Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:11

Sosial obyektlərin özəlləşdirilməsi Azərbaycana nə verəcək?


İnvestor özəlləşdirilən uşaq bağçasına əsaslı sərmayə qoymaqda maraqlı olacaqmı?
İnvestor özəlləşdirilən uşaq bağçasına əsaslı sərmayə qoymaqda maraqlı olacaqmı?

Azərbaycanda özəlləşmə prosesi 1995-ci ildən başlayıb və indiyə qədər 1500-ə yaxın səhmdar cəmiyyət yaranıb. Amma, ekspertlər özəlləşmə prosesini qiymətləndirəndə deyirlər ki, bu müəssisələrin əksəriyyətinin sahibi dəyişəndən sonra işə salınmayıb.


Heç işsizliyin səviyyəsi də bir o qədər azalmayıb. Bəs sosial obyektləri özəlləşdirilməsi ilə müasir standartlara uyğun səviyyəyə gətirmək mümkün olacaqmı?


Rəsmi rəqəmlərə görə, 1997-ci ildə buraxılan 8 milyon özəlləşdirmə payının təxminən yarısı hələ əldədir, istifadə olunmayıb. Bu vaxta kimi 35 min müəssisə özəlləşdirilib.


Müstəqil ekspertlərin hesab- lamalarına görə, 3 milyona qədər özəlləşdirmə payı da xarici investorların əlindədir.


Özəlləşmə çekləri 2008-ci ilə qədər qüvvədə olacaq.


Bu məsələ uşaq bağçaları və körpələr evlərinə daha çox aiddir. Rəsmi rəqəmlərə görə, ölkədə yaşayanların 29 faizi kasıbdır, bazarın alıcılıq qabiliyyətindən xəbərdar olan investor pul kisəsinin ağzını acıb, özəlləşdirilən uşaq bağçasına əsaslı sərmayə qoymaqda maraqlı olacaqmı?


Məsələnin ikinci tərəfi sosial obyektlərə verilən minimum standartlarla bağlıdır. Prezidentin fərmanla bu mərhələdə özəlləşməyə nəzarət Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinə tapşırılır. Başqa sözlə desək, prosesə nə səhiyyə, nə də təhsil nazirliyi nəzarət edir.


«Turan» agentliyinin özəlləşmə üzrə eksperti Hafiz Babalının fikrincə, gələcəkdə bu məqamlar nəzərə alınmalıdır: «Bu məsələyə kompleks baxılmalıdır. Özəlləşmənin elə bir metodu tapılmalıdır ki, valideynlər həmin bağçaların alıcısına çevrilə bilsinlər».


Səhiyyə obyektlərinə gəlincə, ekspertlər bu barədə daha çox nikbindirlər. Məsələn, iqtisadçı Qubad İbadoğlu deyir ki, indiyə kimi yaranan özəl tibb müəssisələri hər şeyi sıfırdan başlamışdı. İndi inverstor üçün işlək müəssisəni inkişaf etdirmək daha asan olacaq.


Ümumiyyətlə, müşahidəçilər prezidentin sosial obyektlərin özəlləşməsi ilə bağlı fərmanın faydalı olacağını deyirlər. Büdcə əlavə yüklərdən azad olacaq, korrupsiyanın səviyyəsi azalacaq, xidmətin keyfiyyəti yaxşılaşacaq və s. Mütəxəssislərin fikrincə, əsas olan odur ki, özəlləşmə üçün normal mühit yaradılsın, çünki vətəndaşlar tez-tez hərraclardakı monopoliyadan şikayətlənirlər, əmək kollektivləri divident ala bilmədiklərini deyirlər.


XS
SM
MD
LG