Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:06

Azərbaycanın neft və qaz strategiyası Qərb ekspertinin gözü ilə


Bakının neft mənzərəsi
Bakının neft mənzərəsi
-
Qərb ekspertinin Azərbaycanın enerji strategiyası haqda fikirləri maraqlı idi. O, AzadlıqRadiosunun suallarına cavab versə də, adının mətbuatda açıqlanmamasını xahiş etdi. Onun xarici neft şirkətlərinin Azərbaycandakı etiraz aksiyalarına münasibəti, «Şahdəniz-2» layihəsinin gələcəyi, İlham Əliyev və BP münaqişəsi, SOCAR-ın Qərbdəki imici barədə suallarımıza cavablarını ixtisarla təqdim edirik.

- Xarici neft şirkətlərinin Azərbaycandakı etiraz dalğası və qarşıdan gələn prezident seçkisi ilə bağlı narahatlığı varmı?

- Qərbin neft şirkətləri Azərbaycandakı son etirazlardan narahatdırlarmı? Düşünmürəm. Onlar hadisələri diqqətlə izləyir, olayların inkişafını əvvəlcədən görməyə çalışırlar. İşlədikləri ölkələrdə təhlükəsizlik risklərini hesablamaq neft şirkətlərinin əsas vəzifələrindən biridir. Siyasi risklərlə vəziyyət fərqlidir, siyasi proseslər bəzən gözlənilmədən baş verir. Bu hadisələrlə hesablaşmalısan, məşğul olmalısan. Amma ona təsir etmək imkanların yoxdur. Son vaxtlar Azərbaycanda etirazların artmasına və özünü açıq büruzə verən narazılıqlara baxmayaraq, neft şirkətləri hələ də o fikirdədirlər ki, Azərbaycandakı hakim rejim sabitdir və hazırda vəziyyətə nəzarət edir. Vəziyyət dəyişsə, şirkətlər də yeni şəraitə uyğunlaşacaqlar.

Azərbaycan neft sənayesində əsas rolu «British Petroleum» kimi nəhəng şirkət oynayır. Azərbaycanda hakimiyyətə kim gəlirsə gəlsin, lap elə «Bugs Bunny» (Disney multfilmlərinin dovşan qəhrəmanı – red.) gəlsə belə, məcburdur BP ilə danışsın, bu şirkətlə işləsin.

- İlham Əliyev BP qarşıdurması sovuşdu demək olarmı?

- Son ayların neft hasilatı BP-nin öhdəliklərindən qat-qat az idi. Səbəbini bilmirəm, neft yataqlarının istismarını proqnozlaşdırmaq çətindir. Azərbaycan tərəfindən bu problemi SOCAR qaldıranda, BP ona əhəmiyyət vermirdi. Prezident İlham Əliyev açıq şəkildə məsələyə müdaxilə etməklə məsələyə hamının diqqətini cəlb etdi, BP də dərhal reaksiya verdi.
Recep Tayyip Erdoğan və İlham Əliyev TANAP (Trans Anadolu təbii qaz kəməri) layihəsinin imzalanma mərasimində. İstanbul 26 iyun 2012
Recep Tayyip Erdoğan və İlham Əliyev TANAP (Trans Anadolu təbii qaz kəməri) layihəsinin imzalanma mərasimində. İstanbul 26 iyun 2012
ər bir xarici şirkət yerli hökumətin istəyini nəzərə almalı, narahatlığı ilə hesablaşmalıdır.

- «Şahdəniz-2» asan layihəyə oxşamır...

- Layihə yubanır. Konsorsiumun son investisiya qərarı hələ də ləngiyir. Layihə həddən artıq bahalıdır. Yatağın inkişafına 30 milyard dollar vəsait lazımdır.

Belə nəhəng layihələrdə bütün məsələləri yoluna qoymaq heç də asan iş deyil. Məncə, yubanmanın ən böyük səbəbi TANAP tranzit layihəsi ilə bağlıdır.

«Nabucco» layihəsi iflasa uğrayandan sonra, 2011-ci ildə Azərbaycan qazının Türkiyənin şərqindən qərbinə nəql olunması üçün TANAP marşrutu təklif olunub. Lakin o vaxtdan bəri bu məsələdə ciddi irəliləyiş qeydə alınmayıb.

