hamı payok alırdı, bir xəstənin atasından savayı. Xəstənin atası səhər alatoranda işə gedərdi və o zamanlar balaca, sısqa uşaq olan xəstə, hərdən ayılıb çarpayısı üstə dizüstə oturub, gözlərini ovuşdura-ovuşdura pəncərədən eşiyə baxırdı və boz, yarıqaranlıq şəhərin üzərində qalın yorğan kimi qərar tutmuş qara buludları görəndə başa düşə bilmirdi ki, adamlar niyə bu vaxt işə getməlidirlər və niyə istədikləri qədər yatmamalıdırlar. Nənəsi, nəhayət, açarı tapırdı, məlum olurdu ki, açar, günlər görüb, qocalıb saralmış meşin çantanın lap dibində, yarıçürük kartofun altında qalıbmış. Küçə qapısı açılanda, cəftələri elə çırıldayıb taqqıltı qoparırdı ki, uşaq, kinoda gördüyü tankların səsini xatırlayırdı. Küçənin soyuğundan nisbətən isti evə girib, nənəsi əvvəl-əvvəl bir salavat çevirirdi, sonra sinəsi xışıldaya-xışıldaya mətbəxə yönəlirdi, çox vaxt mətbəxə getməmişdən qabaq yataq otağına burulurdu, nəvəsinə baş çəkirdi, üstünü yoxlayırdı, yoğun bədənini birtəhər əyib, gözünün ağı-qarası bircə nəvəsinin üzündən öpüb, "yat, ay yetim, yat" deyirdi... Nənəsi hamıdan tez qalxırdı, xəstənin atasından da tez, su qaynadırdı, mətbəxdəki nöyüt pilətəsilə əlləşə-əlləşə hey deyinirdi. Çünki hələ müharibədən çox-çox qabaq, Kömürçü meydanında bir şikəst alverçidən alınmış bu "Sankt-Peterburq" pilətəsi - o pilətə indiyə kimi xəstənin Şüvəlandakı bağında, evin altındakı zirzəminin bir küncdə qalır -Bakının nöyütü ilə işləmək istəmirdi.

"Bəxtəvərlərin pilətəsi də adam balası kimi yanır, bizimki andıra qalmış, göz dağıdı ki, boynumuza düşüb!.." "Ay nənə, sən niyə həmişə qışqıra-qışqıra danışırsan? Olmaz ki, qışqırmayasan?" "Ay yetim, qışqırmayım, bəs neyləyim?" Arvad nəvəsini qucaqlayıb bağrına basırdı, isti nəfəsini üzünə verirdi, saçlarını sığallayırdı, üzündən-gözündən öpüb, elə gözəl, elə şirin sözlər deyirdi ki, o uzaq illərin balaca, qan azlığından rəngi-rufu saralmış sısqa uşağın ürəyinə dünyanın böyük bir sevinci dolurdu: indi ələgəlməz olmuş bu sevincdə nənəsinin paltarından, başındakı şalından gələn nöyüt iyi də vardı.

Əgər insan istədiyi vaxt tək qala bilsəydi, yəqin ömrünü uzadacaq o qədər şeylər eləyərdi ki!.. Məsəlçin, maşına minib, lap gecəyarısı özünü Bakının otuz-qırx kilometrliyində yerləşən, hasarlan uçuq bağın havası ağır, darısqal zirzəmisinə salardı, şam yandırıb, heç kəsə lazım olmayan qədimi bir pilətənin yanında oturub başını dizləri üstə qoyardı və bəlkə də elə bu şam işığının möcüzəsi hesabına zirzəminin taxtaları çürümüş qapısını açıb içəri bir arvad girərdi, pilətənin yanında oturmuş çalsaçlı kişinin başını sığallaya-sığallaya ikicə-üçcə kəlmə deyərdi: "Dur, ay yetim, dur, yıxıl yat!" Yuxuda yox, qızdırma içərisində yox, dünyada nə varsa, qaranlıq nənnisində yırğalayan gecənin təmiz və pak vədəsində bu sözləri eşitmək üçün yalnız gərək tək qala biləsən. Amma o vaxt, hələ nənəsi sağ olanda, atası işdən gecə qayıdanda, Bakının o köhnə, tavanı hündür evində yaşayan balaca uşaq tək qalmaqdan qorxurdu. O vaxt bəlkə də heç kəs tək qalmaq istəmirdi, çünki o vaxt müharibə gedirdi və o vaxtın bütün gündüzləri və bütün gecələri soyuq olurdu, küləkli olurdu: müharibə illərinin yazı, yayı xəstənin yadına gəlmirdi. Müharibə illərində qar da indikindən çox yağırdı... Amma o illərin qara çörəyinin, bir də acı çayının dadı indiyə kimi xəstənin damağında qalmışdı.

Xəstə bayaq, iki-üç dəqiqə bundan qabaq, arvadı ona mürəbbə qoymaq istəyəndə demişdi ki, çox şirin yeyəndə ürəyim bulanır. Berqman təəccüblə ona baxıb:
- Əksinə, şirin şey yemək lazımdı, - demişdi. - Hemoqlobini də normaya salsaq, işlərimiz olar lap əntiqə!..
O vaxt, həmin o tavanı hündür binada yaşayanlardan "payok" alanların bəziləri hərdən nənəsinə "qonşu payı" göndərirdiler. Nazik dəmirdən dəyirmi qablardakı sarı, qırmızı, yaşıl mampasılar həm şirin olurdu, həm də turşməzə. Nənəsi bu mampasılardan yemirdi, qabın içindəkini bircə-bircə sayıb, iki yerə bölürdü, çox hissəsini xəstənin atasına saxlayırdı. "O cür ki, o əfəl yazıq işləyir, qoy canına qüvvət olsun!" Özü isə həmişə şəkər tozundan bişirdiyi sarımtıl qənddən yeyirdi: alüminium krujkada buğlanan çayın rəngi az-maz sarıya çalırdı, dili-dodağı yana-yana bu çaydan içib, tez-tez də ovcunu yalayırdı. Çünki bayaq həmin o sarımtıl qəndin xırdaca tikəsini bir müddət ovcunda saxlamışdı, indi bu qənd parçasının ovcunda qalmış şirininə də heyfi gələrdi. "Malım batınca, canım batsın!" - gülürdü. İki ayda, üç ayda bir dəfə, onlardan ikimərtəbə aşağıda yaşayan Nəmənəyovsa elə bir "qonşu payı" göndərirdi ki, nənəsinin sevindiyindən gözlərinə işıq gəlirdi. Bu "qonşu payı"ın səhər tezdən bazara çıxarıb bir buxanka ağ çörəyə dəyişdirərdi. Xəstənin atası nə araq içərdi, nə də konyak. Sonralar, çox-çox sonralar, xəstə nənəsini basdırandan sonra, ata ilə oğul üzbəüz oturub uzun yay axşamlarında çənə söhbəti eləyəndə, atası danışardı ki, əvvəllər araq da içərmiş, pivə də. İçkini müharibədən qabaq bəzi əhvalatların şahidi olandan sonra tərgitmişdi.

Qonum-qonşu, simsar adamlar bir-birilərinə danışırdılar ki, orda, azadlıqda içki içməyə, papiros çəkməyə adət edənlərin aqibəti çox pis olur. Guya ki, yarım stəkan arağın üstündə adamı qanına qəltan eləyirlər... O işıqlı yay axşamlarının şirin söhbətlərindən az-çox yadında qalanı atasının kömür kimi qaralmış sifəti idi. Atası həmişə müharibədən qabaqkı əhvalatları xatırlayanda kömür kimi qaralırdı, səsi də kökdən düşmüş sim təki ağırlaşıb kallaşırdı: "Tfu sənin hərçi-pətərinə, belə dünya!.." Dünyanın və hərçi-pətərin, bunlardan savayı çox-çox başqa şeylərin nə demək olduğunu o qayğısız yay axşamlarında atasına diqqətlə qulaq asan oğlan uşağı hələ bilmirdi. Bildiyi bəlkə də bu idi ki, ondan və onun atasından uzaqlarda dünya adlanan bir şey var -dünya sözü oğlan uşağının təsəvvüründə bağlarındakı quyuya bənzəyirdi - bu dünyaya düşənlər bir də geri qayıtmırlar, hərçi-pətər deyilən yerdə ilişib, ömürlük orada qalırlar... O vaxtlar gecə evlərdə elektrik lampalarının işığı, cərəyan azaldığına görə tez-tez öləziyib zəifləyirdi: gur ağ işıq birdən-birə qırmızılaşırdı və bu qırmızı işığın içində, gicgahları, bığı-saqqalı vaxtından tez çallaşmış kişinin sifətindəki kömür qaralığı eşikdəki qaranlığın çəkisinə bənzəyirdi. O ağır, hüznlü qaranlıqdan elə bil parça ayrılıb, pəncərənin şüşəsini yarıb, atasının sifətinə qonurdu, dərisinə hopurdu. "Tfu sənin hərçi-pətərinə, belə dünya!"

...Mark Georgiyeviç Zəminə ilə şirin söhbətdə idi və deyəsən nəsə uşaqlar barədə soruşurdu. Mark Georgiyeviçin ağzından çıxan sözləri, onlar üzbəüz otursalar da, xəstə uzaqdan eşidirdi, elə bil bu sözlər bu qısa məsafənin hansı nöqtəsindəsə ləngiyirdi. Və bir də bu sözlərin axarı, neyçinsə, xəstənin haçansa eşitdiyi və indi xatırladığı, illərin ortasında ilişib ləngiyən başqa sözlerin axarına qatışırdı. "Cəllad oğlu
cəllad, qırdı tökdü məmləkəti!" Nənəsinin o biri otaqdan təlaşlı səsi gəlirdi: "Vaxsey, genə söydülər!" Yazıq arvad neyləsin, son vaxtlar, "cəllad oğlu cəllad"ı söyənlər çörəksiz qalırdı...

***

Dünyada ən çox qorxduğum şey - ələlxüsus indi - gecənin telefon zəngidir. Çünki axır vaxtlar, vallah, bir xeyir sözə, şad xəbərə həsrət qalmışam. İnanan inansın, inanmayan inanmasın!
Mark Georgiyeviç gedəndən xeyli sonra, uşaqlar qonşudan, Xırda-bacıgildən gəlib şirin çayla pendir-çörəklərini yeyib yatışandan sonra, mən arvadağanın icazəsini alıb, ləzzətlə bir siqaret çəkdim. Sonra bir stəkan kəmşirin çay içdim, amma siqaretin ləzzətini vermədi. Daha sonra arvad mətbəxdə qab-qacağı yuyub otağa qayıtdı, bufetin üstün-dən termometri götürüb dinməz-söyləməz mənə verdi. Mən də din-məz-söyləməz termometri qoltuğuma qoydum. Düz üç dəqiqə arvadla üzbəüz oturub intizarla bir-birimizin üzünə baxdıq və bu müddət ərzində birdən mənə elə gəldi ki, arvad rahat nəfəs almağa da qorxur. Üç dəqiqə ötəndən sonra mən termometri çıxarıb, bayaqkı kimi dinməz-söyləməz arvada uzatdım. Çünki arvad məni termometrə baxmağa qoymurdu, deyirdi ki, sənin əlin ağırdır. Termometri götürüb, gözlərini azca qıyıb baxdı və:
- Şükür! - dedi. - Otuz altı yeddi.
Bu sözləri elə dedi ki, mənim özümə yazığım gəldi: guya qızdırmam otuz altı yox, otuz yeddi olsaydı, ayaqlarımı uzadıb çənə atacaqdım.

Küncdəki qədimi saat - bu da arvadın cehizi idi - gecə saat birin yarısını vuranda telefonumuzdan elə bir qəfil zəng qopdu ki, ürəyim yerindən oynadı. Arvad nə qədər məni qorusa da, nə qədər qeydimə qalsa da, özü dəstəyi götürməyə cürət etmədi. Mən əlimi uzadıb dəstəyi götürən kimi Mark Georgiyeviçin təngnəfəs səsini eşitdim.
- Bayaq yadımdan çıxdı deyim sənə. Dəhlizdə asılqanın üstündə qovluq qoymuşam, Səlimə xanım göndərib. Deyəsən, atasının gündəliyidi. Xudahafız. Gecən xeyrə qalsın.
Vəssalam.
- Kimiydi, ay kişi?! Mən əlimi yellədim.
- Əşşi, Mark Georgiyeviç!.. Rəhmətlik oğlu, ürəyimizi saldı. - Mən əlimi dəhlizə san uzatdım. - Orda qovluq qoyub, onu ver mənə.
Arvad yerindən qalxıb həvəssiz-həvəssiz qapıya yönələndə onu saxladım:
- Sən ölənlərinin goru, bir rumka da konyak ver.
Arvad tərs-tərs mənə baxdı, amma bir söz demədi, qovluğu gətir-məmişdən qabaq, bufetin şüşəli qapısını açıb ordakı erməni konyakından bir qədəh süzüb mənə verdi. Mən konyakı birnəfəsə başıma çəkdim.

***

Günəş, sıldırımlı buzlaqların üzərində çətir kimi açılmış göy qübbəsinin tən ortasında nəhəngdən də nəhəng olan bir sarı ləkə kimi dayanıb durmuşdu. Bu nəhəng san ləkənin qəribə də sarı işığı vardı: bu işığın ağırlığından daş-qaya inildəyirdi və bu işıq buz kimi soyuq idi. Buzlaqların ağlığına sarı bir rəng hopmuşdu. Bu dünyada heç kəsin xəbəri yox idi ki, üfüqlərə qədər uzanan buzlaqların daşını, kəsəyini bu sarı günəşin ahı qurutmuşdu. Neçə-neçə sənələr bundan qabaq günəş elə bir ah çəkmişdi ki, dünyanın suları yoxa çıxmışdı, yarpaqları qurumuşdu, kor bir aşıq əllərini saçına-saqqalına aparıb, içinə dolan soyuqla bərabər hiss eləmişdi ki, saçında-saqqalında bir dənə də qara tükü qalmayıb. Ağlamışdı. Gözlərindən yaş əvəzinə damla-damla buz parçaları tökülmüşdü. Ağzını açıb dünyanın sonuncu bayatısını demişdi və bu sonuncu bayatının sözləri havada buza dönüb, cingilti sala-sala, adamı bürümüş sarılığın içərisində bir fəryad qoparmışdı: Baba Kaha, ədalətini bəndələrinin üstündən əsirgəmə!
- Sizin kökünüz kəsilsin, ay ikiayaqlı bəndələr!

Baba Kahanın qaranlıqdan başlayıb qaranlığa gedən, dünyanın bütün rənglərini - ağını, qırmızısını, yaşılını lap elə həndəvərində əridib zülmət qaraya çevirən oyumundan hənirti eşidilirdi. Bu oyumun bir ucu məğribdəydi, bir ucu məşriqdə: bu oyum dünyanın ortasından keçirdi. Baba Kahanın hənirtisindən milyon-milyon işıq illəri mənzilində yerləşən nəhəng ulduzların şöləsi ilğım kimi sayrışırdı, gözü yolda qalanların ümidini qırıb, birini mərd edirdi, o birini namərd. Baba Kahanın dibsizliyində bir külək yatağından baş qaldırırdı, məğribdə başlayan hənirtisindən məşriqdə tufan qopurdu: köklü-budaqlı ağacları kökündən qoparırdı, dünyanı barmağına dolayıb sapand kimi oynadanların bağrı çatlayırdı, canı ağzından çıxanların gözlərinə ümid gəlirdi... Bu boğanaqlı xəbərdarlıq, bu fəlakətli uğultu yatağından baş qaldırıb, həmləyə hazırlaşan küləyin hələ adicə hənirtisi idi.
Dərd də azar kimi gələndə batmanla gəlir, bacım!
Hökmdarın üstünə iki yorğan salmışdılar, amma hökmdarın qızdırmalı titrəməsi kəsilmirdi. Xacə Ənvər enli taxtın ayaq tərəfində it kimi büzüşüb kilim üstündə yatırdı. Xacə Ənvər yuxuda çolpa yeyirdi. Əgər hökmdar bundan xəbər tutsaydı, yəni vəfalı nökərinin yuxuda çolpa yeməsindən agah olsaydı, yəqin onun başını bədənindən ayırardı. Çünki iki gün idi ki, hökmdar bir qismət çörəyə həsrət qalmışdı: boğazından tikə keçmirdi. Bu azar hardan tapdı onu görəsən, ilahi?.. Qalanı almayınca, hirsini söndürməyincə, məmləkətdən uzaqda, çöl-biyabanın ortasında qara qızdırmadan it kimi gəbərib ölsə - bu, xudavəndi-aləmə ağır getməzmi? O, böyük bir məmləkətin böyük hökmdarı, axı, kimə nə pislik eləyib? Tanrı heç belə ədalətsiz əmələ yol verərmi?.. Hökmdar tez-tez qızdırmadan və zəiflikdən təntiyib, ağır, laxtalanmış nəfəsini ciyərində, boğazında güclə hərlədə-hərlədə gözlərini açıb, düz ortasına səliqə ilə yonulub hamarlanmış dirək dirənmiş çadırın üçkünc banına baxırdı: çadırın girintili-çıxıntılı tavanı və ortasındakı bu üçkünc banı qızdırmanın toru içərisindən göy qübbəsini andırırdı. Hökmdarın bir yerinə elə bil yanar kösöv soxmuşdular - içəridəki odu içini-içalatını yandırırdı, amma hökmdarın alnı bumbuz idi: o, arıq əlini hərdən yorğanın altından çıxarıb alnına qoyurdu, alnındakı soyuqluq ovcuna, barmaqlarının ucuna, ordan da bütün bədəninə yayılırdı, damarlarında pıqqapıqla qaynayan qan bir qədər sakitləşirdi. Belə dəqiqələrdə hökmdar öz-özünə, hardasa lap içərisində bir ləzzətli "oxqay" deyirdi. Əslində, hökmdan indi təntidən, əndazədən çıxardan yalnız bu qızdırma deyildi, nəsə tamam başqa bir şey idi ki, bunun nə demək olduğunu hökmdar başa düşə bilmirdi... O, yenə gözlərini açdı, xacə Ənvərin hənirtisinə neçənci dəfə idi ki, qulaq verdi və dedi:
- Ənvər, ay gədə!
Xacə Ənvərin qulaqları tərpəndi, büzüşüb yatdığı yerdən dik atılıb kök, lırt bədənini kilimin üstündən qaldırdı.
- Nədi, dərdi-bəlan mənə gəlsin?
Bu, günün, ilin həmin o vədəsi idi ki, şahidlər olmadığına görə, hökmdar nökərini adıyla çağırırdı, zəhmli baxışı ilə yox, nökər isə öz hökmdarına peyğəmbər buyurduğu kimi "adil hökmdar" demirdi, ana balasına müraciət edən təki, çox adi və şirin sözlər deyirdi:
- Nədi, başına dönüm, nədi?
Xacə Ənvər taxtın baş tərəfınə yaxınlaşıb, gözlərini qıyıb, hökmdarın qurumuş heyva çürüsünü andıran sifətinə baxdı: ona zillənmiş xırda gözlərin dibində parıldaşan qığılcımları görüb sevindi... Xacə Ənvərin yuxulu beyninə və şirin, çolpalı yuxudan sonra ağırlaşmış bədəninə rahatlıq yayıldı: bayaq, hələ şər qarışmamış, tutqun ay sarımtıl üfüqün üzərində sallanıb durduğu vaxt, düşərgəni lərzəyə salmış acı xəbər - hökmdarın xəstələnməsi xəbəri bəlkə də hamıdan çox xacə Ənvəri sarsıtmışdı. O, hövlnak özünü çadıra salanda və hökmdarın vəzir-vəkilin, sərkərdə-sərbazın əhatəsində taxtda uzanıb inildədiyini görəndə az qalmışdı bağrı çatlasın. Ürəyində ancaq bunu deyə bilmişdi: "Ya xudavəndi-aləm, əgər onun canını alacaqsansa, əvvəl-əvvəl mənimkini al!"

...Bayaq hökmdarın gözləri başı kəsilmiş qoyun gözləri kimi cansız və soyuq idi, bayaq hələ şər qarışmamış, ölüm əlini hökmdarın alnına qoymuşdu və hökmdarın iri çadırında ölümün soyuğunu bayaq bəlkə də yalnız xacə Ənvər açıq-aşkar hiss eləmişdi. İndi, hökmdarın gözlərində qaynayıb-parıldaşan zəhrimar qığılcımlarını görəndə başa düşdü ki, bu başı-bəlalı dünyada ölüm də öz istədiyini hər vaxt eləyə bilmir, ölümlə əlbəyaxada onun, xacə Ənvərin və bir də, böyük bir məmləkətin hökmdarı yenə qalib çıxmışdı...
- Başına dönüm, bəlkə çay qızdırım? - Xacə Ənvər aşağı əyilib dəyirmi dolu dodaqlarını hökmdarın alnına yapışdırdı. - Qızdırman düşüb, - dedi. - Peyğəmbərin cəddinə qurban olum, şükür verən gü-nünə, ya xudavəndi-adam!

Xacə Ənvər qəddini düzəldib əllərini göyə qaldırdı. Hökmdar gözlərini açdı.
- Yox, - dedi, - çay istəmirəm. Heç nə istəmirəm. - Qısaca sükut-dan sonra: - Hardasa bir uğultulu külək əsir, gədə! Bu nə sirri-xudadı, hə?.. Bəlkə rəmmalı çağıraq!

Xacə Ənvər yan-yörəsinə boylandı, küncdə yazıq-yazıq alovlanan çırağın zəif şöləsində xalça-palazın üstünə düşmüş kölgələrə narahatçılıqla baxdı.
- Halsızhqdandı, ağrın canıma. Külək-zad əsmir, - dedi və bədəninə dolan üşütmədən dərisində gizilti gəzdi. - Sənə belə gəlir. - O, hökmdarın açıq gözlərinə baxa-baxa davam elədi: - Səhər, inşallah, isti madyan südü verəcəm sənə, olacaqsan anadangəlmə.
Hökmdar gözlərini yumdu, xacə Ənvərə elə gəldi ki, o, razılıq nişanəsi olaraq, hətta başını da yastığın üstündə yüngülcə tərpətdi. Hökmdar, gözləri yumulu halda, kəsik-kəsik nəfəs ala-ala dedi:
- Yox, Ənvər, yox... Əsir. Uzaqda, ey, bilmirəm hansı cəhənnəmdə. Əsir, Ənvər, əsir. Bir uğultulu küləkdi, bu səmtə gəlir. - Yenə gözlərini açdı.
Xacə Ənvər hökmdarın baxışlarında kövrək bir ümidsizlik gördü. - Kaş qalanı alaq, onnan sonra nə olur olsun. Hər halda, Allah buyuran məsləhətdir! - Hökmdar ah çəkdi.
- Allaha da qurban olum, onun buyruğuna da! Sən ürəyini buz kimi saxla. Göydə Allahdı, yerdə sən. Allahın buyruğu sənin buyruğun deməkdir... Çalış yat. Çalış, gözünə yuxu getsin. Cəmi azarların dərmanı yuxudu.
Bu sözlərdən sonra hökmdar daha gözlərini açmadı, balaca, üçkünc çənəsi neyçinsə əsim-əsim əsdi.
- Qalanı almaq lazımdı, Ənvər. Mən məmləkətə tülkü kimi dönə bilmərəm. Mən peyğəmbərin hüzurunda bədnam ola bilmərəm.
Sonra hökmdar tərlədi. Qırış alnına puçur-puçur su gəldi, damlalara dönüb üzünə-gözünə axdı. Xacə Ənvər dəsmal götürüb hökmdarın sifətini quruladı, quru dəsmal tezliklə islanıb nəmləndi, ancaq bu nəmlikdə sərinlik yoxdu, bu nəmlikdə isti vardı: hökmdarın içərisindəki qızdırma tərlə eşiyə çıxırdı. Xacə Ənvərin şadlığından gözləri yaşardı. O, salavat çevirdi, hökmdarın tərləyəndən sonra yüngülləşib mürgüyə getdiyini və rahat nəfəs aldığını görüb, özü də ciyər dolusu köksünü ötürdü, yaşarmış gözlərini əlinin arxasıyla silib bir-iki addım geri atdı, bayaq yatdığı yerdə, kilimin üstündə bardaş qurub əyləşdi. Hökmdarın tərini sildiyi mələfəni dizləri üstünə qoyub, başmı yorğun-yorğun sinəsi üstə əyəndə gözlərinə sataşan şeydən bütün bədənini qorxu qarışıq heyrət bürüdü: bayaq nəm və ilıq olan mələfənin zərif tükləri arasında xırdaca buz parçaları vardı, şüşə qırıntılan kimi par-par parıldayırdı. Xacə Ənvər əvvəl elə bildi ki, bunlar, elə əslində, şüşə qrıntılarıdı. Əlini uzadıb, ehtiyatla birini götürəndə buz parçası barmaqları arasında əriyib suya döndü və həmin anda da xacə Ənvər uzaqdan, lap uzaqdan uğultulu bir küləyin səsini eşitdi - elə bil hardasa meşə tərəfdə səsi batmış qoca bir canavar uladı - o, çapalayan ürəyinin, qulaqlarında boğuq əks-səda verən çırpıntısını dinləyə-dinləyə başını qaldırıb şirin mürgüdə olan hökmdarın sifətinə baxdı: hökmdarın alnı buz bağlamışdı, bu buz parçası çadırın küncündə yanan çırağın işığını əks edib, xacə Ənvərin gözlərinə salırdı və əks olunan bu işıqla xacə Ənvərin gözlərindən içərisinə soyuq axmağa başladı, ayaqları, qarnı, hülqumuna kimi bütün bədəni soyuqla doldu. Xacə Ənvər qımıldanmadan, cınqırını çıxarmadan ürəyində fəryadlı bir səda qopardı: "Ulu tanrı, ey göyləri, yerləri yaradan, ya bu gecənin sahibi, sən mənim ömrümdən kəsib mənim hökmdarımın ömrünə cala. Əgər onun canını alacaqsansa, əvvəl mənim canımı al. Məni cəhənnəmə salacaqsansa, onu cənnətlik elə!" Sonra yenə başını yavaş-yavaş sinəsi üstə əyib, səssiz-səssiz ağladı.
Eşikdə dan sökülürdü, qırmızı bir rəng çadıra axırdı.

***

Arvad qolumdan tutub silkələdi, gözlərimi açıb baxdım: yanımda dayanıb, Berqmanın gətirdiyi ağ qovluğu mənə uzatmışdı.
- Konyak səni xarab eləmədi ki? - soruşdu. Baxışlarında yenə həyəcan və xiffət vardı. Arvadın gözlərində yerli-yersiz doğan bu həyəcan axır vaxtlar, neyçinsə, əsəblərimə toxunurdu... Mən narazılıqla başımı tərpədib qovluğu ondan aldım; gözlədiyimin əksinə olaraq, qovluq nazik və yüngül idi. Yəqin Səlimə xanım gündəliyi mənə bütöv göndərməyib. İllərdən bəri Səlimə xanım azından min dəfə mənə demişdi ki, atasının - Sədi əfəndinin, ailənin min-bir məşəqqətə dözüb, hifz eləyib saxladığı gündəliyini mənə verəcək. Və hər dəfə də yan-yörəsinə baxıb, səsini alçaldıb eyni sözləri deyirdi: 'Amma heç kəsə bir kəlmə!" Mən də cavab verirdim ki, baş üstə, öınrümdə bu barədə bir adama bir söz demərəm. Mən bu gündəliyin indiyə kimi qaldığını, qarışıqlıqda itib tələf olmadığını ilk dəfə Səlimə xanımdan eşidəndə, düzü, möhkəm sevinmişdim, çünki bilirdim ki, Sədi əfəndinin yazdıqlarından çox az şey qalıb, sağlığında cəmi üçcə kitabı çıxmışdı... Amma aylar keçirdi, illər ötürdü, biz arvadla Səlimə xanımgilə hal-əhval tutmağa gedəndə, o, əksər haüarda bu məsələnin üstünü vurmurdu, özünü elə aparırdı ki, elə bil heç bu gündəlik yoxuymuş. Mən də utanıb, ondan bir söz soruşa bilmirdim. Amma bir də görürdün ki, günlərin bir günü, ya sübh tezdən, ya da gecəyarısı bizə zəng vurdu.
- Avtomatdan danışıram.
- Telefonunuz işləmir?
- Sss...
Bu "sss"dan başa düşürdüm ki, günün bu vədəsində beşmərtəbəni enib, xəlvət küçələrin birindəki avtomat budkasından mənə zəng eləyən Səlimə xanım - yaşı əllini çoxdan ötmüşdü - yenə başına zərli-baftalı şal bağlayıb, kök, sallaq-sullaq bədəninə eynilə başındakı şalı kimi uzaqdan bərq vurub göz qamaşdıran zərli xalat geyinib və yenə də... ayaqyalındı. İndi küçədən ötənlər onu bu qiyafədə görüb, gedə-gedə dönüb təkrar-təkrar, gülə-gülə bu qəribə arvada baxırlar və yəqin ki, hər şeyi başa düşürlər.
- Bir-iki günə kimi gündəliyi sənə göndərəcəm. Yaxşı? - Elə bil mənə yalvarırdı, telefonun dəstəyindən gələn səs o qədər hüznlü çıxırdı ki, adamın ürəyi üzülürdü. - Özüm gələrdim, - deyirdi, - amma bu ərəfədə məni sizin binada görməsələr yaxşıdı.
- Axı niyə, Səlimə xanım? - Mən ona ürək-dirək verməyə çalışırdım. Biz, görün bir, neçə illərdi ailəvi dostuq. Özü də Sədi əfən-dinin yubileyi ərəfəsində...
- Hə də!.. - Sözümü kəsirdi. - Elə yubileyi ərəfəsində görməsələr yaxşıdı. - Sonra dəstəkdən gələn hüznlü səsə qorxu və şaşqınlıq qarışırdı. - Burda şübhəli adamlar dayanıblar, mənə baxırlar. Hələlik. Heç kəsə bir kəlmə!
Səlimə xanımın diaqnozunun adını Berqman deyəndə çox uzun və müəmmah çıxırdı. Üç-dörd il idi ki, arvad bu azara və yəqin ki, çarəsi olmayan azara tutulmuşdu. Qonum-qonşu, tanış-biliş ondan qaçırdı. Atasına görə lazımi dairələr çalışırdı ki, o, ruhi xəstəxanaya düşməsin. Burda məsələ tamam aydın idi: camaat niyə desin ki, Sədi əfəndinin bir qızı vardı, o da yaşının bu vaxtında gedib düşdü dəlixanaya. Əslində, elə biz də - Səlimə xanımın yaxın adamları da, onun belə vəziyyət-lərində, xəstəliyinin residivi təkrar olan vaxtlarında onunla görüşməkdən, təsadüfən olsa da, üz-üzə gəlməkdən ehtiyat edirdik. Elə mən özüm belə dəqiqələrdə bilmirdim neyləyim, əlim-ayağım da elə bil gərginlikdən bədənimə ağırlıq edirdi. Ya zarafata salırdım, ya da səbəbsiz-filansız ciddiləşib, sonradan başa düşürdüm ki, hətərən-pətərən danışmağa başlamışam, Səlimə xanım da bunun üstündə məndən inciyib. Səlimə xanımın pudralı, ənlikli-kirşanlı qırış sifətinə də, bu sifətə sonradan yerləşdirilmiş kimi görünən zülmətin bir parçası olan zil qara gözlərinə də baxmaqdan çəkinirdim. Mənə elə gəlirdi ki, Səlimə xanımdan ötrü bu dünyada nə pis şey vardısa, hamısına günahkar mənəm, mənim arvadımdı, mənim xırda oğlan uşaqlarımdı. Uşaqlar onun adını "gülən-ağlayan" arvad qoymuşdular. Doğrudan da, onun ağlamağı ilə hırra çəkib gülməyi arasında heç kiçicik bir ah da keçmirdi. Siqareti siqaretə calayıb çəkə-çəkə, gah gözləri dolurdu, gah da səsini sinəsinə salıb, nikotinlə dolmuş bronxlarından xırıltılı bir səs çıxarıb, başlayırdı gülməyə...
- Aç görək, sən allah, nə var orda? - Zəminə hələ yanımda dayanmışdı, gülümsəyirdi, yəqin fikirləşirdi ki, Sədi əfəndinin gündəliyi də, Səlimə xanımın özü kimi, əcaib və gülməli bir şey olmalıdı.
- Sən çayı qoy istiyə, - dedim.
Arvad otaqdan çıxandan sonra səliqə ilə bağlanmış qovluğu açıb içindən üçcə dənə nazik, üzü, varaqları saralıb kif atmış dəftər çıxardım: bir anlığa burnuma da nəsə xoşagəlməz bir iy doldu və mən bizim həyətdəki zibilxananın yay üfunətini xatırladım. Dəftərlərin üstünə qırmızı mürəkkəblə və rum rəqəmlərilə I, II, III yazılmışdı və heç şübhəsiz, bunları Səlimə xanım öz əlilə yazmışdı: mürəkkəb təzə mürəkkəb idi. Elə bu vaxt arvad çayımı gətirdi, mən çaydan bir qurtum içib - konyakdan sonra bir az dirçəlmişdim - birinci dəftəri açdım və ilk səhifədə əski əlifba ilə yazılmış ilk sözləri oxudum: "Tfü sənin hərçi-pətərinə, belə dünya!"
Yaxşı deyiblər ki, sən çaldığını çal, gör fələk nə çalır! Eşq olsun Əbülqasıma, elə bu yaxınlarda bu müdrik kəlamı onun kitabında bir də oxumuşdum: bu sözləri, Sədi əfəndinin vərəqləri qaxac kimi qurumuş birinci dəftərinin ilk səhifəsindəki bu sözləri əslində mən oxumadım, yox, lənət şeytana, əlbəttə, oxudum, amma məsələ bundadı ki, baxışlarım hərifər boyu sağdan sola sürüşdükcə, bu hərflərin hər biri qulaq-larımda tanış və uzaq bir səsə çevrildi - atamın səsinə. Zəminə soruşdu:
- Noldu sənə?
Mən başımı qaldırdım:
- Heç nə, - dedim. - Daha bunnan sonra inanmıram mənə bir şey ola!
- Sən canın, ucadan oxu, mən də qulaq asım.
Arvad dodaqlannı marçıldada-marçıldada çay içirdi və piroq yeyirdi. Berqman gedəndən sonra, deyəsən, bizim arvadın iştahı açılmışdı.
- Xəttini yaxşı oxuyammıram, - yalan dedim. Çünki neyçinsə başa düşdüm ki, atamın səsiylə dəftərə yazılmış bu sözlərdən sonra oxuyacağım şeyləri gərək məndən savayı bu dünyada bəlkə də heç kəs bilməməlidir. - Sən yıxıl yat, mən höccələyim, görüm nə yazıb. Çox pis xətti varıymış rəhmətliyin.
- Necə yıxıl yat, ədə? - Arvad fincanı nəlbəkinin üstünə qoydu. - Mən gedim yatım, sən də səhər altıya kimi otur, hə? Genə istəyirsən ciyərlərindən qan gəlsin?
- Nə altı, canım?.. Uzağı bir saata qurtarram üçünü də. - Mən dəftərləri açıq qovluğun üstündən götürüb Zəminəyə göstərdim.
Zəminə başını buladı, amma daha bir söz demədi. Qalxıb, bayaq yanaçıq qoyduğu nəfəsliyi bağladı, sonra mənə yanaşdı, peşəkar həkim ədası ilə, eynən Berqman kimi, biləyimdən tutub nəbzimi yoxladı.
- Şükür, - dedi və üzümdən öpüb qapıya sarı yönəldi. Astanada ayaq saxladı. - İkidən o yana qalma.
- Baş üstə, - dedim.
Zəminə otaqdan çıxıb qapını ehmalca arxasınca bağlayanda, bizim qədimi saat gecə bir tamamı vurdu. Mən başımı dəftərin üzərinə endirdim.

***

"...dəxi mən neynim, bu əhvalatlardan sonra kimin yanına gedim, kimə dərdimi deyim, a kişilər, vallah, bilmirəm. Özümü o qədər itirmişəm ki, heç huşum qalmayıb başımda, Muxtar Kərimlinin yanından çıxanda tirmə kaşnemi onun xaraba kabinetində qoydum. Yeddi il bundan öncə "torqsindən" almışdım. Heyf sənə, ay tirmə kaşne! Gör kimə qismət oldun.
Axşam arvad umac bişirmişdi, bir-iki qaşıq yedim, dəxi iştaham çəkmədi, durdum ki, bir az qurdalanım, bu məqsədlə yazı masamın arxasına keçdim, mürəkkəbi, qələmdanı hazırladım, yaxşı kağız qalmadığı babətdən uşkula dəftərlərinin birini açıb qoydum qabağıma. Arvad soruşdu:
- Kişi, nə yazırsan?
Bir arvada baxdım, bir qabağımdakı dəftərə, ha dedim ki, özümü saxlayım, amma çifayda, lənətə gəlmiş şeytan dilimi qoymadı dinc dursun. Dedim, cəhənnəmə bir ərzi-hal yazıb göndərmək istəyirəm ki, odabaşıdan-zaddan biri gəlib mənim canımı bu zırıltıdan qurtarsın! Arvad ağladı. Mən indi, həqiqət, neyləyim, a kişilər?! Eşikdə Muxtar Kərimli çığırır, başımı dəng eləyir, evdə də arvad ağlayıb ürəyimə dağ çəkir. Oğul deyirəm belə şeylərə davam eləyə! Əlqərəz, nə isə, qalxıb gəlib arvadı qucaqladım, könlünü aldım və sordum ki, övrət, axı, sən əvvəllər heç mənim yazı-pozumla belə maraqlanmazdın, nədi, xeyir ola, bu nə həvəsdir təzə-təzə əmələ gəlib səndə?.. Arvad dedi ki, əvvəllər nə yazmısansa, kifayətimizdir, səni and verirəm imama-peyğəmbərə daha yazma.
Söhbətin bu yerində mən müxtəsərcə fikrə getdim, dübarə əlimi arvadın çiyninə qoyub dedim:
- Övrət, sən də elə Muxtar Kərimli deyəni deyirsən.
- Muxtar Kərimli nə deyir, a kişi? - deyib arvad soruşdu. Bizim övrət, ondan savayı bizim şəhərimizdə yaşayan çox-çox başqa övrətlər indi, bilmirəm nə sirri-xudadır, Kərimlinin adını eşidəndə elə bil xortdanın adını eşidirlər. Nə isə, daha, üstünü vur-madım, istəmədim arvad bəzi-bəzi incə mətləblərdən agah olsun, zira, ürəyindən şikayəti vardı, dedim bir yaxşı çay dəmlə, indi yazdığım nə romandı, nə dram, elə-belə, məşğulat üçün gündəlik yazıram, yəni hər gün başıma gələn əhvalatlardan bir qismini kağıza köçürürəm ki, huşum xarabdır, yadımdan tamam çıxmasın, çünki bilmək olmaz bu dünyanın işlərini, bir də gördün, vaxt gəldi, lazım oldu. Arvad da sevincək üzümü sığalladı, "xub" deyib getdi çay tədarükü görməyə...

