Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:14

Gülər Əhmədova Elşad Abdullayevin psixiatriya ekspertizasından keçməsini istəyir


Gülər Əhmədova
Gülər Əhmədova
-

Aprelin 17-də keçmiş deputat Gülər Əhmədovanın işinə dair Apelyasiya Məhkəməsində proses davam edib. Məhkəmədə Əhmədova Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin psixiatriya ekspertizasından keçməsini istəyib. Bu vəsatət təmin olunmayıb.

Keçmiş deputat özünün yenidən ifadə verməsi, şahidlərin yenidən dindirilməsinə dair vəsatətlər qaldırıb.

Gülər Əhmədova bildirib ki, Elşad Abdullayevin KİV-ə verdiyi müsahibələri psixoloq alim kimi araşdırıb:
«Elşad Abdullayevin müsahibələrində məntiqi ardıcıllıq pozulur. Müsahibələrində qardaşının, Sevinc Babayevanın, Mətanət İsgəndərlinin və Gülər Əhmədovanın öldürülməsi məsələsini gündəmə gətirir. Mən bir psixoloq alim kimi onun müsahibələrini araşdırmışam. Onda depressiv manyakal sindromun əlamətləri var. Xahiş edirəm, Elşad Abdullayev psixoloji ekspertizadan keçirilsin. Bu mümkün deyilsə, onun yazdıqları araşdırılsın. Bu adam həm prezidentə yalvarış dolu məktublar yazır, həm də Avropa Məhkəməsinə şikayət edir».

Bu vəsatət təmin olunmayıb.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra ilkin baxış iclasının qərarı elan olunub. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində Gülər Əhmədova və əlavə şahidlər yenidən dindiriləcək və məhkəmə qismən istintaqla aparılacaq.

Məhkəmə baxışı aprelin 23-ə təyin edilib.

Ötən il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2013-cü ilin fevralında tutulan Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

Apellyasiya şikayətində Gülər Əhmədovaya bəraət verilməsi xahiş olunur.
XS
SM
MD
LG