Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

NATO Rusiya ilə əməkdaşlığı dayandırdı


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
-

NATO Ukraynanın Krım bölgəsini anneksiya edən Rusiya ilə praktiki, mülki və hərbi əməkdaşlığı dayandırır.

Qərar NATO ölkələri xarici işlər nazirlərinin aprelin 1-də Brüsseldə keçirilən görüşündə qəbul edilib.

Amma nazirlər Rusiya ilə siyasi dialoqun Rusiya-NATO şurası çərçivəsində davam etdiriləcəyini bildiriblər.

Bu, yaranan situasiyadan çıxış yolu tapmaq üçün danışıqlar imkanının saxlanması üçündür.

Xarici işlər nazirləri Krımın işğalını bir daha pisləyərək bunu “qanunsuz hərəkət” adlandırıblar.

NATO-nun baş katibi Andres Fogh Rasmussen xəbərdarlıq edib ki, Ukrayna böhranı Avropada yeni ayırıcı xətlər yarada bilər.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna böhranı ilə bağlı gərginliyi azaltmaq üçün hər hansı addımları atdığı müşahidə edilmir.

Rusiya Ukrayna ilə sərhədə 40 minə qədər əsgər cəmləyib.

Martın 31-də rus qoşunlarının bir hissəsinin oradan çıxarılacağı xəbəri yayılsa da, NATO hər hansı dəyişiklik hiss etmədiyini deyir.

Bundan başqa NATO strateqlərinə tapşırılıb ki, yaxın həftələrdə alyansın şərq sərhədlərini daha da möhkəmləndirmək, xüsusən şərqi Avropa ölkələrində narahatlığa son qoymaq üçün əlavə müdafiə tədbirləri görmək təkliflər hazırlasınlar.

Bu təkliflərdən biri Pribaltika ölkələrində hərbi bazalar yaradılması və oraya NATO qüvvələrinin yerləşdirilməsi ola bilər.
XS
SM
MD
LG