Bu gün yanvarın dördü gecəsidir. Bakıda bir külək əsir, deyirsən kürreyi-ərzi məhvərindən qoparıb aparıb salacaq hardasa dərin bir quyunun dibinə. Amma nə olardı!.. Lənət şeytana, ay kişilər, bu külək görən biz fəqiri-bəndələrdən nə istəyir? Arvad dəmir krujkadakı çayını içə-içə elə hey təlaşla qapı-pəncərəyə baxır, sonra da divar dibindəki pas atıb saralmış dəmir sobanın güc-bəla ilə yanan oduna baxır və birdən deyir ki, ay kişi, bu külək lap o sənin yazdığın küləyə oxşayır, o qədər nəhs gətirdin ki, axın elə öz başımıza gəldi. Əcəb, əcəb! Vallah, ömrümdə bu qədər gülməmişdim, doyunca güldüm, ürəyim boşaldı, arvadın gözlərinə baxıb lap yumşaldım. Vallah, elə düz deyiblər ki, ərə arvad qalacaq, arvada ər!..
Əlqərəz, bir az da arvadla mırt vurduq, çənə söhbəti elədik, arvad dedi ki, bəs, üzümüzə gələn ayın iyirmi birində Səlimənin yeddi yaşı, inşallah, tamam olacaq, qonumdan-qonşudan çağırmaq gərəkdir ki, uşağın könlü açılsın, axır vaxtlar çox sınıxıb, doxtur deyib əsəblərindəndi. Elə mən də bilirəm ki, uşağın əsəbləri yaxşı deyil. Elə bu babatdan xeyli məyus oldum, dedim: arvad, tez-tez uşağı havaya çıxart, qoy pioner balalarla qaçışıb eyni açılsın. Arvad genə üz tutdu mənə ki, hər şeyi zarafata salma, camaatı sancma... Daha mən ona deyə bilmədim ki, qız uşağı qız uşağıdı, yeddi yaşı olanda nə olar, oğlanlı-qızlı bulvara çıxıb, parapet bağına çıxıb baraban çalmağın nə əhəmiyyəti?.. Uşaq evdə oturub dərs oxuyar, valideynlərilə qonaq gedər, qoğaldan, şəkərçörəkdən yeyib ölüb yatar xarabasında. Bunu da arvada deyə bilmədim və bundan savayı çox-çox şeyləri də arvada deyə bilmədim... Arvada necə deyəydim ki, bizim həyetdə yaşayan Akop Mirzəyan bu gün səhər mən Muxtar Kərimlinin yanına gedəndə qabağımı kəsib və möhkəm çaxır içib kefləndiyi səbəbdən mənə dedi ki, Mirzə, tı julik!.. Dedim ay köpəyoğlu, mənə niye julik deyirsən, mənim sənə nə pisliyim keçib? Üzümə baxıb qoyun kimi dişlərini ağartdı ki, sən elə juliksən ki, durubsan, çünki səni gərək ifşa eləsinlər, üstəlik də dedi ki, sən ele-belə julik deyilsən, sən burjuy julikisən. Bu "burjuy" adını mənə yapışdıranın atasına lənət! Kərimli, elə sənin atana lənət ki, fitva səndən gəlir! Bunlan mən bizim arvada necə deyə bilərdim və bunlan, bunlara oxşayan başqa-başqa şeyləri görə-görə zarafata salmayım bəs men nə qayırım? Vallah, elə əslində bütün bu zırıltı zarafata oxşayan naməhvar bir şeydi ki, Domoklun qılıncı kimi asılıb durmuş başımız üstündən. Ay Akop, sənin dədənə lənət!.. Xub, qoy bir nəfəsimi dərim, yazıram, yazdıqca da cızdağım çıxır.

Bir azdan arvad durub getdi yatmağa, mən sobaya bir-iki odun parçası atdım. Külək kəsmirdi ki, kəsmirdi, qapı-pəncərəni yerindən oynadırdı, deyirdin axır-əl-zamandı gəlib çıxıb. Uşkula dəftərini bayaq bağladım ki, bir az nəfəsimi dərim, masanm yeşiyini açıb, bəxtəvər və asudə vaxtlarımda yazdığım... heç bilmirəm adına nə deyim: romanmı, böyük hekayətmi, nə isə, deyək ki, yazdığım yazını götürüb bir də vərəqlədim və arvad otaqda olmadığı üçün dəxi özümü saxlaya bilmədim, bir qədər boşaldım və gözlərim doldu. Daha bu elə məqam idi ki, burda heç nəyi zarafata salmaq olmazdı, belə bir şeyi də zarafata salsan Allaha ağır gedər. Yazdığım yazının bir qədər ora-burasına baxdım, on beş-iyirmi səhifə oxudum və vallah, a kişilər, oxuduqlarım yenə xoşuma gəldi. Mənim yazdığım yazı Kərimlinin xoşuna gəlmir, cəhənnəmə gəlsin, gora gəlsin, amma özümün xoşuna gəlir, neynim?! Səni görüm neynim deyib qalasan, ay Kərimli! Nə tuği-lənət olub və keçib bizim gözəl-göyçək hökumətimizin boğazına?! Nə isə, yazdığım yazını təzədən qoydum yeşiyə, yeşiyi açarladım, açan da qoydum cibimə və xeyli fikrə getdim. Fikirləşdim ki, mən bu yazdığım yazını harda saxlayım... "Tutdum orucu irəmazanda, mollam da döyür yazı yazanda"... Sənə min rəhmət, şair!.. Deyəsən, yazılanlan gizlətmək vaxtı gəlib çatıb axı, ağalar!"

Bu sonuncu sözlərin altından qırmızı mürəkkəblə qalın bir xətt çəkilmişdi və xəstə başa düşdü ki, bunu da Səlimə xanım öz əli ilə çəkib. Xəstə başını yuxarı qaldırdı, pərdələrin arasından görünən pəncərənin qaranhğına baxdı. Nəsə, ürəyində yüngülvarı bir sancı vardı. Zəminə yatmağa getməmişdən qabaq stolun üstünə, ərinin əlinə yaxın qoyduğu həbi götürüb dilinin altına saldı və sormağa başladı. "Deməli, Səlimə xanımın səfsəfəsi deyilmiş, həqiqətən Sədi əfəndinin son romanı varmış?" Bu sözlər elə bil hardansa kənardan axışıb, xəstənin qulaqlanna doldu. Sonra xəstə saata baxdı, yanan torşerin tutqun işığında saatın əqrəblərini yaxşı seçə bilmədi, gözlərini qıyıb bir neçə anın içərisində alaqaranhğa öyrəşəndən sonra gördü ki, ikiyə iyirmi dəqiqə işləyib və hələ oxumaq olar. Əyilib kreslonun altından, bayaq Zəminədən gizlətdiyi iki siqaretdən birini götürdü və qapıya baxıb, dəhlizə qulaq verib siqareti yandırdı.

"18-i yanvarın qış gecəsi.
Heç yadıma gəlmir ki, Bakıda belə qar yağa. Şükür ki, heç olmazsa külək kəsib. Bu gün upravdoma on səkkiz manat verib xeyli odun aldım ondan, Allah ölənlərinə rəhmət eləsin, yaxşı kişilərin birisidi, mənə quru odun verdi. İndi dəmir soba elə yanır ki, odamız elə istidir ki, deyirsən "Fantaziya" hamamının əvvəllər tacir Mirzəqulunun çimdiyi əntiq nömrələrindən birindəsən. A. Q. iki gündür ki, yoxdu, arvadı yazıq yollarda əldən-ayaqdan düşüb həlak olub, hansı qapını açırsa, deyirlər gözlə, sənə xəbər verəcəyik. Bu gün axşam gəlib bizdən beş manat əlborcu istədi, gördüm ki, şəvə kimi qara saçlarında xeyli ağı var, sifəti də ağdı, mən də ona on manat verdim və onu da gördüm ki, ayaqlarında qara qaloşlar var və bu qara qaloşlar mənim lap hövsələmi daraltdı, bizim övrəti də əməlli dilxor elədi. O gedəndən sonra arvad mənə nə desə yaxşıdı, genə dedi ki, ay kişi, sən ölənlərinin goru, daha yazma, yazırsansa da, xub, Muxtar Kərimli nə deyirsə onu yaz. Bu dəfə daha mən arvada bir söz demədim, uşkula dəftərini bağlayıb bir kənara qoydum və belə qət elədim ki, dəxi bundan sonra gecələr yazım ki, arvad görməsin. Bir də, yazdığım nədir, axı?.. Məşqulatdı, tapmışam özümçün, bir tövrlə başımı qatıram.

21-i yanvarın qış gecəsi.
Novruza da az qaldı. Kiçik çillədən də çıxsaq, inşallah - Allah buyuran məsləhətdir, mən bilən, işlər düzələr. Düzəlməyəndə nə olacaq ki! Şükür yaradana, bir parça çörəyimiz var, başımız üstündə damımız var. Səlimə balam da gündüzlər həyətdə qartopu oynayır. Bircə mən həyətə çıxmağa ehtiyat edirəm, açığı, Akop Mirzəyana rast gəlməkdən qorxuram.

27-i yanvarın qış gecəsi.
Adamınkı gətirməyəndə gətirmir. Axır vaxtlar ürəyim məni lap taqətdən sahb, hərdən elə ağnlarım olur ki, deyirəm: dəxi kəlmeyi-şəhadət oxumağın məqamıdır ki, yetişib, qoysalar adam öz xarabasında rahat oturub bir parça loxmasını da rahat yeyə, vallah, bir bəndə naxoşlayıb eləməz.
Səhər doqquz radələrində zəng eləyib dedilər ki, bəs, bu gün günorta gərəkdir ki, Kərimlinin yanında olasan, kişi iclas çağırıb və sənin gəlməyin vacibdən də vacibdir. Dilxor oldum, matım-qutum qurudu, amma ki, neylim, telefondakı səsə cavab verib dedim "bəçeşm". Arvad da xeyli təşvişə düşdü, telefonu icad eləyənin ata-anasını bir-birinə qatıb bir-iki ağız da yaxşı sözlər dedi. Arvada dedim qorxub-eləmə, iclasdı da, bunlar bilirsən ki, iclassız dolana bilmirlər, iclas keçirməsə, Muxtar Kərimlinin bağrı çatlayar. Nə isə, üzümü qırxdım, saçımı-saqqalımı daradım, Kərimlinin acığına ən yaxşı kostyumumu geyinib, başıma da, yenə də ki, şu hərifın acığına buxara papağımı qoydum və on bir radələrində evdən çıxıb, qarda sürüşüb yıxılmayım deyə yavaş-yavaş bizim yuxarı məhəllədən endim, çıxdım Olginskiya və bir azdan çatdım Kərimlinin bayquşi-xarabazarına. Qarderobçu Vazqen kişidən soruşdum ki, a kişi, xeyir ola, qışın bu günündə nə məsələdi. Vazqen kişi dedi ki, bunu heç kəs bilməz, bunu bilsə, bilsə ancaq o özü bilər. Dəxi bir söz soruşmadım, ikinci mərtəbəyə qalxıb girdim zala və oturdum həmişə oturduğum yerimdə, lap axırıncı sırada sağ tərəfdə. Zalda bir xeyli adam vardı, hamısı da başıaçıq oturmuşdu, bir məndən savayı. Mən qışın oğlan çağında, özü də belə bir soyuq yerdə heç cür papaqsız otura bilməzdim, çünki papaqsız otursaydım naxoşlayardım. Mənim də naxoşlayıb ölməyimi Kərimli Allahdan istəyir. Üç-dörd cavan şair vardı, pəncərə qabağında dayanıb uzun papiros çəkirdilər, dönüb bir xeyli tərs-tərs mənə baxdılar. Mən özümü heç sındırmadım, papağımı bir az da çəpəki qoydum və dübarə zala baxdım ki, bəlkə binəva A. Q.-da elə bu adamların arasındadı, zəng edim bizim arvada deyim ki, onun övrətinə gözaydınlığı versin. Çox baxdım, çox göz gəzdirdim, çifayda, bəradərimi burda görmədim və şübhədən ürəyim xeyli sıxıldı və xeyli də ağrıdı. Kişi əppəyə dönüb uçdu göyə də!.. Əlqərəz, yarım saatdan sonra, camaat soyuqdan donub dizlərini ovxalamağa başlayanda Kərimli, yanında da iki-üç əsabəsi dal qapıdan gəlib girdilər zala və keçib oturdular səhnədə qoyulmuş stolun arxasında. Xub, hamı diqqət kəsildi, qurbağa gölünə daş atdılar. Bütün bu zırıltıdan sonra, bəli, məlum oldu ki, respublikamızın bir çox kəndlərində balaca-balaca uşaqlar traxoma azarına tutulublar və hökumət qərar qəbul eləyib ki, bu zəhrimar azarın kökü yerli-dibli kəsilsin. Bunu camaata elan etmekdən ötrü M.Kərimli qoltuğunda bir xeyli kağız-kuğaz yerindən qalxıb keçdi xitabət kürsüsünə, xeyli danışdı və dediyindən belə məlum oldu ki, balalarımıza əziyyət verən bu traxoma azarı təkcə Allahın bəlası deyilmiş, mənfur sinfı düşmənlərin bəd əməllərindən biridir. Və gərəkdir ki, bizim hamımız bundan sonra ziyada ayıq olaq və gecə-gündüz siyasi savadımızı artıraq. Lap axırda da dedi ki, biz qələm sahibləri gözəl-gözəl əsərlər yazmalıyıq, gözəl-gözəl şeirlər, hekayələr yaratmalıyıq ki, bizim balaca balalarımız oxuyub feyzyab olsunlar. Ağıllı sözə nə deyəsən. Kərimli olanda nə olar. Hamı əl çaldı, mən də o cümlədən, camaata qoşulub əl çaldım, yerindən "əhsən!" deyənlər də oldu. Sonra qələm sahibləri növbə ilə danışmağa başladılar. Amma məsələ bundadır ki, bu danışıqların mətləbindən mənə bir şey hasil olmadı. Traxoma azarı qaldı bir tərəfdə, yerindən duran-duran dedi ki, vəziyyətimiz fənadan da fənadır, çünki bu mənfur sinfi düşmənlərin əlindən bilmirik neyleyək, hamamda, dükanda ağızlarına gələni danışırlar. Hətta biri dedi ki, bunlar adam deyillər, bunlar svoloçdular, bunların kökünü də elə traxoma azarının kökü kimi birdəfəlik kəsmək lazımdır. Zalda o qədər əl çaldılar ki, dedim, bu gözəl binanın zərli-naxışh tavanı başımıza uçmasa yaxşıdır. Bunlar hələ qalsın o yana. Kərimlinin yanında oturmuş bir gənc şair, səhv etmirəmsə, ismi Qadir Pünhan idi, bəli, o durub dedi ki, bəs mən söz verirəm üç günün içində bir poema yazıb tərəqqimizə əngəl törədənlərin hamısını məhv eləyim getsinlər. Bir kişi də soruşmadı ki, ay başına dönüm sənin, bunlar hamısı çox yaxşı, bəs bu iclasın traxoma azarına tutulmuş balalara nə dəxli? İstədim mən yerimdən bir replika verəm, övrət gəlib durdu gözlərimin qabağında, Kərimlinin zəhrimar sifəti gəlib durdu gözlərimin qabağında, hirsimi uddum, dinmədim, susdum... Elə bu vaxt Kərimlinin səsini eşitdim. Yerindən qalxıb, mən oturan səmtə boylanıb dedi ki, bəs, bu gün bizim iclasda ağsaqqal yazıçılarımızdan Sədi yoldaş əyləşib, yaxşı olardı ki, o da bir-iki kəlmə desin, görək nə deyir. Ay sənin atana lənət, ay ilanı yuvasından oynadan kərtənkələ!..

Neynim, durdum, gedib xırda pillələri qalxıb çıxdım xitabət kürsüsünə. Amma hamıya bayaqdan al çalırdılar, fəqət mən səhnəyə çıxanda heç əl çalan olmadı, tərsinə, gördüm ki, camaat mənə belə birtəhər baxır. Eh, dedim, ölmək ölməkdi, bəs xırıldamaq nə deməkdi. Əl çalmırsız, cəhənnəmə çalın... Nə isə, dedim ki, burda söz deyən yoldaşlar çox ağıllı sözlər dedilər, çox faydah kəlamlar işlətdilər, elə cəmi çocuqlar bizim çocuqlardı, onların sağlamlığı millətin sağlamlığı deməkdir, buna şəkk-şübhə ola bilməz. Amma, mən bilən dedim, biz bir savab iş də görməliyik, o da ibarət olsun bundan ki, pul yığıb, ianə toplayıb verək komunxoza, onlar da həkimlərin həm məvacibini artırsınlar, həm də dava-dərmandan çox alıb traxoma azarına tutulmuş balalanmıza versinlər. Bunu demişdim ki, zalda oturanlardan bir-iki nəfəri əl çaldı, bir-iki nəfər öskürdü, amma Kərimli qalxıb ayağa, üzünü əvvəl-əvvəl tutdu mənə, dedi "ay-hay", sonra döndü zal-da oturanlara tərəf. Başladı, nə başladı! Dedi ki, siyasi bisavadhğm ən bariz nümunəsi elə bu yoldaş - Sədi yoldaşdı. Dedi ki, necə yəni bizim həkimlərin məvacibini artırmaq gərəkdir. Bəyəm ki, ha, bizim həkimlər acından ölürlər, bəyəm ki, ha, hökumət onlara pul vermir? İndi, dəqiqi, yadımda deyil, amma deyəsən elə belə də dedi. Zalda bir gurultu qopdu, dedim papağım başımdan uçacaq indi. Əstəğfürullah, işə düşmə-dim! Bir xeyli gözlərimi döyə-döyə dayandım xitabət kürsüsündə, danışa bilməzdim və danışsaydım da bu gurultunun içərisində məni heç kəs yəqin ki, eşitməzdi. Məxluq bir qədər sakitləşəndən sonra Kərimli dübarə mənə sarı dönüb soruşdu ki, bəs yaradıcılıq planların nədi, yəni bu iclasdan sonra gedib evdə də yazacaqsan. Dəxi özümü saxlaya bilmədim, adamın səbir kasası daşanda çox pis olur. Səsimin lap zil yerinə salıb Kərimliyə dedim ki, mən hər iclasdan sonra evə gedib əsər yazmağa və əlimə qələm almağa adət eləməmişəm və dedim ki, adam gərək mərifətli olsun, niyə bir belə camaatın arasında sən mənə bisavad deyirsən, bisavadın ən yekəsi sənsən ki, tuği-lənət olub keçmisən bizim boğazımıza... Hə, bu sözləri mən deyəndən sonra qurbağa gölünə yekədən də yekə bir daş saldılar. Zal dönüb oldu meyitxana. Necə ki, meyitdən səs çıxmaz, bir kimsədən səs çıxmadı.

Necə səhnədən enib zalı keçdim, qanım qara, özümü söyə-söyə neçə gəlib Vazqen kişidən kürkümü aldım və Vazqen kişi də rəngi-rufuma baxıb xeyli pəjmürdə oldu - bunu bir Allah bilir. Küçəyə çıxanda gördüm ki, yenə qar yağır, amma bu qar sulu qar idi, üzüm-gözüm islandı... Elə evdə də müxtəsərcə bir dilxorçuluq oldu. Arvad məndən soruşdu ki, ay kişi, bəs nə məsələdi, niyə səni Muxtar Kərimlinin yanına çağırmışdılar. Özümü saxlaya bilmədim, çımxırıb dedim çağırmışdılar ki, məni səhnəyə çıxanb meymun kimi oynatsınlar. Camaat çırtıq çaldı, mən də başımda buxara papaq xeyli oynadım, cəmi məxluq da feyzyab oldular... Bu söhbəti Səlimə balam da eşitdi, ləzzət elədi ona, qaqqanaq çəkib doyunca güldü. Gülməyib neyləsin, gülməli şeylərə uşaq gülər də!.. Arvad gördü ki, mən də uşağa qoşulub güldüm, onun da könlü açıldı və bu səbəbdən məndən soruşdu ki, bəs tirmə kaşne noldu, Kərimli qaytarmadı sənə? Dedim, o qaytarmaq istəyirdi, mən kaşneni ona peşkəş elədim. Sonra ağhma bir fıkir gəldi ki, kaş, bir balaca asudəlik olaydı, mən də oturub bir hekayə yazaydım və adını da qoyaydım "Tirmə kaşne". Amma heyf, səd heyf...

31-i yanvarın elə həmin o soyuq qış gecəsi. Gecə birin yarısıdır. Evdəkilər yatır, mən də nöyüt lampasını yandırıb, oturub ordan-burdan fikirləşirəm. Elektrik işığı yanmır, upravdom deyir hardasa xətləri ildırım vurub. Heç mənim əllərim əsməzdi, bəs görən indi niyə əsir? Yəni mən lap qorxağam, zırı qorxağam?.. Nə isə, hər halda yazmağım məsləhətdir, yazmasam çox şey qorxuram huşumdan çıxa.
Səhər hara getdiyimi arvada demədim, ondan gizlətdim, çünki ürəyi ağrıyırdı. Allah, sən mənim ömrümdən kəsib övrətimin ömrünə cala, çünki qız uşağına ana gərəkdir, heç vədə sən mənim Səlimə balamı anasız qoyma, ya rəbbim!..

Məni çağırdıqları idarəyə gəlib, qapını açıb girdim içəri, gördüm piştaxta kimi bir şeydi, onun dalında bir kişi oturub, dedim salam-əleykim, o da mənə baxıb başını tərpətdi, gördüm heç danışmaq, kəl-mə kəsmək fikrində deyil. Neçədə demişdilərsə, düz vaxtında gəlmişdim. Divardakı yumru saat düz on tamamı göstərirdi. Əlqərəz, kişi, adımı, familimi soruşdu, pasportumu alıb oxudu, sonra bir xeyli pasportdakı şəklə baxdı, bir xeyli də mənim üzümə baxdı. Əvvəl elə bildim bəlkə səhv salıb evdən öz pasportum əvəzinə övrətinkini götürmüşəm, bu babətdən balaca bir nigarançıhq keçirtdim. Amma, şükür Allaha, nigarançılığım əbəs oldu, kişi dedi ki, keç, kürkünü, papağını çıxart, qalx ikinci mərtəbəyə, orda sənə deyərlər hansı otağa getmək gərəkdir. Mən qarderoba keçib kürkümü, papağımı qarmaqlardan birinə asana kimi, kişi harasa zəng vurdu, mənim adımı, familimi dedi. Qarderobdan çıxıb ikinci mərtəbəyə qalxdım, gördüm uzundan da uzun bir dəhlizdi və bu dəhlizin divarları boyu xeyli qapılar var və qapıların hamısı bağlıdır. Burda ovqatım bir qədər təlx oldu, çünki ötən gecə yuxumda gördüyüm vaqonu xatırladım. Çox əbləh bir yuxu idi, adam gərəkdir ki, belə yuxular görməsin, çünki belə röyalar gec-tez adamı əndazədən çıxardır. Görmüşdüm ki, bir vaqonun dar dəhlizində dayanmışam və cəmi kupelərin qapılan kip bağlıdır və bu kilidli qapıların hansınınsa arxasında bir kişi xeylağı ağlayır və bir arvad da ona deyir ki, kişi, ağlama, hər şey, inşallah, düzələr. Mən də ha istədim çönüm geri baxım, amma çönə bilmirəm, elə qabağımdakı zil qaranlıq pəncərəyə baxıram... Nə isə, heç bilmədim, bu röya burda mənim hardan yadıma düşdü. Əlqərəz, dəhlizin girəcəyində, stol arxasında başqa bir kişi oturmuşdu, lap məni aşağıda qarşılayan kişiyə oxşayırdı və mən əvvəl-əvvəl elə bildim ki, bəlkə elə onun qardaşıdır. İkisinin də əynində qara pencək var idi və ikisi də ağ köynək geyib üstündən qara qalstuk taxmışdı. O da mənim adımı, familimi soruşdu, o da mənim pasportumu alıb xeyli ora-burasına baxdı, aşağıdakı kişinin verdiyi balaca kağızı stolun üstünə qoydu, pasportu mənə qaytardı və dedi ki, otuz üçüncü otağa gedəcəksən, səni çağıracaqlar, hələlik keç otur stulların birində. Mən də keçib divar boyu qoyulmuş stullar-dan birində oturub dizlərimə dirsəkləndim, nəfəsimi dərdim və burda hiss elədim ki, bayaq o röyanı xatırladığım səbəbdən heç özümdə deyiləm. Buna görə də ürəyim gup-gup guppuldayır və Səlimə balamın sifəti gəlib durdu gözlərimin qabağında. Başladım gözlərimi zillədiyim çəpəki vurulmuş əntiq parketləri bircə-bircə soldan-sağa və sağdan-sola saymağa, sağdan-sola sayanda bilmirəm, neyçinsə, tərs kimi, ikisi artıq çıxdı və bu da mənim heç xoşuma gəlmədi. Kişi görməsin deyə ahəstə başımı silkələdim. Adamın ki, qulaqlarına su dolar və bu səbəbdən adam özünü narahat hiss edər, mən də indi qulaqlarımda qalmış bir iniltili səsdən özümə yer tapa bilmirdim. Bu yuxu görəsən, mənim yadıma hardan düşdü, ay Allah? Doğrudan da, heç hənanın yeridir?.. Bu minval ilə azı bir yarım saat keçdi və bu yarım saat ərzində bu qapıları bağlı uzun dəhlizdə heç bir milçək də uçmadı və nə mən, nə də qara kostyumlu kişi çınqırımızı çıxartmadıq.

Nəhayət ki, kişinin stolu üstündəki telefonlardan biri yavaşca zəng çaldı. Kişi əlüstü dəstəyi götürdü, bir qədər qulaq asıb, dedi "budet sdelano, tovariş Salaxov!" Sonra dəstəyi qoydu yerinə, qalxıb mənə yavuq gəldi və dedi ki, dur gedək, səni ötürüm otuz üçüncü otağa, səni orda gözləyirlər. Ürəyimdə "bismillah" deyib qalxdım ayağa və düşdüm kişinin dahnca. Otuz üçüncü otağın qabağında kişi dayandı, başını tərpədə-tərpədə gülümsündü və qapını açıb dedi "proydite".

Mən bu otağa, yəni ki, otuz üçüncü otağa girəndə, dedim hər halda özümü şax tutsam, özümü gümrah göstərsəm daha yaxşı olar. Amma nə qədər özümü şax tutmaq istədim, gümrah göstərməyə cəhd elədim, faydası olmadı. İçəri girib Rüstəm Zala oxşayan yekəpər, bığlı kişini görəndə, belə zəng etdim içimdəki olan-qalan havanı da buraxdılar eşiyə və bu səbəbdən büzüşüb oldum süst. Kişi həm yekəydi, belələrinə bizim tərəflərdə zırpı deyirlər, həm də məndən xeyli cavan idi... Nə isə, kişi məni görcək elə bil əzizini gördü, şad-xürrəmliklə güldü və stolun arxasından qalxdı və mən elə bildim nədi başı tavana dəyəcək. Sonra quş kimi qollarını yana açdı, dedim məni qucaqlamaq istə-yir və çığırdı, amma səsi nazik çıxdı, lap zənən xeylağımn səsinə oxşadı:
- Ay Sədi əfəndi, nə gözəl, nə gözəl!..
Vallah, bu sözləri elə bir tövrlə dedi ki, doğrudan mənim xoşuma gəldi və mən ziyada məmnun oldum. Sonra kişi stolun arxasından çıxdı, mənə yanaşıb əl verdi və bir xeyli əlimi silkələdi. Dedi ki, Sədi əfəndi, çox-çox üzrlər istəyirəm ki, sizi bir o qədər gözlətdim və əziyyət verdim, vallah, o qədər işim olur, heç olmazın qədər və bundan sonra əlavə edib dedi ki, bəs, bu gün onun ən xoşbəxt günüdür, çünki Sədi əfəndi kimi xalqımızın fəxri olan bir insanla tanış olub. Deyim bu sözlər mənə ləzzət eləmədi, əlbət, nainsafhq olar. Amma o biri tərəfdən fikirləşdim ki, əgər ki, bu mənnən tanış olmaq fikrindəymiş, bəs nə səbəbdən məni bura çağırıb, evimə gəlməyib və yaxud mənnən iclaslarda-filanda görüşüb tanış olmayıb. Dəxi çox dərinə getmədim, o mənim əhvalımı soruşdu, mən onun əhvalından xəbər tutdum, sonra sordum ki, bəs ismi-şərifıniz. Dedi Salahov Adil Qəmbəroviç, amma onu da dedi ki, bəs mənə eləcə Adil de, çünki mən sənin kiçiyinəm. Dedim xub, çox gözəl və çox pakizə, mərifət sahibi olan adamlar elə hər babətdən hörmətə və ehtirama layiqdirlər. Amma bunları ucadan demədim, bunları ürəyimdə dedim. Salahov qolumdan tutub məni özü ilə üzbəüz otuzdurdu və elə bu vaxt qapı açıldı və bir qadın xeylağı əlində balaca podnos içəri girib dəm çaynikini, əntiq naxışh stəkanları, bir də mənim Səlimə balamın ən çox xoşladığı üstü deşik-deşik dəyirmi peçenyeləri stola düzdü. Və yəni Salahov mənim bu peçenyelərə müştəri gözüylə baxdığımı anladığındandır ki, dedi, Sədi əfəndi, niyə belə diqqətlə baxırsan? - Açığı utandım, gülüb dedim ki, bəs bu peçenyelər əvvəllər mağazalarda çox olurdu, indi yoxa çıxıblar, mənim də balaca qızım bunlan çox xoşlayır. Salahov bunu eşitmişdi ki, dedi, elə bu və yerindən qalxıb qapı ağzında əmrə müntəzir dayanmış qadına nəsə pıçıldadı, fikirləşdim ki, yəqin deyir, bunlardan yenə gətirsin, dedim kifayətdir, aclığım yoxdur. Salahov əlini yellədi və mənə cavab verdi ki, ayrı məsələdir, sən narahat olma. Sonra qayıdıb oturdu öz yerində, bilmirəm neyçinsə bir xeyli gözlərimin içinə baxdı, lap doxtur naxoşa baxan kimi baxdı, daha sonra gülümsündü, çayniki götürüb stəkanlara çay süzdü və dedi ki, Sədi əfəndi, gəl çayımızı içək, söhbətimizi eləyək, görək başımıza nə gəlir. Dedim, xub, gözəl fikirdir, çünki eşikdə əməlli soyuq var və mən də bura gələndə möhkəm üşümüşəm...
İndi gündəliyimə bu sözləri yaza-yaza, bir şeyi fikirləşirəm və nə illah edirəmsə, fikirləşdiyim müşkülə heç cür ağlasığan cavab tapa bilmirəm: əcəba, bu nə sirri-xudadır, Salahov məni bu qışın günündə ora niyə çağırmışdı, çünki boynuma almahyam ki, mənim gözlədi-yimin tərsi, bu kişi mənə mərifət və qanacağm nə demək olduğunu əyani surətdə nümayiş elətdirdi.
İkinci stəkana keçəndə, Salahov lap əvvəl mənim sonuncu romanımdan başladı və mən başa düşdüm ki, o mənim yazdığım yazını oxuyub, özü də diqqətlə oxuyub və heç şübhəsiz, bu yazını ona oxumağa Muxtar Kərimli verib. Ondan savayı bu yazını Salahova heç kəs verə bilməzdi. Çünki mən yazının üzünü hələ heç makinadan təzə əlifba ilə çıxartdırmamışdım, xeyli zəhmət çəkib, yuxusuz gecələr keçirib əski əlifba ilə, Kömür meydanında bir cuhuddan qızıl qiymətinə aldığım ağappaq kağızlara köçürmüşdüm və çap eləmək məqsədilə vermişdim Kərimliyə oxumağa. Çünki təzə qaydaya görə, bundan sonra kim yazdığını çap elətdirmək istəyirsə, gərək əvvəl-əvvəl verəydi şeytanlar padşahı Muxtar Kərimliyə, o oxuyaydı və nəhayətdə o, imza atandan sonra, aparıb verəydi naşirə və mühərrirə. Nə isə, dəxi üstünü vurmadım, yəni Salahovdan soruşmadım ki, a kişi, Kərimli mənim əsərimi oxumağa sənə niyə verib və verəndə də görəsən nə məqsəd güdüb. Çünki mənim bu əsərimdə nə bolşevik vardı, nə müsavat, nə də anarxıçı. Ürəyimi yandıran, məmləkətin uzaq keçmişindən bəhs edən bir tarixi əhvalatdı ki, qələmə almışdım. Amma söhbət bundadı ki, Kərimlidən fərqli Salahov mənim bu yazdığım yazını xeyli təriflədi, özü də elə ləzzətli sözlərlə təriflədi ki, yağ kimi canıma yayıldı, ürəyimdə dedim, Allah sənin ölənlərinə rəhmət eləsin, ay Salahov. Əhsən səni doğan anaya!.. Çünki mənim bu əsərim Kərimlinin heç xoşuna gəlməmişdi, hələ xoşuna gəlmədiyi bir yana dursun, o iclas olmurdu ki, qalxıb bu yazı haqqında ağzına geləni danışmasın və məni məxluqun içərisində biabır etməsin. Dediyi də əsasən bundan ibarət olsun ki, mən səfsəfəyə bənzər bir şey yazmı-şam, nə başı var, nə filan yeri, gözəl-göyçək temalar dura-dura gedib yapışmışam tarixi-nadirdən və bu tarixi-nadirə mənim münasibətim sinfi münasibət deyil, çox əbləhanə bir sinfı münasibətdir. Və bu səbəbdən, təbii, əsərin çap olunması barəsində heç söhbət ola bilməz və ilaxır və bu kimi qanqaraldan, könül bulandıran şeylər deyirdi. Elə buna görə də Salahovun dediklərində bir cəhət məni çaşdırdı və o dərəcədə çaşdırdı ki, lap başım ağrıdı. Salahov uzun-uzadı yazdığım yazıdan damşıb, özü də təfərrüatı ilə, lap axıra yaxın, yəni əsər barədə söhbətimizin sonunda dedi ki, Muxtar Kərimli də mənim əsərimdən xeyli feyzyab olmuşdur, bu yüksək fikrini o, Salahovun özünə deyib. Bunu söyləyəndən sonra Salahov ciyərləri susuzluqdan yanan adamlar kimi, çayından iri bir qurtum boğazına tökdü, stəkan yarısınacan boşaldı və yenə bayaqkı təhər gözlərimin içinə baxdı. Əgər bundan sonra kim mənə desə ki, bu zamana adamlarının işindən, sözündən baş çıxarır, şəksiz, mən belə kəsi məsxərəyə qoyub gülərəm. Necə ki, a kişilər, mənim əsərim Kərimlinin xoşuna gəlib və o bunu Salahova deyib?! Lənət şeytana, nə yaxşı ki, Salahov çay gətizdirmişdi, çünki bu çay dəsgahı olmayıb, mən söhbətin bu yerində çay içib başımı qatmasaydım, şəksiz, dəli ola bilərdim. Çünki zırıltı, zırıltı, bu boyda zırıltı? Bu boyda yəni həyasızhq, riyakarlıq olar?
Belə həyasızlıq, belə riyakarlıq, Allahı demirəm, lap şeytanın özünə ağır getməz? Əcəba, bu nə dünyadı biz yaşayırıq, ömür sürürük?.. Amma bayaqdan nə qədər ehtiyatlı və tədbirli tərpənsəm də, hər dediyim sözü ölçüb-biçsəm də, burda dəxi özümü saxlaya bilmədim, dedim axı, elə bir iclas, elə bir müşavirə olmur ki, orda Muxtar Kərimli
yoldaş mənim əsərimi tənqid eləməsin, məni söyməsin. Salahov de-diklərimə düzəliş verdi, dedi ki, tənqid eləyirdi, söyürdü, yəni bunlar hamısı keçmiş zamanda olub, amma bundan sonra belə olmayacaq. Biz onu başa saldıq ki, onun romana münasibəti həm birtərəflidir, həm də bəzi məqamlarında yanlışdır və biz qoymarıq ki, Sədi əfəndi kimi millətimizin fəxri olan bir kəs hər xırda şey üstündə qanqaralığına düçar olsun. Bunu deyib Salahov mənə bir stəkan da çay süzdü və qabağımdakı nimçəyə iki-üç dənə üstü deşik-deşik olan dadlı peçenyelərdən qoydu. Mən birini götürüb yedim. Bundan sonra, Salahov güman, mənim peçenyeni yeyib qurtarmağımı gözləyirdi, yenə qayıtdı əsərimə və soruşdu ki, orda bir təlxək var, Üfləmə Qasım, o surəti yaradanda kimi nəzərdə tutmusan?.. Ürəyimdə dedim, əstəğfürullah, özüm-özümə təpər verdim ki, kişi, ayıq ol, əsərdəki bütün əhvalatları bir kənara qoyub bu niyə təkcə Üfləmə Qasımı soruşdu, dedim bəlkə mənə badalaq vurmaq istəyir?.. Özümü heç o yerə qoymadım, yəni istəmədim ki, mənim tutulduğumu, ya şaşdığımı Salahov hiss edə və bu səbəbdən peçenyelərdən birini də götürüb bir dişdəm vurdum, çayımdan da bir qurtum içdim və dedim ki, heç bir kəsi nəzərdə tutmamışam, Şuradan qabaq mən İstanbulda çalışanda orda kifayət qədər tarixi sənədlərə baxmışam və Məmləkət xamnın həqiqətən belə bir təlxəyi olub, adı da Üfləmə Qasım. Sonra Salahov sordu ki, deyirlər İstanbul çox gözəl şəhərdir, mən də cavab verdim ki, həqiqətən gözəl şəhərdir, necə ki, dünyada çox-çox gözəl şəhərlər var, İstanbul da, şəksiz, onlardan biridir. Bundan sonra dəxi Salahov mənimlə üzbəüz oturmadı, yerindən qalxıb otaqda bir o yana, bir bu yana getdi, sonra gəlib oturdu öz stolunun arxasında və stola dirsəklənib, üçümüncü dəfə idi ki, yenə düz gözlərimin içinə zilləndi və mən özümə gəlməmiş soruşdu ki, Sədi əfəndi, bəs sənin A. Q. barədə fikrin nədir, o necə adamdır?.. Ürəyimdə dedim ki, aha, kül sənin başına ay Sədi, sinni adam ola-ola necə sən bayaqdan bilməmisən ki, səni niyə bura çağırıblar?! Ay bərəkallah sənə! Ay roman belə getdi. Üfləmə Qasım elə getdi və Kərimli də lap o yana getdi. Dedim, özünü ələ al, kişilik məqamı gəlib çatıb, indi dəxi zarafatı burax, indi namus və qeyrət məqamıdır. Dedim ki, A. Q. bizim məmləkətin, bizim gözəl-göyçək respublikamızın ən namuslu, ən qeyrətli və təəssübkeş vətəndaşlarındandır və mən onun barəsində yalnız yaxşı sözlər deyə bilərəm və onu da deyə bilərəm ki, A. Q. kimi bizim məmləkətdə savadlı, istedadlı ikinci bir ziyalı tapmaq olmaz. Bunu dedim və hirsləndiyim babətdən keçdim üçüncü peçenyeyə, onu saldım dişlərimin arasına, elə bil peçenye yox, Salahovun özünü yeyirdim və özümü çox rahat hiss elədim, çünki ürəyimi boşaltmışdım və deyəsən, vaxtında ayılmışdım. Necə ki, siçan bir deşik tapıb pişiyin əlindən qurtular, mən də başa düşdüm ki, dəxi tələyə-zada düşəsi deyiləm. Hətta, ürəyimdə bu fərasətimə görə özümə bir gözəl "bərəkallah" da dedim. Salahov da mənim bu sözlərimə xeyli güldü, yenə dönə-dönə üzrxahlıq elədi ki, gərək bağışlayasan, vaxtını deyəsən çox alıram, amma neyləmək olar, hər kəsin öz işi var və her kəs gərəkdir ki, öz işini namusla görsün. Mən də dedim, əlbət, əlbət, belə ağıllı sözə kim nə deyər. Sonra Salahov dedi ki, söhbət A. Q.-nin savadlı, ya qeyri-savadh olmasından getmir, söhbət ondan gedir ki, A. Q. ağzını qoyub Allah yoluna, orda-burda çərənləyir. Dedim, qardaş, mən onu neçə illərdir ki, tanıyıram, həm özümüz dostuq, həm də övrətlərimiz bir-birinə bacı kimidirlər və bütün bu illər ərzində mən onu heç artıq-əskik danışan görməmişəm, həmişə başını aşağı salıb yazı-pozusuyla məşğul olub və bir adama deməyib ki, gözün üstə qaşın var. Salahov elə bil təəccüblənən kimi oldu, bir qaşı yuxarı qalxdı, bir qaşı aşağı düşdü və dedi ki, mən sizin dost olduğunuzu bilmirdim və sonra dedi "heyf'. Daha sonra sordu ki, bəs yəni bu heç bir dəfə də olsun ağzını bir yerdə dağıtmayıb? Dedim, heç yarım dəfə də, nəyə desən and içə bilərəm. Əlinə düşən pulların yarısını da həmişə yetim-yesirə, fəqir-füqaraya paylayıb. Salahov yenə də mənə diqqətlə baxdı, elə bil məni birinci dəfə idi görürdü və qaqqanaq çəkib elə güldü ki, elə bil yüz xoruz bir yerə yığışıb birdən banladı. Mən, açığı heç bu tövr gülən adam görməmişdim və fikirləşdim ki, görəsən bu nəyə güldü və mənim hansı sözümə güldü. Nə illah elədimsə, başa düşmədim. Nə isə, bu qaqqanaqdan sonra Salahov mətləbi dəyişdi, keçdi havaya, eşikdə yağan qara və dedi ki, belə havada vay evində olmayanlann hahna, belə havada gərək evində oturub çay içəsən. Stolun yanındakı zəngi basdı. Qapı açıldı, bayaq çay gətirən qadın əlində bir bağlama içəri girdi və gəlib o bağlamanı mənim qabağıma qoydu. Salahov dedi ki, bu həmon peçenyelərdəndi, aparıb verərsən bizim balaca qızımıza, qoy ləzzətlə yeyib, Adil əmi-sini yad eləsin. Dedim, sən Allah, zəhmət çəkmə, özüm tapardım, dedi ki, elə şey yoxdur, peçenye nədir ki, ondan ötrü ölkənin böyük yazıçısı düşsün mağazalara və bu kimi qeyri-gözəl sözlər dedi yenə. Sonra əlinin altındakı kağızlardan birini götürüb verdi mənə və dedi ki, Sədi əfəndi, sizdən bir xahişim var, o da bundan ibarət olsun ki, A. Q. haqqında burda nə demisən, hamısını yaz bu kağıza. Təşvişə düşüb sordum ki, axı, nə yazım, mən o binəva barədə nə dedim ki?.. Bu dəfə yüz xoruz yox, min xoruz bir yerə yığışıb birdən banladı, az qala qulaqlarım batacaqdı. Dedi ki, nə demisən onu. Yəni yaz ki, o sənin ən yaxın rəfiqindir, neçə illərdir özünüz və qadınlarınız dostluq eləyirsiniz, dəfələrlə bir yerdə olmusunuz və o heç bir vaxt və heç bir yerdə ağzını dağıtmayıb. Təxminən buna bənzər sözlər dedi. Dedim, vəssalam? Dedi, bəs necə! A kişi, kor nə istər, iki göz, biri əyri, biri düz. Kağızı çəkdim qabağıma, qələmi batırdım mürəkkəbə və Salahov nə demişdisə, hamısını yazdım. Altından da imza atdım və ayın tarixini qoydum. Sonra Salahov əlini uzatdı, kağızı məndən götürdü, qoydu qabağına, oxudu, dedi "çox əcəb", mən də gördüm ki, daha durmaq məqamıdır, durdum, Salahovla əl tutub sağollaşdıq, o məni kandara kimi ötürdü və mən də şad-xürrəm dəhlizə çıxıb, gəlib kişidən balaca kağızı alıb düşdüm aşağıya. Aşağıdakı kişi qoltuğumdakı bağlamanı görüb soruşdu: "Çto eto?" Dedim: "Eto est peçenye, kotoroe podaril mne tovariş Salaxov". Kişi də gülümsündü və mən də gülümsündüm...

