Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

Rusiyada Krım əlifbası


Russia--Patriotic alphabet in Irkutsk school
Russia--Patriotic alphabet in Irkutsk school
-
Krımın anneksiyası Rusiyada əlifbaya da gedib-çıxıb. Rusiyanın İrkutsk şəhərində
məktəblilər üçün yeni əlifba hazırlanıb.

Uşaqlar hərfləri əvvəlki kimi sözlərin, şəkillərin köməyi ilə öyrənir. Əsas yenilik hər hərfə uyğun gələn sözün, şəklin seçilməsindədir. Yeni əlifbada “A” hərfinə uyğun söz olaraq “anti-Maydan” qoyulub.

“B” hərfinə uyğun söz “Berkut”dur. Rusca berkut quşu var, bu quşun şəklini qoymaq olardı, ancaq şəkil kimi Ukraynada “Berkut” xüsusi təyinatlı polis dəstəsinin rəmzinin şəkli qoyulub.

“P” hərfi təbii ki, Putinlə yanaşıdır. “R” – Rusiyadır.

“G” hərfinə də indiki dövrdə ən uyğun gələn söz “sərhəd”dir- rusca “Qranitsa”.

Əvvəlki əlifbalarda “D” hərfinin yanında ev şəkli olurdu – rusca “dom”. İndiki əlifbada Donetskdir, Ukeraynanın şərqindəki şəhər.

Yeni əlifbanı hazırlayanlar bu əlifbanı yazdan məktəblərə tətbiq etmək istəyirlər. Sonra isə bu, bütün şəhərlərə yayılmalıdır.

Ancaq bir sıra müəllimlər uşaqların bu yolla əlifbaya öyrədilməsini “beyni yuma” və yaxud beyni doldurma hesab edir.

Bununla belə, bu əlifbanın yaradılması aşağıların təşəbbüsü deyil. Hakim Vahid Rusiya partiyası Krımın anneksiyasından sonra “Biz birlikdəyik” adlı məktəb kursunun tədrisini tövsiyyə edir. Məqsəd Krımının Rusiya ilə birləşməsini məktəblilərə izah etməkdir.
XS
SM
MD
LG