Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:35

Fransız reportyorlar Bakıda hava limanında saxlanıblar


Laurent Richard
Laurent Richard
-
Məlumatlar xronoloji ardıcıllıqla yerləşdirildiyindən ən son xəbərlər yazının əvvəlindədir.

Hava limanında saxlanan Laurent Richard Moskvaya çatandan sonra müxbirimizə olanları belə nəql edib:

«Onlar bizim çəkdiyimiz görüntüləri götürdükləri üçün biz getməkdən imtina etdik. O zaman onlar güc tətbiq edərək bizi təyyarənin içinə itələdilər. Mən qəti şəkildə dedim ki, Fransa səfirliyinə zəng etmək istəyirəm, amma onlar mənə telefondan istifadə etməyə qoymadılar».

Hələlik məsələyə rəsmi reaksiya yoxdur.

-----

Fransa prezidenti Francois Hollande-in Bakıya rəsmi səfərini işıqlandıran iki jurnalist - Laurent RichardEmmanuel Bach Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıblar.

Rəsmi nümayəndə heyətinə daxil bu jurnalistlər prezidentin səfəri başa çatandan sonra daha iki gün qalıb ölkəni tərk edərkən 15 nəfər tərəfindən saxlanıb. Bu məlumatı AzadlıqRadiosuna «France-2» ictimai kanalının «Premier Lignes» araşdırma proqramının baş redaktoru Benoit Bringer telefonla bildirib. Saxlanan jurnalistlərin çəkiliş avadanlığı və materialları, yaddaş kartları əllərindən alınıb. Baş redaktorun sözlərinə görə, materiallar alınandan sonra onları məcburən təyyarəyə mindiriblər:
«Onlar materiallarsız geri dönmək istəmirdilər. Amma zorla təyyarəyə mindirib Fransaya yola salıblar».

Benoit Bringer materialların götürülmə səbəbini anlamadığını söyləyib:
«Bir səbəb o ola bilər ki, bu çəkiliş və müsahibələri insanların görməsini istəmirlər. Beləcə, bunun da qarşısını aldılar».
Laurent Richard Yaqubluların evində
Laurent Richard Yaqubluların evində

«OLAY AZƏRBAYCANIN AŞPA-DA SƏDRLİYƏ BAŞLADIĞI GÜN BAŞ VERDİ»

Baş redaktor jurnalistlərin prezidentin rəsmi səfərini işıqlandırdığını deyərək, material hazırlayarkən, onların Azərbaycanda insan haqları və demokratiyanın durumundan, iki ölkə arasındakı iqtisadi əlaqələrdən də bəhs edəcəyini sözlərinə artırıb:

«Çox qəribədir ki, olay Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə başladığı gün baş verdi. Belə davranmaqla ölkədə olub-bitənlərin ictimaiyyətə çatdırılmasına əngəl olurlarsa, demək, həm də ölkədə insan haqları, o sıradan mətbuat azadlığının vəziyyətindən xəbər verir. Bu, bir ölkənin imici üçün çox pisdir».

Benoit Bringer məsələ ilə bağlı bütün rəsmilərə – Fransa Xarici İşlər Nazirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə və digər gərəkli qurumlara, o cümlədən, «Sərhədsiz Reportyorlar Təşkilatı»na hadisəni çatdırdıqlarını deyir. O, sadalanan qurumlardan reaksiya gözlədiklərini də bildirdi.

Fransa prezidenti Francois Hollande mayın 12-də Bakıya səfərə gəlmişdi. İkigünlük səfər müddətində o, hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmüşdü.
XS
SM
MD
LG