Gecə üçün yarısıdır, nöyüt ləmpəsi yanır, mən uşkula dəftərinə bu gün başıma gələn bu qəribə əhvalatı yazıram və fıkirləşirəm ki, niyə bu zırpı bədən yiyəsinin səsi heç xoşuma gəlmədi. Xoşuma gəlmədi deyəndə ki, çox nazik idi, ziyadə nazik idi. Əgər ki, gözlərini yumsan, elə bilərsən ki, kişi yox, zənən xeylağıdı danışan. Adamın qıdığı gəlirdi. İndi bir müxtəsərcə nəfəs dərmək gərəkdir, həyətə ensəm heç pis olmaz, çünki havasızlıq pis şeydir, ürəyim də çox narahatdır, heç bilmirəm mənə nə olub?.. Yəqin sevindiyimdəndir. Çünki mən o kağıza ki, o sözləri yazdım, yəqin A. Q. bu günlər, inşallah, harda varsa, gəlib çıxar evinə. Ya xudavəndi-aləm, şükür verən gününə!

Bilsəydim ki, gecə üçün yarısında, cəmi şəhərin şirin yuxuda olduğu vəxtində mən həyətə enib Akop Mirzəyana rast gələcəyəm, heç yerimdən qalxmazdım. Nə isə, gördüm ki, çox yorğunam, qalxıb paltomu, papağımı geyinib endim həyətimizə ki, bir az təmiz hava ahm, sonra da qayıdım gəlim, yıxılım yatım.
Nə isə, endim həyətə, gördüm tərtəmiz qar ay işığında elə gözəl bərq vurur ki, kefım açıldı, şaxtah havanı da ciyər dolusu çəkdim içimə. Nə gözəl gecədir, xudaya! Elə yaşamaq da pis deyilmiş, bu dünya nə hoqqa çıxarsa da, elə təkcə bu gecənin, bu qarın eşqinə yaşamağa dəyərmiş! Həyətdə bir o tərəfə getdim, bir bu tərəfə getdim, ayaqlarım altında xırçıldayan qarın səsi də mənə olmazın ləzzət verdi və elə bu vaxt arxadan bir səs eşitdim. Səs dedi ki, Mirzə, axşamın xeyir. Bildim ki, Akop Mirzəyanın səsidir, nadürüst oğlu nadürüstün səsini tanımayana lənət! Geri dönməmişdən qabaq öz-özümə dedim ki, dəxi bu dəfə də ağzını dağıtsa, ona bir kəllə vurub ağzını-burnunu qanatmaq mənə borc olsun. Geri döndüm və gördüm ki, elə Akop Mirzəyandı, özü də çox yüngül geyinib, deyəsən, həyətdəki ayaqyolundan gəlirdi, çünki sağ əlində aftafa vardı. Bu aftafanı erməninin əlində görcək, ürəyimdə dedim "əhsən sənə" və Akop Mirzəyana bir qədər hörmətim artdı. Dedim, aqibətin xeyir, Akop, xeyir ola? Dedi, heç, səndən bir xahişim var, sən ölənlərinin goru, sözümü yerə salma. Dedim, ölənlərinin goruna and içirəm ki, çalışaram salmaram. Akop bir-iki kərə asqırdı, sonra dedi ki, bir yarım saatlığa bizə gedək, mən ölüm. Dedim, a kişi, gecə üç tamamdır, övrətin, uşaqların yatır, mən sizə gedib niyə onların şirin yuxusuna haram qatım. Akop bir addım qabağa atdı, yenə asqırdı və yalvara-yalvara dedi ki, uşaqlar içəri otaqda yatırlar, biz şüşəbənddə oturarıq və mənim bu xahişimə əməl eləməsən, peyğəmbər haqqı, qorxuram bu gecə ürəyim partlaya. Bu sözlərdən sonra dəxi olan-qalan bəhanəm kəsildi, bir ayağım altındakı qara baxdım, bir başım üstündəki aya baxdım, bir də əlində aftafa tutub dayanmış Akopa baxdım və dedim ki, xub, gedək deyirsən, gedək!"
Qədimi saat gecə iki tamamı vurdu, xəstə gözlərini Sədi əfəndinin əski əlifba ilə və gözəl xətlə yazılmış gündəliyindən ayırdı. Saat ikini vurmasaydı da, xəstə oxuduqlarına kiçicik də olsa bir fasilə verməliydi, Sədi əfəndi demişkən, bir nəfəs dərməliydi, çünki o, neyçinsə Sədi əfəndini məhz o qarlı gecənin soyuğunda, əlində aftafa tutub dayanmış Akop Mirzəyanla üzbəüz qoymaq, vaxtı o məqamda saxlamaq istəyirdi. Çünki xəstə əmin idi ki, o qarlı gecə, bəlkə də Sədi əfəndinin ən xoşbəxt və rahat gecələrindən biri idi, əgər xəstə gündəliyin davamını oxusaydı, Sədi əfəndini o gecədən, o xırçıldayan qardan və işığı ilə aləmi nura boyamış bədirlənmiş aydan ayıracaqdı... Xəstə dəftəri stolun üstünə qoydu və vaxt dayandı: Sədi əfəndi və Akop Mirzəyan qarlı gecənin ay işığında quruyub hərəkətsiz qaldılar. Sonra xəstə kreslodan qalxdı, zəiflikdən və uzun müddət bir yerdə oturduğundan yüngülcə başgicəllənməsi keçirdi, amma təkrar kresloya əyləşmədi, üç-dörd addım atıb pəncərəyə yanaşdı, pərdələri aralayıb sağ əlini pəncərənin şüşəsinə qoydu, bədəni üşürgələndi. Şüşə bumbuz idi, xəstənin ovcuna elə bil buz yapışdı və bu təmasdan köks qəfəsində xoşagələn bir sərinlik hiss elədi, elə bil bu isti havası ağır otaqdan çıxıb, bir möcüzə hesabına uca dağ başına qalxmışdı, nəfəs alıb ciyərlərini təmiz hava ilə doldurmuşdu. Salahov Adil Qəmbəroviç... Mahmud deyən, Zülfüqar kişinin qənimi Salahovdurmu, elə ikinci blokda yaşayan şələbığ kişinin familiyası Salahov deyildimi?.. Ax, ey Sədi əfəndi! Heç göz görə-görə, qulaq eşidə-eşidə adam özünü tələyə salar?.. Xəstə ah çəkdi, barmaqlarını cütləyib gözlərini ovuşdurdu. Axı, Salahova Sədi əfəndinin yazdığı o üç-dörd cümlədən savayı heç bir şey lazım deyilmiş, bu, xəstə üçün gün işığı kimi aydın idi. Yəni etiraf elə ki, sən A. Q. ilə uzun illər dostluq eləmisən, tez-tez görüşmüsünüz, görüşəndə də köhnə dostlar kimi nələr danışıb, bir-birinizə nələr demisiniz, bunu sübuta yetirmək asandır. Xəstə, Sədi əfəndinin yuxusunu xatırladı. Gözləri önündə ağlayan bir kişi gördü, bu kişi elə bil qaranlıq pəncərənin arxasından dönüb ona əl də elədi və işıqsız, havasız boşluqda bir müddətdən sonra itib görünməz oldu...
Otağın qapısı açıldı, arxadan Zəminənin yuxulu və bir az da hirsli səsi eşidildi:
- Ay kişi, bu nə hoqqadı çıxardırsan? - Zəminə diqqətlə saata baxdı. Xəstə geri dönmüşdü, alt köynəkdə, ayaqyalın qapının astanasında dayanmış arvadına baxıb belini düzəltdi və səsinə gümrahlıq verib dedi:
- Arvad, göz dəyməsin, lap qırğı kimiyəm. Deyəsən, daha sağaldım axı.
Zəminə başını buladı, tərpənib ərinə yanaşdı, əlinin arxasını onun alnına qoydu.
- Qızdırman yoxdu, yox, - dedi. - Gör bir saat neçədi. Tez ol, bir baş yatmağa. - Əsnədi və əllərini dağınıq saçlarına aparıb özünü səliqəyə salmaq istədi.
- Sən ölənlərinin goru, - dedi xəstə, - sən get yat, yarımca saatlıq işim qalıb. - O, başı ilə stolun üstündəki dəftərlərə işarə elədi. Oxuyub, bu saat gəlirəm.
Sonra arvadının yuxulu, amma şirin yuxudan sonra durulub allanmış sifətinə, iri, badamı gözlərinə, uzun kirpiklərinə, əynindəki qara alt köynəyinə və dolu qollarına baxıb, özü anlamadığı bir səbəb ucundan, neyçinsə kövrəldi, azca əyilib Zəminənin əlini əlləri arasına aldı və uzun-uzadı ovcunun içindən öpdü. Qadın əlinin ilıqlığı damarlarına, beyninə, ürəyinə axdı. Zəminə də ərinin başını sığalladı, boş qalmış əlini qaldırıb çal saçların üstündə gəzdirdi və arvada elə gəldi ki, ərinin başı balacalaşıb, lap körpə uşağın başı boyda olub. Zəminə dedi:
- Sənin bu bicliyin olmasaydı, vallah, bilmirəm neylərdim. Xəstə gülümsünüb Zəminənin gözləri içinə baxdı.
- Yaxşı, - dedi Zəminə. - Qoy genə sən deyən olsun. Otur. Amma sən Allah, çox yubanma, özünə yazığın gəlsin. - Bunu deyib, ərinin üzündən öpüb, elə gəldiyi kimi də səssiz addımlarla otaqdan çıxıb qapını arxasınca bağladı. O gedəndən sonra otaqda yumşaq və ihq bir qoxu qaldı: elə bil hardasa yaxınlıqda iki-üç dənə zərif ətirli çiçək açılmışdı.
Xəstə qayıdıb təzədən kresloda əyləşdi, qanrılıb hər ehtimala qarşı bir da qapıya baxdı və dəhlizdəki səssizliyə qulaq verdi. Zəminənin həqiqətən gedib yatdığına əmin olandan sonra əyildi, kreslonun altında gizlətdiyi sonuncu siqareti də götürüb yandırdı.
"Akop, əlində aftafa düşdü qabağa, mən də xəz kürk əynimdə, buxara papaq başımda düşdüm onun dalınca və biz gəlib girdik, Akopun birinci mərtəbədə yerləşən şüşəbəndinə. Mən ömrümdə Akopgildə olmamışdım və Akopdan savayı, bu məhəlləyə köçdüyüm gündən heç bir qonşugildə də olmamışdım. Yatsaydım yuxuma girməzdi ki, belə bir balaca şüşəbənddə bu tövr səliqə-sahman ola bilər və bir belə çiçək ola bilər. Akop Mirzəyanın şüşəbəndində yaz fəsli idi, divarlar boyu yerdə, rəflərdə qoyulmuş güldanlarda o qədər çiçək, gül vardı ki, desəm, bura cənnətin bir guşəsi idi, əlbət, yanılmaram. Eşq olsun belə səliqəyə və belə zövqə! Akop da gördü ki, mən heyrətlə onun güllərinə baxıram, ləzzət apardı, kürkümü əynimdən çıxarda-çıxarda dedi ki, hə, Mirzə, bunun da ayrı ləzzəti var ha! Dedim, bəs necə, ay kişi, bunu bacarmağa məxsusi qabiliyyət gərəkdir və belə şey hər adamın əlindən gəlməz. Bu sözlərim Akopa ayrı cür ləzzət elədi, kürkümü divardan asdı, sonra qolumdan tutub, məni isti şüşəbəndin divanna bitişik qoyulmuş ağ süfrəli dəyirmi stolun arxasında stul üstündə otuz-durdu. Amma bundan qabaq Akop otaqdan yastı bir balınc gətirdi, o balıncı stulun üstünə qoydu ki, mənə yumşaq olsun və mən özümü yaxşı hiss eləyim... Vallah, a kişilər, bu dünyanı məhvərindən qopmağa qoymayan çox-çox mətləblərdən biri də, heç şübhəsiz, bu dünyanın qəribəlikləridi. Çünki bu dünyanın qəribəlikləri olmasaydı, yəqin məni tale bu gün Akop Mirzəyana rast gətizdirməyəcəkdi. Kişi bir canfəşanlıq göstərirdi ki, dedim, bu cür getsə həlak olar, yıxılıb ürəyi-zadı gedər, sonra xataya düşərik... Məni otuzdurub yerimi rahla-yandan sonra keçdi şüşəbəndin ortasında dayanmış şkafın arxa tərəfinə, gördüm su səsi gəlir, başa düşdüm ki, krantı açıb əllərini yuyur. Burda bir balaca yanlış eləmişdi, gərək əvvəl-əvvəl əllərini yuyaydı, sonra əlini mənim paltoma, qoluma-filana vuraydı, nə isə, əhəmiyyətsiz məsələdi. Əllərini yaxşı-yaxşı yuyub qurulayandan sonra, şkafın dalından çıxıb dedi, bu saat, - mən də oturub gül-çiçəyə baxa-baxa onu bir müddət gözləməli oldum. Bir azdan Akop əlində podnos şkafm dahndan çıxdı, bu gün mənimki podnos sandan xeyli gətirmişdi, gördüm podnosun içində göy-göyərti, boşqabda soyutma ətə bənzəyən bir şey və bir şüşə də araq var. Dedim, bəlkə uşaqlardan birinin anadan olduğu gün olub bu gün və buna görə kişi sevincəkdi və indi məni də qonaq eləmək istəyir. Soruşdum ki, xeyir ola, ay Akop, bu nə həngamədi, dedi heç nə soruşub eləmə, nə sənin yuxun gəlir, nə də mənim, səhərə də hələ çox var, savabdı, qoy bir erməniylə bir müsəlman oturub tut arağından vursunlar. Sonra əlavə etdi ki, belə bir xeyir əməl, şübhəsiz, başımız üstdəki tək Allaha da xoş gedər. Mən doyunca güldüm, dedim, vallah, çox gözəl fıkirdir, amma birdən ətin donuz əti olar! Akop da Allaha and içib dedi ki, o, ömründə müsəlmanın qabağına donuz əti qoymaz, təzə dana ətinin soyutmasıdı, arxayın ol. Dedim, xub, amma ki, araq şüşəsinə bir də baxıb, müxtəsərcə təşvişə düşdüm, fikirləşdim ki, bu cür şirin görüşdən sonra birdən nadürüst oğlu keflənib-eləyər, ağzını dağıdıb qanqaraltılıq salar. Çünki, hər halda, Akop Mirzəyan elə şəxslərdən idi ki, onun ipinə heç vəchlə odun yığmaq olmazdı. Amma indi mənim durub getməyim də, şəksiz, yaxşı çıxmazdı, mənə ayıb olardı. Buna görə də, ürəyimdə dedim cəhənnəmə, nə olar olar, mən ki, bu gün Salahov bəndələrinin yanından ürəyimcə evimə qayıtdım və xəstə övrətimi canı salamat gördüm, dəxi belə bir xoşbəxt günün axırı rəvadır ki, belə xoşbəxtliklə də qurtarsın... Akop səliqə ilə çörəyi doğradı, göy-göyərtini yerbəyer eləyib mənim qabağıma qoydu və iki cəngəl gətirmişdi, onlardan birini də dəsmalla silib, qoydu mənim qabağımdakı boşqaba. Sonra soruşdu ki, Mirzə, sən içib yeyirsən, ya yeyib içirsən? Soruşub, diqqət kəsilib, üzümə baxdı. Mən də dedim, bəs sən necə, Akop? Dedi ki, mən yarım stəkan içməsəm, boğazımdan heç tikə də keçməz. Dedim elə mən də sənin kimi, içməsəm, boğazımdan su da getmir. Akop ziyada sevincək oldu, elə bildim indi lap körpə uşaqlar kimi şadlığından yerindən hoppanıb çırtıq çalacaq. Rəhmətlik oğlunun xəbəri yox idi ki, mən ildə uzağı bir ya iki dəfə içirəm, o da kefim duru olanda. Amma indi qərara gəlmişdim ki, Akopla dübədü gedim, çünki erməni millətinin gözəl xasiyyətlərindən biri də budur ki-, kimin qanı qara oldu, kim ki, dilxorçuluğa düçar oldu, bir-iki stəkan araq içib özünə gəlir. Biz isə həyatın belə məqamlarında övrəti məscidə göndəririk ki, gedib nəzir versin, dua oxutdursun... Akop hələ ayaq üstə idi, araq şüşəsini açıb ikimizə də süzdü, sonra məndən rüsxət istədi ki, əyləşsin. Düzü lap mat qaldım onun qonaqpərvərliyinə, dedim, bu nə söz-dür, ay Akop kirvə, əlbəttə əyləş, mən sənin qonağmam, sən də ev yiyəsisən, gərəkdir ki, ikimiz də üzbəüz əyləşək. Akop sevincək əyləşdi, mənim çəngəlimi götürüb, səliqə ilə soyutma ətin iri bir tikəsinə batırdı və mənim boşqabıma qoydu. Sonra badəsini qaldırdı, dedim indi uzun-uzadı bir sağlıq deyəcək, çünki mən erməniləri də gürcülər kimi, həmişə uzun sağhqlar deyən görmüşəm, amma Akop iki-üç kəlmə dedi, dedi ki, Mirzə, gəl bunu içək elə pis günümüz belə olsun. Vallah, bu sözləri mən eşidəndə, özü də Akopun ağzından eşidəndə mütəəssir oldum, çünki indiki zamanda ən ağıllı və fərasətli adamlar gərəkdir ki, elə bu sözləri desinlər. Dedim, Akop, min yaşa, sənə eşq olsun, sən həqiqətən həm yaxşı kişisən, həm də yaxşı qonşusan, mən də içirəm sənin, sənin övrətinin və balalarının sağlığına, o da dedi ki, malı mala qatma, gəl bunu mən deyən sağlığa içək, sonra söz sənindir, içərik uşaqların sağlığına. Tut arağı göz yaşı kimi dumduru idi, həqiqətən yaxşı çəkilmişdi, belə təmiz arağı mən cavanlıqda, bir-iki dəfə Tiflisdə olanda içmişdim, bir gürcü bəradərimin evində. Arağı Akop birnəfəsə boğazından tökdü getdi, amma mən yarıyacan içdim, çünki zəhrimar çox tünd idi, içimi yandırdı. Tez bir parça çörək götürdüm, bir tikə pendir götürdüm yedim və mən hələ özümə gəlməmişdim, Akop dübarə stəkanlarımızı ağzınacan doldurdu və dedi ki, içkidə zorakılıq olmaz, sən nə qədər içirsən iç, amma mən gərək bu gecə möhkəm vuram, çünki iki gündür ki, arağım qurtarmışdı, dilimə bir gilə də dəyməyib və bu səbəbdən özümü çox pis hiss edirəm... Burda mən bir cəhəti qeyd etmək istərdim. Akop bizim dildə deyim ki, bisavad danışırdı, düz olmaz, elə Muxtar Kərimlidən pis danışmırdı, intəhası, bəzi hərfləri düz demirdi və ortada da tez-tez "ara", "elli" kəlmələri işlədirdi, buna görə də danışığı bir az gülməli çıxırdı. Bu da mənə ziyadə ləzzət verirdi və mən tez-tez gülürdüm... İkinci qədəhləri mən deyən sağhğa içəndən sonra gördüm bir az keflənmişəm, başım gicəllənir və buna görə də girişdim soyutma ətə və gördüm ki, ət doğrudan da dana ətidir, donuz deyil, həm də duzu, istiotu, hər şeyi qədərindədir və açığı, axır vaxtlar heç belə dadlı yemək yeməmişdim. Akop da gördü ki, mən iştahla yeyirəm, dedi mənə, nuş, sonra yenə qədəhlərimizi doldurdu və dedi ki, ay Mirzə, bəs mən sənin yanında üzüqarayam. Dedim üzüqara düşmənin olsun, niyə belə deyirsən? Cavab verdi ki, diyəsən bir-iki kərə səni acılamışam, neynim, bu zəhrimarı çox içəndə işlər olur xarab, dilimi dinc saxlaya bilmirəm. Dedim, ay Akop, heç sənin məni acıladığın yadıma gəlmir axı? Dedi, mən ölüm? Dedim, bu sən öl. Bu yerdə Akop bir qədər fıkrə getdi, gördüm alnını övkələyir və yəqin nəsə yadına salmaq istəyir. Qoymadım çox fikirləşə, dedim düz sözümdür, biz sənnən həmişə görüşəndə bir-birimizə güldən artıq söz deməmişik. Akop üzümə baxıb dedi, bax, sən Allah, düz deyirsən? Dedim, vicdan haqqı düz sözümdür. Mən bu sözləri deyəndən sonra gördüm Akop sevindi, rəngi-rufu da dəyişdi, əlini əlinə sürtüb dedi ki, axı, doğrudan kimə-kimə, amma mən sənə ömrümdə pis söz deyə bilmərəm, çünki mənim sənə xüsusi hörmətim var, sən bizim həyətin ağsaqqalısan və bütün qonşular sənin başına and içirlər. Sonra mənim başımdakı buxara papağa baxdı, soruşdu ki, bu əla papaq da sənə çox yaraşır, bəs bunu hardan almısan?.. Dedim bunun dərisini mənim üçün Səmərqənddən gətiriblər və papağı da Bazarnıda papaqçı usta Avanes var, məşhur adamdı, o tikib. Akopun əlinə bəhanə düşdü, badəsini qaldırıb dedi, gəl bunu da içək Avanesin sağlığına, o ki madam belə papaq tikib, deməli, dünyanın yaxşı kişilərindən biridir. Biz indi burda oturub içirik, o yazıq evdə yatır. Gəl onu yad eləyək və arzu eləyək ki, bundan sonra da canı sağsalamat olsun və bundan sonra da belə-belə papaqlar çox tiksin. Çünki kişinin yaraşığı papaqdır, papaqsız kişini tulla getsin zibilliyə! İçdik. Bu üçüncü badedən sonra başgicəllənməm və kefliliyim elə bil keçdi, yəni tamam yox olmadı, intəhası, dayandım bir babətdə, dəxi bundan o yana keflənmədim, oldum düppədüz. Elə Akop da bir qədər fasilə verdi, o da ətdən götürüb ora-burasını diddələdi, mən şüşəbənddəki gül-çiçəyə baxıb və ürəyimdə Akopa əhsən dedim, çünki qışın bu vaxtında, belə yaşıllığa tamaşa etmək, həqiqətən, adamın könlünü açırdı... Bir azdan Akop məndən soruşdu ki, ay Mirzə, bu axır vaxtlar heç xoşuma gəlmirsən, gözümə birtəhər dəyirsən, naxoşlayıb eləməmisən ki? Əvvəl-əvvəl Akopa şübhə ilə baxdım, fıkirləşdim ki, bəlkə elə bu da məndən söz almaq istəyir, amma Akopun xumarlı quzu gözlərini görəndə elə bil qeybdən bir səs mənə dedi ki, belə gözlərin sahibi ömründə donosbaz ola bilməz və gedib heç kəsi heç yerdə satmaz. Dedim, Akop kirvə, naxoşlamamışam deyəm, əlbət yalan olar, çünki bir balaca ürəyim ağrayır və yuxusuzluq da məni taqətdən salıb. Amma ki, söhbət bundadı ki, işlərim düz gətirmir, axır vaxtlar bəzi nadürüst adamlar mənə göz verirlər, işıq vermirlər. Akop iri pəncəsini stolun üstünə vurdu, qaşlarını çatdı, gözlərindən cin yağdıra-yağdıra mənə dedi ki, o adamları sən mənə göstər, qalanınnan işin olmasın, hülqumlarını gözlərindən çıxarıb atım ayaqlarının altına. Burda bilmirəm mənə nə oldu, ya Allah-təala olan-qalan ağlımı da başımdan aldı, ya tut arağı məni xarab eləyib huşumu yoxa çıxartdı, bilmirəm, ağzımı açıb bu gün başıma gələn əhvalatı açıb hamısını danışdım Akopa. Dedim bundan sonra, yəni bu söhbəti eşidəndən sonra Akop yəqin başlayacaq mənə ürək-dirək verməyə, deyəcək ki, qorxub elə-mə, Allah kərimdir, inşallah, heç nə olmaz. Amma Akop heç nə de-mədi, əlini uzadıb mənim əlimdən tutdu və öpdü, başını stolun üstünə qoyub başladı uşaq kimi hönkür-hönkür ağlamağa. Mən olmazın dərəcədə özümü itirdim, dedim bu yazıq niyə bu günə düşdü, əcəba, günahların hamısı məndədi, nahaq hər şeyi ona danışıb yazığı kövrəltdim. Əlimi ehmalca uzadıb onun pırpız saçlarına toxundurdum, dedim, Akop kirvə, sən ölənlərinin goru, belə şeylərə çox fikir vermə, özünü ələ al, bilsəydim sənə heç nə deməzdim, inşallah, düzələr hər şey, görürsən ki, sağ-salamat gəlib oturmuşam sənin yanında. Bir azdan Akop başını qaldırdı, əllərilə gözlərinin yaşını sildi, sonra dedi ki, ara, bilirsən niyə ağladım, sordum niyə, dedi, sən bayaq o əhvalatı mənə danışanda, yazıq qardaşım düşdü yadıma. Onun da adı Salaxdı, Allah rəhmət eləsin. Qədəhini əlinə aldı və dedi ki, heç qorxub-eləmə, dəvədən böyük fil var, sənə heç kəs bata bilməz, çox o yan-bu yan eləyərlər, götürüb bir teleqram vurram Moskvaya, hamısınm atasını yandırarlar. Sən, dedi, Sədi əfəndisən, hara gedirəm, sənin adını çəkən kimi dükanda-bazarda, hamı səni tanıyır, hamı sonin balana dua oxuyur, çünki sən çox fəqir-füqaranın əlindən tutmusan. Sonra dedi ki, Mirzə, başımız üstdəki o tək Allah heç kəsə pis gün göstərməsin, amma bilmək olmaz bu dövranın gərdişini, birdən olmadı elə, oldu belə, bir şeyi yadında saxla. Yadında saxla ki, sənin burda, bu həyətdə qardaşdan artıq bir qonşun var, adı Akopdu, familiyası Mirzəyan. Biz sənə Mirzə deyirik, amma mənim familiyam Mirzəyandır. Mənim yəni bir dənə yanım artıqdır. Biz elə qan qardaşı kimi bir şeyik. Nə dərdin oldu, qorxma, dayanmışam dalında, Salahov olmur, lap gorba-gor atası olsun, hamısının hülqumunu boğazından çıxarıb ataram ayaqlarının altına... Burda, yəni söhbətin bu məqamında, Akop kirvənin ağzından çıxan axırıncı sözləri eşidəndə anladım ki, dəxi hərif ya dəmlənib, ya da dəmlənmək ərəfəsindədir. Bayaq Akop kirvənin gözləri mənə xumarlı quzu gözləri kimi görsəndi, amma indi hirsli-hirsli baxırdı və dəxi bu gözlərdə fağırlıq və xeyirxahlıqdan əsər-əlamət qalmamışdı, deyərdin, həqiqətən, bir yad adam əlinə keçsə, parçalayıb qamnı içer. Elə buna görə də, mən də bir qədər özümü yığışdırmalı oldum, hətta ürəyimdən keçdi ki, bəlkə ayağa qalxım, xudahafizləşim, gedim evimə yatmağa, amma elə bil Akop kirvə mənim bu fikrimdən xəbər tutdu və yenə bayaq həyətdəki kimi başladı mənə yalvarmağa ki, sən ölənlərinin goru, tələsib eləmə, hələ orda bir şüşə də arağım var. Dedim, yox, aşna, bu bəsimizdi, mən bundan artıq içə bilmərəm, içsəm, elə burda yıxılıb ölərəm. Akop da dedi, onda xub, gəl bunu da içək şəxsən sənin sağlığına, Allah sənə ömür versin və Allah sənin bütün düşmənlərini yer üzündən yox eləsin. İçdik, bu dəfə də Akop kirvə öz qədəhini tamam boşaltdı, mən yenə yarıyacan içdim. Mənim elə cavanlıqdan kefli adamlardan acığım gəlir və bu səbəbdən də özümə rəva bilmərəm ki, keflənib gedim özümü yıxım övrətin üstünə. Əlbət, bunları ürəyimdə dedim. Sonra Akop kirvə mənə dedi ki, sənin danışdığın o ağlamalı əhvalatdan sonra, istəyirəm sənə bir erməni havası oxuyum, o da ibarət olsun "Sirun axçik"dan. Dedim, oxuyarsan, evdəkilər ayılar Akop dedi ki, mən oxuyanda heç kəs ayılıb eləmir, çünki öyrəncəlidirlər. Bir də dedi ki, arvad çox o yan bu yan eləyər, göndərrəm atasıgilə, Qarabağa. Onda dedim, xub, oxu!.. Akop əlini qulağının ardına qoydu, stola dirsəkləndi və gözlərini yumub yavaş-yavaş, pəsdən oxumağa başladı.
Mən çox oxuyanlar eşitmişəm, Bakıda, Qarabağda, Tiflisdə, lap əla-əla xanəndələrə qulaq asmışam, yaxşı və asudə vaxtlarımda nəmər də vermişəm onlara, amma Qurana əl basaram ki, Akop kimi oxuyan hələ görməmişəm. Yəni çox güman ki, ondan da yaxşı oxu-yanlar var və ondan da yaxşı musiqini bilənlər yox deyil. Amma söhbət bundadı ki, əvvəla, belə yanıqlı, belə ürəkdən gələn səs həqiqətən eşitməmişəm, ikinci də, bu cür adamın cızdağını çıxardan hava da eşitməmişdim. O dərəcədə pəjmürdə-hal oldum ki, gördüm gözlərim dolmaq üzrədir, özümü güclə saxladım və Akopa qulaq asa-asa fikirləşdim ki, belə hava heç bir vaxt kef məclisində, toyda, nişanda yarana bilməz, belə hava ancaq müsibətdən yarana bilər və əgər indi Akop burda yox, bu havanı qarlı dağların başında oxusaydı, vallah, dünyanm bütün qarları əriyib suya dönərdi. O qurtarıb, gözlərini açıb mənə ba-xanda, dəxi mən onun üzünə baxa bilmədim. Dedim, Akop, səni görüm min yaşayasan, səni görüm ömründə neynim deyib qalmayasan, sən ki, məni bu dünyadan ayırıb ürəyimə təpər verdin, bundan sonra sənnən oldum həqiqət qan qardaşı. Sonra dedim, özünə araq süz, o da süzdü, qədəhimi qaldırıb dedim, bunu da içirəm sənin oxuduğun havanın sağlığına və bir də sənin bu gözəl evinin işığının sağlığına. Akop kirvə mənim bu sözlərimdən çox məmnun oldu, deyəsən, bir az da utandı, dəxi bir söz demədi, arağı başına çəkib yerindən qalxdı və yanaşıb üzümdən öpdü. Mən də onun üzündən öpdüm, sonra dedim ki, daha gecdir, mən durum çıxım gedim evimizə, sən də yıxıl yat. Səhər, inşallah, görüşərik. O, kürkümü tutdu, mən geyindim, dəxi onu həyətə çıxmağa qoymadım, kandarda əl tutub, bir-birimizə gecən xeyrə qalsın deyib aynldıq və mən həyətə çıxıb, dedim, bir qədər də hava almaq heç pis olmaz. İlahi, gecə necə gözəl gecə idi! Şükür verən gününə, şükür bu gecəyə, bu ağ qara, bir də başım üstə yanıb şölə saçan Aya! Min şükür!"