Kəmər gec-tez tikiləcək, sadəcə işlər, xüsusilə də kəmərin maliyyələşdirilməsi məsələsi ləngiyir. Bu da başadüşüləndir, çünki infrastruktur layihəsi olan TANAP 10 milyard dollar vəsait tələb edir.

Mətbuat Azərbaycan qazının nəqli ilə bağlı strateji seçimdən - 2 marşrutdan birinin reallaşacağından yazır. Amma burada strateji bir önəm yoxdur. Hər iki kəmər Türkiyənin qərb sərhədindən başlayır. (Azərbaycandan Türkiyənin qərbinə qədər olan nəql məsələsi artıq həll olunub - red.)

Bunlar Türkiyə-Yunanıstan sərhədindən Adriatik dənizinin dibi ilə İtaliyaya gedəcək «Trans Adriatik» qaz kəməri və
«Nabucco»
«Nabucco»
ürkiyə-Bolqarıstan sərhədindən start götürərək Avstriyaya qədər uzanacaq «Nabucco West» kəməridir.

Bu kəmərlərdən biri seçiləcək və seçim kommersiya maraqlarına söykənəcək. Hər il 6 milyard kubmetr qaz Türkiyəyə satılacaq, 10 milyard kubmetr qaz isə Avropa bazarına nəql olunacaq.

Bu ilin payızında BP-nin başçılıq etdiyi «Şahdəniz» konsorsiumunun yekun investisiya qərarı gözlənilir. Bu qərar qəbul olunarsa, Azərbaycan qazı artıq 2018-ci ildən etibarən Türkiyə, 2019-dan isə Avropaya çıxarılacaq.

- Bu kəmərlərlə İraq qazı da nəql oluna bilərmi?

- Avropanın cənub dövlətləri Azərbaycandan 10 milyard kubmetr qaz almaqda maraqlıdırlar. Lakin Azərbaycan qazı ucuz deyil. «Şahdəniz» asan yataq deyil, SOCAR-ın proqnozlarına əsasən, layihənin qiyməti 25 milyard dollardan 30 milyarda qaldırıldı.

Bu arada Bakını eyni bazara can atan rəqib enerji layihələri narahat etməlidir. Məsələn, İraq qazı. İraqın şimalında, kürdlərin nəzarətində olan bölgədə böyük qaz ehtiyatları var. Qaz quruda, qumun altındadır - çıxarılması böyük səy və xərc tələb etmir.

Lakin kürdlərlə Bağdaddakı mərkəzi hökumətin problemləri var, buna görə də layihələr yerindən tərpənmir. Amma bu problemlər yoluna qoyulsa, İraqın ucuz qazı Avropaya nəql oluna bilər.
İraqın şimalında qaz zavodu
İraqın şimalında qaz zavodu
Odur ki, İraqdakı qeyri-sabitlik Azərbaycanın marağındadır.

- SOCAR-ın fəaliyyəti ilə bağlı nə demək olar? SOCAR İsveçrədə yanacaqdoldurma məntəqələri şəbəkəsi , Vaşinqtonda çoxmilyonluq ofis binası alır.

- Mütəxəssislərin şirkətə məsləhəti budur - diqqəti əsas biznesinə yönəlt. Əsas biznesin deyilsə, bu səni işindən yayındırır. SOCAR-ın rəhbərliyində bəzi istedadlı menecerlər var. Onlar nə etdiklərini bilirlər.

Bu şirkətin 90-cı illərin ortalarındakı SOCAR-dan fərqi ondadır ki, o dövrdə Azərbaycanda neft sənayesini çox gözəl bilən istedadlı mütəxəssislər var idi, lakin onlar Qərbin neft biznesindən xəbərsiz idilər. 20 il sonra vəziyyət başqadır. SOCAR-da yeni gənc nəsil yetişir.

Problemin bir hissəsi ondadır ki, SOCAR-ın ambisiyalı planları var. Məsələn, Türkiyənin neft-kimya sənayesinə böyük yatırımlar. Azərbaycanda neft və kimya sektorunun inkişafı üçün də nəhəng layihələr işlənir. Yaxın illərdə Azərbaycan qaz ixracını artıracaq. Bunun üçün çox işlər görülür, lakin SOCAR-da Qərb şirkətlərində gördüyümüz qərar vermək səlahiyyətinə malik olan menecerlərin sayı kifayət deyil.


Просмотреть SOCAR in the world на карте большего размера
XS
SM
MD
LG