Bu sətirlərdən sonra üçüncü dəftərin ortasından bir neçə varağı qoparmışddar, varaqların tikiş yerlərində xırdaca kağız parçaları qalmışdı. Təbii, bunları ya Sədi əfəndi özü qoparmışdı, ya da Səlimə xanımın işi idi. Xəstəyə tamamilə aydın idi ki, Səlimə xanım hansı mülahizəyə görəsə, gündəliyi bütünlüklə xəstəyə verməmişdi. Xəstə, Səlimə xanımın ənlikli-kirşanlı sifətində hamıya və hər şeyə şübhə ilə baxan zil qara gözlərini xatırladı, xınltılı və gülən-ağlayan səsini ya-dına saldı və yüngülcə köksünü ötürdü. Bu üçüncü dəftərin lap sonun-da səhifə yarımlıq bir yazı da vardı. Bu yazını xəstə iki-üç dəqiqə qabaq diqqətlə iki dəfə oxusa da, nə illah eləmişdisə, heç bir şey başa düşməmişdi, çünki bu qeydlərin əvvəlki yazılarla heç bir məntiqi əlaqəsi yoxdu, hətta ona bayaq elə gəlmişdi ki, Sədi əfəndinin o soyuq, qarlı ilin yanvar ayında, əsəbi gərginlikdən bəlkə şüuru da bulanmışdı... Xəstə daha saata baxmadı, onsuz da rejim deyilən şeyi bu gecə əməlli pozmuşdu, indi yarım saat çox və az oturmağının heç bir əhəmiyyəti yoxdu, yəqin Zəminə də daha ayılmayacaq, çünki gecənin bu vədəsində - səhərə yaxın adamın yuxusu şirin olur. O yenə başını dəftərin üzərinə endirdi, məntiqsiz və xəstə bir şüurun məhsulu saydığı qeydləri bir də oxudu.
"...üzümə elə baxırdı ki, a kişilər, dedim yəqin dəli olmuşam. Cod tükləri vardı, özü də yekə bir pişik boyda idi. Atana lənət belə zəmanə, bu məxluq, adını bayaq Kirlikir demişdi, mənə elə ağıllı sözlər dedi ki, qarnını qaşıya-qaşıya məni o qədər mətləblərdən agah elədi ki, dəxi bu məxluqun həqiqət ağıl yiyəsi olduğuna məndə şəkk-şübhə qalmadı. Sonra da dedi ki, əfəl olma, dedi ki, sənin kimilərinin evini əfəllik yıxır, bir də səni Salahovun, ya Muxtar Kərimlinin yanına çağırsalar çıx aradan, çünki, dedi ki, sənin zırıltın hələ qabaqdadır, dedi ki, canına bax, yaxşı bir firəng dərmanı var, aptekin nömrəsini də dedi, get o dərmandan çoxlu al saxla, çünki sənə lazım olacaq. Sonra zibil yeşiklərinin arasında bir o yana getdi, bir bu yana getdi və bir gözünü yumub bir gözüylə baxa-baxa mənə dedi ki, o yazdığın yazını da qoy bir yerə, gizlət, heyfdi, vaxt gələr, çıxardarlar üzə. Mən dəxi qorxunu qoydum bir tərəfə, başımın üstünü kəsdirən fəlakəti o biri tərəfə və sordum ki, Kirlikir qardaş, sən siçovul ola-ola nə əcəb bizim dili belə yaxşı bilirsən və bizim bu əhvalatlardan da nə əcəb belə xəbərdarsan. O yenə qarnını qaşıdı və dedi ki, mən ancaq sizin dildə yox, mən cəmi dillərdə danışıram, çünki mən bu məmləkətin ən qocaman siçovuluyam və çalışıram ki, yaxşı adamlara kömək eləyəm, çünki yaxşı adamlar ölüb gedirlər, pis adamlar qahrlar. Amma, heyf, dedi ki, çox yaxşı adamlar məni görən kimi ya çığırıb qaçırlar evə, ya məni ayaqları altına salıb təpikləyirlər, ya da dediyim sözlərə inanmırlar. Mən də dedim, heç qorxub eləmə, Kirlikir qardaş, olan ömrümdə heç bir milçək də öldürmemişəm, çünki mənim Allahın cəmi heyvanlarına yazığım gəlir və sənin dediyin sözlərin də hamısına inanıram. Bu sözlərim Kirlikirin gördüm xoşuna gəldi, bu dəfə sağ gözünü yumub sol gözünü açdı, yenə qırmızı qarnını qaşıdı, dedi mənə "əhsən", sonra dedi ki, sən gərəkdir ki, ölümdən də qorxmayasan, çünki öləndən sonra dəxi biləcəksən ki, adam gərək ölümdən qorxmasın. Bu sözləri eşidəndə, dedim ürəyimə bıçaq soxdular, övrətlə Səlimə balam gəlib durdu gözlərim qabağında, Kirlikir də yanıqlı bir ah çəkdi və dedi ki, ay rəhmətliyin oğlu, sən öz canının hayına qal, övrət, uşaqlar hamısı dolanacaq, sən günü sabah get filan nömrəli aptekə, o dediyim firəng dərmanından çoxlu-çoxlu al, səfərin bu yaxınlarda uzaq yerə olacaq, çünki, mən bilən dedi, dəxi əhvalat vaqe olub qaran-qurux yerdə və qurtarıb gedib. Sonra çox biədəb bir söyüş söydü və dedi ki, "budet sdelano, tovariş Salaxov" və mənim qarnım ağrıdı. Sonra başın qaldırıb Aya baxdı və mən də Aya baxdım. Gördüm Ay balacalaşıb olub alma boyda bir şey və mən elə billəm ki, ulduzdur. Düzü, əməlli qorxuya düşdüm. Bu yerdə Kirlikir dedi ki, dəxi mən gedəsi oldum, çünki məni çağırırlar. Dedi, salamat qal və mən ağzımı açmamış zibil yeşiklərinin arasına girib qeyb oldu. Mən yenə göyə baxdım, dəxi Ayı görmədim, gördüm ki, göyün üzündə hərəsi alma boyda iri-iri ulduzlar yanır və bu ulduzlardan mənim başım üstünə əməlli soyuq axır, az qala donmuşdum, tez çöndüm, getdim evimizə".
Vəssalam. Xəstə, dəftəri qatlayıb stolun üstünə qoydu, külqabıdan, bayaq yanya qədər çəkib söndürdüyü siqaretin qalığını götürüb yandırdı və tüstünü acgözlüklə ciyərlərinə çəkdi. Yenə Səlimə xammı xatırladı, onun indiki azannı neyçinsə Sədi əfəndinin siçovul barədə yazdıqlan ilə əlaqələndirdi: daha heç bir şübhəsi qalmadı, Berqmanın Səlimə xanımın azan barədə söylədiyi mülahizələri bir də xatırlayıb, həkimin genetik fərziyyəsinə tamamilə haqq qazandırdı. Xəstə başa düşdü ki, ruhi anormallıq, şübhəsiz, irsiyyətlə bağlıdır. Sədi əfəndiyə daha çox yazığı gəldi, bu gündəliyi oxuyub qurtarandan sonra ürəyində qalmış nisgilli bir ağırlığı iri bir şiş kimi köks qəfəsində hiss elədi, yenə kreslodan qalxdı, pəncərəyə yanaşdı, uzaqda, üfüq üzərində sallanıb durmuş Ayın dəyirmiliyini seyr edib gülümsündü, sonra səmaya baxıb, nə qədər gözlərini qıysa da, bir dənə də ulduz görmədi. Arxasında qədimi saat gecə dörd tamamı vurdu. Saatın prujinləri boşalmışdı, çoxdandı qurulmurdu, buna görə də zəng səsləri otağın sakitliyində boğuq və vahiməli çıxdı.
***

Səhər açılanda xəstə sağ tərəfınə baxıb arvadını yanında görmədi, bundan bildi ki, yəqin uşaqları məktəbə yola salıb və indi də mətbəxdə işiylə məşğuldu. Sol əlini uzadıb tumbanın üstündən saatını götürüb baxdı, gördü on birin yarısıdır. Qalxdı, gecə çarpayının yanındakı stulun söykənəcəyinə tulladığı xalatı götürüb geyindi və yataq otağından çıxıb mətbəxə gəldi. Zəminə mətbəx stolunun arxasında oturub bugünkü qəzetlərə baxırdı, hənirti eşidib başını qaldırdı, astanada dayanıb yuxulu-yuxulu ona zillənmiş ərini gördü.
- Düzün de, səhər neçədə yatmısan? - soruşdu.
- Sən gedəndən sonra heç iyirmi dəqiqə də oturmadım, yıxılıb yatdım. - Xəstə yalan dedi və bir addım atıb, alçaq taburetkanı altına çəkib arvadıyla üzbəüz əyləşdi. Mətbəxin havası təmiz idi, həmişə olduğu kimi ağır bişmiş iyi yoxdu, yəni Zəminə pəncərəni açıb mətbəxin havasını dəyişdirmişdi. Çaynik qaz pilətəsində odun qırağında idi ki, soyumasın, fısıldayırdı. Zəminə yerindən qalxdı, pəncərənin yanındakı soyuducunun üstündən dəyirmi nimçəni götürüb ərinin qabağına qoydu: nimçədə əl boyda bir yaxma vardı, xəstənin hər gün səhərlər yediyi adi yaxmalardan biri. Xəstələnəndən sonra elə bil mədəsi daralmışdı, daha bişmiş yeyə bilmirdi. Sonra Zəminə ərinə bir stəkan tünd kəmşirin çay elədi, onu da stolun üstünə qoydu və öz yerində əyləşdi. Xəstə çörəyini yedi, çayını içdi və qəzetlərdən birini götürüb ayaqyoluna getdi. İşini görüb, əl-üzünü yuyub, güzgüdə özünə baxdı, əlinin arxasını sifətinə çəkib saqqalını yoxladı və qərara gəldi ki, üzünü bu gün qırxmaya bilər, qalsın sabaha. Yaxşıca qurulanıb, hamamxanadan çıxdı və qonaq otağına getdi. Gecə stolun üstündə qoyduğu dəftərlərin ora-burasına baxdı, adda-budda bir-iki yerini yenə oxudu, Kirlikir əhvalatından da üç-dörd cümlə oxuyandan sonra, əsnəyib, başını buladı və ürəyində "Heyf sənə, Sədi əfəndi" dedi. İndi, yuxudan durandan sonra, ayıq başında gecənin əsəb gərginliyindən təmizlənib durulmuş düşüncələrində şübhəli bir fıkir yarandı: əgər Kərimli bu ərəfədə, üstəlik, Sədi əfəndinin psixikasının da yerində olmadığından xəbər tutsa, Səlimə xanımın bütün qorxulan həqiqətə çevrilə bilər. Arvada demək lazımdır ki, bu gündəliyi hələlik, yubiley əhvalatlan qurtarana qədər heç kəsə göstərməsin... Xəstə kresloda əyləşib, dəftərləri səliqə ilə, nömrə sırası üst-üstə yığdı və qovluğun içinə qoyub, qovluğu da eyni səliqəylə bərk-bərk bağladı. Sonra qanrılıb qapıya tərəf çığırdı:
- Zəminə, telefonu mənə ver! Mətbəxdən səs gəldi:
-Nə?
- Telefonu ver mənə!
Zəminə uzun şunurlu telefonu gətirib ərinin yanında stolun üstünə qoydu, sonra pəncərəyə yanaşıb fortoçkanı açdı, ərinin tələsik-tələsik yaxasını bağladığını görəndə dedi:
- Qorxma, heç nə olmaz. Dünən Mark Georgiyeviç dedi ki, daha heç nədən qorxmaq lazım deyil. Otaqların havasını təmiz saxlayın. Şükür. - Gəlib bir az aşağı əyildi, xəstənin sifətindən öpdü. - Sən həkimlərin sözünə qulaq assaydın, Allah haqqı, çoxdan sağalmışdın. Sonra ərinin dizinin üstündəki qovluğa baxdı. - Sən canın, Səlimə xanımdan bir şey yazıb orda?
Xəstə də arvadının üzünə baxıb gülümsündü.
- Sənin tanıdığın indiki Səlimə xanımdan, heç nə, - dedi. - Yeddi yaşlı Səlimədən yazıb, özü də hər yerdə yazır mənim Səlimə balam.
- Oy, kak interesno! Arvadının gülümsər gözlərində ötərgi bir qüssə göründü, yəqin Zəminə də başa düşdü ki, bir vaxtlar, onun tanıdığı Səlimə xanım həqiqətən Səlimə bala olubmuş. Zəminə otaqdan çıxmaq istəyəndə xəstə dedi:
- Deməli, deyirsən sağalmışam da, hə? Zəminə geri döndü və başını buladı.
- Genə siqaret istəyirsən?
- Hə... Bir dənə, səhər-səhər heç pis olmaz!
Of! - Zəminə gözlərini bərəltdi. - Aləmin bicisən. Yaxşı. - O, şkafa yanaşıb xalatının cibindən bir dəstə açar çıxardı və orta yeşiyi açıb özünə sarı çəkdi. Əlini yeşiyin dibinə soxub ordan siqaret qutusunu götürüb uzaqdan ərinə göstərdi. - Enzedi. - Xəstə "Malboro" qutusunu görüb doğrudan sevincək oldu, çünki iki ay idi ki, pulsuzluğun üzü qara olsun, bu siqaretlərə həsrət qalmışdı.
- Əhsən sənə, belə arvad!
Siqareti yandırandan sonra, Zəminə otaqdan çıxıb arxasınca qapını bağlayandan sonra, xəstə ürəyinə dolmuş rahatlıqdan özünü göyün yeddinci qatında hiss elədi. Tüstünü ciyərlərinə çəkib bir müddət içində saxladı, nikotin yaxşı konyak kimi, əvvəlcə beynini yüngülcə dumanlandırdı, sonra əzələlərinə süstlük gətirdi və xəstə, həqiqətən, tamam saraldığına inandı. İnsana əsl xoşbəxtlik üçün düz deyiblər ki, əksər hallarda elə bir fövqəladə şey lazım olmur. Bir parça yaxma, ya bir dənə yaxşı siqaret, görürsən ki, bütün ovqatını dəyişdi, sərin külək əsib burnunu dağıtdığı kimi, qanqaralığını, əsəbi gərginliyini yox elədi.
Xəstə telefonu qaldırıb dizləri üstünə qoydu və Səlimə xanımm nömrəsini yığa-yığa saata baxdı. On ikiyə beş dəqiqə işləyirdi.
- Allo? - Səlimə xanımın səsi yuxulu və qalın idi və deyəsən, ağzında siqaret vardı.
- Sizin sabahınız xeyir, Səlimə xanım.
- Ay aqibətin xeyir! - Səlimə xanım sevindiyindən az qala çığırdı. - Doroqoy moy, oxudun?
- Oxudum, Səlimə xanım, böyük məmnuniyyətlə oxudum, deyirəm...
- Epikrizi deyirsən? - Səlimə xanım onun sözünü xırp kəsdi və bu təlaşlı sualı ilə başa saldı ki, yəni konspriasiyaya keçmək lazımdır. Xəstəni gülmək tutdu, özünü güclə saxladı.
- Bəli, epikrizi deyirəm. - Səsinə ciddilik verdi.
- Nu kak?
- Nə deyim, vallah... Allah rəhmət eləsin kişiyə, qəbri nurnan dolsun... Yaxşı olardı ki, bir görüşək. Bir-iki yeri var, aydın olmadı mənə. Daha doğrusu, əlavə məlumata ehtiyac duyuram... Görüşsəydik, heç pis olmazdı.
- Harda?
- Məni həkimlər, bilirsiz ki, hələ evdən çıxmağa qoymurlar. Deyirəm, bəlkə siz bizə gələsiniz?

Səlimə xanım bir müddət cavab vermədi, telefon dəstəyində nəsə uğuldadı, elə bil hardasa külək qopdu, xəstə təəccüblə dönüb pəncə-rəyə baxdı, yox, külək-zad əsmirdi, hava sakit idi, sonra dəstəkdən Səlimə xanımın qəfil hönkürtüsü eşidildi. Xəstə özünü itirdi.
- Səlimə xanım, sən Allah, əsəbiləşməyin, xahiş eləyirəm. Görürsən də, - dedi Səlimə xanım, - görürsən, bədbəxtin başına nə oyunlar açıblar? - Sonra qəfil ağladığı kimi qəfil də güldü. - Amma bundan sonra Kərimli lap özünü cırsa da, bir şey eləyə bilməyəcək.
- Əlbəttə, əlbəttə!
- Deyirsən mən sizə gəlim, hə?
- Vallah, Səlimə xanım, düz sözümdü, heç nədən qorxub eləmək lazım deyil. Bizim binaya hər gün o qədər adam gelir ki! Kim kimədir, ay arvad, gəlin oturaq, bir stəkan da pürrəng çay içək, mırt vuraq özümüzçün. Hə?
- Yaxşı, qoy bir özümü səliqə-sahmana salım, gələrəm. - Uğunub getdi. - Arvad yaşa dolanda vasvası olur, min göz baxır, gərək özünə bəzək-düzək versin. Dost var, düşmen var.
- Əlbettə, əlbəttə... Deməli, gözləyirəm sizi.
- Mütləq.
Səlimə xanım xudahafiz demədən və gözlənilmədən dəstəyi qoydu yerə. Xəstə bir müddət kəsik siqnalları dinləyib, sonra yavaş-yavaş dəstəyi qulağından ayırdı və ehmalca aparatın üstünə endirib ovcunda xoşagəlməz bir təmas duydu: ovcu tərləmişdi, özü də bu tər soyuq tər idi, lap xəstənin bir neçə ay bundan qabaq yüksək qızdırmayla yatdığı vaxtlardakı alnına gələn, bəzən isə bütün bədənini bürüyən həmin o yapışqan kimi qatı olan soyuq tərə bənzəyirdi. Xəstə təlaşla açıq fortoçkaya baxdı, bir də xalatının düymələrini yoxladı, sonra yerindən qalxıb şkafa yanaşdı. Gümanı ona idi ki, bəlkə Zəminə siqaret olan yeşiyi açarla bağlamamış ola. Elə də oldu: Zəminə yeşiyi açarlamağı unutmuşdu. Xəstə tələsik yeşiyi özünə sarı çəkdi, "Malboro" qutusundan iki siqaret çıxardı, birini qoydu cibinə, sonra qayıdıb yerində əyləşdi və külqabıya basıb söndürdüyü siqaretin kötüyünü də götürüb xalatının o biri cibinə saldı. Qapıya baxıb təzə siqaret yandırdı, ləzzətli bir qullab vurmuşdu ki, qapı açıldı və Zəminə içəri girdi. Ərinin barmaqları arasındakı siqaretə fıkir vermədi, stola yaxınlaşıb gözucu külqabıya nəzər yetirdi və yəqin ki, heç bir şey başa düşmədi.
Xəstə dedi:
- Bir hovurdan Səlimə xanım bizə gələcək, sən çaydan-zaddan hazırla.
- Vaaay - deyib Zəminə narazılıqla səsini uzatdı. - Genə baş-beynimizi aparacaq, vallah!
- Daha neynim... Mən zəng elədim dedim ki, adam göndərsin qovluğu verim, özü dedi ki, bu saat gəlirəm sizə. Zəminə üçün də darıxmışam.
- Vay, vay, mənim onunla oturmağa halım yoxdu. Gərək çörək hazırlayam. İkidə uşaqlar məktəbdən gələcəklər.
Xəstə dedi:
- Bir az oturarsan, sonra gedib işinnən məşğul olarsan. Onun söhbəti mənnəndi.
Zəminə dedi:
- Elə səni də salacaq çənəsinin altına. - Sonra nəsə fikirləşib əlavə elədi: - Bax, sən Allah, əsəbiləşib eləmə. Gəlib ağırlığını tökəcək genə sənin üstünə. Ay dədəm belə oldu, ay nə bilim, Muxtar Kərimli belə dedi. - Qısaca sükutdan sonra: - Səni and verirəm uşaqların canına, qarışma heç nəyə. Öz intriqalarıdı, qoy özləri də altını çəksinlər. Sənin başına bir iş gəlsə, heç kəs gəlib mənim balalarımı dolandırmayacaq.
Xəstə təəccüblə və bir az da əsəbi-əsəbi arvadının üzünə baxdı.
- Nə deyirsən, az? - dedi. - Mənim başıma nə gələ bilər ki!.. Zəminə əlini yellədi.
Mən istəmirəm ki, sən hər şeyin üstündə əsəbiləşəsən. Bir az dirçəlmisən, otur evdə, canına bax. Mark Georgiyeviç də dedi özünü qorumalıdı.
Xəstə başa düşdü ki, daha mətləbi dəyişdirmək lazımdır, ərini sevən və ona öz şəxsi mah kimi baxan bir qadını, adi ailə, uşaq, ev qayğılarından ayırmaq üçün tutarlı dəlillər hələ icad olunmayıb. Bir də Zəminənin son aylar nələr çəkdiyini nəzərə almaq lazımdır: gözlərinin altında göyümtül ləkələr əmələ gəlib, bərk əsəbiləşəndə, nara-hatçılıq keçirəndə əlləri də əsir.
- Mark Georgiyeviç daha nə dedi? - soruşdu.
- Nə deyəcək! Şükür Allaha, dedi, vse pozadi. Dedi, daha çox evdə oturmasın, bir-iki gün də qızdırmasını yoxlayın, olmasa, yavaş-yavaş havaya çıxsın, çoxlu hərəkət eləsin. - Zəminə ərinə yanaşıb arxasında dayandı, başını sığalladı. - Sən mən deyənə də qulaq assan, işlərimiz lap düzələr.
Xəstə, arvadının əlindən yapışıb dodaqlarma yaxınlaşdırdı, yenə ovcundan öpdü: burnuna yüngülcə soğan iyi dəydi. Sonra, başını qal-dırıb, hələ də arxasında dayanıb gülümsəyən Zəminəyə altdan-yuxarı baxdı və dedi:
Onda gəl, bir yaxşı iş də elə.
- O da baş üstə!
- Bizim o köhnə albomu ver mənə.
Zəminə kitab şkaflarından biri'nə yanaşıb, aşağı yeşiyi açdı və iri, uzunsov albomu götürüb, xalatının qolu ilə qırmızı məxmər üzünün tozunu sildi, gətirib ərinin dizləri üstünə qoydu. Sonra otaqdan çıxıb mətbəxə getdi.
Xəstənin zənnincə köhnə şəkilləri, ölüb-getmiş əzizlərinin şəkillərinə albomlarda, yeşiklərdə və başqa qaranlıq yerlərdə saxlayıb, hərdən-hərdən onlara baxmaqda, evə gələn qonaqlara göstərməkdə nəsə bir anormallıq vardı: insan həyatı tərk edəndə bütünlüklə tərk etməlidir, özündən sonra, zahirini, səsini yalnız xəyallarda və qulaqlarda qoyub getməlidir və əgər sağ qalanlar çay içə-içə, çörək yeyə-yeyə ölülərinin şəklinə, gündəlik həyatın adi şeylərinə tamaşa edirmiş kimi baxırlarsa, ya da daha pisi, ölülərin sağlığında maqnitofona yazılmış səsinə qulaq asırlarsa, bu, ölümün müqəddəsliyinə xələl gətirir, bu, dirilər və ölülər arasında yaranmış zaman distansiyasında insanın ən qiymətli və kövrək hisslərini - intizarım və həsrətini tədricən əridib yoxa çıxar-dır... Albomu tez-tez varaqlaya-varaqlaya öz şəkillərinə, Zəminənin şəkillərinə, uşaqların və başqa qohum-əqrəbanın, tanışların şəkillərinə gözucu və ötəri baxa-baxa, nəhayət, Sədi əfəndinin kartonu saralmış köhnə şəklini tapdı. Buxara papaq, qalın kürk, nazik qalstuk və dizi üstə qoyduğu sol əlinin adsız barmağında parıldayan iri daşlı brilyant üzük. Ən ümdəsi də, şəklə baxanın düz gözlərinə zillənmiş bir az gülümsər və bir az da qüssəli olan sənətkar, şair gözləri. Bu gülümsər və gözəl çöhrənin kiçicik bir anı neçə illərdir ki, dəyişməz qalır və hələ bundan sonra da, ta qiyamətə qədər, belə dəyişməz qalacaqdır: dünyanın dağlan, okeanları dəyişməz qaldığı kimi, insan yaşadıqca məhəbbət və nifrət dəyişməz qaldığı kimi... Xəstə, albomu bağladı, neyçinsə Sədi əfəndini gözlərini görəndən sonra darıxdı, o dərəcədə darıxdı ki, təzədən siqaret çəkmək istədi, amma özünü saxladı və birdən-birə yadına qəribə bir şey düşdü: təxminən üç-dörd gün bundan qabaq, axşam on birdə yuxu dərmanı içib yatmışdı, haçansa qəfil ayılıb saatına baxıb görmüşdü ki, heç yarım saat da yatmayıb. Dərmandan ağırlaşmış başında gurultu hiss eləmişdi. Yuxuda qoca bir canavar görmüşdü, nə quş, nə at, nə it, yəni həyatda dəfələrlə görüb müşahidə etdiyi heyvanlardan heç biri yuxusuna girməmişdi, məhz elə bu qoca canavar girmişdi. Bir dəfə, hələ uşaqları lap balaca olanda bazar günü onlan heyvanxanaya aparmışdı, orda dünyanın bütün qəribə-qəribə heyvanlarına tamaşa eləmişdilər, gülmüşdülər, heyrətlənmişdilər, amma canavar saxlanılan qəfəsi boş görmüşdülər. Heyvanxana işçilərindən birini saxlayıb, xəstə yoğun dəmir milləri pas atıb saralmış bu qəfəsin nə səbəbə boş qaldığı ilə maraqlanmışdı. İşçi bir sözə on sözlə cavab verən adamlardan olduğu üçün, bu boş qəfəsin tarixini uzun-uzadı xəstəyə danışmışdı. "Qədeş, burda bir qoca qotur canavar vardı. Xox əliyirdim ona, qorxusundan gedib girerdi qefesin küncünə.

Yimey də yimirdi, bir deli arvad vardi, hər gün gəlirdi, yidizdirirdi bıni. Sən öl, qədeş, heyvan bıni görən kimi, bir oyun çıxarırdı ki, diyürdün ki, anasını görüb... Arvad da deli diyəndə lap deli deyildi ya! Bedənnən-zaddən də pis deyildi. Eşitmiş olarsan, bir cırıx Cebi deyirlər, məşhur adamdi, milyarder, babalı diyənin boynuna, guya bı bıni əvvəl saxlıyırmış də yanında, aşnası kimi, sora deyib dalınnan, bının da başına hova gelib, olub deli. Mən diyinnəri diyirəm a, babalı oların boynuna. Əlqerez, qədeş, bı yaxınnarda bı arvad ölər. Heyvan da oldi deli. Heç nə yimədi, gecələr ulduzlara baxıb başdadi ulameyə. Quduzdaşdi də! Hə, nə başüvi ağrıdım, iynə vurdux ona öldürdük. Saxlamaq olmaz hələncik heyvani, hələ döyül?" Sonra xəstə, Mahmudun ona danışdığı əhvalatı xatırlayıb, tatar Temirin Zülfüqar kişi öldüyü gecə gördüyü yuxunu yadına salmışdı və fıkirləşmişdi ki, bəlkə elə onun da yuxusuna girmiş bu canavar tatar Temirin canavarıdı?.. Yox, günü sabah evdən çıxmaq lazımdır, bütün günü bu kresloda oturub, siqaret çəkə-çəkə axmaq-axmaq şeylər barədə fıkirləşməkdənsə, havaya çıxıb, bulvarda avaralanmaq min dəfə faydalıdır. Adamın yuxusuna canavar da girər, xortdan da, bunları xırdalayıb ürəyə salmağın nə mənası? Vallah, kim xəbər tutsa ki, saçı-saqqalı ağarmış iki uşaq atası işini-gücünü buraxıb, bütün günü evdə oturub gecə yuxuda gördüyü əcaib-əcaib şeyləri ürəyinə salmaqla məşğuldur, deyər getsin ağlına dua yazdırsın. Xəstə stolun üstündəki albomu bir az da kənara itələdi və hər şeyi özünə unutdurub, qapıya sarı dönüb çığırdı:
- Mənə bir stəkan pürrəng çay, ay ev yiyəsi! Mətbəxdən yenə səs gəldi:
-Nə?
-Çay, çay, çay...

***

...Səlimə xanım gəlib-gedəndən sonra bu otaqda həm ağır ətir və ənnik-kirşan iyi qaldı, həm də qulaqlarımıza dolmuş xırıltılı, ağlayan-gülən səsin əks-sədası. Biz arvadla bir-birimizin üzünə baxıb rahat nəfəs aldıq, Zəminə bir "şükür" də dedi, sonra stolun üstündəki stəkanları, mürəbbəni, dünəndən qalma piroqu podnosa yığa-yığa "şükür"ünə əlavə etdi:
- Səni bilmirəm, amma bu bizə gəlib-gedəndən sonra mən iki gün özümə gələ bilmirəm.
-Əşşi, daha neynəyək, - dedim, boğazım ayışdı, bir-iki kərə asqırdım. Səlimə xanım o qədər siqaret çəkmişdi ki, Zəminə, onu ötürəndən sonra yun şalını gətirib mənim çiynimə salmış və balkona açılan pəncərələri taybatay açmışdı.
- Zalımın qızı elə ötür ha! - Zəminə deyinirdi. - Arvad xeylağı da bir belə siqaret çəkər? Demir ki, evdə xəstə var... Amma neynirsən, görürsən, səndən, məndən üç dəfə kökdü.

Mən açıq pəncərədən eşiyə baxdım, sakit və günəşli hava idi. Birdən ağlıma elə bir fikir gəldi ki, özüm sevindim.
- Zəminə, - dedim, - bir dəli şeytan deyir, dur indi geyin, hava da yaxşıdı, düş həyətə, bir az hava al, hə?
Zəminə podnosu stolun üstünə qoydu. Üzümə baxıb dedi:
- Sən zarafat elə!
- Vallah, düz deyirəm. Üç gündü qızdırmam yoxdu? Yoxdu. Mark Georgiyeviç də sənə nə deyib. Deyib ki, daha evdə oturmasın, havaya çıxsın, çoxlu hərəkət eləsin.

Zəminə gülümsünüb, bir müddət heç nə deyə bilmədi, elə bil dili tutuldu, mən bunu gözlərindən gördüm, stolun başına fırlanıb üzbəüzümdəki kresloda əyləşdi və mənim həqiqətən sağaldığıma yalnız indi inanıbmış kimi, əllərimdən yapışıb bərk-bərk sıxdı.
- Şükür, ay Allah, şükür! - dedi. - Amma çox yox, yarım saat. Yaxşı?.. Mən də balkondan baxacam sənə.
Mən başımı tərpətdim. Zəminə tez qalxıb o biri otağa getdi, çiyincədən asılmış kostyumumu, yun sviterimi gətirdi. Mən də qalxıb, xalatı əynimdən çıxardım, şalvarı, sviteri, pencəyi geyinib Zəminə ilə bir yerdə dəhlizə çıxdım, gülə-gülə, sevinə-sevinə orda ayaqqabılarımı da geyindim və Zəminə plaşımı asılqandan götürüb tutdu. Mən hələ ömrümdə Zəminəni belə sevincək və belə bəxtəvər görməmişdim. İndi mənə elə baxırdı ki, elə bil məni həyətə hava almağa yox, bir milyon pul dalınca göndərirdi.

Zəminə arxamca küçə qapısını bağlayan kimi bildim ki, indicə qaçıb balkona gedəcək və mənim pilləkənləri enib blokun qapısından həyətə çıxmağımı gözləyəcək. Mən yavaş-yavaş, ehtiyatla pilləkənləri enməyə başladım, çünki dizlərim zəiflikdən əsirdi, çoxdan unutduğum blok idi - elə bil turşumuş kələm iyi idi - uzun fasilədən sonra, iki aylıq ayrılıqdan sonra yenidən burnuma doldu və etiraf etməliyəm ki, bu həm yeni, həm də tanış duyumdan hətta, bir az kövrəldim də, çünki insan öz evinə, işığına, çarpayısına adət etdiyi kimi, iylərə, qoxulara da adət edir. Üçüncü mərtəbənin meydançasında bir boz pişik gördüm: o da divarları iyləyə-iyləyə, qulaqlarını şəkləyib, tüklü quyruğunu dik tutub aşağı enirdi və yəqin ki, o da mənim kimi həyətə, hava almağa getmək fikrinə düşmüşdü. Mən Sədi əfəndinin Kirlikirini xatırladım.
Blokun qapısından həyətə çıxan kimi bir-iki addım qabağa atıb başımı yuxarı qaldırdım, beşinci mərtəbənin kəllə-çarxındakı balkonumuza və balkonda dayanıb sevinə-sevinə mənə əl eləyən Zəminəyə baxdım. Mən də əlimi plaşımın cibindən çıxarıb ona əl elədim, Zəminə aşağı əyilib çığırdı:
-Urra!
Mən də sevincək ona cavab verdim:
- Urra! - Yaxşı ki həyətdə heç kəs yoxdu, bizim bu qəribə "urra"-larımızı eşidən olmadı. - Qayıt otağa, soyuq dəyər.
Zəminə yenə çığırdı:
- Çox uzaqlarda hərlənmə! Evə gələndə pilləkənləri ehmal-ehmal qalx! - Sonra əli ilə ürəyini göstərdi.
Başımı tərpətdim ki, yəni arxayın ol. Zəminə balkondan yox olub otağa qayıdandan sonra, xeyli dayandığım yerdə durub, gözlərimi yumub üzümə düşən gün işığından, sifətimi yalayan sərin havadan ləzzət ala-ala daha heç bir şey haqqında düşünmək istəmədim, özümü bütünlüklə günəşin və havanın ixtiyarına verdim. Günəş süd kimi ilıq idi, havadan bal ətri gəlirdi. Bir azdan hiss elədim ki, nəsə, başım gicəllənir, Allahın quruca havasından da yadırğamışdım. Gözlərimi açıb, bir az həyətdə gəzişdim, sonra qoca tut ağacının altındakı, yayda upravdomun yaşıl rəngə boyadığı, indi isə solub bozarmış skamyada əyləşdim. Sol tərəfımdəki damı çürüyüb uçulmuş zibilxananın iyi burnuma dəydi, azca keçəndən sonra bu iyə də öyrəşdim: xəstəlikdən sonra bütün şərti refiekslər bərpa olunurdu... Bayaq Səlimə xanım da siqareti siqaretə calaya-calaya şərti reflekslər barədə mənə mühazirəyə bənzər bir şey oxudu. Heç bir şey başa düşmədim, sözünü kəsib bir familiya uydurub dedim ki, onun kitabında bütün bunları oxumuşam. Səlimə xanım o məşhur alimin familiyasını birinci dəfə indi eşitdiyinə görə bir az təəccübləndi, sumkasını açıb bloknotuna qeyd elədi, sonra mənə razılığını bildirdi... Zəminə bir az bizimlə oturub, mənə göz eləyib, Səlimə xanımdan üzr istədi ki, uşaqlara yemək hazırlayıram, siz oturub söhbətinizi eləyin, mən mətbəxə gedim. Zəminə otaqdan çıxandan sonra mən Səlimə xanımdan Sədi əfəndi barədə bir neçə şey soruşdum. A. Q.-nin kim olduğu ilə maraqlandım, Səlimə xanım dedi ki, bu barədə mənə dəqiq heç bir məlumat verə bilməz, çünki o illər o, balaca qız idi, yuxan Dağlıq küçəsindəki evlərinə də o bəxtəvər günlərdə çox adam gəlirdi, sonra onlann hamısının ayağı kəsildi. A. Q. da yəqin onlardan biridir. Sonra bu da mənə məlum oldu ki, Sədi əfəndinin yazdığı gündəlikdən yalnız elə bu üç nazik dəftər qalıb, Səlimə xanım Qazaxıstandan qayıdandan sonra, bütün yaxın və uzaq qohumlarının evlərini bircə-bircə gəzib, amma heç kəsdə heç nə tapmayıb. Bəs roman?.. Səlimə xanım təzə siqaret yandırdı, sesini alçaldıb qapıya baxıb və ənnikli-kirşanlı sifətində iki qara deşiyə bənzəyən gözlərini mənə zilləyərək dedi ki, "eto sekret!" Sonra dodaqlarını bir-birinə sıxıb güldü, ətli, sallaq yanaqları titrədi, sifetindəki pudranın nann tozu qara jaketinin sinəsine səpələndi, yan-yörəsinə baxa-baxa şəhadət barmağım dodaqlarına yapışdırdı: "Sss..." Sonra gözləri doldu, tez-tələsik sumkasını açıb, yaylığını çıxardı və növbə ilə, kirpiklərinin qarası axmasın deyə ehmalca gözlərini quruladı. Dedi ki, sabah yox, birisi gün yola düşür, özü də uzağa gedir, əgər bu dəfə də atasının romanının əlyazmasını tapmasa, ömürlük ümidini üzməli olacaq, çünki daha gümanı heç yerə qalmayıb. Səlimə xanımın dediklərindən nəsə ağlım bir şey kəsmədi, neçə illərdir ki, mən bu roman söhbətini eşidirdim, Səlimə xanımgilə gedəndə, onunla telefonla danışanda, həmişə səsi qırıla-qırıla, əsəbiləşə-əsəbiləşə mənə romanın əlinə düşdüyündən danışırdı, ancaq aylar, illər ötürdü, ortada isə bir şey yoxdu... Mən, Sədi əfəndinin gündəliyini oxuyana kimi, açığı, elə bu fikirdə idim ki, roman haqqında olan bu söhbətlər, yalnız və yalnız bulanıq şüurun, bütün dünyadan küsmüş hirsli-hikkəli bir qadının növbəti xülyalarından biri idi. Səlimə xanım bu illər ərzində azından yüz dəfə mənə demişdi ki, Moskvadan fılankəsov zəng vurub, filankəslərə xüsusi tapşırıq verib və bu tapşırıqdan sonra Muxtar Kərimlinin də, Salahovun da işləri çox pis olacaq və ilaxır... Amma dünən gecə Sədi əfəndinin "uşkula" dəftərini oxuyub kədərlənsəm də - bu kədər hissinin acısı indiyə kimi ürəyimdə qalıb - həm də sevinmişdim: əmin idim ki, Sədi əfəndinin son romanı var, əgər əlyazması qarışıqlıqda, müsibətli illərdə itib-batmayıbsa, bu, həm Səlimə xanımın, həm də bizim, bəlkə də son sevincimiz olacaq. Şəxsən məndən ötrü bu son roman qanadı qırıq ümidin son uçuşu demək idi. Və bəlkə də elə bu son uçuş ərəfəsində mənim sağalmağım lazımmış: şübhəm yoxdu ki, bu romanın, əgər tapılarsa, uzun illərdən sonra ilk oxucusu mən olacağam və bu "yazılmış yazı" üzə çıxandan sonra, bəlkə də neçəsinin dili gödələcək, neçəsi qaranlığa çəkilib, bir daha üzdə görünməyəcəkdir. Kaş, Səlimə xanım bu əl yazısını tapa biləydi: axı, adam ömrü boyu uduza bilməz, heç olmasa bir dəfə əli gətirməlidir, axı!.. Mən dolayı yollarla, Səlimə xanım inciməsin deyə, gündəlikdə oxuduğum Kirlikir əhvalatını da ondan soruşdum və ağlıma gələn birinci fıkri dedim: yəqin bu siçovul əhvalatı da o romandan bir parçadır, yoxsa bu parçanı heç cür izah etmək mümkün deyil. Səlimə xanım başını buladı, soyumuş çayından içib, dedi ki, yox, buna inanmır... Sonra elə bir yanıqlı ah çəkdi ki, tüklərim ürpəşdi: yazıq kişi, dedi, başına gələn o əhvalatlardan sonra havalanıbmış yəqin. "Yazıq, yazıq papa!"

Mən skamyadan qalxdım, daha başım gicəllənmədi, yay qurtarandan sonra tədricən xarabazara çevrilməyə başlayan həyətimizə göz gəzdirib, taxta qırıntılarını, paslı dəmir qutuları, zibilxananın qapısı qabağında qalaq-qalaq yığılıb qalmış karton yeşikləri görüb, nə üçünsə həyətimizin süpürgəçisi Qızxanımı xatırladım. Gör nə vaxtdır, nə üzünü görürəm, nə də səsini eşidirəm. Bəlkə ölüb?.. Ölübsə, qəbri nurla dolsun, diridirsə, qoy min yaşasın. Bir azdan hava bulandı, gur gün işığı tutqunlaşdı, göy üzünə qəribə-qəribə buludlar gəldi və bundan sonra hardansa, şimal tərəfdən soyuq külək əsdi: mən tez plaşımın boynunu qaldırdım, əllərimi plaşın ciblərinə dürtdüm və elə bu vaxt yuxarıdan Zəminenin səsini eşidib başımı qaldırdım.
- Gəl evə, daha bəsdi! - Zəminə balkonda tək deyildi. Məktəbdən qayıtmış uşaqlar onun yanında dayanıb, çığıra-çığıra mənə el eləyir-dilər. Xudaya, şükür verən gününə!..
...Gündüz yuxusunun, ələlxüsus, sarımsaqlı qatıqla çoban bozartmasını yeyəndən sonra - yaşasın Mahmudu, iki gün bundan qabaq yenə bir heyvan göndərmişdi - təmiz yorğan-döşəyə girib gündüz yuxusunda yatmağın özgə ləzzəti var. Arvad deyinsə də ki, gündüzlər bacar yatma, sonra gecə ikiyə qədər oturursan, yata bilmirsən və buna görə də yuxu dərmanı atırsan, səhər başın şişir, danışdığını bilmirsən, yuxu dərmanının ucbatından bütün günü olursan gic kimi, dəxli yoxdur, məhz elə gündüz saat üçdə, dördün yarısında yorğan-döşəyə girib bir saat, saat yarım xumarlanmağın ləzzətini heç bir şey verməz. Mən gündüzlər yatanda rahat yatıram, gündüzlər yuxu görmürəm və gün-düz yuxusundan sonra oturub, nigaran-nigaran qapı-pəncərəyə bax-mıram: gündüzlər davranışın yeknəsəq axarında hər şey, krandan gələn su kimi, pəncərədən düşən işıq kimi çox-çox adiləşir, adamı narahat edən bir çox mətləblər elə bil otağın künc-bucağında, şkafın, şifonerin dalında gizlənib üzə çıxmırlar. Ən ümdəsi də, gündüzlər adam bilir ki, hələ gecəyə çox var, gecənin sirli, ağır və narahat hökm-ranlığına hələ çox qalıb, indi gündüzün qayğısızlığından doyunca istifadə edə bilərsən. Gecə, öz müəmmalı sualları ilə gözəgörünməz cəllad kimi başının üstünü kəsdirəndə sən də yata bilməyib yuxusuzluqla əlbəyaxa olanda, dərman atmayıb bəs neyləyəsən?.. Mahmud deyirdi ki, elə ki gördün yuxun gəlmir, yanm stəkan Qriqor erməninin tut arağından hortdat getsin, üzüqoylu yastığın üstünə düşüb səhərə kimi yatacaqsan - bunu eləməyə də həkimlər icazə vermirlər. Arvad da tut araqlannı elə yerdə gizlədib ki, minaaxtaranla da gəzsən tapa bilməzsən. Yaxşı ki, iki gündə, üç gündə bir balaca rumka konyak içməyə icazə verir. Qapı açıldı, Zəminənin başı göründü:
- Çalış yatma... İstəyirsən bir stəkan tünd çay verim. - Sonra Zəminə yəqin mənim yuxulu gözlərimi, sallanmış çənəmi görüb güldü: - Yaxşı, yat, yat! Düzələn deyilsən. Mən ona göz vurdum.
- Amma çox qoymayacam yatasan. Bir saatdan sonra qaldıracam, eşidirsən? - dedi və qapını bağladı.
Mən, buludların arasından deşik tapıb, pəncərəyə tuşlanıb içəri düşmüş çəpəki gün işığında xırdaca həşəratlar kimi uçuşan toz dənəciklərinə; baxdım, bundan sonra qulaqlarımda quş qanadlarının səsini andıran bir səs eşitdim: elə bil təyyarədən yenicə enmişdim, ayağımı torpağa qoyan kimi qulaqlarım açılmışdı - bayaqdan beynimdə guruldayan şırıltı yox oldu. Uzun sürən ağır xəstəlikdən sonra - eşq olsun bu cümləni icad edənə - ilk dəfə həyətə enib hava aldığıma görə, sonra da, evə qalxıb, bir boşqab çoban bozartmasını olmazın iştahla içəri ötürdüyümə görə, ağırlaşıb bir dəmir parçası olmuşdum və başa düşdüm ki, bu ağırlıq məni yuxu deyilən quyunun lap dibinə salacaq. Heç bilmədim, gözlərimi yumdum, ya gözlərim açıq qaldı.

***

Dərd də, azar kimi gələndə batmanla gəlir, bacım!.. Alınmış qalada qan su yerinə axırdı. Gecədən ötmüş, ulduzların işığı üfüqün qızartısına qanşdığı vədə düşərgə səssiz-səmirsiz hərəkətə gəlmişdi: meşədə pəncəsini başının üstünə qoyub uyuyan canavar da, düşərgənin yerindən tərpənib yürüşə başladığından, xəbər tutmamışdı. Qoca canavar yuxuda iri san-san yarpaqlar görürdü və bu iri san yarpaqların arasından onun gözlərinə, bəyaz saçlara bənzər təmiz və ilıq gün işığı düşürdü: gün işığının bəyaz saçlann ətrinə bənzər də qoxusu vardı, yuxuda olan qoca canavarın ürəyi həsrətlə çırpınırdı. Belə məmləkətin qalasını almağa nə var?..

Xacə Ənvər, alınmış qalanın ağ saqqallı, pəhləvan qamətli xanına məxsus dəbdəbəli, yüz otaqlı sarayının, divarları mina və qızıl suyu ilə işlənmiş, geniş pəncərələri şəbəkəli otaqlarından birinə girib, dalıyca güclə sürüdüyü ayaqlarını min bir əzabla çəkə-çəkə, özünü zərli-baftalı məxmər mütəkkələrin üstünə saldı: gecə başlayıb sübh açılanda sona yetən yürüş, hökmdarın qoşunu üçün çox asan qələbə ilə qurtarsa da, yuxusuzluq və dumanlı rütubət onun ağrılarını artırmışdı. Xanı edam edəndən sonra, ağ saqqallı başı nizəyə keçirib, sərbazların at kişnərtisinə bənzər hayqırtıları altında uca bir təpəyə sancandan sonra, hökmdar ətraf kəndləri yandırmağa əmr vermişdi, komalara od vurub, eşiyə çıxanlann hamısını - qocanı, cavanı, uşağı qılıncdan keçirib qanına qəltan eləyəndən sonra isə, hökmdar xacə Ənvərə demişdi, get dincəl, get uzan və get tiryəkini çək. Xacə Ənvər gözlərinə, burnuna dolan tüstüdən öskürə-öskürə, əyilib hökmdarın göy damarlan pırtdamış əlindən öpmüşdü. Saray tərəfə gedə-gedə, arxasında eşitdiyi qarmaqarışıq səsləri dinləyə-dinləyə, məğribdən məşriqə qədər nəhəng sütunlar kimi göy səmanın ortasına burum-burum ucalan qara tüstülərə baxa-baxa, ürəyində bu ədalətli qələbəyə görə tanrıya həm öz adından, həm də hökmdarın adından təşəkkürünü bildirmişdi. Xanın başını bədənindən ayırandan sonra, birinci olaraq xacə Ənvər irəli gəlib, qırmızı libaslı cəlladın uzun və əzələli ayaqları altında, sarımtıl payız otlarının arasında saqqalı ağaran, laxtalanmış qanı sifətinə yayılan başı murdarladı. Sonra sərkərdə və sərbazlar gülə-gülə, çığıra-çığıra növbə ilə başa yanaşıb, xacə Ənvərin elədiyini eləmişdilər. Daha sonra, sərkərdələrdən kiminsə, sarayın xəlvət otaqlarından birində yaxalayıb tapdığı xanın baş hərəmini, hökmdarın əmri ilə təkgöz Sadıx adlı, qılıncın bir həmləsi ilə adamı iki bölən qüvvətli sərbaza vermişdilər. Təkgöz Sadıx, ayğır kimi bir səs çıxarıb, qadının uzun saçlarını sağ qolunun biləyinə dolayıb, arxasınca çəkə-çəkə onu təpələrdən birinin döşündəki kolluğa aparmışdı... Xudaya, sən mənim ömrümdən alıb, mənim hökmdanmın ömrünə cala!.. Xacə Ənvər böyrü üstə döndü, məxmər mütəkkənin yumşaqlığını ve sərinliyini yanağında hiss elədi, iki dərin qullab vurduğu hoqqalı qəlyanını yanına, xalı üstünə qoydu. Tiryəkin dumanı beynindən ayaqlarına axdı, ağrı əvvəl-əvvəl hoqquldadı, sonra yavaş-yavaş azalmağa başladı, xacə Ənvər elə bil dağ başına qalxdı, oddan-tüstüdən, hətta öyrəşdiyi qan iyindən canını qurtarıb, hardasa ins-cins olmayan bir yerdə elə bir ciyərdolusu nəfəs aldı ki, gözlərinə işıq gəldi. Əgər xudavəndi-aləm onun hökmdarını qara qızdırmanın əlindən aldısa, onun hökmdarına bu qalanı belə asanlıqla ələ keçirməyə imkan verib, hirsinə, hikkəsinə sərin su axıdıb, söndürdüsə və nəhayət, elə xacə Ənvərin özünün bu böyük şadyanalıq günlərində ağrısını, əziyyət-əzabını azaltdısa, deməli, dünən gecə o qoca kaftarm - başı əsən, gözləri ayağının altını görməyən saray münəcciminin uydurmaları boş şeymiş. Gecə, yürüşdən qabaq, hökmdar sərkərdələri ilə son məşvərəti də eləyib qurtarandan sonra, o qoca çaqqal rüsxət istəyib, hökmdarın çadınna girmişdi və demişdi ki, dönüb geri qayıtmaq lazımdır, ulduzların durumu fəlakətdən xəbər verir. Əgər münəccim sinli olmasaydı, əgər başı əsib, kirpikləri titrəməsəydi, yəqin hökmdarın özü qılıncını siyirib onun başını bədənindən ayırardı. Amma hökmdarın münəccimə yazığı gəldi, ona yanaşıb, əlini uzadıb seyrək saqqalmdan elə bir çəngə qopardı ki, münəccimin çənəsindən damla-damla qan axdı... Xacə Ənvər gülümsədi, çünki bundan sonra münəccim ağlayıb göz yaşları tökdü və onun bu halı hökmdara o qədər ləzzət verdi ki, əllərini böyrünə qoyub doyunca güldü... Xacə Ənvər eşikdə davam eləyən talanın ərşə qalxmış ah-naləsini burda da eşidirdi, amma sarayın qalın daş divarları hayqırtı, inilti-ağlaşmanın qatım-qarışıq nidalarının qabağını bir qədər alırdı, bu sədalar, xacə Ənvərin uzanıb xumarlandığı saray otağında quyuya düşən səs kimi loqqultulu bir əks-səda verirdi. Xacə Ənvər gözünü açıb hökmdarını tanıdığı gündən, gün işığına, soyuğa, istiyə alışdığı kimi, hər dəfə yürüşdən sonra, növbəti qələbədən sonra, göyə dirənib ətrafı lərzəyə gətirən bu səslərə də alışmışdı. Xacə Ənvərin alışa bilmədiyi yalnız son iki ildə tapdığı, bu Allahın bəlası olan dözülməz ağrıları idi: son vaxtlar isə, o, balaca gümüş mücrünü gecənin ölüm yuxusuna gedəndə yastığının yanında, əlinin altında saxlayırdı, uzun, hoqqalı qəlyanını, ana balasını yanında yatızdırdığı kimi, gecələr köksünə sıxıb yatırdı... Xacə Ənvər əlini uzatdı, yenə qəlyanı götürdü, dolu dodaqları arasına alıb uzun-uzadı bir qullab vurdu və başa düşdü ki, bu, hələlik, bəlkə də gecəyə kimi, sonuncu qullabdır, çünki ağrılan daha yoxdu, çünki gözlərinin itmiş işığı geri qayıdıb, təzədən bəbəklərinə dolmuşdu, ürəyinin də tez-tez itən döyüntüsü əvvəlki qaydasına düşmüşdü. Şükür verən gününə, ulu tanrı! Xacə Ənvər özünü sağaltmasaydı, axşama yaxın təyin olunmuş ikinci edamda iştirak edə bilməyəcəkdi: neçə gün əqdəm bu qaladan enib hökmdarın yanına gəlmiş və özləri ilə çox vacib məlumatlar gətirmiş iki saray şairinin bəxşiş, daş-qaş əvəzinə istədikləri ölümün vədəsi yetmişdi. Bu gün axşam, gün batanda, hökmdarın hüzurunda və bütün xəlqin gözü qabağında bu məmləkətin böyük şairini edam edib başını həmin o şairlərə verəcəkdilər. Hökm-dar buna razılığını çoxdan vennişdi və hələ hökmdar heç bir zaman vədinə xilaf çıxmamışdı. İndi o iki saray şairi - bayaq xacə Ənvər onları görmüşdü - sevindiklərindən üzbəüz otumb dəyirmi mizin arxa-sında zər atmaqla məşğuldular... Bu gün xudavəndə-adəm buyurmuşdu ki, hökmdarın mərhəməti sayəsində hər kəs iki aydan çox çöl-biyabanın ortasında, keçilməz meşəliyin yaxınlığında, aclıqdan, qızdırmadan, atmilçəyi boyda olan ağcaqanadların əlindən min bir məşəqqətə dözüb səbir edən igid sərbazlar, vəzir, vəkil elə bu iki saray şairi də arzusuna yetsin; bu gün heç bəndənin ürəyində nakamhq qal-mamalı idi, buna görə də hökmdar bu gün bütün qadağalarını hələlik, yenə yürüşə qədər ləğv eləmişdi... Xacə Ənvərin ağrıları hind tiryəkinin hesabına, bədənindən tamam çəkilib yox olduğu və bu ağır, lırt bədənin yüngülləşib quşa döndüyü məqamında onu hökmdarın hüzuruna çağırdılar. Xacə Ənvər yarıyumulu gözlərini açıb, qalxanlı-nizəli içəri girmiş pəzəvəng keşikçidən soruşdu:
- Nə məsələdir, oğlan? ,
- Hökmdar məşvərət edəcək, - dedi keşikçi.
Xacə Ənvər yerindən qalxıb, üzünü qibləyə tutub salavat çevirdi və ovqatı xeyli yaxşılaşdığından, yenə tannya təşəkkürünü bildirdi, hələ də yerindən tərpənməyib, xacə Ənvərin rüsxətini gözləyən qarasaqqal, qarabığ keşikçidən başqa şey soruşdu:
- Bəs sənə talandan nə düşdü, oğlan?
- Yüz qızıl, bir də bir dul zənən.
- Gədə, elə bu? - Xacə Ənvər güldü, piy basmış yekə qarnı yırğalandı.
- Bəsimdir, ağa! Hökmdarın merhəməti mənə bəsdir!
- Afərin, oğlan, afərin. Mərhəba sənə!..
...Hökmdar öz zerli bayram libasında, qiymətli daş-qaşlarla bəzənmiş enli qızıl toqqasını belinə bağlayıb, başına da qızıl tacını qoyub, hələlik heç kəsi yanına buraxmadan, sarayın elçilər otağında tək-tənha xacə Ənvəri gözləyirdi. Divarlar boyu mis qabdanlarda döv-rələmə yanan çıraqların işığında saraym elçilər otağının minası, qızıl, gümüş suyu ilə işlənmiş naxışlı tavanı, xırdalı-irili pəncərələrdə yaşıl, sarı, qırmızı şüşələrdən düzəldilmiş yaraşıqlı şəbəkələrə panltılı bir ziya saçırdı və bu ziyanın şöləsi hökmdarın yorğun beynində nəsə bir əsəbilik yaradırdı: belə cəh-cəlala, dəbdəbəyə, parıltıya öyrəncəli olsa da, bu cür şəraitə düşəndə, nədənsə, qaraçı öz məskəni üçün darıxdığı kimi, hardasa çölün ortasında, ya meşədə qurulmuş yüyrüş çadırı üçün, bu çadınn sirli sərinliyi üçün burnunun ucu göynəyirdi. Əlbətte, hökmdar istəsəydi, əmr edib, mis qabdanlarda alovlanan çıraqları sön-dürdə bilərdi, çünki hələ eşikdə gündüz idi və bu gündüzün işığı ala-bula şəbəkələrdən kifayət dərəcədə içəri axırdı. Lakin bu gün bayram olduğuna görə və belə bayramlarla əlaqədar çoxdan qəbul olunmuş ənənəyə görə, sarayın bütün çıraqları yanmalıydı, hökmdar özü, vəzir, vəkil, sərkərdələr - hamı bayram libası geymədə idilər. Hətta cəllad belə edam zamanı qırmızı libasınm üstündən gümüş kəmər salırdı, başına da; qotazlı misri dəbilqə qoyurdu. Belə günlərdə, lakin nadir hallarda, hökmdarın ovqatı lap yaxşı olanda, saraya musiqiçilər də çağırılırdı, ud səsindən, kaman səsindən adi vaxtlannda zəhləsi gedən hökmdar, belə günlərdə beş-on dəqiqə musiqiyə də qulaq asırdı... Xudavəndi-aləm buyurmuşdu ki, hökmdar xədim olsun və tale bu buyruğu həyata keçirmişdi: neçə-neçə sənələr bundan qabaq, burdan çox-çox uzaqlarda yerləşən bir məmləkətin saray zirzəmisində, başı daz, qulaqları iri, gözləri kirpiksiz quzğun gözlərinə bənzəyən bir kişi, kiminsə əmrini yerinə yetirərək, beş yaşlı oğlan uşağını bağırda-bağırda xədim edib, qanını da uşağın üzünə yaxmışdı. Kimsə kimdən, Allahın buyruğu ilə, intiqamını belə almışdı: bu qanın iyi indiyə kimi hökmdarın burnunda qalmışdı. Amma nə vaxtsa, kimin kimdənsə aldığı intiqamın əvəzini hökmdar hələ çıxmamışdı. Neçə sənələr idi ki, məmləkət-məmləkət gəzib, düşərgələr salırdı, kəsilmiş başlardan qala qurub, obaları, elləri odun ağzına verirdi - saray zirzəmisində bir vaxt bağırmış oğlan uşağının ürək yanğısını söndürmək istəyirdi, lakin bu istəyinə nail ola bilmirdi: illər keçirdi, bu yanğının qəzəbi, kini sönmək istəmirdi, dəli ağrısı ulduzsuz gecənin qaranlığı kimi gözləri önündən çəkilmirdi. Bu yanğını söndürmək üçün, nə vaxtsa kimin kimdənsə aldığı intiqamm intiqamını, peyğəmbər hüzurunda müqəddəs borc kimi ödəmək üçün, hökmdann başı üzərində yanan günəşə qılınc çəkmək lazım olardısa, bunu da edəcəkdi: kaş əcəl möhlət verəydi, kaş gözəgörünməz tann mərhəmətini onun üstündən əsirgəməyəydi...
Xacə Ənvər hökmdarın hüzuruna gələndə onun yanında heç kəsi görmədi, elçilər otağında hökmdar yalqız idi, saray xanının taxtında oturub, əllərini dizləri üstə qoymuşdu. Xacə Ənvər yaxına gəldi, əyildi, hökmdarın əlindən öpdü. Sonra hökmdar başının yüngülcə hərəkətiylə ona əyləşməyə rüsxət verdi: xacə Ənvər bardaş qurub hökmdarın ayaqları altda, xalının üstündə oturdu. Hökmdar heç bir vaxt nökərinin halını soruşmurdu, onun üzünə baxıb, sulu gözlərindən bilirdi ki, xacə Ənvər tiryəkə dəm veribmi, ağrılan yox olubmu? Bu sulu və vəfalı gözlərin yalnız hökmdarın seçə bildiyi parıltısı azalanda, o, nökərini rahatlığa buraxırdı, deyirdi, get dincəl, get tiryəkini çək.
- Ənvər, - dedi hökmdar. Xacə Ənvər başını yuxan qaldırıb hökmdarın üzünə zilləndi: heyva çürüsü kimi qırışmış sifətdi, bu otağın mərmər sütunlarında olan daş soyuqluğu vardı. - Ənvər, ürəyim heç rahat deyil, gədə!
Xacə Ənvərin səsi kövrəldi:
- Qızdırmadan sonradı, gözümün işığı. Halsızlıqdandı. Keçib gedəcək. - Hökmdar yenə xacə Ənvərin üzünə baxmırdı, nəzərləri elçilər otağının genişliyində, su kimi harasa boşluğa axırdı. - Ola bilməz ki, keçməsin. Loğman da dünən belə dedi.

Hökmdar əlini üzünə apardı, yol çəkən gözlərini ehmalca ovuşdurdu, elə bil birdən-birə yorulmuşdu.
- Təki sən deyən olsun, - dedi. - Allah buyuran məsləhətdir. -Sonra əlini xacə Ənvərin araqçınlı başına qoydu. - Deyirəm çox yubanmayaq burda, hə?

- Buyruq səninkidir, hökmdar, məsləhət Allahın.
- Deyirəm, valini təyin edək, qayıdaq məmləkətə. Qabaqdan qış gəlir.
- Bu məmləkətə vali kimi buyurursan?
Hökmdar qaşlannı düyünlədi, nəsə yadına salmaq istədi, sonra soruşdu:
Qohum-əqrəbadan boş qalanı varmı?
- Xeyr, gözümün işığı. - Hökmdarın əli hələ də xacə Ənvərin başında idi. Xacə Ənvər boynunu mil kimi duz tutub, qımıldanmağa da qorxurdu. - Hərəsi bir məmləkətin valisidir.
Beləsə, bu vəzifəni qoyaq vəzirin öhdəsinə, qoy vəzir valini təyin etsin.
Buyruq səninkidir, hökmdar, məsləhət Allahın.

Hökmdar əlini xacə Ənvərin başından götürdü, təzədən dizi üstə qoydu, xacə Ənvər nəfəsini dərib, quruyub qaxaca dönmüş boynunu yüngülcə tərpətdi.
Hökmdar dedi:
- Hə, Ənvər, yubanmayaq. Heç yubanmayaq. - Sonra, qısaca sükutdan sonra, başqa mətləbə keçdi. - Şair nə oldu? - Səsindəki tanış qəzəbdən xacə Ənvərin canına, həmişə olduğu kimi, yenə üşütmə doldu.
- Tapdılar, - dedi xacə Ənvər. - Mağarada xanın cəlladı ilə gizlə-nibmiş... - Hökmdarın susduğunu görüb davam elədi: - Cəllad təslim olmayıb, it kimi gəbərdiblər onu. Şairi axşam gün batanda edam edəcəyik. Unutmusan yəqin.
- Hə, əcəb edam olacaq... - Hökmdar ayağa qalxdı, xacə Ənvər də yerindən sıçradı. Hökmdar dedi:
- Başlayaq məşvərətə.
Xacə Ənvər bir-iki dəfə əlini əlinə vurdu, keşikçibaşı döyüş libasında - başmda dəbilqə, sol əlində qalxan, dəmir səsini ətrafa yaya-yaya qapıdan içəri girdi. Xacə Ənvər hökmdara baxdı, çünki xacə Ənvərin keşikçibaşına söz deməyə ixtiyarı yoxdu. Hökmdar dedi:
- De, gəlsinlər!
Keşikçibaşı ikiqat əyildi, sonra dönüb qapıdan çıxdı və xacə Ənvər nəfəsini dərməmiş, vəzir, vəkil, əyanlar, sərkərdələr bayram libasla-rında sarayın elçilər otağına daxil oldular: bu libasların ala-bəzəkliyi, müxtəlif rənglərin, zərli-baftalı xalatların, çalmaların parıltılı-işıltılı ziyası elçilər otağının gözqamaşdıran ziyasını elə bil daha da artırdı və bir belə məxluq divarlar boyu dayanıb yerlərində qərar tutduqdan sonra, xacə Ənvərə elə gəldi ki, otağın havası azaldı. "Bu it uşağı it, görəsən niyə nəfəs alır?" - deyə narazılıqla düşündü və ehtiyatla hökmdarın sifətinə baxdı: qırışmış sifət, qıyıq gözlər yenə zəhrimar saçırdı. Xacə Ənvərə elə gəldi ki, bir möcüzə baş verdi - hökmdar burdan, bu işıqlı otaqdan çıxıb yenə at belinə qalxdı və başına dəmir dəbilqə qoydu.
- Vəzir! - Bu zəhmli, ləngərli ağır səs yenə hamını yerində yırğalatdı.
Vəzir iki-üç addım qabağa atıb, gəlib xacə Ənvərin yanında dayanmamışdan qabaq, hökmdara baş əydi, əllərini sinəsində çarpazladı.
- Məmləkətin valisini təyin et! İxtiyar sahibisən! Vəzir yenə ikiqat oldu.
- Buyruq səninkidir, hökmdar! - dedi.
- Günü sabah məmləkətə dönəcəyik! - hökmdar sağ əlini yuxarı qaldırdı. Bu, o demək idi ki, qərar qətidir və bu qərarı Allah da poza bilməz. Bu otaqda kim vardısa, qəlbinə dolmuş sevincdən yerindən uçub göyün yeddinci qatına qalxdı, hamı bir ağız olub, dedi:
- Eşq olsun qibleyi-aləmə!

Çünki hamı yorulmuşdu, ağsaqqallı, qarasaqqallı hamı məmləkətinə dönüb, qışın soyuğunu, küləyini öz evində və öz doğma torpağında keçirmək arzusunda idi. Hökmdar əlini qaldırıb, bu kiçik məşvərətin sona yetdiyini camaata bildirmək istəyirdi ki, vəzir təzim edib söz deməyə rüsxət dilədi.
- Buyur görək! Vəzir dedi:
- Allah bizim ömrümüzdəh kəsib, sənin ömrünə calasın, ulu hökmdar!
Yerbəyerdən səslər qopdu:
- Amin ya rəbbülaləmin!
Vəzir davam etdi, həyəcandan ucu iti, uzun ağ saqqalı titrəməyə başladı.
- Axşam, hələ qaranlıq düşməmiş, ulu hökmdar, sənin müqəddəs əmrini yerinə yetirəcəyik. Bu gün günorta yaxaladığımız şairin başını bədənindən ayıracağıq.
- İnşallah, - dedi hökmdar. - Bilirəm, qoca! - Hökmdar narahat olanda, əsəbiləşəndə həmişə vəzirinə "qoca" deyirdi. Bunları mənə təzədən söyləyib başağnsı verməkdə məqsədin nədir? - Xacə Ənvər hökmdann zəhmli baxışlanndan çiyinlərində elə bir ağırlıq hiss etdi ki, qorxdu fəqərə sütunu ortasından quru ağac kimi qırıla. Vəzir yenə ikiqat oldu.
- Məsləhətdir şairi camaatın gözü qabağında edanı etməyək.
- Niyə? Səbəbi? Bu nə hoqqadır?!
- Məmləkətin camaatı şairi çox sevir, ulu hökmdar, göyləri, yerləri yaradan Allahın ədalətli rəsulu, qorxuruq, artıq-əskik danışan ola.
- Kim qorxur, qoca?! - Hökmdar taxtdan qalxıb, əllərini arxasında cütləyib, ayaq üstə dayanıb, qorxudan nəfəs almağa taqəti qalmamış əyanların, sərkərdələrin sifətinə iyrənə-iyrənə, ikrahla baxa-baxa qapıya sarı gedib geri qayıtdı. - Kim qorxur, qoy sözünü desin! Daha vəziri danışmağa, sözünü davam etməyə qoymadı, sağ əlini yuxarı qaldırdı.
- Qulaq asın mənə! - dedi. - Bu məmləkəti mən almışam, bu məmləkətin qalasını yerləyeksan edən mən olmuşam və mənim igid sərbazlarım olub! Bu məmləkətin xanını edam etdik, kəndini-kəsəyini oda verdik, qolunda təpər qalmış erkəklərinin hamısını qılıncdan keçirib qanına qəltan elədik və bir kimsə qorxmadı və yerli camaatdan da bir kimsə artıq-əskik danışmadı. İndi bir dılğır şairin üstündə, mənim zəbt etdiyim məmləkətin camaatı, yəni öz hökmdarının üzünə ağ olacaq?! - Alqış nidaları elçilər otağının mərmər sütunlarını, bər-bəzəkli divarlarını yalayıb ərşə dirəndi: yaraşıqlı şəbəkələrdə şüşələr cingildədi. Hökmdar yenə əlini yuxarı qaldırdı və büzüşüb yumağa dönmüş, xacə Ənvərin yanında dayanıb, başı, saqqalı əsim-əsim əsən vəzirinə elə baxdı ki, vəzir küçük kimi zingildədi. - Rədd olun, dağılışın! - deyib çığırdı. - Şairin edamı gün batanda, dediyim yerdə və camaatın gözü qabağında olacaq. Başını da qızıl teştin içində məmləkətin o biri dılğır şairlərinə verəcəyik. Rədd olun!..
...Xacə Ənvər elçilər otağından çıxandan sonra öz otağına qayıtmadı, sarayın mərmər pilləkənlərini enib, payız fəslinin sarımtıl rəngi içində uyuyan yaraşıqlı bir bağa çıxdı, başını qaldırıb adamın ürəyini sıxan xəzan ovqatından ayrıldı: səma gömgöy və dupduru idi. Xacə Ənvər ah çəkdi, nəsə yaxşı bir şey yadına düşdü, amma bunun məhz nə olduğunu dərk edə bilmədi, çünki tiryəkli beyninin dumanı çox qatı idi, bu qatılıq içərisindən keçmişə qayıtmaq mümkün deyildi. O, bir qədər bağda gəzişdi, iradəsi gücünə, indi uzaqlardan gələn ağlaşma-iniltini də daha eşitmədi və bağın qurtaracağında dayanıb, aşağı, dərə dibindəki yola baxdı: torpaq yol uzun toqqa kimi dərə boyu burula-burula baş alıb meşənin içinə gedirdi və bu yolda bir araba dayanmışdı. Kimindi, hansı binəvanındı bu araba görəsən?.. Bu sual onun ağlına hardan gəldi, başa düşəmmədi, özü-özünə təəccüb edib çiyinlərini çəkdi.
Xacə Ənvərin yarğanın başından bir qaraltı kimi gördüyü bu araba saray xanının təlxəyi Üfləme Qasımın arabası idi. Səhər erkən, qala alınandan sonra, Üfləmə Qasım xanın edam olunması xəbərini eşidib, hönkür-hönkür ağlayıb ürəyini boşaldandan sonra libasını dəyişib yamaqlı və kirli bir kəndli çuxası geyib, gizləndiyi qaranlıq zirzəmidən çıxmışdı. Çıxmışdı ki, son dəfə məmləkətin halına baxsın və yanan kəndlərdən göyə ucalan qara-qara tüstülərə tamaşa eləsin. Çünki təlxək daha burda qala bilməzdi, bu dağlara, bu ormanlara, buranın yazına, yayına, payızına, qışına, daşına, suyuna son dəfə əlvida deyib, üzüaşağı enib ömürlük bu memləkətdən çıxmalıydı. Çıxmalıydı ki, ağzı selikli sərbazların qapı-qapı, ev-ev axtardıqları şairin əlyazmaları fələyin tufanında bada getməsin, bu yazıları aparıb hardasa burdan çox-çox uzaqlarda, aran memləkətlərinin birində gizli yerdə saxlasın. Təlxək öz şairini özündən artıq sevirdi və şairin taleyi də ona əwəlcədən bəlli idi: gözlərindən əqrəb kini yağan hökmdarın dəli sərbazlan, yəqin ki, şairi tapacaqdılar, şair qanadlı quşa dönüb, göyə qalxsaydı da, sərbazlar quzğun olub onu yaxalayacaqdılar. Üfləmə Qasım, gözdən uzaq bir yerin xəlvətliyində, səhər hələ talandan qabaq, hər addımbaşı ölümlə üz-üzə gələ-gələ, şairin kimsəsiz evinə girib, ordan tapıb çıxardığı qalaq-qalaq əlyazmalarını səliqə ilə arabaya yığmışdı, üstündən ot-ələf tökmüşdü, üç gümüşə bir ləzgidən aldığı, ayaqları möhkəm, boynu əzələli qatın da arabaya qoşmuşdu. Gün batanda, hava qaralanda yola düşməliydi. Yola düşməliydi ki, dünyanın ən savab işini görsün, bu gün kövrək ürəyi cəllad qılıncının bircə həmləsi ilə əbədi dayanacaq şairin sözünü-söhbətini ağ varaqlar üzərində bu məmləkətdən ömürlük aparıb, hardasa, lap dünyanın o başında təzədən gün işığına çıxarsın... Gözün tökülsün, fələk!..

Qasım da, arabanın yanında qurdalana-qurdalana, oxunu, yayını bir də yoxlayıb, belini düzəldib yuxarı baxanda yarğanın başında, saray bağının qurtaracağında bir qaraltı gördü: işıq gözlərinə düşdüyü üçün, əvvəl xacə Ənvərin qaraltısını nəhəng quzğuna bənzətdi, sonra gördü ki, adamdır və bildi ki, hökmdarın adamlarındandır: təlxək tutarlı bir qarğış bilmirdi, çünki ömrü boyu oyun çıxarıb məzəli-məzəli sözlər deyib, camaatı əyləndirməklə məşğul olmuşdu, buna görə də əvvəl duruxdu, sonra ağlına gələn qarğışı ürək yanğısı ilə bir yerdə ağzından eşiyə tökdü:
- Görüm səni də ağan kimi xədim olub, tər məmələrə həsrət qalasan, ay ciyəri yanmış!

Təlxək bu sözləri ucadan dedi, bildi ki, mənzil uzaqdır, boğazından çıxan səs gedib hədəfə dəyməyəcək. Hoppanıb, otun-ələfin üstündə oturdu, əlini çuxasının yaxasından içəri salıb ürəyinə qoydu və Allaha yalvardı:
- Ulu tanrı, sən bu ürəyimi helə partlatma, şairə yazığm gəlsin! -deyib, başını yenə sinəsinə əyib ağladı.

...Şairi zindandan çıxarıb edam yerinə aparanda al günəş dağların başında qan tuluğu kimi sallanıb durmuşdu. Şair boğazını, çənəsini, gözlərinə kimi sifətinin bütün əzalarını deşim-deşim deşən ağrıdan inildədi, əlləri arxasında toqqa gönü ilə bərk-bərk bağlı olduğuna görə, hər ilin sarımtıl xəzanı gələndə, qürub çağı günəşi belə al-qırmızı görəndə, həmişə elədiyini indi eləyə bilmədi: şair salavat çevirmək istədi, mümkün olmadı. Xudaya, bu nə ağndır?.. Bir də günəşə baxdı, qırmızı işığın şöləsi ağrı içində qovrulan şairin sifətində elə bil çıraq kimi yandı, amma bu yanğıdan üzü-gözü bir qədər sərinlədi... Vəzir, vəkil və bir neçə sərkərdə, hökmdardan xəlvət və edamdan qabaq gizli məşvərət keçirib qərara gəlmişdilər ki, şairin başı bədənindən ayrılana qədər dilini kəssinlər. Kəssinlər ki, edam mərasimi zamanı, bu xaraba məmləkətin şairi, vəziri, vəkili acıladığı kimi, hökmdarı acılamasın, hökmdara ağır söz deməsin. Vəzir ömründə təsəvvür edə bilməzdi ki, ölümqabağı şairlərin dili belə acı olarmış! Bu gün hökmdarın böyük bayramlarından biri idi və belə bir bayramın qanqaralığı ilə bitməsi vəzirə, vəkilə çox baha otura bilərdi. Vəzir də, vəkil də həmişə görmüşdülər ki, qırmızı libaslı cəlladın iti baltası havaya qalxmamışdan qabaq, edama məhkum olanların hamısı hökmdarın qarşısında diz çöküb ondan imdad diləmişdilər. Vəzir də, vəkil də bilirdi ki, şair heç kəsdən imdad istəməyəcək, ağzını dağıdıb acı sözlərlə böyük bayramı böyük matəmə çevirəcək. Buna görə də pıçıldaşıb-qıqqıldaşıb, şairin dilini kəsdirmişdilər... Şair isə bayaq potaboy, ağzında bir dənə də dişi qalmamış bir kişinin əlində qırmızı ət parçasını görsə də, indi dilinin kəsildiyini hiss eləmirdi, əksinə, ona elə gəlirdi ki, dili ağzında şişib və bu müsibətli ağrı o şişin ağrısıdır. Bir yandan da qüruba enən günəşin bu qırmızı müsibəti!
Kimsə arxadan onu itələdi və nizəli-qalxanlı iki keşikçi qabağa keçdi, dili kəsiləndən sonra ağrı şairi haldan salandan sonra o, dünyanın bütün iyi-qoxusundan məhrum olmuşdu. Amma bu iki sərbaz qabağa keçəndə tünd tər iyi burnuna dolub, elə bil ağrılarını daha da artırdı. Edam yerinə gedə-gedə şair, gözlərini çulğamış dumanın içərisindən ağaclara baxırdı, xəzan vaxtının sarı-sarı, qırmızı-qırmızı yarpaqlarına baxırdı və ürəyində deyirdi ki, xudaya, bəs bu dünyanın yaşıl yarpaqları hanı, vaxtsız əcəl niyə məni son maqamımda yaşü yarpağa həsrət qoydu?.. Şair uzaqdan, yenə də ağrının zillətindən toxunmuş seyrək duman içərisindən ağ sarayı görəndə başa düşdü ki, edam sarayın qabağında olacaq, bu, həm edamdır, həm də tamaşa... O, xədim xanı heç bir vaxt görməmişdi, amma, nədənsə, həmişə onun sifətini xəyalında heyva çürüsünə bənzədirdi. Sonra birdən şairə elə gəldi ki, günəşin bugünkü allığı, qürubun bugünkü qırmızılığı məmləkətdə tökülən qanın buxarından əmələ gəlib. Dilsiz ağız söz demək istədi, amma, ağrı qılıncını oyadıb, dilsiz ağzı açılmağa qoymadı. Şair qalan yolu gedə-gedə daha gözlərini al günəşdən çəkmədi. Şairin gözündən bir damla yaş yanağına yuvarlandı, bu damla ağ deyildi, bu damla qıpqırmızı idi...

Şairi edam yerinə qaldırdılar. O, gözlərini qıyıb əvvəl-əvvəl aşağıda, meydançanın ortasında taxtda əyləşmiş hökmdarı gördü ve şairin gözləri qaqqanaq çəkib güldü: xədim xanın çöhrəsi heyva çürüsündən də artıq qırış idi və xədim xanın uşaq başı boyda balaca bir başı vardı. Sonra şair başını ağır-ağır endirib sərbazlara baxdı: sərbazlar təzək iyi verirdilər. Sağ tərəfdə dayanıb, qorxu içində şairin edamına tamaşa edən öz obalılarını - qocaları, qarıları, cavan oğlan uşaqlarını və nəha-yət, ömrü boyu uca qamətlərini və ala gözlərini vəsf elədiyi gəlinləri, qızları görəndə gözündən bir damla da yaş axdı: bu damla da ağ deyildi, bu damla da qırmızı idi. Çünki şairin ürəyi od tutub yandı, şair bildi ki, qara telləri çiyinlərinə tökülüb məlul-məlul dayanmış, göz yaşları qurumuş bu gəlinlərin, bu qızların hər birinin bətnində indi neçə-neçə sərbaz toxumu var. Gözlərinə qırmızı yaş gəldi və şair ürəyində öz obalılanndan halallıq istədi. Sonra şair hamıdan qabaq, büzüşüb dayanmış bir kəndli baba gördü: əynində yamaqlı kirli çuxa, başında motal papaq. Şair onu tanıdı. Ağıllı təlxəyi tanımamaq olardrmı?.. Təlxəyin gülümsər gözləri şairə zillənmişdi, amma sifəti ağlayırdı və təlxəyin bu gülümsər gözlərində şair elə bir şey oxudu ki, qaməti düzəldi, köksünə uzaq yaylaqlann sərin havası doldu: şair təlxəyin gözlərilə dediklərini kəlmə-kəlmə eşitdi. Təlxək daha dayanmadı, əvvəla, şairin edamına dözə bilməyəcəkdi, ikinci də şairin sifətinə qonmuş təbəssümdən anladı ki, o da arxayındır: şair özü bu dünyadan gedir, amma sözü-söhbəti bu dünyada qahr. Göz yaşlarınr boğa-boğa, hıçqırığını içərisinə salıb təlxək ustalıqla geri çəkildi və izdihamdan çıxdı. Və yalnız dərəyə enəndə arabasına yanaşıb dayandı, daha özünü saxlaya bilmədi, qatırın boynunu qucaqlayıb, ürəyi boşalana kimi ağladı. Sonra arabaya mindi, qatırı mahmızlamamışdan qabaq, başını qaldırıb qaranlıq dərədən yuxarıdakı səmanın qırmızılığına baxdı. Çığırdı:
- Tfu sənin təxtinə, ey çərxi-fələk!

Bu qəzəbli səsdən üzbəüzdəki meşədə qarğaların səsi aləmi başına götürdü. Araba yerindən tərpəndi, təkərlərin qıjıltrsı eşidildi, bir azdan Üfləmə-Qasımın qatır-arabası torpaq yoldan çıxıb meşəyə girdi. Meşənin qaralığı - ağaclar təlxəyin gözünə qara-qara və əcaib göründülər - xəzan yarpaqlarının sarılığı və bir də ətrafın vahiməli sükutu təlxəyi yolundan eləyə bilmədi: başqa vaxt olsaydı, günün bu çağında, havanın qaralan vədəsində, təlxək ömründə bu meşəyə girməyə cürət etməzdi. Amma indi o, nə geri dönə bilərdi, nə də arabanı saxlaya bilərdi. Təlxək tez bu məmləkətdən çıxmalı idi.
Araba, vahiməli sükut içərisində qıjıltı qopara-qopara meşənin seyrəkliyindən sıxlığına yönəldikcə, hava elə bil bulanıb, dəqiqə-dəqiqə, saniyə-saniyə qaralırdı. Əvvəlcə Üfləmə Qasım meşənin bu qəribəliyinə fikir vermədi, ona elə gəlirdi ki, heç qabağındakı yolu da əməlli seçə bilmir, çünki gözlərini orda, ağ sarayın qabağındakı meydançada qoymuşdu: bu gözlər, əcələ təslim olmuş şairin saralmış sifətinə zillənib qalmışdı. Gözün tökülsün, fələk!.. Təzə yiyəsinin ürəyində dediyi bu yanıqlı qarğışı elə bil qatır eşitdi, dayanmaq istədi, Üfləmə Qasım bunu hiss edib, qatırı var gücü ilə mahmızladı: heyvanın bədənində şaqqıldayan qamçının səsi Üfləmə Qasımı ayıltdı, gözlərini geri qaytardı. O, meşəyə baxdı. Ona elə gəldi ki, dərəyə nisbətən meşənin havası daha sərindir, bu sərinlik, qatır arabanı irəli çəkib apardıqca artırdı və belə getsə, iki-üç saatdan sonra o gəlib qarlı bir diyara düşəcək. Sonra başım qaldırıb, palıdların, vələslərin, cevizlərin kəlləsinə göz gəzdirdi: bu meşənin də payız yarpaqları, orda, arxada qalmış, tüstüdən boğulan başıbəlalı məmləkətin yarpaqları kimi sapsarı idi və hələ ağacların budaqlarında topa-topa çoxlu yarpaq qalmışdı. Özgə vaxt olsaydı, bu havanın yüngüllüyündən, axşam alatoranının gözəlliyindən vəcdə gəlib, pəsdən bir bayatı deyərdi. Amma Üfləmə Qasımın nəinki bayatı deməyə, heç əməlli-başlı ciyərdolusu nəfəs almağa da tutarı qalmamışdı: fələk Üfləmə Qasımın bədənindən şirəsini yox eləmişdi, gözlərinin işığını azaltmışdı, qüvvəli ayaqlarının gücünü almışdı. Nə qədər yol gedəcəkdi, neçə vahiməli gecəni bu meşənin zülmətində, ağacların altında keçirəcəkdi - hələ bunları Üfləmə Qasım bilmirdi. Amma getməliydi, lazım olsa xortdanın özün qucaqlayıb onunla bir yerdə bu meşədə gecəməliydi: şairin əlyazmalarını uzaqlara, qan tökülməyən, baş kəsilməyən bir yerə aparıb orda çörəyi halal adamların diyarında otun-ələfın altından gün işığına çıxarmalıydı. Amma təlxək qüssəli-qüssəli xəzan yarpaqlarına bir də baxıb düşündü ki, görən, bu dünyada çörəyi halal olan adamların diyarı hardadı? Çünki at kişnərtisi və sərbaz hayqırtısı hələ də qulaqlarında qalmışdı, təlxək bu diyarı tapsa da, əgər belə bir möcüzə baş versə, qulaqlarındakı bu səslərlə ora getmək istəmirdi. Bu səsləri ondan savayı kim eşitsə - qarnına qorxu dolacaq. Qorxu toxumundan bətni ağırlaşmış adamların arasında əlyazmalarını otun-ələfın altından çətin gün işığına çıxartmaq olar!

Təlxək qatırın cilovunu çəkdi, araba dayandı. Arabadan düşüb, qıjıltı kəsiləndən sonra, sərin hava kimi qulaqlara dolan sakitlikdən xumarlanan kimi oldu. Əlini otun-ələfin içinə salıb altında nə vardısa, bu gün neçənci dəfə idi bir də yoxladı, sonra iri bir kisənin bağını açıb, yola götürdüyü azuqəni də gözdən keçirdi, xamralı çörəyinin, pendirin, göy-göyərtinin ona xeyli çatacağına bir daha inanıb, təzədən arabaya qalxmaq istəyirdi ki, qəfil eşitdiyi səsdən tükləri ürpəşdi: hardasa yanıqlı-yanıqlı bir uşaq ağlayırdı. Qulaq verdi, elə bil biri yox, bir neçəsi ağlayırdı. Dadına tez-tez eşitdiyi qorxulu rəvayət düşdü: hal arvadı, meşədən, səhradan keçən tənha yolçuları saxlamaq üçün uşaq səsilə ağlayır, sonra onları yaxalayıb, qalın hörüyünü boğazlarına dolayıb boğur. Allah, özün kömək ol! Üfləmə Qasım qarnının soyuduğunu hiss elədi və ağlaşmanın kəsmədiyini görüb, yaxınlaşıb qatırın boynunu qucaqladı. Qatır, önıründə görmədiyi bu mərhəmətdən elə bil kövrəldi, başını silkələyə-silkələyə bir-iki kərə fınxırdı. Bu səs, yanıqlı uşaq iniltisi lap yaxından, Üfləmə Qasımın gözləri qabağında sıralanıb durmuş nəhəng ağacların arxasından gəlirdi. Allah, bu nə bəladı mən düşdüm?.. Amma daha dayana bilmədi, neyçinsə ürəyi sıxıldı, əger belə yanıqlı-yanıqlı ağlayan doğrudan da hal arvadı idisə, qoy elə boğub öldürsün, Allahın qismətindən artıq nə ummaq olar ki?.. Gözün tökülsün, fələk, bu nə yanıqlı iniltidir belə?! Üfləmə Qasım yerindən tərpənib özünü ağacların arasına saldı, gur gicitkən kollarının arasından birtəhər keçib, talaya bənzər bir yerə çıxdı və sağ əldə, nəhəng bir palıdın gövdəsinə bitişik qurulmuş balaca komacığı görüb, başa düşdü ki, ağlaşma səsləri oradan gəlir.
- A bala, oyyə, kimsən, ay uşaq? - Başı üzərində, ağacların irili-xırdalı budaqların arasında qarğa qarıldadı, yuxarı baxanda Üfləmə Qasıma elə gəldi ki, bu qarıltını, qaranlığa qovuşan boz səmanın ortasında yanan iri tək ulduzdan eşitdi. Onun təlaşlı sualından sonra ağlaşma səsləri daha da gücləndi. Üfləmə Qasımın ürəyi lap partlamaya düşdü.
- Ay uşaq! - çığırdı. - Oyyə, kiri! - Amma qabağa getməyə cürət etmədi. Komanın dar girimindən on iki-on üç yaşlı bir qız uşağı çıxdı, dayanıb, qorxa-qorxa iri gözlərini Üfləmə Qasıma zillədi.
- A bala, kimsən?

Qız cavab vermədi, qaşlarını çatıb yenə Üfləmə Qasıma qorxa-qorxa baxa-baxa, arxasında gizlətdiyi sağ əlini yavaş-yavaş yanına saldı: qızın əlindəki iti tiyəli əyri xəncər axşamın ala-toranında bərq vurdu. Üfləmə Qasımın heyrətdən gözləri bərəldi.
- Ay qız, qorxma, a bala. Kimlərdənsən? Qız nəhayət dilləndi:
- Odunçu Bəhlulun uşaqlarıyıq... əmi.
Əmi deyən dilinə qurban kəsim sənin, a bala. Bəs atan, anan hanı?
- Sərbazlar əvvəl atamı öldürdülər, sonra anamı. - Qız başını sinəsinə əydi, bu sözlərdən sonra komanın içindəki inilti elə bir çığır-bağıra, ağlaşmaya döndü ki, Üfləmə Qasım daha özünü saxlaya bilmədi, irəli atılıb qızın yanından ötüb komaya yanaşdı, başını içəri soxdu: qaranhq, havası rütubətli komaya neçə nəfər olduğunu əməlli seçə bilmədi. Dedi:
-A bala, a bala, çıxın eşiyə, ay uşaq, xəstələnərsiniz! Komadan bir-birindən balaca, dörd qız uşağı çıxdı, beş oğlan uşağı. Üfləmə Qasım başa düşdü ki, odunçu Bəhlulun beş oğlu, beş qızı yetim, kimsəsiz qalıb, bu başıbəlalı dünyanın səfillərinə qarışmışdılar. Başını yuxarı qaldırıb, bu gün neçənci dəfə idi, ucadan dedi:
- Gözün tökülsün, fələk!
Uşaqlar böyük bacılarını dövrəyə alıb, körpə quzular kimi baş-başa verib dayanmışdılar. Üfləmə Qasım bircə-bircə onların üzündən öpdü, kirli saçlarını sığalladı, selikli burunlarını çuxasının ətəyi ilə sildi.
- Durun burda, indicə qayıdıram, - deyib yerindən götürüldü, gəldiyi qısa yolu geri qayıdıb arabaya qalxdı, ağacların arasından tapdığı genişlikdən qatırı talaya sürdü. Arabanı komadan bir az aralı saxladı, hoppanıb yerə düşdü, azuqə kisəsini götürüb yerə endirdi, tələsə-tələsə, nəfəsi təntiyə-təntiyə kisənin bağını açıb, hələ də qorxa-qorxa və ürək döyüntüsü ilə ona baxan yetimlərə dedi:
- Yaxına gəlin, a bala!

Böyük bacısının əlindən tutub, başını onun qarnına qoyub dayanmış lap kiçik oğlan uşağı, sonbeşik yavaşca soruşdu:
- Bacılı-bacılı, bu bizi yeməz ki?
- Yeməz, atam, yeməz, qağam. - Qız balaca qardaşının əlindən tutub cəsarətlə irəli, Üfləmə Qasıma sarı yönəldi, o biri uşaqlar da böyük bacılarının dalınca düşdülər. Üfləmə Qasım kisədən çıxardığı çörəyi, pendiri, yola nə götürmüşdüsə hamısını arabadakı ot-ələfin üstündə açdığı dördkünc bez süfrəyə yığdı, uşaqlara baxıb tez çörəyi par-çaladı, pendiri də əlləri ilə övkələyib xırda-xırda elədi. İri çörək parçasının arasına pendirdən, göyərtidən qoyub ilk tikəni sonbeşiyə uzatdı.
- Götür, quzum, ye!
Uşaq ikiəlli, bacısının qolundan yapışdı. Qız tikəni Üfləmə Qasımın əlindən ahb uşağa verdi və yalnız bundan sonra oğlanlı-qızlı hamısı balaca əllərini süfrəyə uzatdılar. Bu payız axşamının sərin sakitliyi içərisində marçıldayan dodaqların səsinə qulaq asa-asa, udqunan nazik boğazlara baxa-baxa Üfləmə Qasım quruyub qaldı: elə bil bu yetimlərin başına gələn fəlakətin nə demək olduğunu yalnız indi anladı. Xudaya, bəs bunların axırı nə olacaq? Allah, bunlara sən necə qıydın? Uşaqlar tikələrini yeyib dayandılar və ac gözlər, qırpımı köv-rək gözlər təzədən süfrəyə dikildi. Üfləmə Qasımm canına qızdırma doldu, əyilib sonbeşiyi qucağına aldı, isti, balaca dodaqları öpdü.
- Ay qız, ceyran bala, - deyə böyük qıza san döndü. - Hamısı sizindi, a bala, yeyin.

Bu dəfə uşaqlar lap yaxına gəldilər, pətəkdə bir-birinə qarışan arılar kimi vızıltı qoparıb, bu dəfə daha ehtiyatla, şübhə ilə yox, ürəklə əllərini uzadıb çörəkdən, pendirdən götürdülər və yenə dodaqlarını marçıldada-marçıldada yeməyə başladılar. Üfləmə Qasım daha burda dayana bilmədi, qucağındakı uşağı yerə qoyub, onlardan aralandı, komanın arxa tərəfinə keçib səssiz ağladı. Çünki Üfləmə Qasım indi ağlamaya bilməzdi, sinəsindəki dağın ağrısını göz yaşına qatıb eşiyə axıtmaya bilməzdi, vallah, ürək daşdan deyil, ətdəndi!

Geri qayıdanda, süfrəyə baxıb gülümsündü: süfrədə nə vardısa son tikəsinə kimi yeyib süpürmüşdülər, bez parça elə təmiz idi ki, elə bil çırpıb təzədən ot-ələfin üstünə salmışdılar. Təlxək uşaqlara baxdı: indi, arabanın ətrafında dövrələmə durub susa-susa, hələ də gözlərindəki qorxunu gizlədə bilməyib, bir az inamsız, bir az da həyəcanla Üfləmə Qasıma baxan uşaqların sifətlərinə işıq gəlmişdi, körpə sonbeşiyin isə yanaqları allanmışdı. Böyük qız yox idi, Üfləmə Qasım arxasında otların xışıltısını eşidib geri dönəndə, qızın əlində iri mis parç tutub, ağacların arasından çıxıb, onlara tərəf gəldiyini gördü.
- Burda, yaxında bulaq var, su gətirmişəm, əmi - deyib parçı Üfləmə Qasıma uzatdı.

Üfləmə Qasım parçı götürüb dodaqlarına yapışdıranda təmiz sudan gələn sərinliyi hiss edib başa düşdü ki, susuzluqdan ciyərləri yanırmış. Parçdakı suyu son damlasına kimi ləzzətlə boğazından içəri tökdü, Üfləmə Qasımın gözlərinə işıq gəldi və yalnız indi yadına düşdü ki, bu gün səhər alatorandan zirzəmidən çıxıb, təhlükəli işini görüb, ləzgidən aldığı qatırı arabaya qoşandan dilinə bir qurtum su dəyməmişdi. Parçı qıza qaytaranda elə bil ayıldı.
- Oyyə, a bala, bəs siz?
Qız gülümsünüb cavab verdi:
- Biz içmişik, əmi.
- Sənin əmi deyən dilinə qurban kəsim, a ceyran bala! - Sonra Üfləmə Qasım əlini çuxasının yaxasından içəri saldı, qoltuğuna yaxın, çuxaya tikdiyi balaca məxmər kisəni bu gün birinci dəfə yoxladı: qızıllar, gümüşlər yerindəydi, dünən gecə nəyi vardısa bu kisəyə yığıb, atadan-anadan yetim qalmış Üfləmə Qasım, bir ayağı yox, iki ayağı da gorda olan qoca nənəsinin ağ gəlmiş gözlərindən öpüb evdən çıxmışdı. Fərasətinə eşq olsun, ay Qasım!.. Uşaqlara baxa-baxa, onların üzünə gülümsəyə-gülümsəyə, beynində, qarşıda duran xərcləri hesabladı: mənzil başına gedib çatana qədər, yolüstü kəndlərdən on bir nəfərin azuqəsini götürmək üçün, on cüt də çarıq almaq üçün bu pullar xirtdəyə qədər bəs eləyəcəkdi. O, başını yuxarı qaldırdı, ala-bula bozaran göyün ortasındakı dəyirmi aya baxdı, ayın ətrafında, axşam qaranlığında bu yetimlərin gözləri kimi işıldaşan ulduzlara tamaşa elədi və ömründə bəlkə də birinci dəfə idi ki, sidq ürəklə Allaha "şükür" dedi... Bu vaxt sonbeşiyin ağlamasının səsini eşitdi:
- Bacılı-bacılı, məni evə apar.
Böyük qız balaca qardaşını qucağına alıb, üzündən-gözündən öpdü, o biri yetimlər bu kövrək səsi eşidib başlarını aşağı salddar. Üfləmə Qasım ağlına gələn fikirdən sevindi. Dedi:
- Sizin o qara gözlərinizə qurban kəsim mən, a bala! Heç darıxıb eləməyin. Görün indi sizin əminiz sizə nə göstərəcək! - O qabağa gəldi. - Bax, indi hamınız gedin, üzü komaya sarı dayanın.
Uşaqlar tərpənib komaya sarı getdilər və bir-birinə yenə qorxa-qorxa baxıb, Üfləmə Qasım dediyi kimi, üzləri komaya dayandılar. Təlxək gülə-gülə, şadlana-şadlana arabaya yanaşdı, otun-ələfin içindən balağı enli zərli şalvarını çıxarıb ayaqlarına keçirdi, sonra çuxasını soyunub, sinəsi baftalı-qotazlı nimtənəsini geydi, başına da ucu zınqırovlu uzun şiş təskülahını qoydu. Qayıdıb talanın ortasında dayandı və əllərini bir-birinə vurub nazik səslə çığırdı:
- Başımın ağaları, mən hazır!
Bu nazik və gülməli səsə geri dönən uşaqlar, ay işığının gümüş rəngində, talanın ortasında dayanmış Üfləmə Qasımı bu qiyafədə görəndə heyrətlə çığırışdılar. On cüt göz heyrət qarışıq maraqla Üfləmə Qasıma zilləndi. O, sözünə davam elədi:
- Ağalar, bəylər, xan sarayının möhtərəm mehmanları!.. Bu gün xanın aşpazı düyünü çiy bişirdiyindən Üfləmə Qasım bir qarın ağrısına mübtəla olub ki, bütün günü qotur xoruz kimi banlayır! - Təlxək əllərini qoşalayıb ağzına tutdu və eynən xoruz kimi banladı. - Quq-qulu-quuu!

Uşaqlar deyib danışa-danışa, gülüşə-gülüşə yaxına gəldilər və Üfləmə Qasım başladı: əvvəl hoppandı, əlləri üstə durub, ayaqlarını yana aralayıb havada oynatdı, sonra yenə xoruz kimi banlaya-banlaya mayallaq aşdı, otun üstündə özünü sürüşdürdü, ayaqlarını qayçı kimi açıb oturdu, daha sonra yenə quş təki qanad açdı, yenə mayallaq aşdı, özünü yıxıb, başından tutub "uf, uf, öldüm, yandım" dedi və daha nələr eləmədi!.. Bu ay işığında, saralmış payız otlarının üstündə on yetim dünyanın ən şirin və ən gülməli nağdına tamaşa edə-edə, quzu sürüsü kimi baş-başa verib irəli gəldilər, indi bardaş qurub oturmuş, başını var gücü ilə silkələyə-silkələyə şiş təskülahının zınqırovunu səsləndirən Üfləmə Qasıma yanaşdılar, ona qoşulub gülməkdən uğunub getdilər. Sonbeşik isə lap yaxına gəlib, Üfləmə Qasımın ayaqları üstə oturdu və başını onun sinəsinə qoydu: uşağın isti nəfəsi təlxəyin sifətində gəzdi, təlxək onu bərk-bərk qucaqlayıb ot iyi verən qıvrım saçlarından öpdü. Sonra dedi:
- Sizin o yalın ayaqlarınıza qurban kəsim, oyyə, a bala!.. Deməli, gecəni burda gecələyəcəyik, səhər, gün çıxanda, inşallah, arabaya doluşub yola düşərik. Düzmü deyir əmi?
Heç kəs "hara" deyib soruşmadı. Yetimlər gülüşüb əl çaldüar, sonbeşik isə Üfləmə Qasımın yüngülcə tər qoxuyan qucağında yuxuya getdi...
Meşədən bayquşların səsi kəsik-kəsik eşidilməyə başlayanda, Ay, ulduzlar işığını artırıb, qatı qaranlığı ağacların altına, görünməz cığırlara qovduğu vədə, odunçu Bəhlulun meşədə gecələməkdən ötrü qurduğu balaca komadan böyük qız yamaqlı bir kilim çıxardı, bu kilim kimi yamaqlı, solub bozarmış enli yorğan çıxardı, uşaqlar ətrafa səpələnib ot yığdılar, kilimin üstündə yataq yeri hazırladılar: Üfləmə Qasım ortada uzandı, beş oğlan uşağı sağ tərəfində, beş qız uşağı da sol tərəfində, dərin və rahat yuxuya getdi. Təlxəyin bədənində yorğunluqdan qaya ağırlığı vardı. Üfləmə Qasım da, uşaqlar da yuxuya getməmişdən qabaq, başları üzərindəki səmada parıldaşa-parıldaşa yanıb, böyüyüb, hərəsi bir alma boyda olan ulduzlara baxdılar: Üfləmə Qasım yenə "şükür" dedi. Uşaqlar gözlərini yumub yatışan kimi, Ay işığının tilsiminə düşüb yuxuda sehrli zınqırov səsləri eşitdilər, on yetimin sifətinə Ayın, ulduzlann işığından toxunmuş gülümsər bir təbəssüm qondu. Üfləmə Qasım isə uşaqların yuxuda gördüyü zınqırovun səsini eşitmədi, çünki çox yorğundu. Zınqırov səslərindən xəbəri olmadığı kimi ömürlük tərk etdiyi, indi uzaqlarda qalmış məmləkətin sonuncu qiyamət günündən də xəbəri olmadı... Bir günün gündüz çağında dünyanın ən səvab işini görən təlxək, şairin əlyazmalarını xilas edib ürəyi səksəkəli yola düşən təlxək, zillət kimi ağır olan bu günün qürub çağında tanrının hökmünü yerinə yetirib, beş oğul və beş də qız atası olmuşdu: indi gərək təlxək ölüm yuxusuna gedib, canından yorğunluğu tamam çıxardaydı və səhər yuxudan gümrah oyanaydı, çünki hələ mənzil başına çox qalırdı və o daha bu başıbəlalı dünyada tək deyildi.
...Edamdan sonra, şairin bədəni başından ayrılandan sonra, qırmızı libaslı cəllad ağır baltanı ehmalca ayaqları altına endirəndə hökmdarın sərbazları yenə at kişnərtisinə bənzər bir səslə hayqırdılar, edama toplaşmış camaatdan isə səs çıxmadı: nə qoca dindi, nə cavan, nə qız, nə gəlin; qolu təpərli igidlərdən sağ qalmışları isə, qorxaq olduqlarına görə, cəllad qışqırıb, "ya Allah!" deyib baltanı yuxarı qaldıranda izdihamdan aralanıb geri çəkildilər. Hökmdar ayağa qalxdı.
- Vəzir! - dedi. - Şair ağzını açıb kəlmeyi-şəhadətini də demədi!
- Qorxusundan yəqin dilini udubmuş, kafir oğlu kafir! - deyib vəzir ikiqat oldu və gülə-gülə saqqalını tumarladı.
Hökmdarın nəsə yadına düşdü, qaşları çatıldı və sifətinin qırışları bir-birinə qarışdı.
- Qoca! - deyə yenə vəzirinə müraciət etdi. - Gördün?!
- Nəyi, qibleyi-aləm?! - Vəzirin qorxudan gözləri bərələ qaldı.
- Camaatı deyirəm, qoca!.. Gördün, bir kimsə cınqırını çıxarmadı, gördün?! - Hökmdar güldü, sonra səsini ucaldıb, üzünü sərkərdə sərbazlara tutdu. - Mənim igid balalarım!.. Bilin və agah olun! Nə qədər ki, bəşər övladının qarnında qorxu ağrısı var, ürəyində şöhrət azarı, bir gündə yüz şair başı kəsilsə də, heç kəs və heç bir zaman hökmdarın üzünə ağ ola bilməz!
- Eşq olsun! Eşq olsun! Eşq olsun!
Yerbəyerdən eşidilən bu alqış sədaları hökmdarın uzaqlarda gördüyü tüstü qatarı kimi göyə ucalıb, topa ağ buludlara qarışdı: bayaqdan yol gəlib yorulduqlarından, bir yerdə sallanıb durmuş buludlar bu sədaların qopardığı küləkdən hərəkətə gəlib, üzü qarlı dağlara, sal buzlaqlara sarı axışdılar...
Amma yenə vəzir deyən olmadı, şeytan quyruq buladı və şair istəyən oldu: bu böyük bayramın sonu qanqaralığı ilə bitdi.

Edamdan sonra, şairin başını qızıl teştə qoyub, gətirib saray şairlərinin ayaqları altına qoyandan sonra, hökmdar bütün əyanlarını, sərkərdələrini başına yığıb, çiçək kimi ala-bəzək bayram libasları geymiş bu adamların arasında, döyüş paltarında olduqları üçün, qara, iri arıları xatırladan keşikçilərin əhatəsində, məxmər çəkmələrini xəzan yarpaqlarının üstünə basa-basa yavaş-yavaş saraya qayıtdı, aşpazların hazırladığı ləziz bayram xörəklərinin iyini uzaqdan hiss edib, üz-gözünü turşutdu: hökmdarın neçə gün idi ki, qızdırmadan sonra hələ iştahı qaydasına düşməmişdi və bişmiş iyi burnuna dəyəndə ürəyi bulanırdı.

Elçilər otağında təşkil edilmiş böyük ziyafətdə, hökmdar özü içməsə də, ənənəyə görə, könlü istəyənə şərab içməyə rüsxət verdi; zəbt olunmuş məmləkətdə yaşayan, deyilənə görə, yaxşı şərab hazırlamaqda şöhrəti uzaq-uzaq diyarlara yayılmış bir gavurun anbarlarından gətirilmiş qan kimi qırmızı, bəhməz kimi qatı şərab badələrə doldu, camaata paylandı. Və hər biri, hökmdarın ona ikrahla göz qoyduğunu hiss etdiyindən, peysərinin dah soyusa da, ləzzətlə şərabı başına çəkib, sonra yeməyə girişdi. Hamı salavat çevirib, bu məmləkətin ən ləziz taamı sayılan qırqovullu və qazmaqlı plovdan başladı: əllər iri buludlardakı yeməyə san uzandı, barmaqlar yağa batdı və bir azdan bığ-saqqallar da yağa bulaşıb işıldadı. Hökmdar taxtda oturub, hələ ağzına bir tikə də almamışdı, buna görə, xacə Ənvər ona həm təlaşla, həm də məzəmmətlə baxırdı. Hökmdar ikinci dəfə əlini yuxan qaldıranda, saqi yanaşıb, şərab içənlərin hamısının badələrini təzədən doldurdu: qoy içsinlər, qoy bugünkü bayramdan razı qalsınlar, cəhənnəmin odunda mən yox, onlar yanacaq... Camaat plov buludlarını, qırqovul, kəklik boşqablarını boşaldıb, payızın dadlı meyvələrinə keçəndə, nə vəzir-vəkilin, nə də əyan-sərkərdənin belə bayram büsatlarında indiyə kimi görmədikləri bir hadisə baş verdi: hökmdar üçüncü dəfə əlini yuxarı qaldırdı, şərab içməyə üçüncü rüsxətini verdi və yenə saqi - qız kimi nərmə-nazik olan bir cavan, yumşaq yerini yırğalada-yırğalada, nazlana-nazlana saray əhlinə yanaşıb, yenə badələrə şərab süzdü... Bir azdan hökmdar yeyib ağırlaşmış, sifətləri gavur şərabının qırmızlığından pörtüb allaşmış, gözləri xumarlanan əyanlara baxıb və onların dinməz-söyləməz oturub tərpənmədiklərini gördü - aralarında üç-dördü qoyun kimi gövşəyirdi - hökmdarın yenə ürəyi bulandı və başa düşdü ki, daha məclisə yekun vurmaq lazımdır, bir az da eşikdə hava alıb, yataq otaqlarında çıraqları keçirib, rahat yuxuya çəkilməyin vədəsi çatmışdır. Hökmdar ayağa qalxdı...

Bu gözəl bayram büsatının sonunda şeytan quyruğunu buladı, cəhənnəmə vasil olmuş şairin nəhs niyyətinə əməl edib, xoşagəlməz bir xəbəri saray bağında, sakit və ulduzlu payız axşamının, sərinliyində gəzişən hökmdara çatdırmaqla, vəzirin yeyib-içdiyini burnundan tökdü, üstəlik də, indi, sarayın lap ucunda yerləşən xəlvət yataq otağında, bağlı qapı arxasında xacələrdən biriylə qalmış, isti suda müşk-ənbərlə çimizdirilib ətir qoxuyan, ağ yorğan-döşəkdə bişmiş çolpa kimi buxarlanan on beş yaşlı bir qız da, yəqin ki, əlindən çıxacaqdı: belə qanqaralıqlardan sonra vəzir həmişə kişilikdən düşürdü. Qoca vəzirin qəzəbdən ürəyi, içi-içalatı əsim-əsim əsdi.
- Nə?! - deyə hökmdar soruşdu.
Əyanlardan birinin ona gətirdiyi xəbəri yaxşı eşitməmişdi. Kök əyan ikinci dəfə əllərini sinəsində çarpazlayıb aşağı əyildi.
- Münəccim özünə qəsd eləyib, asıb özünü, adil hökmdar! Hökmdar bu gün neçənci dəfe idi ki, ürək bulanması hiss edib ağır-ağır döndü və ondan bir az kənarda dayanmış, uzun ağ saqqalı axşamın ay işığında qorxudan əsgi kimi sallanmış vəzirinə baxdı və vəzir yenə özünü saxlaya bilmədi, küçük səsi çıxardıb zingildədi:
- Səbəbi?!
Hələ də əyilib ikiqat dayanmış əyan belini düzəldib hökmdarın üzünə baxmağa cürət etmədi.
- Adil hökmdar, mən bilmirəm, mənə yazığın gəlsin. Hökmdar əlini vəzirə uzadıb barmağını qatlayıb açdı: vəzirə elə gəldi ki, havada yarasa oynadı. Xacə Ənvər onun yerində quruyub qaldığını görüb, əsəbi-əsəbi kürəyindən vurub qabağa itələdi.
- Qoca, səbəbi?!
Vəzir hökmdarın qabağında dizüstə çöküb bərk-bərk ayaqlarını qucaqladı.
- And olsun bu gecənin sahibi o tək Allaha, and olsun peyğəmbərin cəddinə, mənim heç nədən xəbərim yoxdu, - deyib yazıq-yazıq ağladı.
- Amma mən bilirəm!!! - Hökmdarın səsi elə çıxdı ki, xacə Ənvər yerində yırğalandı, ayaqlarındakı ağrıları təzədən başladı: elə bil iki dabanının ikisinə də yanar biz soxdular.
- Mən bilirəm! - hökmdar ilə vəziri kənara tulladı və vəzir yenə eynən qəfıl təpik yemiş küçük kimi zingildədi. - Mən bilirəm o kaftarın niyyətini! - deyə hökmdar davam elədi. - Axın ki, istədiyini elədi, ilan toxumundan əmələ gəlmiş qoca koramal! Mənim ovqatıma soğan doğradı, hökmdarın bayramına zəhər qatdı, onun zəhəri cəhənnəmdə gözlərinə tökülsün!

Sonra susdu. Hamı ikiqat olub qalmışdı: hökmdara ilk anlar elə gəldi ki, bütün əyanları, sərkərdələri, ətrafında kim vardısa, hamını gözəgörünməz bir qılıncla yarı bölüblər. Hökmdarın ürəkbulanması bu dəfə qalxıb lap hülqumunda dayandı, özünü o qədər pis hiss elədi ki, istədi xacə Ənvəri yanma çağırsın: yanar dağ püskürtüsü kimi birdən başlayan qəzəbin istisi başına vurdu, üç-dörd gün bundan qabaq keçirdiyi qızdırmalı gecələri xatırladı, ovqatı təlx edən bəzi xırda-para əhvalatları da yadına saldı və hökmdar bir neçə anın içərisində zəifləyib elə hala düşdü ki, vəzir-vəkilin, əyan-sərkərdənin gözləri qarşısında az qala yıxılacaqdı. Xacə Ənvər uzaqdan nəsə hiss elədi, hökmdardan rüsxət gözləməyib, gəlib, onun yanında dayandı. Elə bu vaxt hökmdar, xacə Ənvər, vəzir, vəkil, saray bağına axşam gəzintisinə çıxmış əyanlar, sərkərdələr hardansa bir qadın səsi eşitdilər: kimsə ağı deyirdi, yanıqlı-yanıqlı kimisə oxşayırdı.
- Bu nədi belə?
Sərkərdələrdən biri yerindən götürülüb, tez də qayıtdı.
- Adil hökmdar, bir qoca arvaddı, şairin cəsədi üstündə ağı deyir. Hökmdar inildədi.

- Kəsin onun səsini! - deyib əllərini arxasında cütlədi və birbaş sarayın iri qapısına sarı yollandı. Xacə Ənvər də onun dalınca getdi...

...Sərkərdə enlikürək, çatmaqaş, əzələləri poladdan tökülmüş otuz-otuz beş yaşlı bir kişi təzədən saray bağından çıxdı, saray meydançasını keçdi, axşamkı edam yerinin arxa tərəfindəki təpəliklərə yanaşdı. Ay bura elə işıq salmışdı ki, baxan deyərdi gündüzdür. Büzüşüb yumaq boyda olmuş qoca bir qarı başsız bədənin yanında dizləri üstə oturub, bədənini yırğalaya-yırğalaya ağı deyirdi. Sərkərdə yanaşıb qarının üstünü kəsdirdi.
- Ay arvad, - çığırdı, - dur get xarabana!
Qarı başını qaldırıb gözləri qabağında dayanmış qaraltını əməlli seçə bilmədi.
- Ay bala, - dedi, səsi gordan çıxdı. - Mənnən işin olmasın. Qoy ürəyimi boşaldım, səvabdı.

Sərkərdə gülümsündü, toqqasından sallanmış qamçısını götürüb var gücü ilə yox, elə-belə arvadı ağrıtmaq üçün, arıq kürəyinə yüngülcə zərbə endirdi. Amma sərkərdənin xəbəri yox idi ki, bu arıq bədəndə daha hey deyilən şey qalmamışdı və bu yüngül qamçı zərbəsindən, şairin bədəni üstündə dünyanın ən yanıqlı ağısını deyən qoca qarı - Üfləmə Qasımın iki ayağı gorda olan, gözlərinə ağ gəlmiş nənəsi böyrü üstə düşüb, canını Allaha tapşırdı. Amma gecdi, nə cəllad baltası, nə də bu sərbazın son qamçı zərbəsi daha bundan sonra heç bir şey eləyə bilməyəcəkdi. Məmləkətin ən qoca ağbirçəyinin dediyi son ağı - layla yayılıb, nazik, yanar ipə dönüb, uzanıb-uzanıb dağlar aşıb, ormanlar keçib, gəlib Baba Kahanın həndəvərindəki daşlardan birinə ilişdi və bu daşdan elə bir ah qopdu ki, Baba Kahanın oyumundan gələn səs dünyanı lərzəyə gətirdi:
- Sizin kökünüz kəsilsin, ay ikiayaqlı bəndələr!
...Dərd də, azar kimi gələndə batmanla gəlir, bacım.
Baba Kahanın oyumundan gələn hənirti ağ dumana dönüb eşiyə axdı, yuxarı qalxıb ulduzlara qarışdı, sal buzlaqların başında əriyib, nəhəng buz parçalarına dönüb hündürlükdən aşağı şığıdı, ətrafdakı quru daşları, quru qayaları döyəcləməyə başladı: qayalardan, daşlardan boğuq bir səs çıxdı, ah çəkdilərmi, lənət dedilərmi - bilinmədi və həmin anda da hər qayanın, hər daşın yarığından, çatlağından hörük kimi burula-burula, buz nəfəsli hənirti qopara-qopara, bal kimi qatı olan qara bir axartı süzülməyə başladı. Hələ dünyada bir kimsənin, bir canlının gözü belə qara rəng görməmişdi. Milyon-milyon illərin aysız və ulduzsuz gecələrinin zülmətini canına hopdurmuş sal qayalar, sal daşlar, dünyanın soyuq zülmətini təzədən dünyaya qaytarırdılar. Baba Kahanın oyumundan eşidilən hənirti kəsmirdi, ağ duman topa-topa, karvan-karvan eşiyə axıb, qübbəyə dirənmiş sal buzlaqların başı üzərində əriyib buz parçalarına dönüb, dolu kimi aşağı tökülürdü, yalın daşları, qayalan döyəcləyə-döyəcləyə - bu səsin əks-sədasından ətrafda hər şey inildəyirdi - daşları, qayaları tələsdirirdi: zülmət gecələrin qatı qaralığı indi hörük kimi burula-burula yox, enli-enli şəlalələr kimi axırdı və axa-axa, səmtindəki sal buzları zülmətinə qatıb, aşağı - başı-bəlalı məmləkətə doğru gedirdi. Arxadan, Baba Kahanın oyumundan əsən külək o qədər güclü idi ki, bu qara və soyuq axarın sürətinə işıq da çatmazdı.
- Kökünüz kəsilsin sizin, ay ikiayaqlı bəndələr!

...Eşikdəki uğultunu eşidəndə, şəbəkələrdəki şüşələr arxa tərəf-dən büzüşüb, qırmızısını, yaşılını, sarısını itirib qara rəng alanda, sarayın elçilər otağına qəfildən elə bir soyuq doldu ki, hökmdar taxtından sıçramaq istədi, sıçraya bilmədi, əyilib, yenə ayaqları altda oturmuş xacə Ənvərin əllərindən yapışdı.
- Bu nədir, Ənvər! - Elə çığırdı, səsi elə bil kökündən qopdu. Amma eşikdəki uğultudan, vıyıltı salıb saray divarlarının özülünü tərpədən küləyin səsindən xacə Ənvər heç nə eşitmədi.
- Nə dedin, başımın ağası?

Hökmdar da xacə Ənvərin səsini eşitmədi, xacə Ənvər ayağa qalxıb onu qucaqladı, başını sinəsinə sıxdı: hökmdarın alnındakı soyuqluq xacə Ənvərin köks qəfəsindən içərisinə doldu. Sonra hökmdar əlini divarlara sarı uzatdı və elə heyrətlə, elə ucadan çığırdı ki, eşikdəki müsibətin uğultusu içərisində bu dəfə xacə Ənvər onun səsini eşitdi. Hökmdardan aralanıb, ayaqlarının ağrısını unudub mina ilə, qızıl, gümüş suyu ilə işlənmiş saray divarlarından birinə yanaşdı, yanaşdıqca, hər addımını atdıqca, heyrətdən, qorxudan gözləri bərəlib-bərəlib, az qala hədəqəsindən çıxacaqdı: xacə Ənvərin gözü qabağında divarların yaraşıqlı, parıltılı naxışları yox olurdu, divarlara ağ bir rəng hopurdu. O, əlini uzadıb üzbəüzdəki divara qoydu: divar buz bağlamışdı. Və xacə Ənvər çığırıb, hər şeyi başa düşdü, eşikdəki uğultunun güclənib lap hiddətləndiyi məqamında, nə hökmdarın, nə də özünün eşidə bilmədiyi bu sözləri dedi:
- Xudavəndi-aləm, əgər onun canını alacaqsansa, əvvəlcə mənimkini al!
Sonra o, hökmdarının yanına qayıtdı, bir söz demədi, əlindən tutub arxasınca çəkə-çəkə onu elçilər otağının dal qapısına sarı apardı. Bu ağır, dəmir qapınr açıb, hökmdan harasa aşağr gedən uzun və ensiz pilləkənin başına gətirdi. Hökmdar yenə çığırırdı:
- Hara aparırsan məni, gədə?!
- Yuxarıda qala bilmərik, qadan ürəyimə, aşağı enək, saray zirzəmisinə!
Amma yenə nə hökmdar, nə xacə Ənvər bir-birini eşitməmişdi. Hökmdar vəfalı nökərinin sulu gözlərinə baxrb başa düşdü ki, onu bu müsibətdən ancaq xacə Ənvər qurtara bilər: neçə il əqdəm, burdan uzaqlarda, düşərgədə quruyub qaxac olmuş və gözlərində hərəsi bir alma boyda ulduzlar yanan at və insan cəsədləri hələ hökmdarın yadından çıxmamışdı. O razı olub, başını tərpətdi. Xacə Ənvər qabağa düşdü, uzun pilləkənləri enib, lap aşağıda dəmir qapını görəndə hökmdar, xacə Ənvərin onu saray zirzəmisinə gətirdiyini başa düşdü. Və ömründə birinci dəfə hökmdar xacə Ənvərin yanında dəhşətli qorxusunu gizlədə bilmədi, ona yalvardı:
-Ənvər, məni zirzəmiyə salma!
Yuxanda elə bil nəsə partladı, daş daşa dəydi, qaya qayaya toxundu, uğultu-vıyıltı qulaqlarına dolub beyinlərini eşim-eşim eşdi və hər ikisi eyni zamanda başa düşdü ki, bu səs - küləyin həmləsinə davam etməyib, uçub yerlə yeksan olmuş saray divarlarının səsidir. Hökmdar daha heç nə demədi, hökmdarın xacə Ənvərin yanında ilk dəfə gözləri doldu, xacə Ənvər onun əllərindən öpdü.
- Gedək, başına dönüm, bu müsibət qurtarmayınca daldalanmağa özgə yerimiz yoxdur.

Hökmdar başını aşağı salıb xacə Ənvərə tabe olub, bütünlüklə ixtiyarını ona verdi. Xacə Ənvər zirzəminin ağır qapısını açdı və bu açılan qapının arxasındakı qaranlıqda hökmdar içəridə dayanmış, başı daz, qulaqları iri, gözləri quzğun gözləri təki kirpiksiz olan bir adam gördü. Və əlini qaldırıb, bu adamın haçansa bir oğlan uşağının sifətinə yaxdığı qanı silmək istədi. Amma əlini qaldırmağa taqəti qalmamışdı, ondan qabaq içəri keçib, çaxmaq daşını çəkə-çəkə zirzəmidəki çırağı axtaran xacə Ənvəri gözlədi. Bir azdan xacə Ənvər qapının astanasında göründü, hökmdarın dümağ ağarmış sifətinə baxdı, daha ağlamaya bilmədi, iki əlindən yapışıb onu içəri çəkdi və dəmir qapını arxasınca bağladı. Eşikdəki uğultudan sonra bu səssizliyə girəndə, hər ikisi elə bil dərin quyuya düşdülər. Hökmdar küncdə dayanmış mis qabdanda yanan çırağı görüb bir az rahat oldu, amma buz bağlamış divarlara baxıb, Ənvərə sıxıldı, qorxudanmı, soyuqdanmı əsə-əsə soruşdu:
- Bu nə müsibətdir, Ənvər?
- Şeytan əməlidir, heç bir şey! - Xacə Ənvərin səsi elə bil boğazından çıxmırdı, dilinin ucundan nazik ip kimi sallanıb durmuşdu. - O zəhrimar küləkdir, həmin o zəhrimar külək, keçib ötəcək. Qorxma, qorxma...
- Mənə soyuqdur, qardaş! - hökmdar əllərini qatlayıb qarnına sıxmışdı, bədəni, başı əsim-əsim əsirdi. Xacə Ənvər hökmdarın sifətinə, gözlərinə baxıb, ürəyində "Allah, sən onu cənnətlik elə!" dedi, çünki daha hökmdarın sifətindən zəhrimar yağmırdı, gözlərində əqrəb kini yox idi: bu gözlər beş yaşlı oğlan uşağının gözləri kimi dupduru idi.
- Mənə soyuqdur, qardaş! - Hökmdar xəzan yarpağr kimi titrəyə-xışıldaya ağlayırdı.
- Bu saat, başına dönüm, bu dəqiqə! - deyib, xacə Ənvər hökmdarın qoluna girdi, onu zirzəminin çıraq yanan küncündə durmuş alçaq taxta sarı apardı.

- Sən uzan, uzan. - O, hökmdarı döşəksiz, yastıqsız taxtda uzatdı, əbasının üstündən bağladığı enli parçanı açıb yumruladı, yastıq əvəzi eləyib hökmdarın başı altına qoydu, sonra xacə Ənvər əbasını da çıxardı, onun üstünə saldı, özü də onun yanmda uzanıb, böyrünə qısıldı, Allaha yalvarıb, peyğəmbərə yalvarıb, bədəninin bütün hərarətini hökmdarın bədəninə keçirdi, amma xeyri olmadı. Hökmdar yenə dedi:

- Bu nə soyuqdur, ilahi!
- Yat... yat... yat... - Xacə Ənvərin nəfəsi içərisində donurdu.
- Ayaqlarımı tərpədə bilmirəm, bir pud ağırlıq var ayaqlarımda, xudaya!
Xacə Ənvər də ayaqlarını tərpədə bilmirdi, buna görə min bir əzabla başını azca qaldırdı: ikisi də dizdən yuxarı buz bağlamışdı. Başları üzərində mis qabdanda yanan zəif çırağın işığında divarlardakı buz qatı da, dizdən yuxan iki bədəni örtmüş sal buz da qırmızımtıl rəngə çalırdı və bu qırmızımtıl buz, bədən boyu, su kimi yuxarr axıb hülqumlarına çatanda, hökmdar daha heç bir şey görmədi. Dedi:
- Ölümün xeyir, Ənvər!
Xacə Ənvərin gözləri açıq qalmışdı:
- Ölümə qənşər hökmdar...

Lap axırda, zirzəmidə, buza dönmüş mis qabdanda şölələnən çırağın alovu söndü: qırmızı buz parçası kökündən qırılıb, sal buzun üstünə düşdü və çilik-çilik oldu...

Eşikdə isə, sakitlik içərisində uyuyan, qalın buz layının altında qalmış bir məmləkət vardı.
Günəşin sarr rəngə boyadığı bu nəhəng buzlaqlar diyarının hansı bir nöqtəsindəsə, ölüm donumunun sakitliyində, qızıl teştin içindən, açrq qalmış bir cüt şair gözü başıbəlalı dünyanın tamaşasına durmuşdu.

***

Gündüz yuxusu, doğrudan da həm şirin olur, həm də rahat: axır vaxtlar, gör haçandır, belə rahat və bərk yatdığı yadına gəlmirdi: Mark Georgiyeviçin ölənlərinə min rəhmət! Kişi dediyini elədi, çox qısa müddət ərzində, o boyda qızdırmadan xəstəni qurtarıb qoydu ayaq üstə... Xəstə, gözlərini açıb başı üzərindəki tavana baxdı, yaxşıca, ciyərdolusu əsnədi və özünü, sözün əsl mənasında, xoşbəxt hiss elədi. İnsan gərək həmişə ümidin ətəyindən yapışsın, həmişə sabahı, gələcəyi düşünsün, dünənlə, keçmişlə yaşamaq adama baha oturur, çünki insanın ancaq bu günü və gələcəyi var, insanın keçmişi yoxdur: vaxt durmadan, nəfəsini dərmədən yalnız qabağa axır, insan isə özünü həmişə, hansı şəraitdə olursa olsun, sağlıqda da, xəstəlikdə də, ancaq zamanın birsəmtli axarına tabe etməlidir... Xəstə gülümsündü: dadlı çoban bozartmasından sonra yatıb, durub, bu cür müdrikanə fikirləşməyin özü də pis şey deyil, yaxşı deyiblər ki, sağlam bədəndə sağlam da ruh olar. Xəstə qalxdı, ayaqlarını çarpayıdan sallayıb çəkələklərini tapdı, sonra stulun üstündən xalatını götürüb geydi və saatına baxdı: düz iki saat yarım yatmışdı, nə əcəb Zəminədən, onu ayıltmayıb... Durub pəncərəyə yanaşdı, pərdələri aralayıb eşiyə, həyətə baxdı. Hava tutulmuşdu, deyən, yağış yağacaqdı, bundan başqa, həyətin səliqəsizliyini, damı uçmuş zibilxananın içindəki zibil yeşiklərinin quyu kimi qara ağızlarını, budaqlarında bir dənə də yaşılı qalmamış tut ağacının iri-iri san, qırmızı yarpaqlarını yüngülcə tərləmiş pəncərə şüşələrindən görüb düşündü ki, indi, üstəlik, payız yox, yaz olsaydı, onda olardı lap əla. Kim nə deyir desin, amma payız kimi axmaq fəsil yoxdur. Payız ilin nə oyanlıq, nə də buyanlıq olan fəslidir, payız elə əslində, zökəm kimi bir şeydir, adamı keyləşdirir. Vay belə havada yolu çölə, meşəyə düşənlərin halına... Arxadakı qapı cırıldadı, Zəminənin səsi gəldi.
- Həə, durmusan? Görək indi gecə sənin əvəzinə kim yatacaq. Zəminə içəri keçib, yuxulu-yuxulu pəncərə qabağında dayanmış ərinin şişmiş, amma durulub saflaşmış sifətinə baxdı, çarpayının üstünü səliqəyə saldı və dedi:
- Zəng eləmişdilər, səni sabah günorta Muxtar Kərimlinin yanına çağırırlar, deyəsən, iclas var.

Xəstə, "zəng eləmişdilər"i eşidəndə yadına düşdü ki, yuxuda qəribə bir zınqırov səsinə uzun-uzadı qulaq asmışdı, amma nə illah etdisə, yuxunu yadma sala bilmədi: deməli, dəxli yoxmuş, adam elə gündüzlər də yuxu görür, amma bu gündüz yuxuları, görünür, çox şirin olur, çünki xəstə əmin idi ki, indi bədənində hiss etdiyi yüngüllük, qıvraqlıq, ümdəsi də, can rahatlığı, bayaq yuxuda eşitdiyi zınqırovun səsindəndir. Xəstə soruşdu:
- Yəni gedim?!
- Mütləq! - dedi Zəminə. - Get adam arasında görün, dost var, düşmən var. Görsən ki, maraqsız iclasdı, qayıdarsan evə, - Zəminə ərinin sifətinə baxdı. - Saqqalını da qırxarsan səhər, ağ köynəyini də ütüləmişəm, təzə kostyumunu da geyərsən.

Xəstə dinmədi... Kirlikirin Sədi əfəndiyə dediyi sözləri xatırladı: "Bir də səni Salahovun, ya da Kərimlinin yanına çağırsalar, çalış, aradan çıx". Güldü və gərnəşib bədənini xrrçıldatdı.

...Səhərisi, on bir radələrində evdən çıxıb ayağını küçəyə basanda, yaxasındakı yun şərfini düzəltdi, plaşını yuxarıdan aşağı düymələdi, kepkasını da gözlərinin üstünə basdı. Fikirləşdi ki, kaş, qonşuya-filana rast gəlməyəydi, çünki rast gəlsəydi, məcbur olub dayanıb, xəstəliyi barədə uzun-uzadı məlumat verməli olacaqdı, özü də çənəsi yorulana qədər. Yəqin yalnız onun yox, elə dünyanın bütün qonşuları bu cəhətdən bir-birilərinin eynidirlər. Adamı sappasağ görəndə, elə bil tramvay, trolleybus görürlər, salamlaşıb, müxtəsərcə hal-əhval tuturlar, amma elə ki, uzun xəstəlikdən sonra onların əlinə keçdin, qalırsan çıxılmaz vəziyyətdə. Xəstəliyin nəydi?.. Hansı həkim baxırdı? Hansı dərmanları içirdin? Hakimlər indi nə deyirlər?.. Gərək hamıya cavab verəsən, sonra məsləhətlərə qulaq asasan və üstəlik, hamının sağal-maq münasibətilə atəşin təbriklərini qəbul edib, hər birinə öz atəşin təşəkkürünü bildirəsən. Yəni heç kəsi qınamalı deyil: hərdən xəstəyə elə gəlirdi ki, yalnız onun yaşadığı binada yox, bu böyük şəhərin bütün saysız-hesabsız binalarında hamının söhbəti eyni olur: kim nə aldı, kim qızını kimin oğluna verdi, kimə nə cehiz gətirdilər? Filankəsovun dalından dəyib yerinə Filankəsovu qoydular - işdən çıxarılan və işə qoyulan filankəsovlar biriydimi, ikiydimi - və nəhayət, kim nədən öldü və nədən xəstələndi? Vəssalam. Elə bil bu söhbətlərdən savayı bu şəhərdə gözədəyimli bir mövzu yoxdu. Xəstənin fıkrincə - bu fikir onun ağlına indi gəldi, yavaş-yavaş, yeşikdə əzgil yığını kimi bir-birinə bənzəyən şəhər adamlarrna baxa-baxa aşağı enib, sevinə-sevinə Kommunist küçəsinə yönəldiyi müddətdə - egər bu adamların hər biri küçəyə çıxanda, evə qayıdanda, başını qaldırıb göyə baxsaydı, günəşi, ayı, ulduzları görsəydi, belə söhbətlərin çoxu bəlkə də aradan götürülərdi. Belə getsə, yüz ildən, iki yüz ildən sonra bioloji mutasiya baş verə bilər, boyun əzələləri başları yuxan qaldırmaq qabiliyyətini itirə bilər. Başını qaldır, göyə bax, dünya gözlərində gözəlləşsin. Eşq olsun bu kəlama! Əbülqasıma demək lazımdır ki, bunu da kitabına salsın, bir də o zınqırov səsini də salsın... İlahi, o nə səs idi elə? Kaş, adam həmişə elə səsli yuxular görəydi, həmişə elə yuxular görən, elə zınqırov səsləri eşidən adam yüz il yaşayar, "uf' deməz. Daha doğrusu, kaş yuxular ölülərsiz, ölülərlə bağlı hadisələrsiz olaydı. Həmişə yuxuda o cür səslər eşidəydin. Və bir də, payızın bu sərin günündə, kaş ağacların sarı-sarı yarpaqları olmayaydı... Xəstə, yolu üstündəki qəzet kiosklarından birinin qabağında ayaq saxladı, dövrələmə şüşələrə yapışdırılmış rəngbərəng jurnallara baxdı, bu jurnalların üz qabığındakı gülümsər çöhrələrə tamaşa etdi və Sədi əfəndinin şəkillərindən biri gözləri qabağına gəldi: buxara papaq, əynində, kürk, sol əlinin adsız barmağında da brilyant üzük... Xəstənin ürəyi sıxıldı, tez əlini plaşının cibinə saldı; yox, sağ olsun Zəminə, nitroqliserin ordaydı. Jurnallann üz qabığından baxan müxtəlif kişi və qadın sifətlərinin heç birində sarılıq yox idi, amma Sədi əfəndinin albomdakı şəkillərinin hamısı xəzan yarpağı kimi sapsarı saralmışdı. Ay gidi dünya, hey!.. Xəstə yerindən tərpənib təzədən yola düzəldi və gedə-gedə fikirləşdi ki, gör bir neçə illədir Muxtar Kərimli iclaslar çağırır, çox-larının sümükləri bu illər ərzində qara torpaq altda çürüyüb, amma o, maşallah, elə iclas eləyir ha!.. Amma bu fıkir xəstənin ağlına gəlsə də, xoşuna gəlmədi, çünki bu fikirdə qəddarlıq vardı. Allah verən ömrü, allah da almalıdır!.. Xəstəyə elə gəlirdi ki, o özü, Sədi əfəndinin üç dəftərlik gündəliyini oxuyandan sonra, qəddarlaşmamışdı, sadəcə, gözləri açılmışdı, çoxdan ürəyində gezdirdiyi şübhəli sualların cavabını tapıb, bir-iki gün ərzində həyata, bəzi hadisələrə baxışında bir qədər müdrik və ayıq olmuşdu. "İndi cırtqozluq eləmək vaxtı deyil, başını aşağı salıb, hərə bir parça çörəyini yeyir, sən də ağlını başına yığ, canının qeydinə qal". Berqman onlardan gedəndə dəhlizdə bu sözləri demişdi. Əlbəttə, bu kəlam, Əbülqasımın kitabına düşə biləcək müdrik kəlamlardan sayıla bilməzdi, amma hər halda bu sözlərdə həqiqət vardı: bu dünyanın və bu davranışın sadə həqiqəti...

İclasdan sonra, qanıqara, daha yoldan ötənlərə baxmadan, heç nəyə fikir vermədən, həm özünü söyürdü, həm də Səlimə xanımı. Nahaq, nahaq Səlimə xanım gündəliyi ona vermişdi: gedə-gedə, Səlimə xanımın ənlikli-kirşanlı sifətini gözləri qabağına gətirə-gətirə daha da əsəbiləşirdi, "gülən-ağlayan" səs qulaqlarında səsləndikcə canına, çoxdan unutduğu tanış bir üşütmə dolurdu... Canım, nə qəhrəmanlıq, nə ədalət, nə cücəplov? Ay hay!.. Mark Georgiyeviç də, Zəminə də peyğəmbərlik eləməzdilər: sal başını aşağı, bir parça çörəyini ye, allahına şükür elə. Sədi əfəndi necə demişdi? "Zırıltı, zırıltı, bu boyda zırıltı?" Doğrudan da, atana lənət, ay Kərimli? Bu hava da bir yandan: sənin san yarpaqlarm qurusun, payız!..
İclas başlananda, hamı yerbəyer olub, zaldakı hənirti kəsiləndən sonra, Muxtar Kərimli katibənin gətirdiyi çaydan bir qurtum içib, bəzi xırda-para məsələlərdən danışanda xəstə diqqətlə ona baxırdı. Kərimlinin sifəti meyit sifətinə bənzəyirdi, yanaqlarındakı dəyirmi qırmızı ləkələr isə elə bil sonradan ənnik-kirşanla çəkilmişdi. Kərimli gülə-gülə, zarafat eləyə-eləyə danışırdı. Bir az söz salıb eşikdəki payızdan danışdı və belə məlum oldu ki, payız Kərimlinin ən çox sevdiyi fəsildir, dediyi sözlər eşitdiyi dəqiqədə xəstənin yadında qalmışdı: "Payızda meyvələr çox olur, mənim də yaşımın elə vaxtıdır ki, vitamin lazımdır". Zalda gülüşdülər. Sonra Kərimli ciddiləşib, qarşıda keçiriləcək hansı bir elmi konfrans barədəsə danışdı, qonaqları qarşılayacaq adamların siyahısını oxudu. Hərəyə konkret tapşırıq verdi, zal sərin olduğuna görə, arada bir neçə dəfə əllərini qoşalayıb, dodaqlarına yaxınlaşdırıb nəfəsiylə isitdi və xəstə gördü ki, Kərimlinin əlləri əsir. Sonra kimsə, ağsaç, ağbığ bir kişi yerindən qalxıb Kərimlinin sualına cavab verdi: deyəsən, konfransdan sonra təşkil olunacaq banketin xərcləri barədə nəsə soruşmuşdu. Xəstə daha qulaq asmırdı, bayaq, bu zala girib, Sədi əfəndinin gündəliyində oxuduğu sözləri yadına sahb, onun belə iclaslar zamanı həmişə oturduğu yeri gözləri ilə axtarıb, təxmini də olsa, tapandan sonra, gəlib arxa sıralardan birində, qıraqda əyləşmişdi, altdan isti geyindiyinə görə, tərləməsin deyə, plaşını, şərfini çıxarıb dizləri üstünə qoymuşdu və başını qaldırıb, Sədi əfəndinin yazdığı zərli-naxışlı tavana baxmışdı: indi bu tavan zərli-naxışlı ve yaraşıqlı deyildi, zərin-naxışın və yaraşığın üstündən yağlı ağ boya çəkilmişdi, indi bu zalın tavanı xəstəxana tavanlan kimi boz və tutqun idi. Və nəhayət, Kərimli Sədi əfəndinin yubileyi barədə danışmağa başlayanda, xəstə diqqət kəsilib, hər şeyi unudub, ürək döyüntüsü ilə onu dinləmişdi. Tfu sənin hərçi-pətərinə, belə dünya!.. Evə qayıtdığı yolu yarı eləməmiş xəstənin birdən yadına düşdü ki, bayaq iclasda, ziyafətlə əlaqədar Kərimlinin sualına cavab verən ağsaç, nurani sifət kişinin adı Qədir Pünhan idi. O vaxtın gənc şairi Qədir Pünhan, indi Kərimlinin yanında baş mühasib işləyirdi. Ağrısın alasan şeytana papış tikən belə dünyanın!..
Xəstənin qulaqlarına musiqi səsi dəydi, yana dönüb gördü ki, musiqi səsləri, ensiz taxta qapısı üstündə neon lampalarının işığı ilə "Disko bar" yazılmış, zirzəmidə yerləşən qırmızı, yaşıl, sarı şüşələrdən yaraşıqlı şəbəkəli pəncərələri yoldan ötənlərin dizləri hündürlüyündə olan bir yeməkxanadan gəlir. İndi yüz əlli atmaq heç pis olmaz-dı!.. Xəstənin gözlərinə işıq doldu, aşağı, bara enməmişdən qabaq, telefon budkasına girib evə zəng vurdu. Dəstəyi Zəminə götürdü.
- Neynirsiz?
- Hardan danışırsan?
- Bir az yubanacam, sən nigaran qalma.
- Yaxşı... Noldu Muxtar Kərimli?
- Lap yaxşı oldu.
- Özünü soyuğa vermə.
- Yox, arxayın ol!
- Hələlik.
- Hələlik.

Barın içərisi eynilə keçmiş saray otaqlarına bənzəyirdi: qədimsayaq mis şamdanlarda uzunsov lampa yanırdı, divarlar zərli-butalı idi, enli və hündür daş tağlar boyu, soldan, sağdan döymə mis qalxanlar asılmışdı, küncdəki hücrələrin bəzilərində isə alçaq taxtların üstünə məxmər mütəkkələr və yastıqlar qoyulmuşdu. İçəri girəndə xəstəyə elə gəldi ki, kinostudiyanın pavilyonlarından birinə düşüb. İkinəfərlik, dördnəfərlik stolların üstündə nişastalı ağ süfrələr vardı, rəngbərəng irili-xırdalı qədəhlər par-par parıldayırdı. Giriş qapısı ilə üzbəüz, zalın o başında iki iri dinamik qoyulmuşdu, onlardan, axar suyun səsinə bənzər şırıltı ilə süzülən bir melodiyanın ritminə uyğun, yuxarıdakı sarı, qırmızı, yaşıl projektorlar narahat ürək döyüntüsü kimi yanıb-sönürdü; bu yerin bir rəqqasələri çatmırdı və yəqin ki, axşamlar, gün batandan sonra bu rəqqasələr də gəlir... Xəstə plaşını, kepkasını çıxarıb qarderobçu qozbel kişiyə verəndə gördü ki, Zəminənin ona üç-dörd il bundan qabaq Moskvada, "Beryozka"dan aldığı şərf yoxdur və yəqin şərfi orda Muxtar Kərimlinin yanında qoyub gəlmişdi. Onu gülmək tutdu, qozbel qarderobçunun təəccüblə baxdığını görüb, özünü saxladı. "Heyf sənə, ay tirmə kaşne!.."
Amma saray kimi bərli-bəzəkli olan bu qəribə barın havası xəstəni açmadı, boş stollardan birinin arxasında, üzü yanıb-sönən projektorlara sarı oturub, ofısiantı gözləyə-gözləyə hiss elədi ki, buranın havasında, düzdür, çox soyuq olmasa da, nəsə xoşagəlməz bir şey var: yəqin dünyanın bütün zirzəmiləri belədir, nə qədər qızdırsalar da, nə qədər işıqlandırıb parıldatsalar da, bu havada məhz zirzəmi ovqatı duyulur, adamın ürəyi sıxılır. Hətta, bir an xəstəyə elə zirzəminin altında nəhəng bir boşluq var və hiss elədiyi bu duyumsuz soyuq o boşluqdan, Yer kürəsinih hansısa bir qaranhq səltənətindən gəlir. Amma daha çox dərinə getmədi, çünki çox dərinə getsəydi, onsuz da qaralmış qanı lap qatılaşacaqdı. Zəminənin gözündən iraq! Burdan çıxıb evə qayıdanda, ağlabatan bir şey uydurub deməlidir ki, arvad ona inansın. Lap elə demək olar ki, iclasdan sonra Kərimli onu aparıb "İnturist"də qonaq elədi, içib, kövrəlib, bağrına basıb öpdü, o da şərfini çıxarıb Kərimliyə bağışladı. Ay inandı ha!.. Xəstə zala göz gəzdirdi: ondan başqa cəmi üç-dörd adam vardı, iri stollardan birinin arxasında oturub, ucadan danışa-danışa yeyib-içirdilər. Ofisiant yanaşıb onun yanında duranda, xəstə soruşdu, nəyiniz var. Ofisiant məmləkətin ən ləziz xörəklərinin adını bircə-bircə çəkdi: düşbərə, qutab, xəngəl, qazan kababı, tənək dolması, bozartma, balıq kababı, balıq lüləsi və ət lüləsi. Eşq olsun belə məmləkətə!
- Bəs kürü?
- Yox, kürümüz yoxdu.
Xəstə bura enməmişdən qabaq, yüz əlli qram içib özünə gəlmək fikrindəydi, amma divardan asılmış qalxanları, əyri qılıncları, xalılar üstündə qoyulmuş sənəkləri, bardaqları görüb, özünü Koroğlu kimi Qıratın belində hiss elədi, ofisianta dedi ki, iki yüz əlli araq gətir, yanında da bir az ayın-oyun, iki dənə də balıq kababı qoy. Ofisiant başını tərpədib, dönüb gedəndən sonra, xəstə stola dirsəkləndi, gicgahlarını hövkələdi və başa düşdü ki, heç özündə deyil. Evdən çıxıb bu iclasa getdiyi yerdə kaş, ayağı sınaydı! Elə bil camaat iclasa yox, hüzür yerinə gəlmişdi... Ofisiant ildırım sürəti ilə geri qayıtdı, iri podnosda o qədər şey gətirmişdi ki, beş adamın yeməyini görərdi. Xəstə üstünü vurmadı, ofısiant gətirdiyi yeməkləri stolun üstünə düzdü və balaca qrafindəki araqdan xəstənin qədəhinə süzdü. Xəstə bir turp götürdü, duza batırdı və arağı hortdatma atıb, turpu dişləri arasına saldı. Bəh, bəh, bəh!.. Sonra bir az quru balıq, bir tikə pendir götürüb boşqabına qoydu, iştahla yeməyə başladı... Amma Muxtar Kərimli çıxışının axırında elə bir ağ yalan dedi ki, əgər o dünya varsa, təkcə elə bu yalanın üstündə o, gərək cəhənnəmin alovunda yanıb qovurulsun... Xəstə evdən götürdüyü üç siqaretdən birini yandırdı, tüstünü ciyərlərinə çəkdi və sonra elə bil, başı üzərindən bu zalın eşik qapısına doğru axıb gedən siqaret tüstüsünə qoşulub, təzədən küçəyə çıxdı və Kərimlinin, Sədi əfəndi demişkən, "bayquşi-xarabazar"ına qayıtdı. Amma keçmişlərdə tavanı yaraşıqlı və zərli-naxışlı olan bu qədim binanın iclas salonunda, arağın birinci yüz qramını səhər evdə yediyi bir tikə çörəkdən sonra, demək olar ki, acqarına içmiş xəstə, Kərimlinin dediklərini də, sifətini də, elə bil indi çəkdiyi siqaretin tüstüsü arxasından gördü və araqdan sonra yumşalıb, hirsi bir az soyuduğuna görə, əvvəl eşitdiyi sözləri də yaxşı xatırlaya bilmədi. Deyəsən, sözünün əvvəlində də, axırında da Kərimli dedi ki, bu yubileyi ən yüksək səviyyədə keçirmək hamının müqəddəs borcudur. Sonra, Sədi əfəndinin yubileyi ilə əlaqədar, nəşriyyatlarda çıxacaq əsərlərin siyahısını oxudu və görüləsi başqa tədbirlər barədə zalda oturanlara məlumat verdi. Daha sonra isə Kərimli zalda oturanlara müraciət etdi:
- Bəlkə sualı olan var? - Əli əsə-əsə armudu stəkandakı çaydan bir qurtum da içdi. Xəstə əlini yuxan qaldırdı:
- Yoldaşın sualı var, deyəsən. - Kərimli yerindən qalxdı. Zalda hənirti, pıçütı eşidildi. Xəstəni yaxından tanıyanlar ona narazılıqla baxdılar. Xəstə dedi:
- Muxtar müəllim, belə bir söz gəzir ki, Sədi əfəndinin çap olunmamış bir romanı var. Bəlkə bu barədə sözə bir şey məlumdur? -Xəstəyə elə gəldi ki, çaya tilov atdı və yekə bir balıq tutacaq.
Muxtar Kərimli gülümsündü, qalstukunu düzəldə-düzəldə soruşdu:
- Sənin adın nədi? - Amma Kərimli onun adını da, familiyasını da bilirdi. Xəstə adını və familiyasını dedi. Kərimli sağ əlini yuxan qaldırdı:
- Hə, hə, yadıma düşdü, - dedi, - o monoqrafiyanın müəllifi sənsən, hə?
- Bəli!
Kərimli yenə çayından içdi, yenə qalstukunun düyümünü ora-bura tərpətdi və dedi:
- Yox, əzizim, mənə bu roman barədə bir şey məlum deyil. -Sonra elə bil nəsə yadına saldı, güldü. Muxtar Kərimlinin gülüşünü bir dəfə eşidən ömründə yadından çıxarmazdı. Elə bil "fındığı gülüş" ifadəsini, haçansa, kimsə bu gülüşü eşidəndən sonra yaratmışdı. Xəstə isə indi dəfələrlə şahidi olduğu gülüşü bir də eşidib özünü itirdi, təşvişlə yan-yörəsinə baxdı, ona elə gəldi ki, kimsə, bəlkə elə o özü indicə ağzını açıb Kərimliyə bir söz deməlidi, amma dodaqlar aralanmadı, çünki hamı bu gülüşün tilsiminə düşmüşdü. Sədi əfəndinin gündəliyində oxuduğu bir cümləni xatırladı: "Bu dəfə min xoruz bir yerə yığışıb birdən banladı". Kərimli davam elədi: - Yazıq, qəbri nurnan dolsun!.. İndiyə kimi gözlərimin qabağındadı. Çox səliqəli geyimi vardı rəhmətliyin, başına buxara papaq qoyardı. Səhv etmirəmsə, balaca bir üzük də gəzdirərdi barmağında. - Yenə güldü, fındıqlar qaynayıb, tavana dəyib yerə tökülüşdü. - Deyirdik ona, o vaxtlar biz nisbətən cavan idik, hə, deyirdik ki, ay Sədi əfəndi, deyirlər təzə əsər yazmısan, ver, bir biz də oxuyaq, bizə deyirdi, gədə, sən ölənlərinin goru, əl çək məndən!

Zaldan qaqqanaq qopdu, əl çalan da oldu. Elə bil hüzür yerinə gəlmiş camaata dediler ki, ölü dirilib.
- Yazıq, axır vaxtlar çox vasvası olmuşdu... - Kərimli ciddiləşdi. -Neynəyəsən, ağır vaxtlar idi, yoldaşlar, mürəkkəb dövr yaşayırdıq o zaman... Çox təəssüf ki, aramızda əclaflar da az deyildi. Nə isə!.. Daha sualı olan yoxdur ki?..

Vəssalam! Daha nə sual ola bilərdi ki? Yubiley ən yüksək səviyyədə keçiriləcəkdi, deməli, Səlimə xanımın bütün narahatçılığı, təşvişi əbəsdi. Daha bundan sonra nə demək olardı?.. Xəstə başını aşağı saldı, isti tuman-köynəyi altında bədəni tərlədi və bu dəfə Sədi əfəndinin gündəliyinin başqa bir yerini xatırladı: "İstədim mən yerimdən bir replika verəm, övrət gəldi durdu gözlərimin qabağında, hirsimi uddum, dinmədim, susdum". "Vəssalam"lardan uzun bir karvan düzəlib, ta bu iclasın sonuna kimi, xəstənin gözləri qabağından gəlib keçdi. Atana lənət, ay Muxtar Kərimli! Tfu sənin hərçi-pətərinə, belə dünya!.. Sonra, iclas qurtaranda hamı sevincək və tələsik salondan çıxanda -uzun iclaslarda oturmağa heç kəsin hövsələsi qalmamışdı - Kərimli xəstəni saxladı, qəbul otağında köməkçinin, üstünə qalaq-qalaq kağız yığılmış stolu yanında dedi ki, monoqrafiya onun çox xoşuna gəlmişdir və Sədi əfəndidən, ümumiyyətlə, çox yazmaq lazımdır, çünki, çox təəssüf ki, Sədi əfəndi hələ öz layiqli qiymətini almayıb. Xəstə, Kərimliyə qulaq asa-asa, onun hər kəlməbaşı uzada-uzada işlətdiyi "çox"lardan əsəbiləşə-əsəbiləşə, dayanıb başını aşağı salıb, yenə bir söz demədi. Sədi əfəndinin yubileyi keçirilirdi. Sədi əfəndi haqqında yazılmış ən böyük monoqrafiyanı Kərimli qeydsiz-şərtsiz bəyənmişdi - daha bundan sonra nə demək olardı ki?.. Bundan sonra bir söz deyənin gərək ağlı başında olmasın. Sonra Kərimli xəstənin qolundan tutub bərk-bərk sıxdı və dedi:
- Sən Səlimə xanımla yaxınsan, ona de ki, heç narahat olmasın. -Gülümsünüb, xəstənin gözləri içinə baxdı. - Qoy hər şeyin üstündə əsəbiləşməsin. Səhhəti, deyəsən, o qədər də yaxşı deyil.
- Deyərəm, Muxtar müəllim.
Sonra Muxtar Kərimli sağollaşmadan ondan ayrıldı və xəstə, xırda, qocafəndi addımlarla ondan uzaqlaşan arıq bədən sahibinə baxa-baxa qaldı...
Ofisiant balıq kababını gətirəndə xəstənin qrafindəki arağı qurtarmışdı.
- Xalaoğlu, - dedi, - mənə yüz qram da gətir.
- Baş üstə!

Görəsən, Kərimli xəstənin Səlimə xanımla yaxın olduğunu hardan bilirdi?.. Yəqin elə Səlimə xanım özü deyib. Xəstənin yanında, onunla söhbətlərdə həmişə konspirasiyaya keçib üstüörtülü danışan Səlimə xanım, atasının yubileyi ərəfəsində elə bir həftə olmurdu ki, Kərimlinin qəbuluna getməsin. Bu da yadına düşdü ki, keçən il Kərimlinin anadan olduğu gün, Səlimə xanım, qışın oğlan çağında parnikdə bəslənmiş güllərdən hardansa çox baha qiymətə alıb, iri bir dəstə düzəldib, Kərimgilə təbrikə getmişdi...
Araq gətirmiş ofisiant başını əlləri arasına alıb oturmuş xəstədən soruşdu:
- Nəsə dediniz, hə?
Xəstə başını qaldırıb gülümsündü.
- Dedim ki, tfu sənin hərçi-pətərinə, belə dünya!
Ofisiant güldü, kök və buxaqlı sifəti yumrulaşıb tava boyda oldu.
- Daha bir şey lazım deyil ki? Xəstə yavaşdan soruşdu:
- Tualetiniz hardadı?
Ofisiant əlini mətbəxə sarı uzatdı.
- Mətbəxin yanındakı qapıdan çıxıb pilləkənlərdən yuxarı qalxarsan, dayday, orda, həyətdədi.
Xəstə bir daha başa düşdü ki, o, həqiqətən zirzəmidədir, çünki həyətə çıxmaq üçün aşağı yox, pilləkənlərlə yuxarı qalxmaq lazım idi...

Bu həyət çox iri və qəribə həyət idi. Bu həyətin, adamı çaşdıran və hövsələsini daraldan qəribəliyini xəstə ilk dəqiqələr başa düşmədi. Qəfil hiss elədiyi soyuqdan üşüyə-üşüyə ətrafına baxıb, həyəti hər tərəfdən dördkünc bir həndəsi kvadrata salmış binaları görəndə, xəstə duruxdu və qorxdu, binaların heç birinin həyətə nə qapısı vardı, nə də pəncərəsi və bu həyətə yeganə çıxış yolu yeməkxanadan idi. Xəstə dönüb geri baxdı: zirzəminin həyətə açılan dəmir qapısı kip bağlı idi. Xestənin ürəyinə nəsə damdı, fikirləşdi ki, görəsən, divarları parusin üzü kimi hamar olan bu binaların o biri tərəfdən qapısı-pəncərəsi varmı və əgər yoxdursa, bu qapısız, pəncərəsiz binalarda kimlər yaşayırlar?.. Xəstə, neyçinsə, yerindən tərpənmək istəmədi, düz həyətin ortasında tikilmiş taxta ayaqyoluna baxa-baxa qaldı: ayaqyolunun da qapısı kip bağlı idi və xəstəyə elə gəldi ki, o, nə üzbəüzündəki qapını, nə də arxasındakı qapını daha aça bilməyəcək. Lap üşüdü və elə həmin anda da, hardasa, başında isti bir ağrı qopararaq, cırıltı ilə bir qapı açıldı: xəstənin gözləri doldu, çünki bu açılan qapı beynindəki kilidli qapılardan birisiydi - taxta ayaqyolunun qabağında pişik boyda bir siçovul dayanıb xəstəyə baxırdı. Xəstə Kirlikiri tanıdı. İnanan inansın, inanmayan inanmasın... Və xəstə hər şeyi başa düşdü, sonra qorxa-qorxa gözlərini açıb, qapısız və pəncərəsiz olan binaların buz bağlamış divarlarına baxdı. Zəminənin səsi gəldi:
- Qorxma, qurban kəsim, yenə balaca qızdırman var.
Xəstə yenə gözlərini açdı, çarpayısı yanında ayaq üstə dayanmış doktor Berqmanın gümüşü haşiyəli eynəyini gördü.
- Mənə soyuqdur, doktor! Bu səs kimin səsiydi, ilahi?
Hardasa, uzaqlarda zınqırov səsi eşidildi.
- Mənə soyuqdur, doktor...
Doktor Berqmanın dodaqları aralandı, amma xəstə onu eşitmədi, çünki indi zınqırov səsləri aləmi başına götürmüşdü. Xəstə başa düşdü ki, hardasa yaxınhqda telefon zəng vurur.
- Hara, Tümen? - Zəminə narazı-narazı dəstəyə çığırırdı. - Bizim Tümendə adamımız yoxdu!
- Mənə ver telefonu, tez ol! - Xəstə yenə gözlərini açdı və ağ duman içərisindən Zəminənin uzatdığı telefon dəstəyini doktor Berqman onun qulağına tutdu.
- Mənəm, mənəm, Səlimədi!
Telefon dəstəyində uğultulu bir külək əsirdi, xəstənin bədəninə elə bir üşütmə doldu ki, dişləri bir-birinə dəydi. Amma özü dediyi sözləri eşitmədi.

- Tapdım, tapdım!.. - Səlimə xanımın səsi uğultulu küləyin əsdiyi yerdən, hardansa, çox uzaqdan gəlirdi.
- Sənə epikriz vermişdim ha, orda bir həkim adı varıydı, Akop Mirzəyan, onun oğlu Sergey Mirzəyandaymış. Başa düşdün?.. Akop Mirzəyanın oğlu Sergey Mirzəyanda-a-a!!
- Daha bəsdi, çox danışma! Bu dəfə xəstə öz səsini eşitdi:
- Adı nədi?
- Kimin?
- Əsərin... - Telefondan gələn uğultulu küləyin həmlələri otağın pəncərələrini dolu kimi döyəcləyirdi. - Əsərin adı nədi?
- Qətl günü...

Arxadakı qapı da, qabaqdakı qapı da kip bağlı idi və yalnız telefon dəstəyindən gələn boğanaqlı küləyin səsindən nə qulaq qulağı eşidirdi, nə də göz gözü görürdü. Sonra, Baba Kahanın oyumundan qopmuş qəfil külək, topa-topa qara buludları, topa-topa ağ buludları boğanaqlı axarına qatıb, adı küləklər şəhəri olan bir şəhərin göy üzünə yığdı, ayı və ulduzları görünməz elədi, son gücünü toplayıb, bütün kilidli qapıları taybatay açdı: at kişnərtisi, sərbaz hayqırtısı, dəmir və qan iyi beynin dərin şırımlarına doldu. Və bir də, haçansa gözləri açıq qalmış bir şairin, hardasa gün işığına çıxmış əlyazmasından yarımçıq bir misrasın, qara buludlar üzərində parıldaşan ulduzların gümüşü işığına qovuşdurdu: əcəldən möhlət istədim, möhlətin əsirgədi...

Zəminəni tələsik o biri otağa qovub, yataq otağının qapısını arxadan bağlamış doktor Mark Georgiyeviç Berqmanın isə az qalmışdı ağlı başından çıxsın. Çünki xəstənin açıq qalmış gözlərində hərəsi alma boyda iki ulduz yanırdı.
Doktor tez əlini uzadıb o gözləri qapadı.

***

Xəlil dayının kababxanasında sübh tezdən xaş yeyib, əməlli də vurub keflənmiş iki nəfər indi çay içə-içə söhbət eləyirdilər. Onlardan biri feldşer Mahmud, o birisi isə Zülfüqar kişinin nəvəsi Moşu idi. Zülfüqar kişi rəhmətə gedəndən sonra, qohum-əqrəba, tanış-biliş yığışıb, məsləhətləşib qərara gəlmişdilər ki, Moşudan gedib ali mək-təbdə oxuyan olmaz, buna görə də onu raypoda işə düzəltmişdilər...
İndi Moşu, əlini şalvar cibinə salanda, kirli yaylığı ilə bərabər beş-altı iyirmibeşlik çıxarırdı. Mahmud deyirdi:
- Sən öl, Moşu, elə yorulmuşam, başın haqqı, bu məhsul bayramını da yola verək, üç gün üzüqoylu yıxılıb yatacam. O Zülfüqar bavayın goru haqqı, hə!
Moşu gülümsündü, xaşdan sonra, isti çaydan sonra tərləmiş alnını yağlı əlinin arxasıyla silib dedi:
- Çox içirsən, Mahmıd doxtur, araxdandı hamısı. Mahmudun gözləri bərəldi:
- Moşu, içməsəm ölü kimi oluram, başın haqqı. Bə neynim, hay!.. A Xəlil dayı! - Mahmıd boylanıb bufetin arxasmda çəngəl-bıçaq silən Xəlil dayıya baxdı. - Mən ölüm düzün de, sən çox içirsən, mən?
Xəlil dayı kök bədəninə geydiyi kirli ağ xalatının yaxasını açıb, pencəyinin altından qarnını qaşıdı, əsnədi.
- Bəri bax, Mahmıd, - dedi. - Hələ sənnən o qədər vuracağıq ki, ölənə kimi... Sən bir məni əməlli başa sal görüm, bu ilki məhsul bayramını raykom niyə bizim kənddən başdıyır, hay?
Mahmud çiyinlərini çəkdi.
- Hancan, ayə, niyə?.. Dağı partladacaqlar, dana!
- Ayə, onu bilirəm! - Xəlil dayı bufetdən çıxıb onlara yanaşdı, əyləşib stola dirsəkləndi və yekə çopur burnunu çəkə-çəkə ora-bura oynatdı. - Ayə, bir dağı partdatmaqdan ötrü bir belə məxluqu niyə bura tökürlər, axı?
- Bıy!.. Bayram-büsatdı dana! Burda mitinq eləyib, dağı partdadıb, qayıdacaqlar rayona, stadiona.
Moşu da söhbətə qarışdı:
- Mahmıd doxtur, Xəlil dayı düz deyir. Mən də əməlli qanammadım ki, hansı dağı partdadacaqlar?
Mahmud dedi:
- Ayə, bisavad uşağı bisavad, burda qanmamalı nə var ki! Bax, o dağlar yoxdumu? - Mahmud qanrılıb, əlini kababxananın enli şüşələrindən görünən uzaqdakı dumanlı dağlara tuşladı. - Bax, onnarın arxasında buzlaqlar var ha, bax, orya qalxıb... - Sözünü kəsdi, qaşlarını çatıb duruxdu. - Ayə, elə məni də çaşdırdınız. Əlqərəz, qağa, bildiyim odu ki, orda bir yeri partdadıb, aşağıda da göl salacaqlar. Gölün də ətrafında restoranlar, qəstinlər tikiləcək.
Moşu soruşdu:
-Ay Mahmıd doxtur, bavam deyirdi ki, orda bir iri kaha var, içində əjdaha kimi bir şey yatır, deyirdi, heç quş da ora qalxammaz, bə bular ora necə qalxacaqlar?
- Ayə, nə danışdığındı? - Mahmud güldü. - Bu hökumətin ağrısını alım, onnan ötrü orya qalxmağa nə var, ə?
Bu vaxt kababxananın qapısı açıldı və tatar Temir nimdaş şinelində, başında solub ağarmış qulaqlı papaq, əlində də iri bir çamadan içəri girdi. Mahmud onu görən kimi çığırdı:
- Ayə, sənin o olmayan bığlarını yeyim, hardasan, gəl çıx dana! Tatar Temir çamadanı yerə qoydu, kepkasını çıxardıb, yaxınlaşıb növbə ilə hamıya əl verdi. Kababxananın isti və ağır havasında eşikdən gəlmiş tatar Temirin əli üçünə də buz kimi soyuq göründü. Mahmud dedi:
- Yanını yerə qoy görüm! - Və Xəlil dayıya göz vurdu. Xəlil dayı yerindən qalxıb bufetə san yönəldi, sonra bir araq, bir boşqab bozartma, göy-göyərti gətirib stolun üstünə qoydu. Mahmud arağı götürüb açdı, stəkanlara süzdü. Xəlil dayı başını bulayıb içmək istəmədi, geri qayıdıb mətbəxə getdi.
- Temir, xoş gəlmisən, - dedi Mahmud və Moşuya göz vurub qaş oynatdı. - Hortdat görüm bunu, tez al.
Tatar Temir stəkanını götürdü.
- Sabahınız xeyir, - deyib qurtum-qurtum arağı içdi, anq barmaqlarını dodaqlarına çəkdi, bir ləzzətli "oxqay" da deyib, bir tikə pendir götürüb ağzına saldı: ağzı elə tərpənirdi ki, elə bil canında hey qalmamışdı. Mahmud bir əlindəki arağa baxdı, bir tatar Temirin qıyıq göz-lərinə baxdı, çimçəşən kimi oldu, amma dayanmadı, stəkanı boğazına boşaldıb, bozartmanın yağlı tikəsindən götürdü və iştahla, tələsik çey-nəyib uddu. Sonra tatar Temirin qapı ağzındakı çamadanına baxdı:
- Ayə, a Temir, bu çamadan nədi səhər-səhər? Temir yanıqlı bir ah çəkib dedi:
- Gəlmişəm sənnən, Moşuynan halallaşım, ay Mahmıd.
- Boy! Nə halallaşmaq, ayə? - Mahmud təəccüblə Moşuya baxdı, Moşu Mahmuda.
- Gedirəm, - dedi tatar Temir. - Vətənə qayıdası olasıyam. - Əgər Mahmud günün bu vədəsində, elə burda, Xəlil dayının yeyib-içdiyi kababxanasında eşitsəydi ki, dünyanın bütün ilan-qurbağası dil açıb adam kimi danışmağa başlayıb, bu dərəcədə çaşıb heyrətlənməzdi: elə bil qulaqlarında nəsə partladı, nəfəsi də boğazından eşiyə çıxmadı. Moşu isə gözləri bərələ qalıb, ağzını açdı:

- Ayə, Tamaranın yanınamı qayıdırsan? -Hə...
- A kişi, sənə noldu, ayə, birdən-birə!
Tatar Temir özünə araq süzdü, bir qurtum içib stəkanı yerə qoydu. Dedi:
- Gecə yuxuma gəlmişdi, Tamara... – Gözləri doldu. Yəqin ölüb. Mahmudun qanı qaraldı, Moşu isə gülümsünüb üzünü yana çevirdi:
- Temir, hər yuxuya girən adam ölürmü, a bala? Nə danışdığındı!

- Yuk, ölməsəydi, gəlməzdi... Mən bilirəm. - Tatar Temirin gözlərində Mahmud indiyə kimi görmədiyi bir şey gördü; bu yerlərə gəldiyi gündən, stansiyanın bufetində pulsuz içdiyi çaxırdan qızanb kallaşmış gözlərdən uşaq kövrəkliyi duydu, elə bil indicə bu gözlərdən dupduru bulaq suyu axacaqdı. Mahmud ah çəkdi, Moşunun tatar Temiri dolamağa hazırlaşdığını görüb, gözlərini bərəltdi.
- Gedib orda itib-batacaqsan, Temir, - dedi. Temir dedi:
- Neynim...
Mahmud arağı yenə özünə süzdü. Moşunun stəkanını dolu gördü -içməmişdi - tatar Temirinkini doldurmaq istədi. Tatar Temir əlini stəkanın ağzına qoydu:
- Mənə bəsdi, Mahmıd, - dedi. - Sonra xarab ollam.

Bu da, şeytana papış tikən dünyanın ağlasığmaz oyunlarından biri idi: tatar Temir araq içmək istəmirdi. Ayə, bu dünya xarab olur, ya düzəlir, a başına dönüm? Bu nə gərdişdi görən? Mahmud dedi:
- Temir, uğurun xeyirli olsun, sağ-salamat get, mənzil başına çat... Biz yetimləri də unutma. Sən də yetimsən, mən də yetiməm. Moşu da yetimdi. Elə axtarsan, bu dünyada yetim olmayan adam tapammazsan. Hərə öz qismətinə düşənnən artıq yeyəmmir. Nə deyim, gedirsən, get, amma bizim obanı Temirsiz qoydun.

Moşu tatar Temirə baxdı, Mahmuda baxdı, bir şey anlayammadı: onların ikisini də heç belə gördüyü olmamışdı. Kövrəlib-kövrəlib elə bil bir himə benddilər ki, ağlasınlar. Temir stəkanını qaldırdı.
- Allah ürəyincə versin, Mahmıd. Allah səni xoşbəxt eləsin, Moşu!.. Sonra dönüb, kababxananın eşik tərəfdən azca tərləmiş şüşələrindən uzaqlara baxdı. - Dumannarın başın üstündən əskik olmasın, ay dağlar! - Arağını son damlasına kimi içdi, yenə heç bir şey yemədi və yerindən qalxdı. Di, yolçu yolda gərək.
Mahmud da, Moşu da ayağa durdular, bir-birinə baxıb, bir-birinin fikrini oxuyub, ikisi də əlini cibinə saldı, hərəsi əlli manat çıxarıb Temirin cibinə basdı. Temir razılıqla başını tərpətdi. Sonra Temir, qulaqlı papağını başına qoydu, tərpənib çamadanını götürdü və hər üçü kababxanadan eşiyə çıxdı. Orda, payızın üşütməli sərinində, ağacların sarı-sarı yarpaqları arasında əl tutub ayıldılar. Mahmud soruşdu:
- Ötürəkmi səni, Temir?
- Yuk, başına dönüm, yuk. Tək getməyim məsləhətdi. - Moşuya baxdı. Salatın bacıyla da sağollaşmışam, sonra gedib Zülfüqar əminin qəbrini də ziyarət elədim... Nə isə, ay uşaqlar, ölənnərin qəbri nurnan dolsun, dirilər min yaşasm!

Dönüb getdi. Mahmud da, Moşu da xeyli onun dalınca baxdılar: nimdaş şinelli adamın çamadanın ağırlığından sağa əyilmiş bədəni irəlidəki sıx ağaclıqlann arasında gözdən itəndən sonra, kababxanaya qayıtdılar, Mahmud stəkanını araqla doldurdu və birnəfəsə başına çəkdi, amma bu dəfə bir şey yemədi. Mətbəxdən qayıdıb piştaxtanın arxasında dayanmış Xəlil dayı soruşdu:
- Ayə, o piyənısqa yetim noldu?
Moşu güldü, Mahmud isə cavab vermədi...
...Onlar, ikisi də plaşda, başları açıq, kababxanadan çıxıb, şose yolunun qırağı ilə mitinq olacaq yerə - kənd sovetinin binası qabağındakı bağa tərəf gedəndə, yolda poçtda işləyən Lyudaya rast gəldilər. Lyuda Mahmudu görüb ayaq saxladı.
- Maxmud, - dedi. - Tebe tam sroçnaya teleqramma lejit. Mahmud Lyudanın' köklükdən şişib piy basmış dördkünc bədəninə baxıb dedi.
- Çert s nim! Potom pridu.

Lyuda dodaqlarını büzüb bir söz demədi. Gəlib kənd sovetinin binası qabağındakı bağa çatanda, yolboyu dayanmış qırmızı transparantlı avtobusları, yük maşınların görəndə və ala-bəzək geyimli məxluqun arasına girəndə Mahmudun daha bayaqkı qanqaralığından əsər qalmadı. Özünə xüsusi yaraşıq verib, bayram libası geymiş camaatdan elə bil odekolon iyi gəldi. Mahmud ağzını açıb ləzzətlə, ciyərdolusu nəfəs aldı, bir-iki nəfərlə salamlaşdı, hal-əhval tutdu və hamı bir-birinə "bayramın mübarək" dedi. Mahmud, bu gözəl bağın sarı yarpaqlı ağacları arasında, hündür bir yerdə qurulmuş, qabağından xalı asılmış tribunadakı adamları görüb uzun-uzadı bir fit çaldı.
- Ayə, zırıltıymış ki! - dedi.
Tribunanın sağ və sol tərəfində Mahmud saydı - on dörd zurnaçı dayanmışdı, on dörd də aşıq. Mahmud kənd sovetində işləyən, arıq, ovurdları batmış, heyvanı kəsəndən sonra, boğazından axan laxtalı qan rəngində qırmızı qalstuk salmış Vahidi əl eləyib yanına çağırdı.
- Ayə, bə bunlar niyə çalmırlar? - Başı ilə çalğıçdara işarə elədi. Vahid qol saatına baxıb dedi:
- Mitinqdən sonra, alpinistlər dağa qalxıblar indi, bir saatdan sonra partlayış olacaq. Katib dedi ki, partlayış olan təki "Koroğlu cəngisi" çalsınlar.
- Bə, birdən bombaları partdamadı, onda? Vahid gülüb Mahmudun qulağına dedi:
- Harda vurmusan, aya, səhər-səhər, qoy oturmuşuq! - Sonra onlardan aralanmaq istədi. Mahmud onun qolundan tutub saxladı.
- Sən başın, bir dayan! - Gözlərin qıyıb tribunaya baxdı. - Katibin sağ tərəfində dayanan Zibeydə xanım döyülmü?!
-Odu, hə!
- Ayə, Moşu, Zibeydə xanımdı, ə, o! - Moşunun böyrünü dirsəyilə nə qədər dümsükləsə də o dinmədi. - O da büyün oxuyacaqmı burda?
- Onu bilmirəm, dərdiş, - dedi Vahid.
- Bə sol tərəfdə dayanan iki kişi kimdi, şlyapalı?
- Boy! Tanımadın?.. Biri Muxtar Kərimlidi.
- Ayə, bə o ölmüyübmü?
- Başına havamı gəlib, niyə ölsün ki?
- Bə o birisi?
- Salahov Adil Qəmbəroviç!
- Moşu! - Mahmud Moşunun qoluna girdi. - Zülfüqar bavam dediyi Salahovdu, ayə, palnamoçnu. Ayə, nə yekə kişidi! Sağ olsun təzə katib, gör bir nə qonaqlar çağırıb ey, Bakıdan...
Vahid, nəhayət, canını Mahmudun əlindən qurtardı və bu vaxt, katib mikrofona yönəlib, "yoldaşlar" dediyi, dinamiklərin bu səsi gücləndirib əks-səda sala-sala ətrafa yaydığı dəqiqədə, yaxındakı ağacların budaqları arasında qarğalar qarıldaşanda, Mahmudun qarnına elə bil xəncər soxdular: gözlərinə qaranlıq gətirən şeytan ağnsından bütün bədənini soyuq tər basdı, sağa əyilib ağırlığını Moşunun üstünə saldı.
- Moşu, halım pisdi diyən...
Moşu, Mahmudun dümağ ağarmış sifətinə, işığı qaralmış gözlərinə baxıb özünü itirdi.
- Noldu sənə, ay Mahmıd doxtur?

-Məni elə çıxart burdan ki, camaat görməsin.
Moşu Mahmudun qoluna girdi, onu tünlükdən çıxarıb, kənarda, bir ağacın altında sarı payız otlarının üstündə otuzdurdu. Camaat əl çaldı, hardasa, izdihamın qabağında "urra!" qışqırdılar. Elə bil Mahmudun ağrısı bu "urra"lara bənd imiş, yavaş-yavaş çəkildi. Mahmud özünə gəlməyə başladı, gözləri qabağındakı toran yox oldu. Başını qaldırıb, həyəcanla ona baxan Moşuya dedi:
- Bu nəydi, ə, görən?..
- Sən canın, çox içmə, Mahmıd doxtur. - Moşu ağlamsınan kimi olmuşdu.
- Hə, qağa, bu da belə... - Sonra Moşunun köməkliyilə ayağa qalxdı, ağrının təzədən təkrar olunacağını ürək döyüntüsü ilə gözlədi. Yox, ağrı geri qayıtmadı. - O dağı yox ha, bütün dünyanı partdatsalar da, qağa, mən daha burda dayanası deyiləm. Mənciyəz getdim evə!
- Aparım ötürümmü səni?
- Yox, ayə! Budu buradı... Sən işində ol. Sonra danışarsan mənə. ...Məmləkətin əksər kəndlərində olduğu kimi, bu kəndin də bir
dəlisi vardı. Çomaq Qulam. Adı Qulamdı, ləqəbi Çomaq. Yay-qış, səhər-axşam, boyu uzunluğunda bir çomaq əlində, kəndin xəlvət yerlərində, meşədə, talada tək-tənha dolanıb gəzirdi. Heç kəsə dəyib dolaşmırdı. Ondan söz qırtmaq da hər oğulun işi deyildi. Rastlaşanda, nə illah eləyirdinsə, nə qədər şirin sözlərlə qılığına girirdinsə, heç kəslə kəlmə kəsmirdi, nə bir suala cavab verirdi, nə də özü bir söz soruşurdu.
Bu gün, bu gurhagurda, qəfil və gözlənilməz bir hadisə baş verdi. Qarnını tutub, yavaş-yavaş evinə gedən Mahmud, izdihamın seyrək yerində Çomaq Qulamı gördü. Mahmud əvvəl gözlərinə inanmadı. Diqqətlə baxıb, uzunsov sifətli, yekəburun, bir gözünə ağ gəlmiş tanış adamı, dirsəkləri yırtılmış köhnə qara pencəyi və uzun çomağı görəndən sonra bu adamın Qulam olduğuna daha şübhə eləmədi. Sevincək, zarafatla sataşdı ona:
- Ayə, a Qulam, bə sənin baydağın hanı?
Çomaq Qulam ayaq saxladı, yerinə mıxlanıb, başını aşağı saldı: elə bil səs onu diksindirmişdi.
- Ayə, bir mərifətin olsun, adam adama salam verər, halını-əhvalını xəbər alar... Şenlik toy-bayram eləyir, heç olmasa, belə üzün gülsün, ay evin tikilməsin!
Birdən Çomaq Qulamın ağzı açıldı, bu cod, əsəbi səsi Mahmud ömründə birinci dəfə eşitdi:
- Bu gün qətl günüdür, Mahmıd! Mahmudun qaşlan çatıldı.
- Qətl günü niyə olur, ayə, avara?
- Çünki Baba Kahanı partdadırlar, Mahmıd!

- Haranı partdadırlar, cəhənnəmə partdatsınlar, buna bax ey! Yerində göl olacaq, sənnən mən də yayda orda çiməcəyik. - Mahmud qaqqanaq çəkib güldü.

Qulam daha heç nə demədi, yenə başını aşağı saldı. Mahmud əlini yelləyib ondan aralandı, bir az getmişdi ki, arxadan Çomaq Qulamın dediyi qəribə sözləri eşitdi.
- Dərd də, azar kimi, gələndə batmanla gəlir, bacım!.. Mahmudu elə bil ilan çaldı, içi-içalatı doğrandı. Bayaqkı ağrı qayıdıb qarnına, bağırsaqlarına doldu. Özünü necə evə çatdırdı, bir Allah bilir... Evdə borjom açıb içməyə də halı olmadı, zarıldaya-zarıldaya, birtəhər keçib pencəyini soyundu, ayaqqabılarını çıxardı, kəmərini boşaldıb, şalvarlı-zadlı özünü çarpayıya saldı. Allah, bu nə ağrıdı görən?..

Nə qədər yatdığını bilmədi. Gözlərini açanda elə bildi otaq od tutub yanır. Bu otağm yeganə pəncərəsindən içəri gurdan da gur ay işığı axırdı. Kimsə onu eşikdən çağırdı. Qalxıb, pəncərəyə yaxınlaşıb eşikdəki Ay işığında par-par parıldaşan daş-kəsəyə baxa-baxa bir qaraltı gördü. Qaraltının sifətini seçə bilmədi. Soruşdu:
- Kimsən, a bala?
- Mənəm, Mahmıd.

Şəhərdə xəstə yatan qohumunun səsini tanıdı. Başını qaldırıb göyə baxdı: göydə bir dənə də ulduz yoxdu. Nəhəng ayın dağlarını, dərələrini gördü. Mahmudun içərisi bumbuz idi və Mahmud indi başa düşdü ki, bu başıbəlalı dünyanın bir axırı da olarmış.
- Gəlirəm, dərdiş, gəlirəm, - deyib evdən çıxdı və qohumunu qa-yaaltı deyilən yerdə, aşağıda Kürün qupquru qurumuş vadisində, kəndir kimi daşlara, qayalara sarmaşmış otun, yosunun arasında gördü. Aşağı enib soruşdu:
- Kürün suyu hanı, ay qağa?
- Sumu qalar indiyə, Mahmıd? Mahmud irəli gəldi.
- Ölümün xeyir, Mahmıd.
- Ölümə qənşər, qağam.
- Gedəkmi?
- Gedək.


Onlar əl-ələ tutub addımladılar. Onlardan qabaqda bəyaz saçları çiyinlərinə tökülmüş, uzun don geymiş, dabanları çatlaq bir gavur qızı və bir qoca canavar gedirdi. Mahmud soruşdu:
- Səninkilərdimi?
- Hə, mənimkilərdi.
Mahmud əllərini yumruqlayıb, dırnaqlarını ovcuna batırdı, amma ağrı hiss eləmədi, dedi:
- Yandım, kül oldum, ay dağlar...
Sonra onlar uca bir qayanın başında dörd qaraltı gördülər. Sübh tezdən yola düşmüş bu dörd istehkamçı - alpinist gedib mənzil başına çata bilməmişdi: yolu yarı eləməmiş, Baba Kahanın oyumundan çıxmış qara duman, kəndirə dönüb dördünü də boğmuşdu. Dördü də bir yerdə soruşdu:
- Yolunuz haradı, qardaşlar?
- Baba Kahayadı.
Dördü də quş kimi qaya başından qopub aşağı endi.
- Ölümünüz xeyir.
- Ölümə qənşər.
Kürün qurumuş vadisində daşlar ay işığından od tutub yanırdı, baş götürüb Baba Kahaya doğru addımlayan qaraltıların uzun yoluna gümüşü bir ay işığı düşmüşdü.

***

Daha mən heç kəsin yuxusuna girmirəm. Son dəfə arvadın yuxusuna girdim, o da ağladı, mən də, o məni qucaqladı, mən onu, o mənim göz yaşlarımdan içdi, mən onun... Amma səhər ayılıb, arvad, Səlimə xanıma zəng eləyib, telefonda ağlaya-ağlaya yuxusunu ona danışdı. Vədələşib, günorta görüşüb, Təzə Pirə getdilər, orda mollaya beş manat verib, Səlimə xanım dedi ki, bir dua oxuyub, bu cavan gəlini, yuxusuna girən ölünün xofundan azad eləsin...

Dəxi mən, a kişilər, bundan sonra, bir kimsənin röyasına girmərəm! Amma, ey mənim səbirli oxucum, işdir-şayəd, gecə röyada, sifəti xəzan yarpağı kimi sapsarı saralmış, gözləri çuxura düşmüş, beli azca donqar bir xəstə görsən, ya da ki, başında buxara papaq, əynində kürk, gülümsər və qüssəli gözlər sahibi olan bir sinli kişi görsən, o zaman, dəxi bizi qınama. Vallah, ölülər savab iş tutmaq istəyirlər.
Yuxunuz şirin olsun, dirilər!
XS
SM
MD
LG